rus || eng


EKOLOGİYA NAZİRLİYİ VƏ WORLD VİSİON "AZƏRBAYCANI YAŞILLAŞDIRAQ" LAYİHƏSİNİ REALLAŞDIRMAĞA BAŞLAYIBLAR

BAKI.24.03.2004. MEDİA-PRESS: Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar nazirliyi (ETEN) WORLD VİSİON beynəlxalq təşkilatı ilə birlikdə "Azərbaycanı yaşıllaşdıraq" proqramını reallaşdırmağa başlayıb. 3 mərhlədə tətbiq ediləcək proqramın startı martın 23-də verilib. Həmin gün Bakının 20 məktəbinin direktoruna basdırılmaq və əkmək üçün zoğlar və gül-çiçək toxumları verilib.
Aprelin 8-də başlayacaq 2-ci mərhələdə isə agac şitilləri və gül-çiçək toxumları respublika rayon məktəblərinə paylanacaq. Aprelin 22-də "Beynəlxalq torpaq günü"ndə həmin sovqat bakılılara paylanacaqdır ki, onlar paytaxtımızın küçə və xiyabanlarını daha da yaşıllaşdırsınlar.
ETEN rəhbəri Hüseyn Bağırovun sözlərinə görə, layihə məktəblilərə gül-çiçək toxumu olan 400 min torbanın və 100-minlərlə ağac zoğu və şitilinin verilməsini nəzərdə tutur. 2 dollar dəyəri olan hər torbada ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadan gətirilmiş 50 növ müxtəlif bitgi toxumu var.


RF DÖVLƏT DUMASININ SPİKERİ AZƏRBAYCANA GƏLƏCƏK

BAKI.24.03.2004. MEDİA-PRESS: Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov martın sonunda Bakıya gələcək. Bu, Qrızlovun RF Dövlət Dumasının spikeri kimi Bakıya lk səfəri olacaq. Rusiyanın Bakıdakı səfirliyində "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki, Qrızlov Milli Məclisin sədri və respublika rəhbrliyi ilə görüşündə qanunvericilik və siyasət sahələrində iki ölkə münasibətlərinin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəkö
Qrızlovun Azərbaycanda martın 29 -30-da olacağı gözlənilir.


ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ R. ARMİTAC UKRAYNA, AZƏRBAYCAN VƏ ERMƏNİSTANDA OLACAQ

BAKI.24. 03.2004. MEDİA-PRESS: ABŞ Dövlət Katibinin 1-ci müavini Riçard Armitacın bü həftə Ukrayna, Ermənistan və Azərbayana səfəri başlayır. Baş idarənin mətbuat xidmətinin məlumatına görə, Armitac çərşənbə günü Vaşinqtondan təyyarə ilə Kiyevə uçacaq, oradan da Yerevana və Bakıya gedəcəkdir.
ABŞ Dövlət katibinin 1-ci müavini Ukrayna, Ermənistan və Azərbaycanın rəhbərliyi ilə, habelə "demokratiyaya və vətəndaş cəmiyyətinə daha da yaxınlaşmaq üçün digər siyasi liderlər və qruplarla" görüşəcək .
Riçard Armitacın Vaşinqtona martın 27-də qayıdacağı gözlənilir.


SOROS GÜRCÜSTAN HÖKUMƏTİNİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ $5 MİLYON AYIRIB

BAKI.24.03.2004.MDİA-PRESS: SOROS fondu 6 ay ərzində Gürcüstan dövlət aparatının maliyyələşdirilməsinə $5 mitlyon ayırmağı qərarlaşdırıb.
BBS-nin Rus redaksiyasının qeyd etdiyi kimi,"bu zərurət "məxməri inqilab"dan sonra yarandı.Yeni hakimiyyət dağılmış iqtisadiyyatın, boş büdcənin və bürokratik aparatın varisi oldu və bunun sayəsində Gürcüstan, Transparency international beynəlxalq təşkilatın qeyd etdiyi kimi, dünyanın korrupsiyaya ən çox uğramış ilk onluğuna düşdü.
Bu bəlaya qarşı mübarizə indiki hakimiyyətin daxili siyasətinin məğzini təşkil edir. Korrupsiyanın indiki miqyası azalarsa, Gürcüstanda ordu da, polis də, əməkhaqqı da, təqaüdlər də, ümumiyyətlə hər şey ola bilər.Bunun üçün tilsimi sındırmaq gərəkdir. Məmurların ləyaqətli maaşı üçün büdcədə pul tapılmadığından onlar rüşvət almaq zorndadırlar və nə qədər ki, onlar rüşvət alırlar, büdcə də olmayacaq.
Aydındır ki, təcili və nəzərəçarpacaq dəyişiklərsiz Mixail Saakaşvili camaatın etiqadından uzun müddət bəhrələnə bilməyəcək.Odur ki, iqtidar daha qətiyyətli addımlar atmalıdır.Ancaq korrupsiyanı heç olmasa məqbul səviyyəyə endirmək üçün, bürokratik aparatın saxlanmasına pul tapmaq lazımdır. Corc Soros da bu ehtiyac üçün $5 milyon ayırıb. Təsadüfi deyil ki, bəzi mətbu orqanlar yeni gürcüstan hökumətini "Soros adına hökumət" adlandırır.
Hələ yanvarın əvvəlində Davosa səfəri zamanı Mixail Saakaşvili Sorosla görüşərkən milliarder əli olduğu noyabr inqilabının nətiəcələrindən razılığını gizlətməmişdi. Artıq sirr deyil ki, Eduard Şevardnadzenin devrilməsində əhəmiyyətli rol onamış gənclər təşkilatı "Kmara"nı ( serblərin "Otpor"u kimi) məhz Soros Fondu maliyyələşdirib.


İLHAM ƏLİYEV: ÖZBƏKİSTAN AZƏRBAYCANIN MƏRKƏZİ ASİYADAKI STRATEJİ TƏRƏFDAŞIDIR

BAKI.24.03.2004 MEDİA-PRESS: Özbəkistana ikigünlük dövlət səfərinin yekunlarını şərh edən azərbaycan prezidenti İlham Əliyev Daşkənd müsahibəsində "Özbəkistanı Mərkəzi Asiya regionunda Azərbaycan üçün başlıca strateji tərəfdaş" adlandıraraq, özbək həmkarı İslam Kərimovla danışıqlarının nəticələrini də yüksək qiymətləndirib: "Biz ölkələrimiz və xalqlarımızın ənənəvi əlaqələrini əzmlə inkişaf etdirməkdə qərarlıyıq. Əməkdaşlığımız bütün istiqamətlərdə genişlənəcəkdir. Münasibətlərimiz xeyirxahlıq və paklıqla doludur".
Sonra İTAR-TASS-ın sualını cavablandıran Azərbaycan prezidenti deyib:"İslam Kərimovla danışıqlarımız bütöv bir sıra beynəlxalq, regional məsələlərdə, həmçinin MDB çərçivəsində inteqrasiya prosesləri məsələsində mövqe və baxışlarımızın tam üst-üstə düşdüyünü nümayiş etdirdi.Mən elə bir məsələ görmürəm ki, bizim baxışlarımız və nöqteyi-nəzərlərimiz fərqlənmiş olsun.Bu, ilk növbədə dünya hadisələrinin qiymətləndirilməsinə aiddir".
İlham Əliyev deyib:" Biz İslam Kərimovla ümumi razılığa gəldik ki, regional təhlükəsizlik problemlərinin həllində, beynəlxalq terrorizmə və dini ekstremizmə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal əməkdaşlıq edək".Sitatın sonu.
Azərbaycan prezidenti səfərinin bu gününü açıq səma altında muzey-şəhər adlanan,2500 ildən çox yaşı olan və şərq memarlığının nadir incilərinin mərkəzi sayılan Səmərqəndlə tanışlığa həsr edəcək.
İlham Əliyev və zövcəsi Mehriban xanım Uluq-bəy rəsədxanası,Bibi-xanım məscidi kimi qədim abidələrlə, "Registan meydanı-Əmir-Qur məqbərəsi" nadir memarlıq kompleksi ilə tanış olacaqlar.Azərbaycan lideri məşhur Siab bazarına da baş çəkəcək.
Dünən Daşkənddə Özbəkistan və Azərbaycan prezidentləri İslam Kərimov və İlham Əliyev 6 sənəd, o cümlədən, iki respublika arasında strateji əməkdaşlığıın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə ,elmi-texniki əməkdaşlıq haqqında ,Bakı və Daşkənd merlərinin əməkdaşlığına dair sazişlər, Özbəkistanın Azərbaycana iki sərnişin təyyarəsi satması barədə memorandum izalayıblar .
Dünən hər iki prezident Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin Daşkənddə abidəsinin açılışı mərasimində iştirak edib. Abidə Daşkənd Dövlət Pedaqoji universitetinin binası qarşısında Nizami meydanında ucaldılıb. Bu universitet 60 ildən çoxdur ki, 12-ci əsrdə yazıb-yaratmış azərbaycan xalqının şanlı oğlu, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin adını daşıyır.
İlham Əliyev Daşkənddə Azərbaycan Respublikasının səfirliyinin yeni binasının açılış mərasimində də iştirak edib.


AZƏRBAYCAN VƏ ÖZBƏKİSTANIN BÜTÜN SAHƏLƏRDƏ İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN İNKİŞAFI ÜÇÜN BÖYUK İMKANLARI VAR

BAKI.24.03.2004. MEDİA-PRESS: Özbək və azərbaycan xalqlarının əsrlərlə ölçülən dostluğu, adət-ənənələrimiz və mədəniyyətlərimizin yaxınlığı, dilimizin qohumluğu və dinimizin ümumiliyi iki ölkənin hərtərəfli əməkdaşlığına geniş meydan açır. Daşkənddə Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar gedişində belə bəyanatla çıxış edən Özbəkistan prezidenti İslam Kərimov ali-məqam qonağın səfərini dövlətlərarası münasibətlərin mühüm hadisəsi adlandırıb.
İlham Əliyev qeyd edib ki, qarşılıqlı münasibətlərimizin inkişafında İslam Kərimovun əməyi böyükdür. İkiktərəfli əməkdaşlığımız Sovet imperiyası dağılandan sonra da nəinki davam edir, hətta bu iki respublika rəhbrlərinin uzaqgörən siyasəti və razılaşdırılmış hərəkətləri sayəsində yeni vüsət kəsb edib. Özbəkistan Azərbaycanı Cənubi Qafqazda özünün başlıca tərəfdaşı sayır. Hər iki dövləti yaxınlaşdıran amillərdən biri də bu regionda bir çox ölkənin maraqlarının qovuşmasıdır.
Prezidentlər diqqəti təhlükəsizlik problemlərinə, o cümlədən, beynəlxalq terrorizmə və narkotiklərin qaçaqmalçılığına qarşı birgə mübarizə məsələlərinə yönəldərək, qeyd ediblər ki, mövcud şərait bu istiqamətdə hərəkətlərin əlaqələndirilməsini tələb edir. Məsləhətləşmələrin ardıcıl davam etdirilməsi və əməli qarşılıqlı hərəkət barədə razılıq əldə edilib.
İqtisadi əməkdaşlıq məsələlərinin müzakiəsi zamanı tərəflər qeyd ediblər ki, əməkdaşlığın səviyyəsi möücud imkanlardan geri qalır. Buna rəğmən, tərəflər gələcəyə nikbinliklə baxırlar. Son vaxtlar ticari-iqtisadi əlaqələrdə bir canlanma duyulmaqdadır. Beləki 2003-cü ilin ilk iki ayı ilə müqayisədə bu ilin həmin dövründə əmtəə dövriyyəsinin həcmi 2 dəfə artıb. Prezidentlər bu artım meylinin davam etməsi üçün böyük imkanlar olduğunu qeyd ediblər.
İkitərəfli əməkdaşlığa dair özbəkistan-azərbaycan müştərək hökumətlərarası komissiyasının səmərəli işini vurğulayan İslam Kərimov daha bir iclasın keçirilməsini zəruri sayaraq deyib ki, komissiya həmin iclasın yekununa əsaslanaraq əməkdaşlığın genişlndirilməsinin istiqamətlərinin dəqiqləşdirməlidir. Özbəkistan rəhbəri işgüzar dairələr, müəssisələr və maliyyə qurumları arasında birbaşa əlaqələrin təşviqi üçün tədbirlər görülməsi vəzifəsini həmin komissiyanın üzərinə qoymağı təklif edib. Bu komissiya təklif olunan mallar və xidmətlərin siyahısına təzədən baxmalı,gələcəyi yaxşı olan layihələr üzrə təklif və tövsiyyələr hazırlamalıdır. Məsələn, Azərbaycan Özbəkistanın təyyarə və avtomobilqayırma sənayesinə maraq göstərir və bu ölkədə istehsal olunmuş iki İL-76 təyyarəsini artıq lizinq əsasında albıdır. Təyyarələri elə Özbəkistanda təmir elətdirmək niyyəti də var.
Azərbaycanla neft-qaz və metallurgiya sahəsində əməkdaşlıq da səmərəli olabilər. Birgə müəssisələrin tərəflərə fayda verəcəyi sahələr də az deyil. İslam Kərimov Bakıda traktoryığma, Daşkənddə isə kondisioneryığma birgə müəssisələrini açmaq imkanına diqqəti cəlb edib.
Hər iki ölkə pambıqçılıq və ipəkçilik sahələrində böyük təcrübəyə malikdir. İslam Kərimov müstəqillik illərində Özbəkistanda bu sahələrin daha da inkişaf etdiyini və burada da səmərəli əməkdaşlığı yoluna qoymağın mümkünlüyünü vurğulayıb.
Qarşılıqlı münasibətlərdə nəqliyyat kommunikasiyaları az rol oynamır. Hər iki dövlət TRASECA layihəsinin fəal iştiraçısıdır. Lakin qarşılıqlı əlaqələrdə tənzimlənəsi məsələlər də vardır. İslam Kərimovun qeyd etdiyi kimi, yüklərin Xəzər dənizi və azərbaycan ərazisi ilə gürcüstanın Poti limanına daşınması xərcləri Baltik dənizi sahilinədək olan marşrutun dəyərindən təqribən 20% baha başa gəlir.
Hər bir dövlət yol tikintisinə böyük önəm verir. Özbəkistan transəfqanıstan dəhlizinin yaradılmasının təşəbbüskarıdır. Bu dəhlizin iqtisadi və strateji əhəmiyyəti çox böyükdür. Bundan əlavə Özbəkistanın təklifi ilə Əfqanıstan da, İran da TRASECA layihəsində iştiraka razılıq veriblər. Bu fakt malların Böyük İpək Yolu ilə daşınmasının qaydaya salınmasının məqsədəuyğun olduğunu göstərir.
İlham Əliyev Özbəkistan rəhbərinin bu təklifini dəstəkləyərək, hərtrəfli özbəkistan-azərbaycan münasibətlərinin inkişafı üçün böyük imkanlar olduğunu vurğulayaraq,pambıqçılıq üzrə özbək mütəxəssisləri qrupunun bu yaxınlarda Azəçrbaycanda olduğunu da yada salıb.
Azərbaycan dövlətinin başçısı Özbəkistana rəsmi dəvətə görə İslam Kərimova minnətdarlıq edib və ikitərəfli danışıqlar gedişində daha da möhkəmlənmiş əməkdaşlığın gözəl gələcəyinə əmin olduğunu bildirib.


AZƏRBAYCANIN MƏNFƏƏT NEFTİNİN NÖVBƏTİ PARTİYASINI AVSTRİYANIN OMV ŞİRKƏTİ ALIB

BAKI.24.03.2004. MEDİA-PRESS: Avstriyanın OMV şirkəti "Çıraq" dəniz yatağından çıxarılan azərbaycan mənfəət neftinin növbəti partiyasını tender yolu ilə alıb. Dövlət Neft Şirkəti (ARDNŞ) bildirib ki, həcmi 1 milyon barrelə çatan bu nefti Supsa terminalından aprelin 10-12-də yola salmaq planlaşdırılır.
ABƏŞ-in ( Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) "Azəri-Çıraq-Günəşli" müqaviləsi çərçivəsində "Çıraq" yatağından istixrac etdiyi mənfəət nefti Bakı-Supsa ilə ixrac edilir.Mənfəət nefti səhmdarların layihədəki iştirak payına münasib surətdə onlar arasında bölüşdürülür.Bu il ikinci dəfədir ki, Azərbaycan mənfəət nefti alır.
Xatırladaq ki, ABƏŞ 1997-ci ilin noyabrından bəri "Çıraq"dan "İlkin neft" layihəsi çərçivəsində 200 milyon barreldən çox neft çıxarıb. İndiyə kimi ABƏŞ və ARDNŞ Bakı-Supsa ixrac kəmərindən 226 tanker yükləyiblər ki, bunun da 32-si Azərbaycanın mənfəət neftidir.


MİXAİL SAAKAŞVİLİ:XƏZƏR NEFT VƏ QAZININ NƏQLİYYATI LAYİHƏSİ ÜÇÜN HEÇ BİR TƏHLÜKƏ YOXDUR

BAKI.24.03.2004.MEDİA-PRESS: "Xəzər neft və qazının nəqliyyatı layihəsini heç nə təhdid etmir.Karbohidrogenlərin Türkiyəyə nəqli layihələri icra edilir və bu iş axıra çatdırılacaq. Bu layihənin tərəfdaşları qarşısında üzərinə öhdəliklər götürmüş bir ölkə kimi, Gürcüstan üçün onun çox böyük siyasi əhəmiyyəti var.Şevardnadzenin "Gürcüstan bu layihələrin köməyi ilə çiçəklənəcək" deyimi reallıqdan uzaqdır", Jurnalistlər qarşısında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili belə deyib.
Son günlər gürcüstan mətbuatı Azərbaycan və Gürcüstandan Türkiyəyə uzanan neft-qaz nəqliyyatı layihələrinin təhlükəyə məruz qala bilməsini fəal müzakirə etməkdədir.Saakaşvilinin Gürcüstan beynəlxalq Neft korporasiyasının(GBNK) binasını ölkə XİN-inə verməsi bu məsələnin önəmini daha da artırıb. O deyib:"Mən bilmirəm neft korporasiyasına hansı bina veriləcək, Bu, baş nazirin səlahiyətindədir".
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin çəkilişi 2004-cü ilin sonunda başa çatacaq. Xəzər şelfindəki "Şah-dəniz" azərbaycan qaz yatağından BTC-yə paralel Bakı-Tbilisi- Ərzurum (BTƏ) qaz kəmərinin çəkilişi isə bu il başlayaraq 2006 -cı ilin sonunda tamamlanacaqdır.


İRANIN RUSİYADAKI SƏFİRİ: ÜMUMİ DƏNİZ PRİNSİPİNİN POZULMASI XƏZƏRDƏ EKOLOJİ VƏZİYƏTİ PİSLƏŞDİRƏ BİLƏR

BAKI.24.03.2004.MEDİA-PRESS: "Ümumi dəniz prinsipinin pozulması Xəzərdə ekoloji vəziyyəti pisləşdirə bilər". İranın Rusiyadakı səfiri Qulamrza Şafei "xəzər beşliyi" nazirlərinin Moskva müşavirəsi ərəfəsində belə deyib. O bildirib ki, "beşliy"in (Rusiya, İran, Qazaxıstan, Türkmənistan , Azərbaycan) XİN başçılarının aprelin 5-7-dəki Moskva görüşü "Tehranda 2-ci xəzər sammitinin hazırlanmasını nəzərdə tutur".
Səfir xatırladıb ki, " Moskva və Tehran arasındakı 1921 və 1940-cı il razılaşmalarına görə,Xəzər iki ölkənin ümumi dənizi olub. 1991-ci ildən sonra bu prinsip 5 sahilyanı dövlətə şamil edildi". Bu əsas prinsip " 1996-cı ilin noyabrında Aşqabadda XİN başçılarının görüşündə bir daha təsdiqləndi və Xəzər problemlərinə aid hər hansı qərarın qəbulu zamanı konsensusun, umumi razılığın , zəruriliyi xüsusi vurğulandı".
Lakin iran tərəfi belə hesab edir ki, "ayrı-ayrı ölkələrin birtərəfli mövqeyi və onların hövzənin ehtiyatlarından tezliklə bəhrələnmək səyləri üzündən bu prinsipə müəyyən dərəcədə etinasızlıq göstərilib. Bu zaman bəzi ölkələr Xəzərdə sazişlər bağlamağa başlayaraq, əməli işə keçiblər ki, bu da nəinki problemin həllinə kömək etməyib, əksinə, dənizin biomühitinin daha çox çirklənməsinə gətirib.Bu amil bioehtiyatlar, o cümlədən faunanın nadir növləri üçün təhlükə doğurur".
İranın Rusiyadakı səfiri deyib:" Sahilyanı ölkələrin müxtəlif iki və çoxtərəfli addımları ilə bağlı İranda hesab edirlər ki, bütün sazişlər yalnız o zaman qüvvə kəsb edər ki, onları bütün beşlik bəyənsin və bu ölkələrin hamısının mövqei nəzərə alınsın. Xoşbəxtlikdən, 2002-ci il Aşqabad sammitindən sonra Xəzər problemlərinə diqqət nəzərəçarpacaq dərəcədə artıb və ətraf mühitin mühafizəsi haqqında Konvensiyanın keçən il imzalanması bu istiqamətdə atılmış ilk müsbət addım olub".


ÜB VƏ "AZƏRENERJİ" ENERJİ LAYİHƏLƏRİNİN TİƏ-Sİ ÜZƏRİNDƏ İŞLƏYİRLƏR

BAKI.24.03.2004. MEDİA-PRESS: "Azərenerji" SC və Ümumdünya Bankının (ÜB) Bakıya gəlmiş ekspertləri bir sıra energetik layihələrin TİƏ-si (texniki-iqtisadi əsaslandırma) üzərində işi davam etdirirlər.
ÜB-nın Bakı nümyəndəliyində Media-Pressin müxbirinə bildiriblər ki, layihələrin TİƏ-nin cari maliyyə ilinin sonunadək hazırlanacağı gözlənilir.Layihələr enerji sisteminin etibarlığını artırmaq və enerjinin nəqli zamanı itkini azaltmaq məqsədi ilə SC-nin dispetçer sisteminin təzələnməsini və sistemyaradan elektrik verilişi xətlərinin reabilitasiyasını nəzərdə tutur.ÜB bu layihələrin gerçəkləşməsinə $40 milyon kredit ayırmağa hazırdır.
Xatırladaq ki, ÜB "2003-2005-ciillərdə Azərbaycana yardım strategiyası" proqramı çərçivəsində $235 milyon kredit ayırmağı planlaşdırır. Bu vəsaitin $160 milyonunu - BİA (Beynəlxalq İnkişaf Assosiasiyası), qalan $75 milyonunu isə -BYİB (Beynəlxalq Yenidənqurma və İnkişaf bankı) ayıracaq. BİA kreditlərini 35 ilə verir və bu müddətin ilk 10 ili güzəştlidir ( kredit ödənmir).BYİB-in 15-illik kreditinin isə yalnız 5 ili güzəştlidir. BYİB kreditinin faiz dərəcələri də yüksəkdir. Qarşılıqlı razılığa görə, energetika layihələrinin kreditləri BİA-nın şərtləri əsasında ayrılacaq.


"AÇG" YATAQLARININ İŞLƏNMƏSİ ZAMANI EKOLOJİ TƏLƏBLƏRİN POZULMASI İLƏ BAĞLI MƏSƏLƏLƏR TEZLİKLƏ HƏLLİNİ TAPACAQ

BAKI.24.03.2004. MEDİA-PRESS: "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlarının işlənməsi zamanı ekoloji təhlükəsizlik normalarının pozulması ilə bağlı məsələlərin hamısı yaxın 10 gündə həllini tapacaq. Jurnalistlər qarşısında bu bəyanatla çıxış edən Ekologiya və Təbii Ehtiyatlar naziri Hüseyn Bağırov deyib ki, bu məsələ ilə bağlı indi nazirliyin və AÇG layihəsinin operatoru BP-Azerbaijan şirkətinin ekspertləri məsləhətləşmələr aparırlar. BP-nin bu məsələdə tutduğu mövqe əməlidir. Odur ki, bütün mübahisəli məqamların tezliklə yoluna qoyulacağına və məsələnin məhkəmə səviyyəsinə qalxmayacağına əminəm. Həm də AÇG yataqlarındakı ekoloji pozuntular məqsədyönlü səciyyə daşımayıb.
Xatırladaq ki, dəniz yataqlarında qazma işləri zamanı sintetik tərkibli qazma məhlullarının dənizə sızması halları qeydə alınmışdı. Pozuntu hallarını qeydə alan nazirlik bu barədə qeydlərini şirkətə təqdim etmişdi. Nazir o zaman demişdi ki, əgək BP gəriməni ödəyərsə, məsələ bitmiş sayılacaq və iş məhkəməyə gedib çıxmayacaq. Nazirin sözlərinə görə, cərimənin məbləği 500 milyon-1 milyard manat ($ 100-200 min) civarında ola biləcəyini, son məbləğin danışıqların axırında bəlli olacağını demişdi.


"QARABAĞLI" YATAĞINDA İSTİXRAC QAYDALARININ POZULMASI MÜQABİLİNDƏ CƏRİMƏ ÖDƏNİLMƏSİ MƏSƏLƏSİ HƏLƏ DƏ MƏHKƏMƏDƏDİR

BAKI.24.03.2004 MEDİA-PRESS: "Qarabağlı" yatağında istixrac zamanı ekoloji normaların pozulmasına ( neft ətrafa yayılmışdı) görə cərimə ödənilməsi barədə qaldırılmış iş hələ də məhkəmədədir. Bu barədə jurnalistlərə məlumat verən Eklogiya naziri Hüseyn Bağırovun sözlərinə görə, Salyan Oil Ltd əməliyyat şirkətinə təqribən 600-700 milyon manat (140 min dollaradək) məbləğində cərimə tətbiq edilib.
Xatırladaq ki,"Kürsəngi" və "Qarabağlı" yataqlarını işləyən bu əməliyyat şirkəti məsələ qaldırmışdı ki, onun müqavilə sahəsində qoruq olmasın.
Bu tələbə cavab olaraq nazir Hüseyn Bağırov elə o vaxt demişdi ki, şirkətin bu tələbi ekoloqların onun fəaliyyətinə qarşı iddiaları ilə bağlıdır , qoruq ləğv edilsə belə, ekoloji qanunvericiliyin tələbləri ödnilməlidir.
"Kürsəngi" və "Qarabağlı" yataqlarının işlənməsi üzrə müqavilə 1998-ci ilin dekabrında imzalanıb və bu məqsədlə 1999-cu il mayın 12-də adını çəkdiyimiz Əməliyyat şirkəti yaradılıb. Səhmdarlar : ARDNŞ ( 50 % iştirak payı), çin şirkətləri CNODC (25%) və CNPC (25%) indiyədək yataqlara $115 milyon sərmayə yatırıblar. Burada gündəlik neft hasilatı 1000 tondan yuxarıdır. 1961-ci ildən işlənən yataqlarda 768 quyu qazılıb ki, hal-hazırda onların 260-ı işləyir.


"QARADAĞ-SEMENT" QSC EKOLOJİ NORMALARI POZDUĞU ÜÇÜN 350 MİLYON MANAT CƏRƏMƏLƏNİB

BAKI.24.03.2004. MEDİA-PRESS: Azərbaycan Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Qaradağ-sement" təbiəti mühafizə qanunvericiliyini pozduğuna görə, 350 milyon manat ( $70 min) cərimə ödəyib.
Ekologiya və Təbii Ehtiyatlar naziri Hüseyn Bağırov jurnalistlərə deyib ki, bizim tələbimizlə QSC cərimə ödəməklə yanaşı istehsalat fəaliyyətinin mənfi nəticələrini aradan qaldırılması üzrə tədbirlər də görməə başlayıb. Əlbəttə, hər müəssisə bu və ya digər şəkildə təbiətə ziyan vurur. Ancaq nazirlik bu ziyanın minimuma endirilməsinə çalışır. Cərəmələrimiz də ona görədir ki, şirkət və müəssisələr gələcəkdə belə səhvlərini təkrarlamasınlar.

<<< <<<