rus || eng
MARTIN 1-Ə AZƏRBAYCAN BANKLARI 3,32 TRİLYON MANAT CƏLB EDİBLƏR
BAKI.26.03.2004.MEDİA-PRESS: 2004-cü il martın 1-ə azərbaycan banklarının cəlb etdikləri vəsait və depozitlərin həcmi 3,32 trilyon manata çatıb (4925 man.=1$). Bu göstərici yanvarla müqayisədə 8,8% artıb.
Bu məbləğin 579,5 milyard manatı- milli, 2,741 trilyon manatı isə- xarici valyuta əmanətləridir.
Fiziki şəxslərin banklardakı əmanətləri 1,357 trilyon manat olub ki, bunun da 1,203 trilyonu- xarici valyuta ilədir. Fiziki şəxslərin əmanətləri 2003-cü ilin martına nisbətən -53 % artıb. Hüquqi şəxslərin depozitləri isə -1,963 trilyon manat (valyuta ilə-1,456 trilyon) təşkil edib.
AZƏRBAYCAN İQTİSADİYYATINA 3,451 TRİLYON MANAT KREDİT QOYULUB
BAKI.26.03.2004. MEDİA-PRESS: Azərbaycan Milli Bankının (MB) məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş kredit vəsaitlərinin həcmi 2004-cü il martın 1-ə 3,451 trilyon manat təşkil edib (4925 man.=1$). MB-ın mətbuat xidməti bildirib ki, kreditlərin 2,377 trilyon manatı - qısamüddətli, 1,073 trilyon manatı isə-uzunmüddətlidir.
Kreditlərin 1,562 trilyon manatı -dövlət banklarının, 1,517 trilyon manatı- özəl bankların, 371,5 milyard manatı isə - qeyri-bank kredit təşkilatlarının payına düşüb. Kreditlərin yalnız üçdə biri -milli, qalanı isə- xarici valyuta ilə verilib.
Bütün kreditlərin 22,04 faizi- ticarətə və xidmət sahəsinə, 13,31 faizi- nəqliyat və rabitənin inkişafına, 7,57 faizi- energetikaya və təbii ehtiyatların işlənməsinə, 6,07 faizi- aqrar bölməyə, 7,72 faizi - ağır və yüngül sənayeyə, 5,7 faiziz- tikintiyə, 26,78 faizi -fiziki şəxslərə kreditlərə və 5,62 -dövlət idarəçiliyinə ayrılıb .
Verilmiş kreditlərin 75,15 faizi iqtisadiyyatın özəl sektoruna yönəldilib.
AZƏRBAYCANDA DÖVRİYYƏDƏ OLAN PUL KÜTLƏSİNİN HƏCMİ 2,43 TRİLYON MANATDIR
BAKI.26.03.2004. MEDİA-PRESS: Bu il martın 1-ə Azərbaycanda dövriyyədə olmuş pul kütləsinin həcmi 2,433 trilyon manat təşkil edib (4925 man.=1$). Milli Bankın mətbuat xidməti Media-Pressə bildirib ki, 2003-cü ilin eyni göstəricisi ilə müqayisədə artım 27,5% olub.
Bü həcmin 1,854 trilyon manatı -nağd, 579,5 milyard manatı isə - nağdsız vəsaitlərdir.
ELİZABET CONS ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ RİÇARD ARMİTACIN BAKIYA SƏFƏRİ HAQQINDA
BAKI.26.03.2004. MEDİA-PRESS: ABŞ Dövlət katibinin birinci müavini Riçard Armitac bu gün Bakıya gəlir. Amkrikalı diplomat artıq Kiyev və Yerevanda olub.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Elizabet Cons Armitacın MDB ölkələrinə səfərinin məqsədini açıqlayıb.Onun sözlərinə görə, bu ölkələrə çoxdan səfər etmək niyyətində olan Armitacın " üç ölkənin ən yüksək vəzifəli şəxsləri ilə keçirdiyi danışıqlarda məqsədi ikitərəfli əlaqələrin geniş spektrini araşdırmaq, munasibətlərimizin inkişaf yollarını müzakirə etməkdir".
Konkret olaraq Bakıda keçiriləcək görüşlərə toxunan xanım Elizabet Cons məlumat verib ki, amerika tərəfinin gündəliyində antiterror mübarizəsində əməkdaşlıq, siyasi-iqtisadi islahatlar, energetika problemləri, regiondakı vəziyyət və bu kimi məsələlər durur.
Xanım Cons qeyd edib ki, İlham Əliyevin przident seçilməsindən sonra ilk dəfədir ki, ABŞ-ın belə yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana səfər edir. Bu baxımdan yeni dövlət başçısının və onun hökumətinin fəaliyyətinin əsas istiqamətlərini öyrənmək rəsmi Vaşinqtonun mənafeləri dairəsindədir. Riçard Armitajlla İlham Əliyev arasında çoxdan yaranmış münasibətlər danışıqlar üçün yaxşı zəmindir. Bakıda müxalifətin və qeyri -hökumət təşkilatlarının liderləri ilə görüşlər də keçiriləcək.
Elizabet Cons deyib ki, dağlıq qarabağ münaqişəsinin həlli yolları Ermənistanda da, Azərbaycanda da müzakirə mövzularından olacaq.
Xanım Cons deyib:" Biz recion ictimaiyyətinin mövcud fikrini ilə tanış olaraq, Minsk qrupunun fəaliyyətinə beynəlxalq ictimaiyyətin hansı yolla dəstək verə biləcəyini müəyyənləşdirmək istəyirik".
ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ SUYUN KEYFİYYƏTİNİ MÜƏYYƏNLƏŞDİRƏN LABORATORİYA QURAŞDIRILACAQ
BAKI.26.03.2004. MEDİA-PRESS: Ermənistan-Azərbaycan sərhədində quraşdırılacaq laboratoriya transsərhəd çayları ilə respublikamıza daxil olan uyun tərkibini və keyfiyyətini təhlil edəcək.
Bu məlumatı jurnalistlərin nəzərinə çatdıran Ekologiya və Təbii Ehtiyatlar naziri Hüseyn Bağırov laboratoriyaların Horadizdə, Ağstafa və ya Qazax rayonlarından birində quraşdırılacağını, yoxlanılmaq üçün sudan gündə bir neçə dəfə nümunə götürüləcəyini, bunun əsasında lazımi məlumat bankı yaradılacığını və suyun çirklənməsi prosesinə bu minvalla göz qoyulacığını dedi.
Nazir eyni halda son vaxtlar həmin çaylarda çirklənmənin azaldığını ,lakin bunun ermənilərin suyun təmizliyinə qayğısının artması ilə deyil, istehsalat dövriyyəsi ilə bağlı olduğunu deyib.
H.Bağırov transsərhəd çaylarının çirklənməsi haqqında məsələni daim beynəlxalq təşkilatlar qarşısında qaldırdığını və bunun müsbət nəticələr verdiyini də vurğulayıb.
TÜRKMƏNBAŞI AŞQABADIN MƏRKƏZİNDƏN ÇAY AXIDACAQ
BAKI.26.03.2004.MEDİA-PRESS: Türkmənistan hökumətinə yaxın mənbənin məlumatına görə, ölkə prezidenti Saparmurat Niyazov sərəncam verib ki, Aşqabadın mərkəzində süni çay yaradılsın və onun məcrası Qaraqum səhrasında tikilən "Türkmənistan gölü" ilə birləşdirilsin.
Niyazovun fikrincə, Aşqabad dünyanın aparıcı paytaxtlarından " geri qalmamalıdır", axı, bu şəhərlərin əksəriyyəti çay qırağındadır.
Türkmənbaşı bu tarixi vəzivənin öhdəsindən gəlməyi Türkiyənin "Çalık Holdinq", "Polimeks" və Fransanın BUİQ" şirkətlərinə tapşırmaq niyyətindədir.
Aşqabadda süni çay yaradılması Niyazovun və xarici iş adamlarının iştirak etdikləri xüsusi müşavirədə müzakirə edilib. İş adamları çay tikintisi layihəsini ən qısa müddətdə hazırlayıb Türkmənbaşının təsdiqinə verməlidirlər.
GÖRƏSƏN ANTİRUSİYA QAZ LAYİHƏSİNİ REALLAŞDIRMAĞA YEREVANIN CƏSARƏTİ VƏ VƏSAİTLƏRİ ÇATACAQMI?
BAKI.26.03.2004.MEDİA-PRESS: Ermənistanın Energetika naziri Armen Mosisyan ölkə hökumətinin iclasında deyib ki, inşaası 2005-ci ildə başa çatdırılacaq İran-Ermənistan qaz kəməri daha sonra Gürcüstan ərazisindən keçəcək, Qaradənizin dibi ilə Ukraynaya, oradan da Qərbi Avropaya uzanacaqdır. Beləliklə də, iran və türkmənistan qazı Rusiyadan yan keçməklə Avropa İttifaqı ölkələrinə nəql ediləcəkdir.
Bununla bağlı "Nezavisimaya qazeta" yazır ki, bu layihə tətbiq olunarsa, rusiya büdcəsi ildə bir neçə milyard dollar itirə bilər.
İran-Ermənistan qaz kəməri layihəsinin Moskva üçüın uzun sürən və ibrətlt tarixçəsi var. Bu ideya 1994-cü ildə meydana çıxdı. Ermənistana rusiya qazını Gürcüstandan daşıyan kəmər qeyri-sabitlik şəraitində tez-tez sıradan çıxırdı. Enerji təchizatının alternativ məənbəyini yaratmaq üçün Yerevan 1995-ci ildə iran-ermənistan qaz kəmərinin çəkilişinə dair Tehranla müqavilə bağladı.
Moskva gələcək kəmər borusu diametrinin Ermənistanı təmin etmək üçün zəruri olan göstəricilərdən açıq-aşkar böyük olduğunu anladıqda, o zamankı baş nazir Mixail Kasyanov Ermənistanın faktiki yalan satdığını və əvvəlki mövqeyində geri çəkildiyini sərt şəkildə Robert Köçəryanın nəzərinə çatdırdı. Yadınızdadırsa, Vladimir Putinin 2001-ci ilin sentyabrında Yerevana ilk səfəri zamanı ermənistan prezidenti and içərək deyirdi ki, iran-ermənistan qaz kəmərinin tranzit mahiyyətindən söhbət belə gedə bilməz.
"Nezavisimaya qazeta" yazır: Rusiya Ermənistanın dövlət borcunu tam sildikdən və ziyanla işləyən erməni müəssisələrini öz büdcəsinə daxil etdikdən sonra, erməni özünün əsl, maskasız sifətini göstərdi. İndi Yerevan daşa Moskva ilə "dostluq etmək" istəmir. Üstəlik, Avropa İttifaqı ( 3-tərəfli ermənistan-iran-rusiya qaz konsorsiumuna qarşı çıxan) kəmərin çəkilişinə vəsait ayırıb. Gəl ayırmasın! Axı,bu kəmər, enerji asılılığı baxımından tək Avropanı deyil, Türkmənistan və Ukraynanı da Rusiyanın çəngindən tamamilə qurtara bilərdi.Həm də Yerevan Avrorpa İttihaqına (Aİ) söz verdi ki, kəmər işə düşən kimi , Ermənistan atom elektrik stansiyasını (AES) bağlayacaq. Aİ hazırda RAO "YEES"-in idarəsində olan AES-in bağlanmasını çoxdandır tələb edir. AES Ermənistanın elektrik enerjisinin 40 faizini hasil edir və rusiyanın nüvə yanacağı ilə işləyir.
Belə çıxır ki, Rusiyanın Zaqafqaziyadakı ən etibarlı müttəfiqi Ermənistan ( bəli, bunu hamı belə hesab edir!) indiyədək ABŞ-ın görə bilmədiyi bir işi reallaşdırır- rusiya marşrutuna alternativ olaraq Mərkəzi Asiya - Qərbi Avropa ixrac qaz kəmərini reallaşdırmaq istəyir .
Ancaq ,düşünürük ki, bu təşvişlər bir qədər əbəsdir, hər halda vaxtsızdır. Vaxtsız təşvişdir ona görə ki, iran-ermənistan qaz kəmərinin çəkilişi ideyası 10 ildir ki, var və 10 ildir ki, havadan asılı olaraq qalır-reallaşmaq bilmir ki, bilmir. Doğrudur, Yerevan vaxtaşırı vəd edir ki, kəmərin çəkilişinə bu gün də olmasa, sabah başlanacaq…
Uzun müddət idi ki, iki ölkə qazın qiyməti barədə heç cür ümumi məxrəcə gələ bilmirdi. Deyəsən, son aylarda iş ölü nöqtədən tərpənib. Ötən ilin sonunda "ArmRosqazprom"un başçısı demişdi ki, İranın qaz tarifləri Rusiya "Qazprom"u və "İtera"-nın tariflərindən çox olsa da, Ermənistan İrandan qaz kəmərini çəkməlidir.
Kəmərin qısa (141 km.), dəyərinin o qədər də çox olmamasına ($120 milyon) baxmayaraq, hər halda onun çəkilişinə gƏrək olan pul tapılmalıdır. Aİ buna kömək edə bilər. Ancaq bu şərtlə ki, kəmər Avropaya gəlib çıxsın. Aydındır ki, bu halda kəmərin dəyəri də göylərə qalxacaq, Yadınızı salın ki, Avropaya çatanadək kəmər Gürgüstan, Ukrayna ərazilərindən və Qaradənizin dibindən keçməlidir…
Halbuki iran qazını Türkiyə və Yunanıstan ərazilərindən Avropaya daşıyacaq kəmərin yarısı artıq hazırdır. Bu iki ölkə iran qazını Qərbi Avropaya daşımaq üçün birləşdirci kəmər çəkmək barədə saziş bağlayıb.
Üstəlik 2004-cü ilin mart ayında Avropada daha bir şirkət peyda oldu.
Avropada yeni təsis edilmiş şirkət İran və Azərbaycan qazını Türkiyə ərazisindən qitəyə daşıya bilən kəmərin çəkilməsi imkanlarını öyrənəcək. İşlər sürətlə gedir və tikintiyə başlamaq qərarı artıq bu il qəbul oluna bilər. RusEnergu internet-saytının bu məlumatına görə, iş uğurla sonuclanarsa, rusiya "Qazprom"u özünün ənənəvi avropa bazarının bir hissəsini rəqiblərinə güzəştə getmək məcburiyyətində qalacaq.
Nabucco layihəsi 2002-ci ilin oktyabrından məşhurlaşıb.O zaman Avropanın bir neçə ölkəsi qityüə qaz idxalını sürətləndirmək üçün səylərini birlşdirməyi qərara aldı. Bu il martın 12-də isə layihənin rəsmisi də bəlli oldu - Nabucco Company Pipeline Study GmbH . Tərəfdaşlar qərargahı Vyanada yerləşən şirkətin təsisi barədə saziş imzaladılar. Yeni qurum layihənin TİƏ-ni ( texniki-iqtisadi əsaslandırmasını) hazırlayacaq.
Söhbət Türkiyədən Mərkəzi Avropaya çəkiləcək qaz borusundan gedir. Təqribən 3 min km. uzunluğu olacaq bu xətlə ildə 20-30 milyard kubmetr azərbaycan və iran qazı qitəyə çatdırılacaq. Layihənin reallaşması müddəti də təqribən bəllidir: TİƏ bu il tamamlanmalı və dərhal da titkintiyə başlamaq barədə qərar qəbul olunmalıdır. Kəmər 2009-cu ildə istismara veriləcək və dəyəri 4,4 milyard avroya çatacaq.
Bu, bir müddət əvvəl Türkiyə və Yunanıstanın müzakirə etdikləri planlarla müqayisədə irəliyə doğru çox böyük bir sıçrayışdır.Bu iki ölkənin keçən ilin dekabrında imzaladığı sazişə əsasən çəkilməli olan qaz xəttinin illik gücü fəqət 500 milyon kubmetrə bərabər olacaqdı. Vur-tut 200 km. uzunluğu olacaq bu kəmər investorlara 250 milyon avroya başa gəlməli idi. Bu layihənin ikinci mərhələsi kəmərin buraxıcılıq qabiliyyətinin ildə 11 milyard kubmetrə çatdırılmasını nəzərdə tuturdu. Ancaq, indi üfüqdə daha əzəmətli həcmlər nəzərə çarpmaqdadır.
"QAZEKSPORT" AZƏRBAYCANA QAZ İXRACINI ARTIRIB
BAKI.26.03.2004.MEDİA-PRESS: Rusiya "Qazprom"unun 100% tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) "Qazeksport" mart ayından Azərbaycana gündəlik qaz ixracını 15 milyon kubmetrdən 16-18 milyon kubmetrədək artırıb.
"Qazprom"un Bakı nümayəndəliyinin səlahiyyətlisi " qazın cədvələ uyğun verildiyini və il ərzində Azərbaycana 5,5 milyard kubmetr qaz ixrac ediləcəyini" deyib.
Xatırladaq ki, 2003-cü ilin sonunda ARDNŞ və "Qazeksport" min kubmetri 52 dollara Azərbaycana qaz verilməsinə dair saziş imzalayıblar.
3 İLDƏ AZƏRBAYCAN 12 MİLYARD KUBMETR QAZ İDXAL EDİB
BAKI.26.03.2004. MEDİA-PRESS: Azərbaycan 2000-ci ildən etibarən 12 milyard kubmetr qaz idxal edib. Bu yanacağın hamısı ölkəin elektrik stansiyalarına sərf edilib. Respublikanın özünün istixrac etdiyi 4 milyard kubmetr isə qalan istehlakçılar arasında bölüşdürülüb.
Mətbuat konfransında bu rəqəmləri açıqlayan "Azəriqaz" SC rəhbəri Əlixan Məlikov bu gün Azərbaycanın 48 rayonunu qazla təmin etsələr də, həcmin kifayət etmədiyini bildirib. Hər halda müəyyən irəliləyişlər də var. Məsələn, əgər 2002-ci ildə verdiyimiz qazın pulunun 48 faizini toplamışdıqsa, keçənilki ödənişlər -53%, bu ilinilk ii ayında isə-64% təşkil edib. Göyçay, Qəbələ, Xanlar və Tərtər rayonları qazpulunu 100%,Neftçala, Siyəzən rayonları və Əli-Bayramla şəhəri -50 faizdən az ödəyiblər.
"AZƏRİQAZ" 2003-CÜ İLDƏ BÜDCƏYƏ 40 MİLYARD MANAT ÖDƏYİB
BAKI.26.03.2004. MEDİA-PRESS: "Azəriqaz"SC keçən il dövlət büdcəsinə - 40, Sosial Müdafiə fonduna - 12 milyard manat ( 4925 man.=1$) ödəyib. Bu məlumatı mətbuat konfransında açıqlayan SC sədri Əlixan Məlikovun sözlərinə görə, müəssisə keçən il borclarının da bir qismini ödəyib: Ümumdünya Bankı (ÜB) kreditinin $5,9 milyonunu qaytarmışıq, bu il də $1,6 milyonunu ödəyəcəyik.Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankına (JBİC) faiz ödəncimiz $1,2 milyon olub. Bu il daha $800 min ödəyəcəyik.
Azərbaycanın qaz təsərrüfatının reabilitasiyası haqqında ÜB ilə saziş 1996-cı ildə bağlanıb. Bu məqsədlə ayrılmış $ 24,6 milyonun $20,2 milyonu ÜB-nın kreditidir.JBİC isə yüksək təzyiqli Qaradağ-Digah- "Şimal" DRES qaz kəmərinin tikintisinə təqribən $100 milyon ayırıb.
BAKIDA DAHA 16 MİN QAZ SAYĞACI QOYULUB
BAKI.26.03.2004. MEDİA-PRESS: Bakı sakinlərinin mənzillərində daha 16 min qaz sayğacı qoyulub. Bu barədə məlumat verən "Azəriqaz" SC sədri Əlixan Məlikovun sözlərinə görə, Bakıda qaz yanacağından istifadə edən 470 min abunəçi var. Bu yaxınlaradək yalnız 47 min paytaxt sakininin evində qaz sayğacı var idi. SC mütəxəssisləri mənzillərdə bu cihazları pulsuz quraşdırırlar və gələcəkdə bakılı ailələrin hamısını sayğaclarla təmin etmək əzmindədirlər.
A. Məlikov qeyd edib ki, sayğacların quraşdırılması qaz sərfi problemlərini yoluna qoyacaq.Əgər qabaqlar bəzi abunəçilər qaz almadıqları üçün, qazpulu da ödəməyəcəklərini iddia edəndə SC mühəndisləri bunun belə olub-olmadığını aydınlaşdırmaq üçün mənzillərə getmək məcburiyyətində qalırdılarsa, sayğaclar qoylandan sonra buna ehtiyac qalmayacaq. Çünki abunəçinin işlətdiyi qazın hamısı sayğacdan keçir və hesablanır.
SC Ümümdünya Bankının "Azərbaycanda qaz təsərrüfatının rabilitasiyası"layihəsi çərçivəsində 55 min ədəd qaz sayğacı almaq üçün 1996-cı ilin sentyabrında ÜB ilə 5-illik saziş imzaladı. $24, 6 milyon həcmində kreditin $20,2 milyonunu ÜB ödəmişdi. Layihə 2001-ci il dekabrın 31-də başa çatmalı idi.Lakin SC bu proqram çərçivəsində $6 milyon vəsaitə qənaət etdiyinə görə, layihənin tətbiqi müddəti daha 18 ay uzadıldı.
AZƏRBAYCANIN NAZİRLƏR KABİNETİ İSTİXANALARDA QAZ İŞLƏDİLMƏSİNƏ İCAZƏ VERDİ
BAKI.26.03.2004. MEDİA-PRESS: Azərbaycan Respublikasının Nazirlər Kabineti bu il yanvarın 19-dan istixanalarda qaz yandırılmasına icazə verib.
Bu məlumatı açıqlayan "Azəriqaz" SC sədri Əlixan Məlikov əvvəllər hökumətin buna qadağa qoyduğu üçün, SC-nin istixanaların sahibləri ilə müvafiq saziş bağlamağa haqqı olmadığını, ancaq yeni qərardan sonra bu işin yoluna qoyulduğunu və qazın min kubmetrinin onlara 236 manata ( 4925 man.=1$) satılacağını dedi.
Ə. Məlikov bu qiymətin kifayət qədər yüksək olduğunu vurğulayaraq, qeyd etdi ki, indi SC yetkililəri istixana sahibləri ilə görüşərək, onların bu qiymətə müqavilə bağlamağa razı olub-olmadıqlarını aydınlaşdırır. Bu şərtlə razılaşmayanların qazı kəsiləcək.
Bakı kəndlərində təqribən 1500 istixana var. SC mütəxəssislərinə görə, hər bir belə obyekt 50-60 mənzilin gundəlik qazını yandırır.İstixanaların yiyələri ilə müqavilələr bağlandıqdan sonra smeta tərtib ediləcək, eləcə də paytaxtın bu və ya digər kəndinə lazım olacaq qazın limiti müəyyənləşdiriləcək.
2010-CU İLƏDƏK AZƏRBAYCANDA ELEKTROENERGETİKANIN İNKİŞAFI PROQRAMINA TƏQRİBƏN 1 MİLYARD DOLLAR LAZIMDIR
BAKI.26.03.2004. MEDİA-PRESS: Azərbaycanda 2010-cü ilədək elektroenergetika sahəsinin inkişafı proqramına təqribən 1 milyard dollar tələb olununr.
"Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatına görə, bu vəsaitləri yeni elektrik stansiyalarının, yarımstansiyaların, yüksək gərginlik xətlərinin tikintisinə xərcləmək planlaşdırılır. Azərbaycanın şimalında 400 mVt və Əli-Bayramlı stansiyasının ərazisində-1000 mVt gücündə elektrik stansiyalarının, Bakı "Şimal" DRES-də 2-ci buxar-qaz qurğusunun(BQQ) və Sumqayıtda belə qurğunun tikintisi gündəlikdə duran layihələrdir.
Beynəlxalq maliyyə qurumları Azərbaycanda energetika layihələrinin reallaşmasına 400 milyon dollardan artıq kredit ayırıblar. Bu vəsait Şimal-DRES-də BQQ tikintisinə, Mingəçevir SES-in yenidənqurulmasına, Yenikənd SES-in tikintisinin başa çatdırılmasına və ötürücü infrastrukturun modernləşdirilməsinə sərf edilib.
MDB -NİN 10 ÖLKƏSİNİN ENERGETİKA NAZİRLƏRİ BRÜSSELDƏ GÖRÜŞƏCƏK
BAKI.26.03.2004. MEDİA-PRESS: Avropa İttifaqıqıq (Aİ) İNOGATE proqramında iştirak edən MDB-nin 10 ölkəsinin energetika nazirlərinin martın 29-da Brüsseldə açılacaq görüşünün devizi belədir:" 2004-2006-cı illər İNOGATE proqramının yeni imkanları".
Aİ-nin Azərbaycana Texniki yardım Proqramları Əlaqələndirmə bürosunda deyiblər ki,görüşdə Azərbaycan, Belarus,Gürcüstan,Ukrayna, Qazazıstan, Qırğızıstan, Moldova, Türkmənistan, Özbəkistan və Ermənistanın nergetika nazirləri iştirak edəcək. Onlar İNOGATE Proqramının yeni inkişaf istiqamətlərini müzakirə edəcək, Avropa Komissiyası (AK) isə energetikada gələcək əməkdaşlığın genişləndirilməsi üçün qonşu dövlətlərin yeni təşəbbüsünü görüş iştirakçılarına təqdim edəcək.
Görüşün sonunda 2004-cü ildə İNOGATE-nin fəaliyyət proqramının realizəsi üzrə AK və İNOGATE-nin tərəfdaş ölkələri arasında qarşılıqlı anlaşma Memorandumu imzalanacaq.
İNOGATE Proqramı əsasən neft-qaz sektorunun ümdə layihələrinə investisiyaların cəlbi məqsədi ilə beynəlxalq maliyyə qurumları və özəl investorlarla əməkdaşlığa yönəlib.
İNOGATE Proqramı "MDB ölkələrinin neft-qaz sektorunda investisiya imkanları" mövzusunda "dəyrmi masa" keçirməyi də təklif edib. Bu tədbir də martın 31-də Brüsseldə olacaq və MDV ölkələrinə imkan yaradacaq ki, özlərinin energetika bölməsinə aid ən mühüm investisiya layihələrini beynəlxalq maliyyə qurumlarına və aparıcı avropa banklarına təqdim etsinlər. Bu, layihələrə investisiya cəl etməyin ən yaxşı yolu olacaq.
"Dəyirmi masa" gedişində Azərbaycan, Ukrayna, Gürcüstan,Qırğızıstan və Ermənistanın aparıcı dövlət neft-qaz şirkətləri 11 layihə irəli sürəcək və investorları açıq mükaliməyə dəvət edəcək. Azərbaycan 2 layihəsini -28,2 milyon avro dəyəri olan Kalmas və Qaradağ yeraltı qaz anbarlarının reabilitasiyasını, həmçinin 155 milyon avro dəyəri olan tranzit qaz kəməri şəbəkəsinin reabilitasiyasını təqdim edəcək.
Gürcüstan 3 layihə- "Gürcüstanın qaz ölçmə stansiyalarının reabilitasiyası"(3,025 milyon avro), "Gürcüstanın magistral neft kəmərləri sisteminin reabilitasiyası" (29,8 milyon avro) və "Gürcüstanda yeraltı qaz anbarının tikintitsi" layihələrini (93 mln.aıro) təqdim edəcək.
Ukrayna 2 layihə təqdim edəcək: Odessa-Brodı- Plotsk marşrutu ilə neftin nəqli (450 mln. avro) və Avropaya ixrac edilən rusiya qazının təhlükəsizliyinin artırılması ($185,5 milyon) layihələri.
OPEK-İN ÜÇ SSENARİSİ
BAKI.26.03.2004. MEDİA-PRESS: Martın 31-də OPEK-in Vyana sammitində düna bazarlarına neft ixracının üç ssenarisi eynivaxtda müzakirə ediləcək. OPEK prezidenti Purnomo Yusgiantoronun dediyinə görə, qəbul edilə biləcək qərarın üç mümkün ssenarisi müzakirəyə çıxarılacaq:
- 10 fevral Əlcəzair sammitində planlaşdırıldığı kimi, aprelin 1-dən neftin gündəlik rəsmi ixracını 1 milyon barrel azaltmaq variantı;
- ixracın mövcud səviyyəsinin saxlanması və planlaşdırılmış ixtisarın başqa vaxta keçirilməsi variantə və
- neftin ixracını artırmaq variantı.
Prezidentin dediyinə görə, OPEK-in qəbul edəcəyi qərar bir çox cəhətdən dünya neft bazarının vəziyyəti və mümkün gələcəyi barədə monitorinq komitəsinin məruzəsindən asılı olacaq.Uzun müddətdir ki, dünya nefti qiymətlərinin yüksək olaraq qalması səbəbindən OPEK ölkələri Kartelin bəzi üzvlərinin də israr etdikləri kimi, neft ixracına dair öz strategiya prinsiplərini kökündən dəyişə bilərlər.
Xatırladaq ki, dünya bazarında OPEK-in "səbəti" ilə ifadə olunmuş neftin orta qiyməti artıq 27 gündür bir barrel üçün müəyyənləşdirilmiş 22-28 dollarlıq həddən də yüksək qalmaqdadır.
Bü günlərdə o da məlum olub ki, OPEK öz qiymət səbətini və qiymət dəhlizini hesablayarkən yeni formul tətbiq etmək, yəni ABŞ dolları əvəzinə ümdə dünya valyutalarından istifadə etmək niyyətindədir. Bu xəbəri Qətər və Venesuelanın yüksək vəzifə sahibləri yayıblar. Mənbə işarə edib ki, yeni qiymət ABŞ dolları ilə yanaşı avronun və yapon yenasının və ola bilsin, çin yuanının məzənnəsi ilə də hesablansın.Bununla da OPEK dolların faktiki devalvasiyasının mənfi nəticələrini azaltmağa və neft ixracından aldığı gəlirin azalmasının qarşısını almağa səy göstərir.
AZƏRBAYCANDA BANKLƏRIN NİZAMNAMƏ KAPİTALI 741,9 MİLYARD MANATDIR
BAKI.26.03.2004.MEDİA-PRESS: 2004-cü il martın 1-ə Azərbaycanda bankların nizamnamə kapitalı (BNK) 741,9 milyard manat (4925 manat= 1$) olub. Azərbaycan Milli Bankında (AMB) deyiblər ki, bu məbləğin 81 milyardı - dövlət banklarının, 660,9 milyardı isə- özəl bankların payına düşür. Keçən ilin eyni dövrü ilə müqayisədə BNK 15,8% artıb.
İlin əvvəlində bankların nizamnamə kapitalında (NK) xarici kapitalın iştirak payı -298,1 milyard manat, yaxud ölkənin bütün banklarının nizamnamə kapitalının 40,2 faizini təşkil edib. 100% əcnəbi kapitalı ilə işləyən bankların NK-ı 107 milyard manat, yaxud bütü bankların NK-nın 14,4 faizini təşkil edib. Hər banka orta hesabla 16,5 milyard manat düşür.
Azərbaycanda 2004-cü il martın 1-də 45 bank işləyib. 17 bankda xarici kapital iştirak edir. 4 bankda əcnəbi kapitalın iştirak payı - 50-100 % arasındadır,11-də - 50 faizdən azdır, 2 bank isə qeyri-rezident bankların filialıdır.
<<< <<<