rus || eng


BİR İLDƏ CƏNUBİ PARS YATAQLARINDAN $1 MİLYARD DƏYƏRİNDƏ QAZ VƏ QAZ KONDENSATI İXRAC EDİLİB

BAKI.31.03.2004.MEDİA-PRESS: Ötən bir ildə Cənubi Pars yataqlarından (2-ci və 3-cü fazalar) $1 milyard dəyərində təbii qaz və qaz kondensatı ixrac edilib. İran.Ru World-news agentliyinə istinadən yazır ki, bu yataqlardan hər gün 25 milyon kubmetr təmizlənmiş təbii qaz , 40 min barrel qaz kondensatı və 200 ton kükürd çıxarılacağı ehtimal edilir.
İran və Qətərin birgə mülkiyyətində olan və Fars körfəzində 9 min kv. km.-dən artıq sahəni tutan Cənubi Pars yataqlarının 3700 min kv. km.-dən çoxu İran sektoruna düşür . Burada təqribən 500 trilyon kub fut , yaxud 14 trilyon kub metr qaz ehtiyatı var.


ALMANİYA BANKI VƏ İSVEÇRƏ HÖKUMƏTİ AZƏRBAYCAN ŞƏHƏRLƏRİ ÜÇÜN İÇMƏLİ SU EHTİYATLARININ BƏRPASI LAYİHƏSİNİ MALİYYƏLƏŞDİRƏCƏKLƏR

BAKI.31.03.2004.MEDİA-PRESS: Azərbaycanda Gəncə və Şəki şəhərləri üçün içməli su ehtiyatlarının bərpası layihəsi tərtib edilir. Jurnalistlərə bu məlumatı açıqlayan Almaniyanın ölkəmizdəki səfiri Klaus Qrevlix layihənin gerçəkləşməsi üçün zəruri vəsaitləri KWF Almaniya bankının, İsveçrə və Azərbaycan hökumətlərinin ayıracağını deyib. Səfir layihənin ilk mərhələsinə gərək olan 54 milyon avronun 37 milyonunu KWF-nin, 10 milyonunu -İsveçrə, 7 milyonunun isə -Azərbaycan hökumətlərinin ayıracağını, kreditin uzun müddətə və güzəştli şərtlərlə veriləcəyini vurğulayıb.
Səfir qeyd edib ki, layihəni gerçəkləşdirmək üçün Səhmdar Cəmiyyəti ( SC) yaradılacaq. Layihə məişət və bəldiyyə xidmətləri ilə birlikdə həyata keçiriləcək. İndi bütün lazımi sənədlər tərtib olunub və layihənin tətbiqinə elə günü bu gün başlamaq olar. İşin başlanmamasının yeganə səbəbi gələcək SC-də pay bölgüsü məsələsidir.


ERMƏNİSTAN MÜXALİFƏTİ ÖLKƏ PREZİDENTİNİN İSTEFASINADƏK SİYASİ MÜKALİMƏDƏN İMTİNA EDİR

BAKI.31.03.2004.MEDİA-PRESS: Ermənistan müxalifəti indiki prezident Robert Köçəryanın istefasınadək hakimiyyətlə əməkdaşlıq edən partiyalarla siyasi mükalimələrə getməyəcək.
Bu sözlər müxalifətin "Ədalət" fraksiyasının katibi Viktor Dəlləkyanın çərşənbə axşamı parlamentdəki bəyanatındandır.
Dəlləkyan deyib:" Ermənistan dərin böhran keçirir və ölkəni bu uçurumdan xilas etməyin yeganə yolu-Robert Köçəryanın istefasıdır". Müxalifətə görə, Ermənistan iqtidarı konstitusiyayazidd metodlara əl atmağa- ordudan xalq iğtişaşlarına qarşı istifadə etməyə çalışır. Halbuki, Əsas qanuna görə, ordudan ancaq xaricdən təhlükəyə qarşı istifadə oluna bilər. Belə cəhdlər sübut edir ki, Ermənistanda hakimiyyət xuntanın əlindədir".
Dəlləkyan həmçinin bildirib ki,iki müxalifət partiyası -"Ədalət" bloku və "Milli vəhdət" partiyası həkimiyyətin əvəzlənməsi üğrunda mübarizədə birləşib və aprelin 13-dək ciddi tədbirlərə əl atmıq niyyətindədir.


ERMƏNİSTAN İRAN-ERMƏNİSTAN QAZ KƏMƏRİNİN AVROPA İSTİQAMƏTİNDƏ DAVAM ETDİRİLMƏSİNƏ DAİR DANIŞIQLAR APARMIR, LAKİN BELƏ LAYİHƏNİN TİƏ-Sİ HƏLƏ 2000-Cİ İLDƏ HAZIRLANIB

BAKI.31.03.2004.MEDİA-PRESS: Ermənistanın Energetika naziri Armen Movsesyan inşaası artıq 10 ildir davam edən İran-ermənistan qaz kəmərinin çəkilişinin Avropayadək davam edəcəyi barədə müddəaları mətbuata müsahibəsində yalanlayıb.
Yadınıza salaq ki, bir neçə gün öncə rusiya "Nezavisimaya qazeta"sı Ermənistan hökumətinin iclasında çıxış etmiş elə həmin Armen Movsesyanın bu sözlərini dərc etmişdi. Sitat: " İnşaası 2005-ci ildə başa çatdırılacaq İran-Ermənistan qaz kəməri daha sonra Gürcüstan ərazisindən keçəcək, Qaradənizin dibi ilə Ukraynaya, oradan da Qərbi Avropaya uzanacaqdır. Beləliklə də, iran və türkmənistan qazı Rusiyadan yan keçməklə, Avropa İttifaqı ölkələrinə nəql ediləcəkdir". Sitatın sonu.
"Nezavisimaya qazeta" " bu layihənin tətbiq olunacağı təqdirdə, rusiya büdcəsinin ildə bir neçə milyard dollar itirə biləcəyini "vurğulayaraq, böyük təəssüf hissi ilə yazır: "Belə çıxır ki, Rusiyanın Zaqafqaziyadakı ən etibarlı müttəfiqi Ermənistan ( bəli, bunu hamı belə hesab edir!) indiyədək ABŞ-ın görə bilmədiyi bir işi reallaşdırır- rusiya marşrutuna alternativ olaraq Mərkəzi Asiya - Qərbi Avropa ixrac qaz kəmərini reallaşdırmaq istəyir" .
Qəzet, daha inandırıcı olsun deyə, məsələnin tarixçəsinə baş vurur:
"Moskva gələcək kəmər borusu diametrinin Ermənistanı təmin etmək üçün zəruri olan göstəricilərdən açıq-aşkar böyük olduğunu anladıqda, o zamankı baş nazir Mixail Kasyanov Ermənistanın faktiki yalan satdığını və əvvəlki mövqeyində geri çəkildiyini sərt şəkildə Robert Köçəryanın nəzərinə çatdırdı. Yadınızdadırsa, Vladimir Putinin 2001-ci ilin sentyabrında Yerevana ilk səfəri zamanı ermənistan prezidenti and içərək deyirdi ki, iran-ermənistan qaz kəmərinin tranzit mahiyyətindən söhbət belə gedə bilməz.
"Nezavisimaya qazeta" yazır: Rusiya Ermənistanın dövlət borcunu tam sildikdən və ziyanla işləyən erməni müəssisələrini öz büdcəsinə daxil etdikdən sonra, erməni özünün əsl, maskasız sifətini göstərdi. İndi Yerevan daşa Moskva ilə "dostluq etmək" istəmir. Üstəlik, Avropa İttifaqı ( 3-tərəfli ermənistan-iran-rusiya qaz konsorsiumuna qarşı çıxan) kəmərin çəkilişinə vəsait ayırıb. Gəl ayırmasın! Axı,bu kəmər, enerji asılılığı baxımından tək Avropanı deyil, Türkmənistan və Ukraynanı da Rusiyanın çəngindən tamamilə qurtara bilərdi.Həm də Yerevan Avrorpa İttihaqına (Aİ) söz verdi ki, kəmər işə düşən kimi , Ermənistan atom elektrik stansiyasını (AES) bağlayacaq. Aİ hazırda RAO "YEES"-in idarəsində olan AES-in bağlanmasını çoxdandır tələb edir. AES Ermənistanın elektrik enerjisinin 40 faizini hasil edir və rusiyanın nüvə yanacağı ilə işləyir.
Lakin erməni nazir bu iddiaları təkzib edərək deyib:" kəmər İrandan Ermənistanın daxili tələbatını ödəyəcək qədər qazın nəqliyyatı üçün nəzərdə tutulub.Bu xəttin Gürcüstana, oradan da Ukrayna və Avropaya çəkilməsi barədə Ermənistanda heç kim bizimlə danışıqlar aparmayıb. Bizim qarşımızda belə bir vəzifə durmur. Ancaq təbiidir ki, böyük dövlətlərdə ikinci qaz kəməri çəkmək istəyi baş qaldıra bilər. Avropa, yaxud hansısa başqa ölkələr bu barədə düşünə bilər. Hər halda, təkrar edirəm ki, bu gün belə danışıqlar aparılmır".
Movsesyan deyib:" O ki, qaldı yuxarıda söylənənlərə, mən belə məsuliyyətsiz bəyanatlar verə bilməzdim, ona görə ki, ezamiyyətdə idim və Ermənistana təzəcə qayıtmışam. Hökumətin iclasının yazıda göstərilən tarixi də həqiqətlə uzlaşmır.Ermənistan vicdanlı tərəfdaşdır, hamı ilə qarşılıqlı faydalı münasibətlər saxlamaq istəyir və Avropa İttifaqı (Aİ) da İran-Ermənistan qaz kəmərişin çəkilişinə qəpik də ayırmayıb.Bu vəsaitləri Ermənistan hökumətinin özü axtarmalı olacaq".
"İran-0Ermənistan qaz kəmərinin çəkilişini Metsamor (Ermənistan) atom elektrik stansiyasının (EAES) bağlanması məsələsi ilə uzlaşdırmaq olarmı?"-sualına Movsesmyan cavab verib ki, qaz kəməri elə bir alternativ enerji mənbəyi deyil ki,EAES-in bağlanması ilə əlaqələndirilsin. Alternativ mənbəyə malik olmaq üçün Ermənistana haradasa $1 milyard gərəkdir.Aİ isə hökumətimizə fəqət $100 milyon təklif edirdi. Təbiidir ki, biz bu şərti qəbul etmədik, ancaq Aİ ilə danışıqlırımızı da kəsməmişik. Biz deyirik ki, yeni infrastruktur yarada biləcəyimiz maliyyə mənbələrini bizə göstərin ki, EAES-in bağlanacağını elad edə bilək.Maliyyə mənbələri barədəə məlumata malik olmadan AES-in bağlanmasından söz açmaq cəfəngiyyatdır.
Deməli, Aİ hər halda Yerevana $100 milyon təklif edib! Həm də yəqin təkcə EAES-in bağlanmasına və onu əvəz edə bilən stansiyanın tikintisinə yox! Bəs , onda nəyə?
Martın 29-da "Nefteqazovaya vertikal" inter-saytında dərc olunmun təp-təzə xəbər də erməni nazirin səmimiliyinə şübhə oyadır. İnternet-saytda oxuyuruq:" Ermənistanın Energetika naziri Armen Movsesyan "İnterfaks" agentliyinə müsahibəsində məlumat verib ki, tikintisinə dair müqavilənin lap bu yaxınlarda imzalanacağı planlaşdırılan İran-Ermənistan qaz kəmərinin çəkilişi daha sonra Gürcüstan ərazisindən Ukraynayadək və oradan da Aİ ölkələrinədək davam etdirilə bilər. Onun sözlərinə görə, kəmərin İran-Ermənistan-Gürgüstan-Qaradənizin dibi-Ukrayna marşrutu ilə çəkilişi variantı da istisna edilmir."Mavi axın" layihəsinin reallaşmasından sonra ,dəniz dibi ilə uzaq məsafələrə qaz kəmərlərinin çəkilişi artıq adama əfsanə kimi görünmür".Sitatın sonu.
Kiyev həftənaməsi "Zerkalo nedeli" Movsesyanın sözlərini iqtibas edir:" İran qazının ukrayna və avropa bazarlarına ixracı bu ölkələrin təbii qaz i xracının alternativ mənbələrinə yol tapmaq dəsti-xəttinə uyğundur. İran da bunu istəyir, Türkmənistan da, ən başlıcası isə , Avropa İttifaqı da! Avrorpa istəyir ki,Ermənistadan keçən kəmərləİran və Türkmənistan qazını alsın.Ancaq bu, indit rusiya qazını alan ölkələrə də aidiyyəti olan uzun və ciddi danışıqlır tələb edən bir məsələdir".
"Zerkalo nedeli"-nin məqaləsi erməni nazirinin üzdəniraq təkzibini , necə deyərlər, kökündən baltalayır! Yazıda deyilir ki, Kiyevin VNİPİ Transmqaz institutu hələ 2000-ci ildə Gürcüstanın Supsa limanından Qaradənizin dibi ilə Krımın Feodosiya şəhərinədək 550-km.-lik borunun döşənməsini də nəzərdə tutan İran-Ermənistan-Gürcüstan-Ukrayna-Avropa marşrutu üzrə qaz kəməri layihəsinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) işəyib hazırlamışdı. Ukrayna Yanacaq və Energetika nazirliyinin hesablamalarına görə, tikintisi $5 milyarda başa gələcək kəmərlə ildə 60 milyard kub metr ( o cümlədən 10 milyard kub metr Ukrayna üçün ) qaz nəql etmək mümkün olacaq.
Adamın inanmağı gəlmir ki, kiyev layihəçiləri layihəyə cəlb olunacaq tərəflərin müvafiq razılığı olmadan, nəhəng bir qaz kəmərinin TİƏ-sinin hazırlanması kimi böyük həcmli işi müftə görsünlər…


ALMANİYANIN BAKIDAKI SƏFİRİ: AZƏRBAYCAN PREZİDENTİ İ.ƏLİYEVİN BRÜSSEL SƏFƏRİ BÖYÜK ƏHƏMİYYƏT DAŞIYACAQ

BAKI.31.03.2004.MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyevin mayın ortalarında Brüsselə səfəri və onun orada Avropa İttifaqının (Aİ) Müdafiə və xarici siyasət məsələləri üzrə Ali nümayəndəsi Xavyer Solana, Avropa Komissiyasının (AK) sədri Romano Prodi və Energetika və Nəqliyyat üzrə komissarı ilə görüşləri çox böyük siyasi və iqtisadi əhəmiyyət daşıyacaq.
Bakıda mətbuat konfransında bu fikrini açıqlayan Almaniyanın respublikamızdakı səfiri Klaus Qrevlixin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanı Aİ-nin "Yeni qonşular" proqamına qoşmaq nəzərdə tutulur. Bundan əlavə Aİ-nin və Azərbaycanın ümumi maraqları da var ki, bu da enerji ehtiyatlarının istehsalı və nəqlinə aiddir. Qarşıdakı 30 ildə Avropanın təbii qaza tələbatı qat-qat artacaq. Rusiya və Əlcəzair Avropanı qazla tam təmin edə bilməyəcəklər. Deməli, qitə Azərbaycanın da "mavi yanacağı"na ehtiyac duyacaq. Bakı isə öz növbəsində qazını Avropaya ixrac etməkdə maraqlıdır.


APRELİN 20-21-DƏ ALMANİYA XİN RƏHBƏRİ YOŞKA FİŞER AZƏRBAYCANDA SƏFƏRDƏ OLACAQ

BAKI.31.03.2004.MEDİA-PRESS: Almaniya Xarici İşlər naziri Yoşka Fişer aprelin 20-21-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu ölkənin respublikamızdakı səfiri Klaus Qrevlix jurnalistlərə məlumatında daha sonra bildirib ki, tərəflər səfərin proqramını hələ dəqiqləşdirirlər. Bununla belə ali-məqam qonağın prezident İlham Əliyev və Azərbaycan XİN rəhbəri Vilayət Quliyevlə görüşəcəyi artıq bəllidir.
Tərəflərin danışıqlarının ehtimali mövzusu terrorizmə qarşı mübarizədə və təhlükəsizlik sahəsində əməkdaşlığa, regional siyasət problemlərinə, həmçinin NATO-nun İstanbul ziprvə toplantısına hazırlığa aid olcaqdır.
K. Qrevlix əlavə edib ki, Yoşka Fişerin Azərbaycanın dini konfessiyalarının rəhbərləri ilə görüşünün təşkili də planlaşdırılır.


AZƏRBAYCAN VƏ ALMANİYA HƏRBİ ƏMƏKDAŞLIQ VƏ TƏHLÜKƏSİZLİK HAQQINDA SAZİŞ İMZALAYACAQLAR

BAKI.31.03.2004.MEDİA-PRESS: Azərbaycan və Almaniya bu il həbri əməkdaşlıq və təhlükəsizlik haqqında saziş imzalamaq niyyətindədirlər. Bu haqda jurnalistləri məlumatlandıran Almaniyanın ölkəmizdəki səfiri Klaus Qrevlixin sözlərinə görə, saziş təhlükəsizlik sahəsində məsləhətləşmələri, sərhəd məsələlərində əməkdaşlığı nəzrdə tutur. Almaniya Azərbaycana məsləhət xidməti göstərmək məqsədi ilə iki mütəxəssis ayırıb. Məsləhətlərin başqa bir forması isə Azərbaycanın hərbi doktrininin təkmilləşdirilməsinə xidəmət edəcək.


ALMANİYA-NIN HÖKUMƏT NÜMAYƏNDƏ HEYƏTİ İQTİSADİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ APRELDƏ BAKIDA MÜZAKİRƏ EDƏCƏK

BAKI.31.03.2004.MEDİA-PRESS: Aprelin 24-27-də Almaniya hökumət nümayəndə heyəti ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək.
Bu ölkənin respublikamızdakı səfiri Klaus Qrevlix bir qədər sonra, mayın ortalarında, Almaniyanın sənaye dairələrinin nümayəndələrindən ibarət heyətin azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu məsələlərini müzakirə məqsədilə gələcəyini qeyd edib. İndiyədək Almaniya azərbaycan iqtisadiyyatına 270 milyon avro sərf edib və bu vəsaitin bir hissəsi respublikaya Avropa İttifaqı xətti ilə daxil olub.
Qrevlix Azərbaycana artan marağın neft layihələrinin reallaşması ilə bağlı olduğunu , bu layihələrdən respublikanın ildə təqribən $1 milyard qazanc götürəcəyini dedi. Səfir Alman sahibkarların bir qrupunun Azərbaycanda qeyri-neft sahəsində işləməyə hazırlaşdığını və hətta bir sıra iri layihələrin tətbiqinə dair danışıqların getdiyi desə də, danışıqların təfərrüatını açqlamaqdan imtina etib.


AZƏRBAYCAN VƏ BELARUSUN BAŞ NAZİRLƏRİ AZAD TİCARƏTƏ DAİR HÖKUMƏTLƏRARASI SAZİŞİ MİNSKDƏ İZALAYACAQLAR

BAKI.31.03.2004.MEDİA-PRESS: Bu gün Minskdə Azərbaycanın baş naziri Artur Rasizadənin Belarusa rəsmi səfəri çərçivəsində ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərararsı belarus -azərbaycan komissiyasının ilk iclası olacaq.
Səfər proqramına görə, Belarus və Azərbaycan hökumətlərinin başçıları azad ticarət haqqında hökumətlərarası saziş imzalayacaqlar. Artur Rasizadənin "Atlant" soyuducular, habelə Minsk traktor və Minsk avtomobil zavodlarında olcağı da nəzərdə tutulub.
Keçən il Belarusun MDB ölkələri ilə ticarətinin həcminə görə Azərbaycan 7-ci olub. Bu iki ölkə arasında ticarət dövriyyəsi 2002-ci illə müqayisədə keçən il 56,1% artaraq $10,5 milyona çatıb. Belarusun Azərbaycana ixracı təqribən 2 dəfə artsa da, idxalı-22,6% azalıb.
Əmtəə dövriyyəsinin qarşılıqlı artım meyli 2004-cü ilin ilk aylarında da qalmaqadır.Bu ilin yanvarında $957 min həcmində əmtəə dövriyyədə olub və ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən də çox, Belarusun Azərbaycana ixrac həcmi isə 2,8 dəfə artıb.


AZƏRBAYCANIN PEKİNDƏKİ SƏFİRİ AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİNİN KEYFİYYƏTLİ YÜKSƏLİŞİNƏ ÜMİD BƏSLƏYİR.

BAKI.31.03.2004.MEDİA-PRESS: TRASECA -nın ( Transasiya-avropa dəmiryolu magistralının ) tikintisi və Bakı-Ceyhan neft kəmərinin çəkilişi azərbaycan-çin əməkdaşlığını kyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfiri Yaşar Əliyev ikpi ölkə arasında dinlommatik münasibətlər yaranmasının 12-ci ildönümü ilə bağlı belə deyib.
Bu münasibətlərin 1992-ci ilin aprelində qurulduğunu deyən Yaşar Əliyevin sözlərinə görə, iki ölkə arasında etibarlı və səmimi münasibətlər yaranıb. O bir daha təyid edib ki, Azərbaycan vahid Çinin mövcudluğunu tanıyır, deməli, ölkənin qitədə yerləşən hissəsi də , Tayvan da Çinə mənsubdur.
Çini və Azərbaycanı çoxəsrlik dostluq telləri birləşdirir . Hələ 2 min əvvəl Azərbaycan "İpək yolu"nda Çinin təcarət tərəfdaşı olub. 1998-ci ildən ikitərəfli ticarətdə əmtəə dövriyyəsinin həcmi artımaqdadır. ÇXR Ticarət nazirliyinin məlumatına görə, bu dövriyyənin həcmi 2003-ci ildə $238 milyondan çox olaraq, bir il əvvələ nisbətən 149,7% artıb. Çin Azərbaycana $204 milyon dəyərində mal ixrac edib (artım-116,7%), Azərbaycandan idxal isə- $34,67 milyon ( artım-2282,8%) olub.
Səfir deyib:"Lakin ölkələrimiz arasındakı ticari-iqtisadi ilişkilərin səviyyəsi heç də onların imkanlarına uyğun deyil. Azərbaycan və Çin kənd təsərrüfatı, turizm, yüngül və toxuculuq sənayeləri və başqa sahələr üzrə uğurla əməkdaşlıq edə bilər. Ticari-iqtisadi əlaqələrin inkişafı üzrə səylər ilk növbədə üstün sahələrə, məsələn, energetika sahəsinə yönəldilməlidir".
İndi Azərbaycandakı neft yataqlarının bir qisminin kəşfiyyatı hüququnun Çin müəssisələrinə verilməsinə dair danışıqlar gedir. İndiyədək Çin 3 neft mədənində belə hüquqa yiyələnib. Tərəflər çinli mütəxəssislərin respblikamızın bir sıra SES-ləində enerji bloklarının inşaası və modernləşdirilməsində iştirakı məsələlərini də müzakirə edəcəklər.
Diplomat qeyd edib ki, Azərbaycanın ən əzəmətli layihələrindən sayılan Bakı-Ceyhan neft kəmərinin istifadəyə verilməsi enerji ehtiyatlarının həm avrasiya məkanına, həm də dünya bazarına təhlükəsiz ixracına xidmət edəcək.Azərbayca səfiri çin müəssisələrini bu layihənin reallaşmasında daha fəal iştiraka çağırıb.


ABŞ KONQRESİNDƏ AZƏRBAYCAN ÜZRƏ İŞÇİ QRUP YARADILIB

BAKI.31.03.2004.MEDİA-PRESS: ABŞ Konqresində Azərbaycan üzrə yaradılmış işçi qrup dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək.
Respublikamızın ABŞ-dakı səfirliyinin müşaviri Tahir Tağızadə "İnterfaks-Azərbaycan" agentliyinə bildirib ki, qrupun əsas vəzifələri iki dövlətin daha da yaxınlaşması xəttini davam etdirmək, bir sıra məsələlər üzrə siyasəti əlaqələndirmək, parlamentlər səviyyəsində daimi əlaqə saxlamaq, demokratik islahatlar keçirilməsində Azərbaycana kömək göstərməkdir.
İşçi qrupuna ABŞ Konqresinin və Senatının həm hakim Respublika , həm də Demokrat partiyalarını təmsil edən üzvləri daxil olacaq.


LONDONDA "MDB NEFT-QAZI-2004: RUSİYA, XƏZƏR, QAFQAZ VƏ MƏRKƏZİ ASİYA" SAMMİTİ KEÇİRİLİR

BAKI.31.03.2004.MEDİA-PRESS: Londonda "MDB neft-qazı-2004: Rusiya,Xəzər, Qafqaz və Orta Asiya" mövzusunda 3-günlük sammit açılıb.
Təşkilatçılar RİA "Novosti"yə bildiriblər ki, 4-cü dəfədir ki, bu sammit nazirlərin və neft-qaz şirkətləri rəhbərlərinin iştirakı ilə keçirilir. Baş təşkilatçı- "Energy Exchange Ltd" london şirkəti rəsmisinin sözlərinə görə, sammit " Rusiyada, xəzəryanı regionda, Qafqazda və Mərkəzi Asiyada sürətlə inkişaf edən neft-qaz bazarlarında çalışanlara və ya bu bazara indi gəlmək niyyətinə düşənlərə həmin regionların hər birinin imkanları barədə aydın təsəvvür əldə etməyə imkan verəcək".
Sammitin ilk günü Rusiyanın neft-qaz sektoruna həsr edilib. ABŞ Energetika Nazirliyinin Rusiya və Avrasiya üzrə direktoru Leonard Koburnun, Rusiya Müstəqil qaz istehsalçıları ittifaqıqı prezidenti Viktor Baranovun, "Lukoyl" və "Total" şirkətləri mütəxəssislərinin, neft-qaz sənayesi analitiklərinin ümumi iclaslarda çıxışları gözlənilir.
Azərbaycanın Yanacaq və Energetika naziri Məcid Kərimov sammitin ilk gününün xüsusi qonağı olub.
Bu ilin yeniliyi sammitin problemləri üzrə "dəyirmi masa" müzakirələrinin təşkilidir. Belə "masalar" nümayəndələrə və məruzəçilərə MDB-nin neft-qaz sahəsində qazanılmış bilik və iş təcrübəsini mübadilə etməyə imkan verəcək.
Sammitin 31 mart və 1 aprel günlərinin iclasları: MDB ölkələrində neft-qaz sahəsiin maliyələşdirilməsi; innovasiya texnologiyaları, neft-qaz sənayesi işinin və idarəçiliyinin informasiyalaşdırılması və avtomatlaşdırılması, Rusiyadan və MDB-nin ayrı ölkələrindən neft-qaz ixracının imkan və perspektivləri, neft və qaz biznesidə dair dövlət siyasəti mövzularına həsr olunacaq.
Avropa Yenidənqurma və İnkişaf Bankının Təbii ehtiyatlar üzrə direktoru Kevin Bors, "Qazeksport" şirkəti baş direktorunun müavini Sergey Yemelyanov, Litva Qaz Assosiasiyasının prezidenti Raymundas Palyukas,TNK-BP , Kaztransoyl, Statoyl-Azerbaijan şirkətləri nümayəndələri də nitq edəcəklər.


SUMQAYITDA BUXAR-QAZ QURĞUSUNUN TİKİNTİSİNƏ 270 MİLYON AVRO KREDİT AYRVLACAQ

BAKI.31.03.2004.MEDİA-PRESS: Sumqayıtda 500 Mvt gücündə buxar-qaz qurğusunun tikintisinə 270 milyon avro kredit ayrılacaq. Bu məlumatı jurnalistlərə açıqlayan Almaniyanın respublikamızdakı səfiri Klaus Qrevlix layihənin maliyyə məsləhətçisinin Baerische Landeshbank Girozentral alman bankı olduğunu qeyd edib.
Səirin sözlərinə görə, banklar konsorsiumu yaradılacaq və bu qurum layihəni maliyyələşdirəcək. Kreditin bu ilin sentyabr-oktyabrında veriləcəyi gözlənilir.
Xatırladaq ki, Sumqayıtın zərərlə işləmiş iki İEM-i ( istilik -elektirik mərkəzi) hələ 2002-ci ildə bağlanıb. Elə o vaxt qərara alındı ki, şəhər üçün 400-450 Mvt. gücündə buxar-qaz qurğusu tikilsin.
K.Qrevlix bu layihənin Azərbaycan üçün əhəmiyyətindən danışaraq deyib:" Gərək dövlətin iqtisadi inkişaf proqramının reallaşdırılması üçün ölkə elektrik enerjisinin idxalından asılı olmasın.

<<< <<<