rus || eng


THE WALL STREET JOURNAL: NATO CƏNUBİ QAFQAZ BARƏDƏ MÖVQEYİNİ İSTAMBUL SAMMİTİNDƏ AÇIQLAMALIDIR

BAKI.03.05.2004.MEDİA-PRESS: " NATO qarşıdan gələn İstanbul sammitində Cənubi Qafqaza dair mövqeyini açıqlaya bilərdi. Çünki bu regionun strateji əhəmiyyəti onu son dərəcə cəlbedici "mükafata" çevirir". Vaşinqton Təməl strateji və siyasi tədqiqatlar institutunun böyük elmi əməkdaşı Vladimir Sokor ABŞ işgüzar dairələrinin THE Wall Street Journal qəzetinə məsahibəsində belə deyib. Təhlilçi yazır: Alyansın qərbi qaradəniz sahili rayonu hesabına genişlənməsinin təzəcə başa çatması və Avropa İttifaqının (Aİ) da bu istiqamətdə genişlənəcəyinin nəzərdə tutulması Zaqafqaziyanı qərb beynəlxalq strukturlarının bilavasitə "qonşusu"na çevirir.
Bu region NATO Avropasından Orta Asiya və Əfqanıstanadək geniş məkanı ehtiva edən, formalaşmaqda olan geostrateji və geoiqtisadi sistemdə mərkəzi yer tutur. Bu region Xəzərin enerji daşıyıcılarının Qərbə- Avratlantik birliyi ölkələrinə nəqliyyatı üçün nadir bir məcradır, həm də antiterror koalisiyasının Yaxın Şəqə çıxışını təmin edir. Məhz bu səbəblərə görə Zaqafqaziya avrasiya strateji maraqlar dairəsinə düşüb. Rusiyanın qonşusu olaraq qalan Zaqafqaziya əslində avroatlantik "sərhədyanı zona"ya çevrilib. Hadisələrin bu yöndə inkişafının təşəbbüskarı amerikanlarlır. Bu meyl təzəcə başlayıb. Odur ki, onun nəticələri , xüsusən Qərbi Avropada layiqincə qiymətləndirilməyib.
Qəze yazır : siyasi planda - region ölkələrinin təhlükəsizliyinin təmininə, onların dövlətçiliyinin möhkəmləndirilməsinə və enerketik layihələrin inkişafına kömək baxımından- Zaqafqaziyada bütün Qərbin maraqlarının təmin olunmasının əsas ağırlığı əvvəlki kimi yenə bə Birləşmiş Ştatların çiyninə düşür.
Avropanın bu regionun təhlükəsizliyinin təminində, onun energetika sektorunun inkişafında daha maraqlı olmasına rəğmən, ABH-la müqayisədə avropalıların bu işə töhfəsi cüzi olaraq qalır. İndi NATO bu mühüm regionda strategiyasını işləyib hazırlamaq üçün təcili addımlar atmağa çalışır. Aİ isə regiona nisbət əvvəlki "parlaq təcrid" mövqeyinə yenidən baxmağa başlayıb. Zaqafqaziyada öz ümumi maraqlarını realllaşdırmaq istəyən hər iki təşkilat bununla qənaətlənə bilər ki, onların siyahılarında olan ölkələr eynidir.
Enerji ehtiyatlarına və döyüşlərin əməliyyatları teatrına çıxış nöqteyi-nəzərindən Gürcüstan və Azərbaycan başlıca rol oynayır. Coğrafi mövqelərinin hökmü və öz siyasi seçimi ilə hər iki ölkə avratlantik birliyinə kömək baxımından üzərlərinə mühüm öhdəliklər götürüb. Antiterror koalisiyasının fəal iştirakçıları kimi, Gürcüstan və Azərbaycan NATO ölkələrinə və ABŞ-a tranzit hüququ verib və hətta onların Balkanlar, Əfqanıstan və İraqdakı əməliyyatlarında iştirak məqsədilə kiçik tərkibdə öz hərbi hissələrini də ayırıblar.Bu mənada, eləcə də siyasi və diplomatik baxımdan Tbilisi və Bakı əslində ABŞ və NATO-nun müttəfiqləri kimi davranırlar.
Bununla da hər iki ölkə öz təhlükəsizliklərini ciddi risq altına qoymağa hazırdır. Onlar yalnız qoşa hərəkət edi bilər : həm avratlantik birliyinin tərəfdaşları, həm də NATO üzvlüyünə namizədlər kimi. Başqa yol yoxdur.
Beləliklə, Gürcüstan və Azərbaycanın NATO-ya daxil olmaq səyi -düşünülmüş addım sayıla bilər. Bu uzunmüddətli vəzifələrin həllində hər iki ölkə ABŞ və Türkiyə ilə sıxəməkdaşlıq edir. Əlbəttə , NATO üzvlüyü standartlarından onları illər ayırır. Bununla belə, səmərəli təhlükəsizlik sistemi bu ölkələrə indi lazımdır. Alyans bu sistemi regionda onların NATO üzvlüyündən qabaq təmin etməlidir. İndi,NATO-nun genişlənməsinin ikinci raundu başa çatdıqdan sonra, alyansın Zaqafqaziya barəsində strategiyasını hazırlamaq vaxtı çatıb. Alyansın qarşıdakı sammitində birinci mərhələyə başlamaq təşəbbüsü qaldırıla bilər. Bu mərhələdə region təhlükəsizlik və iqtisadi baxımlardan avratlantik sisteminə qovuşmalı, sonra bu zəmində Zaqafqaziya ölkələrinin dövlətçiliyi möhkəmləndirilməlidir. "Qoşulma" uğurlu alınarsa, NATO-ya inteqrasiya mərhələsinə başlamaq olar. Təbiidir ki, Gürcüstan və Azərbaycandan.Eyni zamanada Ermənistanı da avratlantik ittifaqına yaxınlaşmağa sövq olunacaqdır. Əlbəttə, alyansın Qərbmeylli Gürcüstan və Azərbaycandakı maraqları, eləcə də bu dövlətlərin öz umacaqları və tələbatı, rusiyameyilli Ermənistandakından tamamilə fərqlənir. Bununla belə, bu mərhələdə Ermənistana imkan verilməlidir ki, gələcəkdə başqa seçim etsin.
Gürcüstan və Azərbaycanın hava məkanlarındakı vəziyyətə dair məlumatları ABŞ-la mübadilə etmək yolu ilə öz səmalarının toxunulmazdığını təmin etmək üçün, eləcə də öz mülki və hərbi aerodrolmlarının, dəniz limanlarının NATO standartlarına uyğun modernləşdirilməsini sürətləndirmək üçün köməyə ehtiyacları var. Bu qəbil vəzifələri Gürcüstan və Azərbaycanla sazişllər yolu ilə rəsmiləşdirmək olar: bunu ya İstanbul sammitində elan etmək, ya da belə sazişlərin hazırlanması üçün səlahiyyət almaq lazımdır. Aşkar uğur qazanılarsa, bu qəbil təhlükəsizlik tədbiləri Ermənistanı daha tarazlı siyasət yeritməyə sövq edə bilər.
Wall Street Journal yazır 6 NATO-nun 1 iyun sammiti Gürcüstan və Azərbaycanın bu Təşkilata qoşulmaq səylərinin alyanın siyasi etirafı üçün zaman və məkan məqamı ən əlverişlidir - hər iki ölkəyə Fərdi tərəfdaşlıq sahəsində əməli plana (FTSƏP) qoşulmaq imkanı verilməlidir.
Tədricən bu proseduru, elə eyni şərtlərlə Ermənistana da şamil etmək olar. Ancaq Ermənistan vaxtı uzatmağa başlasa,yaxud onun bu prosesə qoşulmasına etiraz eləsə, bu işin Gürcüstan və Azərbaycan barəsində gerçəkləşməsini heç cür yubatmaq olmaz. Ancaq müttəfiqlər təhlükəsizlik baxımından Ermənistan üçün də cəzbedici stimul yaratmalıdır. Bunun üçün Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin həllində siyasi rəhbərldiyi öz üzərinə götürməli olacaq.Çünki Azərbaycanda da , Ermənistanda da yalnız ABŞ-a kifayət qədər etimad bəslənilir.
Son olaraq deyə bilərik : Zaqafqaziyanın avratlantik sisteminə "qoşulması"na təhlükəsizlik strukturlarının bu regiona yayılmasından başlamaq lazımdır. Bu zaman xərclər və ehtiyatlar üzərinə düşən yük ABŞ və NATO-nun bu gün başqa regionlarda etdikləri ilə müqayisədə , demək olar ki, heç nədir, ancaq alyansın alacağı strateji üstünlüklər həqiqətən tarixi miqyas kəsb edəcək.


T.BLER : TÜRKİYƏ İSLAM DÜNYASININ KÖRPÜSÜDÜR

BAKI.03.05.2004.MEDİA-PRESS: Almaniyanın "Züddöyçe Saytunq" qəzeti Britaniya baş naziri Toni Blerin məqaləsini dərc edib. Avropa İttifaqının (Aİ) genişləndirilməsinin " strateji, siyasi və iqtisadi əhəmiyyəti" və Türkiyənin bu ittifaqa qəbul edilməsinin zəruriliyindən bəhs edən müəllif yazır:" Aİ-nin dövrəsində sabitlik, demokratiya və tərəqqidən məhrum regionlarlar yoxdursa, o bu nemətlərin vadisi sayıla bilməz". T.Bler Türkiyəni "Avropa İttifaqına yeni çalarlar gətirəcək" bir ölkə kimi səciyyələndirərək, yazır:" Türkiyəni qəbul etməklə,biz islam dünyasına körpü salmış olarıq. Belə körpülər isə indi hər zaman olduğundan daha vacibdir".


AZƏRBAYCAN ARTİSTLƏRİ TEHRANDA

BAKI.03.05.2004.MEDİA-PRESS: Avtandil İsrafilovun rəhbərlik etdiyi azərbaycan xalq çalğı alətləri ansanblının Tehranda, "Azadi" mədəniyyət mərkəzində konsertləribaşlayıb.
İRNA agentliyinin məlumatına görə, Məhəmməd Peyğəmbərin mövlud həftəsinə (2-7 may) həsr olunmuş konsert proqramında tarzən Vamiq Məmmədəliyevin rəhbərlik etdiyi Bakı İncəsənət Universitetinin ansamblı və "Aşıq Şərqiyə" vokal-instrumental ansamblı da iştirak edirlər.
Proqramın təşkilatçıları İran azərbaycanlılarının Mədəniyyət mərkəzi və Rudəki Fondudur.
Azərbaycanın özünəməxsus musiqi sənəti onun təməlini təşkil edən zəngin melodik məqamlar ( lad) sayəsində dünyanın bir çox ölklərində şöhrət qazanıb. Avropa musiqisinin kökü iki laddan - major və minordan ( və onların variantlarından ) ibarət olduğu halda, mili musiqimizdə - 7 məqam və daha bir neçə köməkçi məqam vardır, bu da musiqi lövhəsinin tükənməz rəng və çalarlarını şərtləndirir. Azərbaycan xalq musiqisində mahnı və rəqslərdə savayı həmişə mürəkkəb musiqi fomaları da olub. Məsələn, muğamlar. Süitaya daha çox yaxınlaşan, ifaçıdan yüksək ustalıq tələb edən muğam daim inkişafda olan və rəngarəngliyi ilə seçilən milli melodik rəsmin bütün təkrarolunmaz cazibə və rayihəsini özündə inikas etdiri və bu səbədəndir ki, həmişə dinləyici zövqünü oxşayır, qəlbləri riqqətə gətirir. İRNA-nın məlumatında belə deyilir.


İYUNDA BTC KƏMƏRİNİN TÜRKİYƏ HİSSƏSİNDƏ TİKİNTİNİN GEDİŞİ YOXLANILACAQ

BAKI.03.05.2004.MEDİA-PRESS: Azərbaycan hökuməti başçısının müavini Abid Şərifovun rəhbərlik edəcəyi komissiya iyunun əvvəlində Türkiyəyə gedəcək. Məqsəd Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin (BTC ƏİK) türkiyə hissəsində tikintinin gedişini planauyğun yoxlamaqdır.
Türkiyə tərəfi ilə razılığa əsasən, kəmərin türkiyə hissəsində bu qəbil təftişi hər ay həm azərbaycan, həm də tikintinin baş podratçısı- Tyrkiyənin BOTAŞ şirkətinin nümayəndələri aparırlar.
Bu məntəqədə inşaat işlərinin yubandığına toxunan A.Şərifov vurğulayıb ki, istənilən layihədə, hətta ən kiçiyində, gözlənilməz çətinliklər yaranır, o ki, qaldı BTC ƏİK kimi nəhəng layihə ola. Təbiidir ki, dəyəri təqribən $3 milyarda çatan bu kəmərin çəkilişi də problemsiz ötüşə bilməz. Lakin həm Gürcüstan, həm də Türkiyə ərazilərində yaranan belə çətinliklər vaxdında aradan qaldırılır.
Xatırladaq ki, kəmərin türkiyə və gürcüstan sahələrində tikintidəki geriləmələri aradan qaldırmaq üçün daha iki tikinti meydançası açılacaq, ora əlavə texnika və işçi qüvvəsi cəlb olunacaqdır.
Hər iki sahədəki geriləmə qışda Türkiyənin cənub-şərqində və Gürcüstanla həmsərhəd məntəqədə güclü qar yağıntısı ilə bağlıdır. O zaman BTC ƏİK-in tyrkiyə hissəsində 4 nasos stansiyasının tikintisi zamanı da oxşar vəziiyyət yaranmışdı. İşi gecikdirməmək üçün, stansiyaları tikinti meyandalarından kənarda blok-blok yığıb quraşdırmaq qərara alındı. Elə də edildi. Havalar yaxşılaşan kimi, hazır blokların bilavasitə tikinti meydançalarında quraşdırılmasına başlandı..
1762 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 249 kilometri-Gürcüstan və 1070 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 3,6 mlrd.dollardır və bu vəsaitin 2,95 milyard dolları inşaat işlərinə xərclənəcək.
Kəmərin azərbaycan hissəsində tikintinin podratçısı Yunanıstan şirkəti - Consolidated Contractors International Company, gürcüstan sahəsində isə - fransız-amerikan alyansı -Spie Capag/ Petrofag-dır. Sonuncu hər iki ölkə ərazisindəki nasos stansiyalarının tikintisi üzrə də podratçıdır. Türkiyə ərazisində isə tikintinin podratçısı, qeyd etdiyimiz kimi, yerli BOTAŞ-dır.


TEPCO YAPONİYA ŞİRKƏTİ RESPUBLİKANIN ENERJİ SİSTEMİNİN REAL VƏZİYYƏTİNİ ÖYRƏNİB

BAKI.03.05.2004.MEDİA-PRESS: Yaponiyanın TEPCO (Tokyo Elektrik power Company) konsaltinq şirkəti azərbaycan enerji sisteminin real vəziyyətini araşdırıb.
"Azərenerji" SC mətbuat xidmətinin məlumatına görə, yaponlar enerjinin istehsalı, nəqliyyatı , istehlakçıya çatdırılması, sahənin islahat sürətinin müəyyənləşdirilməsi, proqnozlar, təhlillər üzrə araşdırmalar aparacaq,müxtəlif Baş idarələrin , Barmek -Azerbaijan və Vayva şirkətlərinin mütəxəssisləri ilə görüşlər keçirəcəklər.
Toplanmış məlumatlar təhlil ediləcək və bu ilin iyun ayında TEPCO-nun növbəti missiyası gedişində azərbaycanlı ekspertlərlə birgə müzakirə ediləcək.
Bu işi Yaponiyanın JBİC bankı maliyyələşdirir. Bank Azərbaycanın energetika sektorunda gələcək siyasətini də məhz toplanmış məlumatlar əsasında qurur.
JBİC bundan əvvəl "Şimal" DRES0də ilk buxar-qaz qurğusunun tikintisinə illik 0,75 faizlə 40 illik kredit ayırmışdı. 400 MVt gücündə olan bu yeni enerji blokunu yapon şirkəti Mitsui tikib. Bank Qaradağ-Digah-"Şimal" DRES qaz kəməri üçün də kredit ayırıb . JBİC-in kreidləri üst-üstə $340 milyon təşkil edir.


FİNANCİAL TİMES :RUSİYADA NEFTİN REAL EHTİYATLARI ARTIR

BAKI.03.05.2004.MEDİA-PRESS: The Financial Times bir sıra təhlilçilərə istinadən yazır ki , "Rusiyanın neft ehtiyatları əvvəllər güman edildiyindən xeyli çox ola bilər". "YUKOS" şirkətinin ehtiyatları auditin nətiəcələrinə görə 11,2 milyard barrel neft ekvivalentindən 2003-cü ilin sonunda 13 milyard barrelə yüksəlib.
TNK-BP şirkəti isə 6,1 milyard barrel neft ekvivalenti həcmində hesablanmış ehtiyatlarının yaxın zamanlarda -9 milyard,uzaq gələcəkdə isə- 30 milyard barrel neft ekvivalentinədək arta biləcəyini bəyan edib.
RİA "Novosti" rusiya "LUKoyl"una istinadən yazır :" Miller ənd Lents (ABŞ) şirkətinin apardığı auditin nəticələrinə görə, 2004-cü il yanvarın 1-ə LUKoyl-un isbat olunmuş karbohidrogn ehtiyatları -20,056 milyard barrel neft ekvivalenti ( bunun 15,977 milyard barrelli nefdir) təşkil edib. 2003-cü ilin 1 yanvarı ilə müqayisədə şirkətin ehtiyatları- 4%, o cümlədən : neft üzrə- 4,7%, qaz üzrə- 1,3% artıb.
The Financial Times yazır ki, təhlilçilərin fikrincə, şirkətlərin bəyanatları nəzərə alınmaqla, Rusiyada neft ehtiyatlrı ehtimal edildiyindən 3 dəfə yüksək ola bilər, Bu fakt Rusiyanı dünyada ən cəzbedici enerji ehtiyatları mənbələrindən birinə çevirir. Amma burası da var ki, öz imkanlarından tam istifadə edə bilmək üçün, rusiya şirrkətlərinə daha mükəmməl texnologiya, quyuları daha yaxşı idarə etmək, kəşfiyyat qazmasının və axtarışların miqyaslarını artırmaq lazım gələcək.


İRAN XƏZƏRYANI ÖLKƏLƏRDƏN GÜNDƏ 1 MİLYON BARREL NEFT İDXAL ETMƏK İMKANINI ARAŞDIRIR

BAKI.03.05.2004.MEDİA-PRESS: İran əvəzini ödəmə prinsipi ilə xəzəryanı ölklərdən gündəlik neft idxalını gələcəkdə 1 milyon barrelə çatdıra bilər. CROSS adlanan bu layihə çərçivəsində İran indi Qazaxıstan, Rusiya və Türkmənistandan gər gün 150 min barrel neft idxal edir. İxracçılar isə təqribən İrana verdikləri həcmdə nefti Fars körfəzinin Xark adasında ( uzlaşdırılmış qiymətə) alırlar.
İranın Neka limanındakı neft terminalı xəzər neftinin saxlanması və ölkənin emal zavodlarına göndərilməsi üçündür. Terminalın bir neçə gün əvvəl işə düşmüş 1-ci növbəsinin gündəlik gücü - 170 min barreldir. 3 növbədən ibarət olacaq terminaldakı çənlərinin tutumu -1,5 milyon barrel təşkil edəcək. Hesablamalara görə, layihənin yalnız 1-ci növbəsinin istismarından İranın illik qazancı $90 milyona çatacaq.
CROSS layihəsinin realizəsinin sonrakı mərhələsi gündəlik 500 min barrel neft idxalını nəzərdə tutur. İranın neft naziri Bijan Zənqane deyib ki, bu halda xəzər neftinin emalı üçün Tehran və Təbriz zavodları ilə yanaşı, Ərak neft emalı zavodundan, idxal həcmləri artdıqca _ İsfahandakı zavodlardan da istifadə olunacaqdır.
Mütəxəssislərin fikrincə, bu işlərin öhdəsindən gəlmək üçün, İrana su tutumu 63 min tondan az olmayan tankerlər gərəkdir. Bununla bağlı İran Milli Tanker şirkəti xarici investorların iştirakı ilə $ 240 milyon dəyərində 6 belə tanker sifariş edib.
Paralel olaraq daha bir layihə- Neka limanını Qazaxıstan və Türkmənistanın neft kəmərləri ilə birləşdirən boru xəttinin çəkilişi layihəsi də nəzərdən keçirilməkdədir.
Bu layihəyə qatılmış ölkələr İranla neft mübadiləsi etməyi faydalı sayır. Beləki, Rusiyanın Tehrandakı səfiri Aleksandr Maryasov deyib ki, xəzəryanı ölkələrin neftinin İran ərazisindən dünya okeanının açıq sularına çıxarılmasının Rusiya üçün böyük əhəmiyyəti var və biz bu layihəni dəstəkləyirik. Layihədə Rusiyanın ən böyük şirkətlərindən biri-LUKoyl da iştirak edir və hesab edirik ki, belə əməkdaşlıq bütün xəzəryanı dövlətlərin mənafelərinə cavab verəcəkdir.


AZƏRBAYCAN, RUSİYA VƏ İRAN "ŞİMAL-CƏNUB" NƏQLİYYAT DƏHLİZİNİN FORMALAŞDIRILMASI MƏSƏLƏLƏRİNİ MAYIN 22-25-DƏ MOSKVADA MÜZAKİRƏ EDƏCƏKLƏR

BAKI.03.05.2004.MEDİA-PRESS: Azərbaycan, Rusiya və İran nümayəndələri "Şimal-Cənub" nəqliyyat dəhlizinin formalaşdırılması məsələlərini mayın 22-25-də Moskvada müzakirə edəcəklər.
Bu məlumatı açıqlayan respublika nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, "Cimal-Cənub" çərçivəsində $ 12 milyon dəyərində Astara (Azərbaycan ) -Astara (İran) dəmir yolu çəkilməlidir. Layihə dəmir yolu şaxəsinin, bir neçə körpünün,habelə standartları uyğun gəlməyən Azərbaycan və İranın dəmiryolunda vaqonlar üçün xüsusi keçidin tikilməsini nəzərdə tutur.
Ziya Məmmədov bir sıra ölkələrin, o sıradan Rusiyanın, layihəni kreditləşdirməyə hazır olduğunu bildirib. APRELDƏ AVN BÜDCƏYƏ 377,1 MİLYARD MANAT KÖÇÜRÜB

BAKI.03.05.2004.MEDİA-PRESS: AZƏRBAYCAN Vergi nazirliyi (AVN) apreldə ölkə büdcəsinə 377,1 milyard manat (4918 manat =1$) köçürüb və bu,proqzdan 8,9% artıqdır. Nazirlikdə Media-Pressə bildiriblər ki, Baş idarə ilin əvvəlində bəri büdcəyə 1,399 trilyon manat ( proqnozdan 5,3% artıq) köçürüb. Bu, keçən il göstəricisindən 226,6 milyard manat və ya 19,3% çoxdur.


AZƏRBAYCAN VƏ ÜB BAZAR XİDMƏTLƏRİNİN İNKİŞAFI ÜZRƏ LAYİHƏ HAZIRLAYIBLAR

BAKI.03.05.2004.MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) və Azərbaycan hökuməti "Bazar xidmətlərinin inkişafı"-na dair yeni müştərək layihə hazırlayıblar.
ÜB Bakı nümayəndəliyində Media_Pressə bildiriblər ki, layihə barədə son danışıqları keçirmək üçün Bankın ekspertləri mayın 2-ci ongünlüyündə paytaxtımıza gəlir. Onlar layihəni artıq iyun ayında ÜB Direktorlar Şurasına təqdi etmək niyyətindədilər.
Layihə 3 ünsürdən ibarətdir. Birincisi, kənd yerlərində maliyyə xidmətlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bank şöbələri hər yerdə olmadığı üçün, kəndlərdə təqaüd və sair müavinətləri "Azərpoçt" birliyi verir.
Layihənin bu ünsürü 1200 poçt şöbəsi arasında rabitə yaradılmasını və bununla da "Azərpoçt" infrastrukturunun yaxşılaşdırılmasını nəzərdə tutur. Bundan əlavə 70 şöbəni bir-biri ilə fibrootik kabel birləşdirəcək.
İkinci ünsür bank sahəsində müasir tədiyyə sisteminin yaradılmasını nəzərdə tutur. Və ,nəhayət, üçüncü ünsür standarlaşdırma, metrologiya və patentlər üzrə Komitənin laboratoriyalarının müasir avadanlıqla təmininə xidmət etməlidir. Bu, yerli və beynəlxalq standartlar nəzərə alınmaqla buraxılan məhsulun keyfiyyətinə nəzarəti yaxşılaşdırmağa və yerli istehsaçılara öz məhsullarını benəlxalq bazara çıxarmağa imkan verəcəkdir.
Xatırladaq ki, bu il ÜB ilə daha iki birgə layihənin -"Təqaüdlər və azərbaycan əhalisinin sosial müdafiəsi" və " Kənd icmalarına investisiyalar" layihələrinin işllənməsi başa çatıb. Bu layihələr də Direktorlar Şurasında "saf-çürük" ediləcək. Birinci layihəyə $10 milyon, ikinciyi isə - $15 milyon kredit ayrılacaq.


MAYIN 6-7-DƏ "AZƏRBAYCANDA LİZİNQİN İNKİŞAFI" BEYNƏLXALQ KONFRANSI KEÇİRİLƏCƏK

BAKI.03.05.2004.MEDİA-PRESS: Mayın 6-7-də Bakıda "Azərbaycanda lizinqin inkişafı" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbiri İqtisadi İnkişaf Nazirliyi, Beynəlxalq Maliyyə Korporasiyası (BMK), İsveçrənin İqtisadi məsələlər üzrə dövlət katibliyi, ATƏT , Azərbaycanda İnvestisiyaları təşviq və məsləhət fondu təşkil ediblər.
Nazirliklə Media-Pressə bildiriblər ki, konfrasdan məqsəd Azərbaycanda lizinq xidmətləri bazarını təşviq etmək, yerli və əcnəbi sərmayəni bu sektora cəlb etməkdir. Tədbirdə qanunçuluq, lizinq əməliyyatlarının keçirilməsit və onlardan vergi tutlması məsələləri müzakirə ediləcək.
Son vaxtlar ölkə qanunvericiliyində nə kimi dəyişikliklərin baş verməsi və onların ölkədə lizinqin inkişafına təsiri barədə konfrans iştirakçılarına məlumat veriləcək.


QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNİN PAKET VARİANTI QEYR-MÜMKÜNDÜR.- ATƏT-İN MİNSK QRUPUNUN KEÇMİŞ HƏMSƏDRİ BUNA ƏMİNDİR

BAKI.03.05.2004.MEDİA-PRESS: Qarabağ münaqişəsinin həllinin paket variantı mümkünsüzdür. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Vladimir Kazimirov "Nezavisimaya qazeta"ya müsahibəsində belə deyib. Onun sözlərinə görə, "Ermənistan " bütün məsələlərin birdən həllini" sədəcə tələb etmir, həm də israr edir ki, paketdə ya Dağlıq Qarabağın müstəqilliyi, ya da onun Ermənistana birləşdirilməsi öz əksini tapsın. Lakin Azərbaycanda hakimiyyət başında kim olursa-olsun, o belə sənədə qol qoymayacaq."Paket həlli" vəziyyəti yalnız ləngidəcək və münaqişənin həllini dalana diriyəcək". Sitatın sonu.
Keçmiş rusiyalı həmsədrin fikrincə, Azərbaycanın razılaşdığı mərhələli variant isə əslində işğal olunmuş ərazilərin hamısının əvvəlcə azad olunmasını, sonra Dağlıq Qarabağın statusuna baxılmasını nəzərdə tutur. Vladimir Kazimirov həmçinin ərazi mübadiləsində Dağlıq Qarabağın yerinin anlaşılan olmadığını qeyd və əlavə edib ki,amerikan politoloq, ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Pol Qoblun 1992-ci ildə təklif etdiyi varianta gəldikdə, onu erməni tərəfi qəbul edə bilməz, əks halda, İranla ümümi sərhddindən məhrum olar.
ATƏT-in Minsk qrupunun keçimiş həmsədri deyib:" Tənzimləmə münaqişəli məsələlərin düyününün ardıcıl "çözülməsinə" kömək etməlidir. Ona görə də, ən cüzi məsələlərdə mövqelərin uzlaşdırılmasından başlamaq gərəkdir. Bu, "ölü nöqtə"dən tərpənməyə imkan verərdi. Orası da var ki, Dağlıq Qarabağ yalnız kimlər üçünsə iddia obyekti ola bilməz. Əminəm ki, danışıqlar prosesində bu qurumun iştirakı münaqişənin tez bir zamanda öz siyasi həllini tapması üçün tamamilə züruridir".
Bununla belə , Vladimir Kazimirov İ.Əliyev və R.Köçəryanın Varşava görüşündən sonra Azərbaycan və Ermənistanın "heç olmasa daha çevik mövqe tutması"nı arzulayaraq deyib:" İndi ən əhəmiyyətlisi budur ki, tərəflərdən biri gücə söykənməklə əvəz çıxmaq hədələrindən çəkinsin və Heydər Əliyevin zamanında yarımçıq qalmış danışıqlar nöqtəsinə qayıtsın, qarşı tərəf isə - münaqişənin paket həlli variantından vaz keçsin.Danışıqlar prosesini yalnız prezidntlərlə məhdudlaşdırmaq olmaz- mötəbər səlahiyyətli nümayəndə heyətlərinin də müntəzəm danışıqları züruridir". Sitatın sonu.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü mayın 12-ə Strasburqa olacaq. Bu xəbəri açıqlayan Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun sözlərinə görə, görüş Avropa şurasına üzv olan ölkələrin xarici işlər nazirləri Sovetinin iclası çərçivəsində keçiriləcək və tərəflərin hazırda müzakirə obyekti olan ideyalar həmin danışıqlarda araşdırılacaq. Bu ideyalardan biri- Ermənistan və Azərbaycan arasındakı nəqliyyat komunikasiyalarının bərpası müqabilində Dağlıq Qarabağ ətrafında işğal olunmuş7 rayonun azad edilməsidir. E.Məmmədyarov Ermənistan və Azərbaycan prezidentlərinin son Strasburq görüşünü də müsbət qiymətləndirib. Sitat:" Düşünürəm ki, prezidentlərin fikir mübadiləsi faydalı olub".
Qeyd edək ki, Ermənistan XİN başçısı Vardan Oskanyan da Varşava görüşü haqqında oxşar fikir söyləyib:"Görüş əməli və çox səmərəli olub. Məncə, iki dövlət başçısının görüşü Dağlıq Qarabağ problemnin həlli üçün ciddi stimula çevriləcək. Biz də iki prezidentin başladığı mükaliməni Stasburqda davam etdirəcəyik." Sitatın sonu.

<<< <<<