rus || eng
ABƏŞ BİBİHEYBƏT ƏHALİSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ PROQRAMININ GERÇƏKLƏŞMƏSİNƏ $250 MİN TƏQDİM EDİB
BAKI.29.03.2004. MEDİAPRESS: "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları layihəsinin operatoru Azərbaycan Beynəlxaq Əməliyyat şirkəti (ABƏŞ) Bakının Bibi-Heybət qəsəbəsi sakinlərinin maliyyələşdirilməsi proqramının realizəsi üçün $250 min məbləğində qrant ayırdığını elan edib.
Məlumdur ki, Amec/Tekfen/Azfen konsorsiumu qəsəbə ərazisində ABƏŞ-in sifarişi ilə "Mərkəzi Azəri"də quyulara su vurmaq və qazı sıxmaq üçün nəzərdə tutulan platforma tikir. Bu proqramın realizəsi üçün qrant Beynəlxalq Nicat komitəsinə verilib və onunla müvafiq saziş də bağlanıb. Proqram çərçivəsində kəndin sosial-iqtisadi problemlərinin həllinə kömək göstəriləcək. 2005-ci ilin sonunadək qəsəbənin ehtiyaclarına daha $150 min ayrılacaq.
Bu proqram BP-nin və onun ABƏŞ üzrə tərəfdaşlarının idarə etdikləri obyektlərin yaxınlığında yaşayan yerli sakinlərə köməyi nəzərdə tutur. Əsas vəzifə yeni iş yerləri yaratmaq, infrastrukturu yaxşılaşdırmaq, səhiyyə və təhsil ocaqlatı tikmək və ya təmir etmək, texniki yardım göstərməklə kiçik və orta biznesin inkşafına nail olmaqdır.
Belə ki, "Azəri" layihəsi çərçivəsində 2003-cü ildə Səngəçal əhalisinə - $1,3 milyon, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri boyunca yaşayan əhaliyə -$2,6 milyon, Bakı-Novorossiysk kəməri boynca yaşayanlara -$105 min, digər rayonların sosial sahələrinə-$520 min vəsait ayrılıb. Ümumiyyətlə, BP və onun şərikləri 2003-cü ildə respublikamızın sosial sahəsinə $4,525 milyon investisiya ayırıb.
AZƏRBAYCANDA AQRAR İNFRASTRUKTURUN İNVESTİSİYALAŞDIRILMASI LAYİHƏSİ TAMAMLANMAQ ÜZRƏDİR
BAKI.29.03.2004. MEDİAPRESS: Ümümdünya Bankının (ÜB) Bakıya gəlmiş aqrar missiyası kənd təsərrüfatının investisiyalaşdırılması layihəsi üzərində işi öz azərbaycanlı həmkarları ilə birlikdə davam etdirəcək və layihənin dəyərini dəqiqləşdirəcək.
Kənd yollarının çəkilişini, yerlərdə su təchizatının yaxşılaşdırılmasın, bələdiyyələrin və yerli qurumların imkanlarının yaxşılaşdırılmasını nəzərdə tutan layihə iki mərhələdən ibarət olcaq və onun realizəsinə ÜB və hökumət vəsaitləri ilə yanaşı kəndə sakinlərini də vəsaitləri cəlb ediləcək.
ÜB ilk 10 ili güzəştli olmaqla, 35 -illiyə $15 milyon kredit ayıracaq, Yaponiya hökuməti isə bu layihəyə qran da ayıracaq. Layihə bu ilin sonunadək təsdiqlənməlidir.
Bu, ÜB və Azərbaycan hökumətinin heç də ilk birgə layihəsi deyil. "Təsərrüfatların özəlləşdirilməsi" adı ilə tanınan və hələ 1997-ci ildə 6 pilot rayonda (Bərdə, Ucar, Salyan, Xaçmaz, Şərur və Naxçıvan-kənd) başlayan ilk belə layihə ötən il başa çatıb. $30 milyon dəyərində olmuş bu layihə 150 kəndi ehtiva etmişdi. Layihə fermerlərə kredit və zəruri informasiya verilməsini, bazar münasibətlərinin onlara öyrədilməsini, torpaqların özəlləşdirilməsinə köməyi nəzərdə tuturdu.Layihə çərçivəsində 5 minə yaxın fermerə $+ 5,8 milyon məbləğində kredit verilib.
"Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" adı ilə bəlli olan və realizəsinə 2002-ci ilin aprelində başlanmış 2-ci layihənin dəyəri $100 milyondur. 10 ilə nəzərdə tutulan bu layihənin ilk 4 ili üçün $33,6 milyon ayrılacaq. Bu vəsaitin köməyi ilə fermerlərin daşınmaz əmlakı pasportlaşdırılacaq, torpaqların qeydiyyatı və fermer təsərrüfatlarının kreditləşdirilməsi üzrə regional idarələr yaradılacaq.
B.QRIZLOVUN BAŞÇILIQ ETDİYİ RF DÖVLƏT DUMASININ NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏİLB
BAKI.29.03.2004. MEDİAPRESS: Bu günRF DövlətDumasının spikeri Boris Qrızlov Bakıya gəlir. Qonağın Milli Məclisin sədri Murtuz Ələsgərov,baş nazir Artur Rəsizadə və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi planlaşdırılır. Tərəflər parlamentlərarası əlaqələrin və ümumiyyətlə regional təhlükəsizlik və terrorizmə qarşı mübarizə də daxil olmaqla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər. Dağlıq Qarabağ münaqişəsinin həlli problemi ayrıca müzakirə olunacaq.
Boris Qrızlov Bakıya çatan kimi Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin məzarını,eləcə də paytaxtda 1990-cı il yanvar hadisələri və qarabağ münaqişəsi qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edib.
Səfərinin 2-ci günü B.Qrızlovun Azərbaycanın rayonlarından birinə gedəcəyi planlaşdırılır.
MİLLƏT VƏKİLLƏRİMİZİN NÜMAYƏNDƏ HEYƏTİ MOSKAYA GEDƏCƏK
BAKI.29.03.2004. MEDİAPRESS: RF Federasiya Şurası (FŞ) mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Milli Məclisinin (MM) nümayəndə heyəti martın 31-dən aprelin 2-dək Moskvada işgüzar səfərdə olcaq. MM spikerinin müavini Arif Rəhimzadənin başçılıq etdiyi heyət aprelin 1-də FŞ və MM -in ikitərəfli parlamentlərarası komissiyasının iclasında iştirak edəcək , sonra isə birgə mətbuat konfransı keçirəcək. Tədbirdə FŞ Komitəsi sədrinin MDB işləri üzrə müavini K, Markelov və MM sədrinin 1-ci müavini Arif Rəhimzadə də iştirak edəcəklər.
TÜRKMƏNİSTAN JURNALİSTLƏRİNİ AZADLIĞA BURAXSALAR DA "AZADLIQ RADİOSU"-DA İŞLƏMƏLƏRİNİ QADABAN EDİBLƏR
BAKI.29.03.2004. MEDİAPRESS: "Azad Avrorpa\ Azadlıq Radiosu"-nun məlumatına görə, bu radionun Türkmənistan xidmətinin iki müxbir Rahim Esenov və Aşırqulı Bayrıyev həbsdən azad edilsələr də, ittihamları üzərlərindən götürülməyib və "hər ikisi xəbərdarlıq alıb ki, bu radiostansiya ilə əlaqələrini kəssin".
Rahim Esenov martın 10-da azadlığa buraxılsa da, Aşqabadda sərbəst hərəkəti məhdudlaşdırılıb. O Türmənistan CM 177-ci maddəsi ilə "sosial, etnik və dini düşmənçiliyi qızışdırmaqda təqsirli bilinərək" fevralın 26-da həbs olunmuşdu. Radionun Türkmənistan xidmətində 1997-ci ildən çalışan tarixçi və jurnalist Rahim Esenov əvvəlcə "Tac gəzdirən sərgərdan" romanının nüsxələrini qaçaq yolla ölkəyə gətirməkdə təqsirli bilinsə də, həbsinin başlıca səbəbi radioda işləsi olub.
Aşırqulı Bayrıyev isə ondan 3 gün sonra buraxılsa da, ona da Aşqabadı tərk tmək icazəsi verilməyib.Bayrıyev Türkmənistan barədə yalan məlumat yaymaqda təqsirli bilinərək DTK-ya dəvət edilərək, martın 1-də həbs olunmuşdu. Oda "Azadlıq RADİOSU"NUN Türkmənistan xidmətində işləyirdi (1998-ci ildən) və xəbərdarlıqlara baxmayaraq, Radio ilə əməkdaşlığını davam etdirirdi.
Esenov "beynəlxalq təşkilatların müdaxiləsi sayəsində azadlığa buraxıldığını" deyir. ABŞ, Böyük Britaniya hökumətləri, ATƏT ona görə etiraz notaları göndəriblər. İnsan hüquqlarını müdafiə təşkilatları, azad mətbuat nümayəndələri, "Sərhədsiz jurnalistlər", eləcə də "Amnestu international" və başqa kiv orqanları onun müdaviəsinə qalxıb.
AZƏRBAYCANDA 2009-CU İLDƏ ƏN ÇOX NEFT ÇIXARILACAĞI GÖZLƏNİLİR
BAKI.29.03.2004.MEDİA-PRESS: Raymond James & Associates Inc analitiklərinin hesablamalarına görə, 2008-ci ildə xəzər nefti dünya tələbatının 1 faizdən çoxunu, OPEK isə 35-45 faizini təmin edəcəkdir.
Azərbaycan "Giprodəniz neft-qaz" elmi-tədqiqat institutunun direktoru Bağır Süleymanovun hesablamalarına görə, Sazərbaycanda neft istixracının ən yüksək səviyyəsi 1909-cü ildə gözlənilir. O vaxt illik hasilat 55 milyon tona çata bilər. 2011-ci ildə ölkədə 20 milyard kubmetr qaz çıxarılacağı gözlənilir.
2 AYDA EMAL ZAVODLARI DAXİLİ BAZARDA 710,9 MİN TON NEFT MƏHSULU SATIBLAR
BAKI.29.03.2004.MEDİA-PRESS: Bu ilin 2 ayında azərbaycan neft emalı zavodları (AzNEZ) daxili bazarda 710,9 min ton,yəni keçən ilin eyni dövründəkindən 18,6% çox neft məhsulları realizə edib.
Dövlət Statkomunun məlumatına görə, bu həcmin 65 faizini- yanacaq mazutu, 12 faizini- dizl yanacağı, 11 faizini- avtomobil benzini, 10 faizini isə - təyyarə yanacağı təhkil edib.
Yerli bazarda satılmış təyyarə yanacağının və ağ neftin 42 faizini "Azərbaycan Hava Yolları Dövlət Konserni , motor yağının 50,3 faizini- Xəzər Dəniz Gəmiçiliyi idarəsi, yanacaq mazutunun 93,3 faizini isə - "Azərenerji" SC alıblar.
"AZƏRİQAZ" BU İL YERALTI QAZ ANBARLARINA 1 MLRD. KUBMETR MAVİ YANACAQ URACAQ
BAKI.29.03.2004.MEDİA-PRESS: Bu il "Azəriqaz" Səhmdar Cəmiyyəti (SC) yeraltı qaz anbarlarına (YQA) 1 milyard kubmetr təbii qaz vurmağı planlaşdırır.Bu məlumatı jurnalistlərə SC-nin sədri Əlixan Məlikov açıqlayıb.
Xatırladaq ki,"RosQazEksport" cari ildə respublikamıza 5,5 milyard kubmetr qaz verəcək.
Azərbaycanda 2 YQA var- Qaradağ və Kalmaz. Bu anbarların hər birinə ildə 500 milyon kubmetrə yaxın qaz vurulur.
Anbarların tutumunu bir neçə qat artırmaq məqsədilə onların yenidən qurulması ideyası neçə illərdir gündəmdədir. Ə.Məlikov bu işə təqribən $150 milyon lazım gələcəyini deyir.
Xatırladaq ki, bir ara iki iri şirkət -Rusiya İTERA-sı və britaniya-amerika BP-si anbarların yenidən qurulmasına maraq göstərirdi. O zaman bu işin təxmini dəyəri də hesablanmışdı: Qaradağ YQA-na -$181, Kalmaz YQA-na isə - $81 milyon lazım idi. Fransa şirkəti SOFREGAS hər iki YQA-nın təzələnməsi və genişləndirilməsi layihələrini də işləyib hazırlamışdı. Layihələrə görə, Kalmaz anbarının tutumu 350 milyon kubmetrdən 1,5 milyard kubmetrə, Qaradağ- 200 milyondan-3 milyard kubmetrə çatdırılmalı idi. Həm də bu proqram hər iki anbara "Şah-Dəniz" yatağından çıxarılacaq qazın vurulacağını nəzərdə tuturdu.
İRAN QAZININ NAXÇIVANA VERİLMƏSİ BARƏDƏ DANIŞIQLAR GETSƏ DƏ, DİYAR HƏLƏ DƏ QAZ ALA BİLMİR
BAKI.29.03.2004. MEDİA-PRESS: İran qazının Naxçıvan Muxtar respublikasına ixracına dair danışıqlar hələ də davam edir, çünki bir sıra problemlər həllini tapmayıb.
"Azəriqaz" SC-nin sədri Əlixan Məlikovun sözlərinə görə, qazın qiyməti və sonradan eyni həcmin qaytarılması məsələləri həll edilməyib. "Azərbaycan tərəfi qarşı tərəfin bütün təklifləri ilə razı olduğu üçün danışıqlar prosesi məhz Tehranın təqsiri üzündən ləngiyir".
Naxçıvanda qaz infrastrukturunun olmaması da çətinlikləri artırır. Mütəxəssislərimizin hesablamalarına görə, bu işin reallaşmasına 62 milyard manat ($12,6 milyon) gərəkdir. Azərbaycan tərəfi işləri iran şirkətlərinin görməsinə razıdır. Xatırladaq ki, Azərbaycan və İran arasındakı memoranduma görə, İran Muxtar quruma ildə 350 milyon kubmetr qaz verməlidir.
Tərəflər arasında imzalanmış memoranduma görə, Azərbaycan İran qazının dəyərini pulla deyil, istismarına bir neçə ildən sonra başlanacağ "Şah-Dəniz" yatağından eyni həcmdə qaz verməklə ödəyəcək və yanacağbı İrana mövcud Qazı-Məhəmməd-Astara kəməri ilə ötürəcək. "Azəriqaz" SC-nin mütəxəssisləri kəmərin təftişini başa çatdıraraq, onun bərpasının 90 mlrd. manata tamam olacağını hesablayıblar. Qazı-Məhəmməd-Astara-Bənd-Biand (İran) kəmərinin ümumi uzunluğu 1474,5 km.( o cümlədən , Azərbaycan ərazisində-296,5 km.), illik buraxılış qabiliyyəti -10 mlrd. kubmetrdir. Bu kəmər hələ 1971-ci ildə istismara verilmiş Qazax-Astara-İran xəttinin qoludur. Kəmərin məsirində 3 kompressor stansiyası (Qazı-Məhəmməd, Ağdaş və Qazaxda) tikilib.1200 mm-diametri olan boruda qaz 55 atmosfer təzyiqlə nəql edilir.
TÜRKMƏNİSTANIN CƏNUB-ŞƏRQİNDƏKİ QAZ EHTİYATLARI SERTİFİKATLAŞDIRILIR
BAKI.29.03.2004. MEDİA-PRESS: Türkmənistan ölkənin cənub-şərqində təbii qaz ehtiyatlarını sertifikatlaşdırmağa başlayıb. $1,1 milyona başa gələcək bu işi ABŞ və Böyük Britaniyanın beynəlxalq sertifikatlaşdırma şirkətləri görəcək. Həmin şirkətlərlə müvafiq müqaviləni Türkmənistan Neft-qaz sənayesi və Mineral Ehtiyatlar nazirliyi imzalayıb.
İlk olaraq ölkənin ən böyük "Dövlətabad" yatağının ehtiyatları yenidən hesablanacaq. Rusiya və Ukraynaya ixrac edilən qazın çox hissəsini məhz bu yataq təmin edir. ABŞ şirkəti UNOCAL hələ 1996-cı ildə ( Türkmənistan-Əfqanıstan-Pakistan transəfqanıstan qaz kəmərini tikməyə hazırlaşdığı bir dövrdə) yatağın müstəqil auditini apararaq, orada 1,3 trilyon kubmetr qaz ehtiyatı olduğunu müəyyənləşdirmişdi.
Qaz ehtiyatlarının sertifikatlaşdırılması həm transəfqanıstan qaz kəməri layihəsinin inkişafından, həm də Türkmənistanın Rusiya və Ukraynaya qaz ixracının uzunmüddətli müqavilələrindən irəli gəlir. Məlumdur ki, qaz sahəsində əməkdaşlığa dair 25-illik türkmənistan-rusiya sazişinin realizəsi "Qazprom"un bu il satın aldığı 5 milyard kubmetrlə başlayıb. 2007-ci ilə kimi isə illik ixrac həcmi 70 milyard kubmetrə çatdırılacaq.Bir sözlə, sazişin qüvvədə qalacağı 2004-2028-ci illər ərzində Türkmənistan Rusiyaya 1,5 trilyon kubsmetr qaz verəcəyinə boyun olub.
Ukrayna ilə bağlanmış 5-illik müqavilənin ( ildə 34-36 milyard kubmetr) müddəti 2 ilə başa çatacaq və bundan sonra tərəflər yeni uzunmüddətli saziş imzalayacaqlar.
UKRAYNANIN BAŞ NAZİRİ : ODESSA-BRODI NEFT KƏMƏRİ MAYDA İŞƏ DÜŞMƏLİDİR
BAKI.29.03.2004.MEDİA-PRESS: "Odessa-Brodı" neft kəməri 2004-cü ilin mayında işə başlamalıdır. RİA "Novosti" Ukrayna hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Odessada "Yujnı neft terminalı ilə tanışlıqdan sonra bu bəyanatla çıxış edən ölkənin baş naziri Viktor Yanukoviç deyib:" Neft kəməri mayda real işləyə bilər".
Onun sözlərinə görə, hökumət kəmərin həmin vaxta kimi neftlə doldrulmasını real sayır, çünki artıq bir sıra hökumətlərlə müvafiq razılaşmalar da vardır.
Mətbuat xidmətinin məlumatına görə, artıq 2003-cü ildə Ukrayna, Çexiya və Polşanın emal zavodlarından neft alınmasına dair müqavilələr də imzalanıb. Neftin sınaq nəqlindən dərhal sonra Cənubi Almaniyanın emal zavodları ilə də yeni müqavilələr imzalanacaq. Bununla yanaşı xammal ixrac edən şirkətlərlə Xəzər neftinin sitehlakçıları arasında da müqavilələr hazırlanması başa çatmaq üzrədir.
Mətbuat xidmətinin məlumatına görə, Ukrayna Qazaxıstanla razılığa gəlib ki, apreldə neftin Ukrayna ərazisindən Avropaya nəqli, eləcə də ukrayna emal zavodlarında ildə iki milyon tona yaxın neft emalı üzrə əməkdaşlığa dair ikitərəfli saziş imzalansın. Ümumiyyətlə ukrayna hökuməti 2004-cü ildə kəməri neftlə doldurmaq üçün 6 milyon ton neft əldə edə biləcəyini mümkün sayır.
674 km. uzunluğu və ildə 9-14,5 milyon ton neft axıtmaq gücündə olan "Odessa-Brodı" kəmərinin tikintisi 2000-ci ilin mayında başa çatıb. Kəmərin illik gücünün 40-45 milyon tona çatdırılacağı gözlənilir. Tengiz-Novorossiysk və ya Bakı-Supsa kəməri ilə axıdılacaq nefti tankerlər Odessa terminalına çatdıracaq.
Bir qədər əvvəl isə Ukrayna və Polşa razılığa gəliblər ki, Ukraynanın Brodı şəhərindən Polşanın Plotsk şəhərinədək boru çəkə biləcək birgə müəssisə yaratsınlar.
NEFTİN ODESSA-BRODI-PLOTSK KƏMƏRİ İLƏ AVROPAYA AXIDILMASI LAYİHƏSİNİN MÜMKÜNLÜYÜ VARŞAVADA MÜZAKİRƏ OLUNUB
BAKI.29.03.2004.MEDİA-PRESS: Polşa, Qazaxıstan, Ukrayna hökmətlərinin və Avropa Komissiyasının himayəsi altında Varşavada keçirilmiş "PİPELİNE FORUM" beynəlxalq konfransı neftin Odessa-Brordı-Plotsk kəməri ilə Avropaya daşınması layihəsinin reallaşmasına həsr olunmuşdu.
KZ-today internet-saytının məlumatına görə, forumdaQazaxıstan, Polşa, Ukrayna, Slovakiya Çexiya milli neft-qaz şirktlərinin rəhbər və mütəxəssisləri, Avropa Komissiyasının və trans-milli Chevron, ConocoPhilips, Shell və Chanol şirkətlərinin nümayəndələri iştirak ediblər.
İştirakçıları salamlayan Polşa baş nazirinin müavini Marek Pol Odessa-Brodı_Plotsk layihəsinin reallaşmasının avropa ölkləri üçün əhəmiyyətini vurğulayaraq, enerji ehtiyatlarının əsas ixracçılarından biri kimi Qazaxıstanın bu tədbirdə iştirakından məmnunluğunu bildirərək deyib ki, layihə xəzər neftinin Avropaya nəqlində əməkdaşlığa dair Qazaxıstan və Polşa prezidentləri Nazarbayev və Kvasnevski arasındarı razılaşmanın reallaşmasıdır.
Avropa Komissiyasının nümayəndəsi Fövzi Bensars Qazaxıstan bu layihənin gerçəkləşməsində başlıca rol oynaya biləcəyini deyib və Komissiyanın Odessa-Brodı-Plotsk layihəsinə maraq göstərənlərin apreldə Brüsseldə görüşünü keçirmək niyyətini açıqlayıb.
"Ukrtransnfta"prezidenti Aleksandr Todiyçuk bu neft marşrutunun üstünlüklərindən , xəzər neftinin öz yüksək keyfiyyətini saxlamasından və onun avropa zavodlarında emalı imkanından danışıraq, kəmərin bu ilin may-iyun aylarında istifadəyə veriləcəyini, indilikdə isə Ukrayna, Qazaxıstan, Polşa, eləcə də layihənin sair iştirakçı ölkələri ilə məsləhətləşmələr aparıldığını vurğulayıb.
Forumda iştirak etmiş eksprtlər Avropaya ildə 45 milyon ton neft daşıya bilən beynəlxalq konsorsium yaradılmasının zəruriliyini təsdiqləyiblər. Konfrans iştirakçıları strateji xammalın ixracçıları,daşıyıcıları və istehlakçıları üçün əlverişli kommersiya şəraiti yaradılmasının vacib olduğunu da vurğulayıblar.
YAPONİYA NEFT İXRACINI TƏMİN ETMƏK ÜÇÜN İRANA $1,2 MİLYARD MƏBLƏĞİNDƏ KREDİT VERƏCƏK
BAKI.29.03.2004.MEDİA-PRESS: Yaponiya Dövlət Beynəlxalq Əməkdaşlıq Bankı və gündoğar ölkənin daha bir neçə aparıcı bankı İranın Milli Neft şirkətinə ( National İranian Oil) $1,2 milyard məbləğində kredit verəcək.Əvəzində İran bu krediti xam neftlə 9 ilə ödəyəcək.
Kreditin 85 faizini Yaponiyanın Dövlət Beynəlxalq Əməkdaşlıq Bankı, qalanını isə ölkənin banklar qrupu maliyyələşdirəcək.
Xatırladaq ki, Yaponiya artıq 2001-ci ildə İrana oxşar kredit ayırmışdı- $3 milyard. Bu qərardan narazı qalan ABŞ İranı "şər qüvvələr" siyahısına salmışdı. Bununla belə,Tokio Vaşinqtonun təzyiqinə baxmayaraq, uzun tərəddüdlərdən sonra olsa da, fevralda Tehranla "Azadeqan" yatağının işlənməsinə dair müqavilə imzaladı. 26 milyard barrel neft ehtiyatına malik yatağın layihəsi $2,5 milyarda reallaşmalıdır.
İLİN ƏVVƏLİNDƏN AZƏRBAYCANDA SƏNAYE İSTEHSALININ HƏCMİ 4,2 TRİLYON MANAT TƏŞKİL EDİB
BAKI.29.03.2004.MEDİA-PRESS: 2004-cü ilin 2 ayında Azərbaycanda sənaye istehsalının həcmi 4,2 trilyon manat (4924 man.=1$) təşkil edib və bu, ötən ilin eyni göstəricisindən 4,6% çoxdur.
Emal sənayesi müəssisələrində məhsul istehsalı -18,2%, istixrac sənayesində-1,4% , elektrik enerjisi, qaz və su istehsalı və paylaşdırılması sahələrində-8% artıb.
Bu iki ayda istixrac sənayesində -1,934 trilyon, emal sənayesində - 1,87 trilyon, elektrik, qaz və su təchizatında- 427,5 milyard manatlıq məhsul buraxılıb. Məhsuln -45,7 faizi- istixrac sahəsinin, 44,2 fazi- sənaye məhsulunun və 10,1 faizi isə - elektrik, qaz və su təchizatının payına düşüb.
Sənayedə qeyri-dövlət sektorunun payı -54 % olub, özəl sektorda sənaye məhsulu istesalı 4,5% artıb.
<<< <<<