rus || eng
Aİ-NİN AZƏRBAYCANA TEXNİKİ KÖMƏYİNİN HƏCMİ 2007-Cİ İLƏ 400 MİLYON AVROYA ÇATACAQ
BAKI.07.05.2004.MEDİA-PRESS:
Avropa İttifaqının (Aİ) Azərbaycana texniki yardımının həcmi 2007-ci ilə $400 milyona çata bilər. Aİ-nin Azərbaycanda reallaşdırdığı proqramların təqdimat mərasimində bu məlumatı açıqlayan qurumun İnformasiya mərkəzinin başçısı , xanım Yani Boşer sonra deyib:"1992-2003-cü illərdə Aİ Azərbaycana 370 milyon avro həcmində texniki yardım göstərib. 2004-2006-cı illərdə TACİS proqramı çərçivəsində Azərbaycan daha 30 milyon avro alacaq və deməli, respublikaya texniki yardımın ümumi həcmi 400 milyon avroya yüksələ bilər".
Xanım Yani Boşer xususi qeyd edib ki, "Aİ Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir".
AZƏRYCANDA BANKLARIN ÜMUMİ KAPİTALI $5 MİLYONA ÇATDIRILMALIDIR
BAKI.07.05.2004.MEDİA-PRESS:
Azərbaycan Milli Bankının (AMB) İdarə heyəti ölkə banklarından hər birinin toplam sərmayəsinin aşağı həddini $5 milyona çatdırmaq qərarı çıxarıb.
AMB İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə bu haqda məlumatında bildirib ki, 2005-ci ilin əvvəlinədək hər bank öz toplam sərmayəsini $3,5 milyona, 2006-cı ildə isə artıq $5 milyona çatdırmalıdır.
AZƏRBAYCAN SƏFİRİ VƏ UKRAYNANIN ƏDLİYYƏ NAZİRİ RESPUBLİKA PREZİDENTİ İ. ƏLİYEVİN UKRAYNAYA SƏFƏRİNƏ HAZIRLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKRƏ EDİBLƏR
BAKI.07.05.2004.MEDİA-PRESS:
Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya qarşıdakı səfərinin hazırlanması məsələləri Ukraynanın Ədliyyə naziri Aleksandr Lavrinoviçin respublikanın Kiyevdəki səfiri Tələt Əliyevin görüşündə müzakirə edilib.
Nazirliyin mətbuat xidməti məlumat verib ki, azərbaycan vətəndaşlarının və ya hüquqi şəxslərinin Ukrayna ərazisində tərəf kimi çıxış etdikləri məhkəmə qərarlarının icrasına dair problem məsələlər müzakirə olunub.
Tərəflər azərbaycan diasporunun öz milli ənənələrini qoruyub saxlamaq baxımından Ukraynanın ictimai həyatında iştirakı məsələlərini də araşdırıblar.
TÜRKMƏNİSTANDA TƏHSİL SİSTEMİ TƏNƏZZÜL GİRDABINDA
BAKI.07.05.2004.MEDİA-PRESS:
Türkmənistan Təhsil Nazirliyi iyunun 1-dən prezident Saparmurat Niyazovun yeni sərəncamını yerinə yetirməyə başlayacaq. Sərəncama görə, 1993-cü ildən sonra ali məktəbin bitirilməsinə dair ölkədən kənarda alınmış bütün diplomlar etibarsız sayılır, diplom sahibləri isə dövlət qulluğundan xaric olunur. Bu fərman türkmənistan tələbələrinə və sıraları seyrəlməkdə davam edəe peşəkarlara ciddi zərbədir.
Təhsil sisteminin tənəzzülə uğraması , hökumətin sabiq məmurunun fikrincə, sonda Türkmənistanı sarsıdacaq.Niyazov siyasətinin bəhrəsi kimi " gündən-günə dəyişən zəmanənin tələblərinə cavab vermək iqtidarında olmayan, adamayovuşmaz və nadan bir nəsl peyda olacaq. Bu hal nə qədər çox sürsə, vəziyyət o qədər pisləşəcək və dövlətin daxili ziddiyyətlər yükü altında parçalanması reallaşacaqdır".
Təhlilçilər Türkmənbaşının son fərmanını qeyri-türkmən vətəndaşlların sıxışdırılıb ölkədən çıxarılmasına və cəmiyyətdə əcnəbi təsirin zəifləməsinə yönəlik siyasətin tərkib hissəsi kimi dəyərləndirirlər.
Məsələn, Niyazov Rusiyanın və rus dilinin təsirini açıq-aşkar məhdudlaşdırmağa çalışır. Son 5 ildə ölkədəki rusdilli məktəblərin demək olar ki, hamısı qapadılıb, ingilis və rus dillərini öyrənmə proqramları ciddi ixtisara məruz qalıb. Bu gün universitetlərdə dərslər demək olar ki, yalnız türkmən dilində keçilir. Bu isə o deməkdir ki, türkmən dilini mükəmməl bilməyən professor və tələbələr tədris ocaqlarından qovulurlar.
Niyazovun xarici diplomları etibarsız saymaq qərarı bu gün xarici universitetlərdə təhsil alanlar üçün ciddi zərbədir. Xaricdə oxuyan və diploma yiyələnməyə çalışanlar indi anlayacaqlar ki, onların səyləri əbəs imiş. Üstəlik biliklərinin Türkmənistanda gərəksiz olacağını görənlər : daha vətənə qayıtmağa dəyərmi ? sualına cavab aramalı olacaqlar.
Türkmənistanın 1991-ci ildə istiqlaliyyətə qovuşmasından sonra, ölkənin təhsil sistemi daim tənəzzülə uğrayıb. Sabiq xarici işlər naziri, indi Niyazovu tənqid etməklə məşhurlaşmış Avdı Kuliyev deyir:" Uşaqlar hələ də sovet dövründənqalma dərslik vəsaitlərindən istifadə edir. Paytaxtdan kənardakı məktəblərin hamısı 1 sentyabrdan 1 noyabradək bağlanır", çünki uşaqlar pambıq yığımına kömək etməlidirlər. Son illərdə Niyazov rejimi 10-illik təhsili 9-illiklə əvəzləyib, lüzumsuz bildiyi fənnlərin, o sıradan, xarici dillər, təsviri sənət və bədən tərbiyəsi dərslərinin təlimini ləğv edib.
2001-ci ildə Niyazov məktəb proqramının bir sıra ənənəvi fənlərini özünün "Ruhnamə"si ilə əvəzləyib. Bu addım əslində təhsil sistemini siyasi təbliğat alətinə çevirdi.
"Ruhnamə" ölkədə məktəb təhsili sistemini əvəz etdi, Türkmənistanda Amerika sülh korpusunun keçmiş könüllüsü Maykl Klarkın təbirincə desək,"universal kitaba çevrildi". Helsinki Vətəndah Assambleyasının bu ilki məruzəsində qeyd olunur ki, Niyazov hökumətinin məqsədi uşaqları maarifləndirmək yox, əksinə," icbari təbliğat aparmaq və uşaqları siyasi rejimi tənqidi ruhda təhlil etmək bacarığından məhrum etməkdir".
AMERİKALI TƏHLİLÇİ: ABŞ SİYASƏTİ ÜÇÜN AZƏRBAYCANIN ƏHƏMİYYƏTİ VƏ XƏZƏR NEFTİNƏ ÇIXIŞIN ZƏRURİLİYİ , GÖRÜNÜR, ERMƏNİ LOBBİSİNİN SƏYLƏRİNDƏN DAHA ƏHƏMİYYƏTLİ OLACAQ
BAKI.07.05.2004.MEDİA-PRESS:
Qərb ölkələri və ilk növbədə ABŞ, "nəhayət ki, Xəzərin geostrateji əhəmiyyətini dərk edərək, bu regionda müvafiq xarici siyasət yürütməyə başlayıblar". ABŞ Müdafiə Nazirliyinin eksperti Ceyms Makduqall "Perspektiv" jurnalında təhlili məqaləsində belə yazır. Onun firkincə, "cari ilin başlanğıcında xəzər regionu ölklərinin siyasi və iqtisadi inkişafı amerikalı siyasətçilərin ora marağının xeyli artmasına səbəb olub".
Makduqall "Xəzər hövzəsində ABŞ siyasətinin yeni mərhələsi" ünvanlı məqaləsində yazır: ABŞ-ın Azərbaycanla münasibətləri onun regiondakı geosiyasi maraqlarının daha bariz nümunəsidir. Sitat:"Bunun səbəblərini həm coğrafiyada, həm də siyasətdə axtarmaq lazımdır. Hər şeydən əvvəl, Azərbaycanın kəşf edilmiş və ehtimal olunan neft ehtiyatları yəqin ki, 21-ci əsrdə dünya neft bazarında əhəmiyyətli rol oynayacaq. İkincisi, Azərbaycan tarixən dəniz və karvan yollarının çarpazlaşdığı məntəqə yerləşir. Bu günümüzlə bağlı, Azərbaycan ərazisindən keçərək, Asiyanı və Avropanı birləşdirən çoxsaylı nəqliyyat və kommunikasiya xətlərini- başqa sözlə desək, Avrasiya dəhlizini nəzərə alsaq, əminliklə demək olar ki, Azərbaycanın strateji mövqei coğrafi baxımından onu regionun ən mühüm ölkəsi edir".
Makduqalla görə, Azərbaycan artıq Qərb-Şərq münasibətlərində ən mühüm ünsürdür və Şimal-Cənub münasibətlərində də bundan heç də az əhəmiyyət daşımayan rol oynaya bilər.
Belədə "1992-ci il Azadlığa dəstək aktı"na 907-ci düzəlişə münasibətdə vaşinqton hökumətinin mövqei xüsusi əhəmiyyət kəsb edir. Prezident Azərbaycanın Ermənistanın blokadasını dayandıracağını təsdiqləyən məktubu Konqresə göndərməyincə, 907-ci düzəliş Azərbaycana kömək göstərilməsini qadağan edir.
Başqa bir amerikalı analitik Tomas Qolts 907-ci düzəlişin bəndlərini "National İnterest" jurnalında təhlil edərək, onu "ABŞ erməni assambleyası və Erməni Milli komitəsi kimi qrupların uğurlu lobbiçiliyinin nəticəsi " sayır. Bir sıra nüfuzlu ekspertlər, o sıradan Respublikaçılar partiyası üçün tövsiyələr hazırlayan amerikan "İrs Fondu", 907-ci düzəlişin ləğvinə tərəfdar çıxıb.
Ceyms Makduqalla görə," Azərbaycana marağın güclənməsi və onun ABŞ siyasəti üçün əhəmiyyətinin etiraf olunması, eləcə də xəzər neftinə çıxışın zəruriliyi ilə bağlı milli maraqların nəzərə alınması, yəqin ki, erməni lobbiçi qrupların səylərindən daha əhəmiyyətli olacaq. Amerikanın icra və qanunvericilik orqanlarındakı yüksək vəzifəli dövlət məmurlarının, hər iki siyasi partiya nümayəndələrinin, XİN əməkdaşlarının, alimlər cəmiyyətinin və neft şirkətləri rəhbərlərinin Azərbaycanın strateji əhəmiyyətinə oxşar baxışları nəhayət etibarı ilə bir amilə - neftə söykənir. Azərbaycanın və Xəzər regionunun digər ölkələrinin geniş neft ehtiyatlarının mövcudluğu 21-ci əsrdə, yəni ABŞ-ın öz siyasətini Fars körfəzi ölklərindən daha az asılılıq şəraitində quracağı vaxt, diversifikasiyalı ( çoxşaxəli) yanaşma tələb edəcək.
Regionun əhəmiyyətinə, 907-ci düzəlişin ləğvinin zəruriliyinə, həmçinin qarabağ münaqişəsinin həllində daha fəal itştirakın vacibliyinə əmin olsaq da, hər halda xarici siyasi meyl sahəsində mövcud olan kifayət qədər kəskin fikir ayrılıqları gələcəkdə regionda ABŞ-ın siyasi xəttinin müəyyənləşdirilməsi üzrə müzakirələrə çevrilə bilər. Sitatın sonu.
Makduqall diqqəti belə bir fakta yönəldir ki, ABŞ-ın regiondakı fəaliyyəti "kifayət qədər məhduddur və buna səbəb İranın fəaliyyətinin qarşısının alınmasına yönələn və onunla işgüzar münasibətlərə malik şirkətlərə tətbiq edilən qadağalar siyasətidir.
Xarici siyasətlə məşğul olan bir sıra ekspertlər son siyasi dəyişikliklər və Xəzər regionunun geosiyasi vəziyyətinin nəzərə alınması ilə bağlı ABŞ-ın İran barəsindəki siyasətinə yenidən baxmağa çağırıblar. Makduqall hesab edir ki, bu siyasətə " doğrudan da yenidən baxılır".
Amerika-rusiya münasibətlərinin inkişafı da ABŞ-ın Xəzər regionunda gələcək siyasətinə mühüm təsir göstərəcək. Bill Klinton hökumətində Rusiya ilə münasibətlər üzrə aparıcı ekspert Stroub Telbott bu yaxınlarda Mərkəzi Asiya institutundakı çıxışında buna işarə edib. O, indiki Vaşinqton hökumətini regionda təşəkkül tapan münasibətlər modelini " böyük oyun" kimi qiymətləndirmək həvəsindən çəkindirərək, əvəzində başqa modeli -"hamının əməkdaşlıq etdiyi və hamının udduğu" modeli təklif edib. Sitat:" Bu gün Rusiyanın qonşuları üçün həyati əhəmiyyət daşıyan çoxlu suallar mövcuddur. Məsələn, Rusiya MDB-nin digər üzvləri ilə münasibətlərini necə qurmağa hazırlaşır?"
Ceyms Makduqall hesab edir ki, Xəzər regionu ölkələrinə münasibət siyasəti " sonda daxili-siyasi və beynəlxalq təzyiqlə, ideoloji və geosiyasi amillərlə müəyyənləşəcək". Ancaq ən əhəmiyyətlisi budur ki,"region ölkələri keçmiş SSRİ-nin alabəzək palitrasından qurtularaq, nəhayət azadlığa çatıblar, hazırda öz dəyərlərinə yiyələnir və tanınırlar .
APRELDƏ AZƏRBAYCANDA DÖVLƏTƏ 349,6 MİLYON UBMETR QAZ TƏHVİL VERİLİB
BAKI.07.05.2004.MEDİA-PRESS:
Azərbaycanda cari ilin aprelində dövlətə 349,6 milyon kubmetr qaz təhvil verilib .
ARDNŞ-də Media-Pressə bildiriblər ki, bu həcmin 280,8 milyon kubmetri Dövlət şirkətinin , 69 milyon kubmetri-ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti), 6,2 milyon kubmetri isə birgə müəssisələrin (BM) payına düşür.
Bu qazın 154 milyon kubmetri ( nəzərdə tutulduğundan-8,9% çox) "Azəriqaz" SC sisteminə, qalan 195,6 milyon kubmetri isə - Azərbaycan Qaz emalı zavoduna (AzQEZ) verilib. Bu, planlaşdırılandan 19,4% çoxdur . Ümumiyyətlə ilin əvvəlindən bəri "Azəriqaz" SC 637,4 milyon kubmetr, AzGEZ- 792 milyon kubmetr qaz alıb.
Azərbaycanın qaz yanacağına illik tələbatı 10 milyard kubmetrdir. Respubliki keçən il Rusiyanın "İtera" şirkətindən 4 milyard kubmetr yanacaq alıb. Bu il onu əvəzləyən Rusiya "Qazprom"u bu il Azərbaycana 2,75 milyard kubmetr qaz verməyi planlaşdırır. Bundan əlavə ARDNŞ-lə "KazRosQaz" şirkəti arasındakı səzişə əsasən respublika cari ilin yanvarından etibarən ilin sonunadək daha 4,5 milyard kubmetr qaz alacaq. "KazRosQaz" QSC respublikamıza qaz ixracına bu ilin yanvarından başlayıb. ARDNŞ Qazaxıstan qazının hər min kubmetrini 52 dollardan alır. İdxal qazına Azərbaycanın illik tələbatı -6 milyard kubmetrdir.
Səngəçal neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində qazqurutma qurğusunun tikilməsi respublikanın əlavə qaz əldə tməsi demək olacaq. Bu gün terminala daxil olan neft sudan və qazdan ayrılma( təsfiyə) prosesi keçir. Bu zaman alınan və səmt qazı adlanan qazın hamısı yandırılır. Qazqurutma qurğusu isə qazın bihudə yandırılmasının qarşısını alacaq və bu əlavə yanacaq ARDNŞ-ə veriləcək. Dövlət şirkəti isə onu öz istehlakçına ötürəcək. Bu ideyanın reallaşması üçün ARDNŞ əlavə olaraq qazı qəbul edən xüsusi qurğu və Səngəçal qazpaylaşdırıcı məntəqəsinədək boru xətti çəkməyi planlaşdırır.
YAXIN VAXTLARDA TÜRKİYƏ BOSFOR VƏ DARDANELDƏN YAN KEÇƏN İKİ NEFT KƏMƏRİ TİKƏCƏK
BAKI.07.05.2004.MEDİA-PRESS:
Türkiyə hər gün onlarla neft tankerinin keçdiyi Bosfor və Dardanel boğazlarındakı gərginliyi azaltmaq üçün, iki yeni neft kəməri tikəcək. Bu haqda məlumat verən Türkiyənin Energetika və Təbii ehtiüatlar (ETE) naziri Hilmi Gülerin fikrincə, boğazlardan keçən tankerlərin sayının azalması texnogen fəlakətlər təhlükəsini xeyli zəiflətməlidir.1-ci neft kəməri Qaradəniz sahilinin İqneada və Egey dənizi sahilinin Saros qəsəbələrini, 2-cisi isə Qaradəniz sahilindəki Samsunu Aralıq dənizi sahilindəki Ceyhan neft terminalı ilə birləşdirəcək.
Hilmi Güler deyib: Turkiyə boğazlardan neft borusu kimi istifadə olunmasını istəmir. Ancaq, bu, boğazlardan neftin nəqlinə dair indi qüvvədə olan sazişlərin heç də ləğv olunması demək deyil. Bununla belə, Bosfor və Dardaneldən neft daşıyan gəmilərin sayının gündən-günə artması həm bu rayonların sakinləri, həm də ətraf mühit üçün təhlükə yaradır. Bircə belə tankerin qəzaya uğraması neftin boğazlardan nəqliyyatını təhlükəyə məruz qoya bilər.
OPEK BAŞÇISI NEFTİN İSTİXRAC VƏ İXRAC KVOTALARINI ARTIRMAĞI VƏD EDİR
BAKI.07.05.2004.MEDİA-PRESS:
Neft və neft məhsulları qiymtlərinin yenidən və kəskin artması ilə bağlı , yəqin ki, OPEK neftin istixrac və ixrac kvotalarını artırmaq qərarını verəcək.
Bu haqda bəyanat verən OPEK prezidenti Purnomo Yusgiantoronun sözlərinə görə, qərar iyunun 4-də Beyrutda Kartelin növbədənkənar 131-ci konfransında qəbul oluna bilər.
Prezidentin qeyd etdiyi kimi, gündəlik kvotanın 1 milyon barel azaldılması barədə Kartelin sonuncu -Vyana konfransının qərarı "dünya energetika bazarlarının inkişafından irəli gələn indiki tələb və təkliflərə cavab vermədiyi üçün, sağlam düşüncəyə söykənərək , həmin qərara yenidən baxmağın zamanı çatıb".
Bu arada ekspertlər OPEK-in hərəkətlərinin iri neft ixracçısı olan ölkələrin əksəriyyətində, ilk növbədə ABŞ-da daha çox narazılıq doğurduğunu qeyd edirlər.
ABŞ Energetika nazirliyinin vəzifə sahibləri birmənalı qeyd edirlər ki," OPEK-in son iki konfransda- Əlcəzair və Vyana konfranslarında- qəbul etdiyi qərarlar neftin tələb və təklifinin tarazlaşdırılmasına, eləcə də energetika bazarlarının sabitləşdirilməsinə yox,neft idxalından asılı olan dövlətlərin iqtisadiyyatının sarsıdılmasına yönəlib".
Ekseprtlərin bir çoxu OPEK-in Beyrut konfransından sonra neft kvotalarının artırıla bilməsi haqqında Purnomo Yusgiantoronun bəyanatına tənqidlə yanaşıb.
Energetika və İqtisadi strategiya üzrə ABŞ Tədqiqat institutunun baş təhlilçisi Maykl Linçin sözlərinə görə," OPEK rəhbərliyinin bəyanatını baharda havanın istiləşəcəyini qışda bildirən meteoroloqların proqnozu kimi dəyərləndirmək olar".
Ekspert deyib:" OPEK ənənəvi olaraq neft kvotalarını 3-cü rübdə artırır. Odur ki, Purnomo Yusgiantoronun sözlərini yalnız neft istehlak edən dövlətləri sakitləşdirmək cəhdi kimi qiymətləndirmək olar".
BRİTANİYA ALDEX LİMİTED-İ DAŞKƏSƏN DAĞ-MƏDƏN KOMBİNATINI ALIB
BAKI.07.05.2004.MEDİA-PRESS:
Azərbaycan İqtisadi İnkişaf nazirliyi və Britaniyanın ALDEX Limited şirkəti "Daşkəsən dağ-mədən kombinatı" Səhmdar Cəmiyyətinin (SC) alqı-satqısına dair saziş imzalayıblar.
Nazirlikdə Media-Pressə bildiriblər ki, müqaviləyə görə, ALDEX Limited 30 gün ərzində dövlət büdcəsinə 1,2 milyard manat köçürməli, 85 min özəlləşdirmə çeki və bir o qədər də özəlləşdirmə opsionu təqdim etməlidir. Şirkət ilkin işləri görmək üçün SC-nin hesabına 544,5 milyon manat da köçüməlidir.
ALDEX Ltd keçən ilin dekabrında kombinat satılmaq üçün investisiya müsabiqəsinə çıxarılan zaman qalib gəlib və investisiya proqramına uyğun olaraq, müəssisəyə $11 milyon vəsait yatırmağı öhdəsinə götürüb. 2-illik proqram 4 mərhələyə bölünüb. İnvestisiyalar istehsalın bərpasına , "Buraz" kanat yolunun və "Quşçu" dəmiryolu stansiyasının yenidən qurulmasına sərf ediləcək. SC-nin tam bərpası nəticəsində 300 nəfər daimi işlə təmin olunacaq.
2004-CÜ İLDƏ AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYALAR 30% ARTACAQ
BAKI.07.05.2004.MEDİA-PRESS:
2004-cü ildə bütün mənbələrdən azərbaycan iqtisadiyyatına investisiyaların 30% artacağı gözlənilir. Bu rəqəmləri Media-Pressə açıqlayan Nazirlər Kabineti Maliyyə-kredit və İqtisadi siyasət şöbəsinin müdiri Oqtay Haqverdiyevin sözlərinə görə, dövlət investisiyalarının bu ilki məbləği təxminən 460 milyard manat təşkil edəcək. Bu vəsaitlər beynəlxalq maliyyə qurumlarının kreditləşdirdiyi layihələrdə dövlətin payının maliyyələşdirilməsinə sərf olunacaq. Rayonlarda da bir sıra layihələr həyata keçiriləcək."Yoxsulluğun azaldılması və Azərbaycanın iqtisadi inkişafı"na dair dövlət proqramı çərçivəsində də bir sıra layihələr gerçəkləşdiriləcək.
Respublika iqtisadiyyatına keçən il 17,81 trilyon manat və ya 2002-ci ildəkindən 71,2% çox vəsait xərclənib. Bu zaman 15,805 trilyon manat, yaxud bütün investisiyaların 88,7 faizi qeyri- dövlət sektoruna yönəldilib.
Bütövlükdə keçən il daxili mənbələrdən -3,47 trilyon manat ( bütün investisiyaların- 19,5 faizi) həcmində sərmayə qoyulub. Xarici investisiyalar isə-14,341 trilyon manat (2002-ci ilə nisbətən artım=84,2% olub) təşkil edib.
1992-2003-cü illərdə azərbaycan iqtisadiyyatına $16,5 milyard həcmində sərmayə qoyulub.
AZƏRBAYCANIN XARİCİ BORCU - 1,9 MİLYARDA YAXINDIR
BAKI.07.05.2004.MEDİA-PRESS:
Azərbaycanın təqribən $1,9 borcu var.Yaxın 2-3 ildə hökumət nəzəri cəhətdən ölkə iqtisadiyyatını risqə məruz qoymadan xarici borcü $2-$3 milyarda yüksələd bilər.
Media-Pressə müsahibəsində ölkənin xarici borcuna münasibətini bildirən Nazirlər Kabineti Maliyyə-kredit və İqtisadi siyasət şöbəsinin müdiri Oktay Haqverdiyevə görə, bu həcmdə borc Azərbaycan üçün qorxulu deyil. Çünki həm alınmış kreditlərin qaytarılması müddətinə hələ illər qalır,həm də o vaxtadək respublikanın maliyyə durumu daha da möhkəmlənəcək. Odur ki, borcları qaytarmaq da çətin olmayacaq.
Dünya təcrübəsində dövlət borcunun ən yuxarı təhlükəsiz həddi ÜDM-in (ümumi daxili məhsulun ) -40-45 faizi sayılır. Bu həddən sonda ölkə iqtisadiyyatı əslində defolt vəziyyətinə düşür. Azərbaycanda isə dövlət borcu -22-23% səviyəsindədir. Haqverdiyev bununla belə qeyd edib ki, müxtəlif layihələr üçün kredit götürməzdən qabaq, onun qazanc gətirəcəyinə əmin olmaq lazımdır.
O. Haqverdiyev deyib:" MDB-nin sair ölkələri ilə müqayisədə Azərbaycanın kredit reytinqi çox yüksəkdir. Bu hal bizə kredit almağa və hətta kredit verməyə şərait yaradır. Belə yüksək reytinqə yalnız Rusiya və Qazaxıstan malikdir. Hazırda Azərbaycanın kredit reytinqinin daha bir pillə artırılması üçün danışıqlar aparılır".
AZƏRBAYCANDA SƏRMAYƏ QOYULUŞU RİSQLİ DEYİL
BAKI.07.05.2004.MEDİA-PRESS:
Azərbaycanda sərmayəqoyuluşunda risq yoxdur, Ona görə ki, ölkə qanunvericiliyi özəl sektorun inkişafına imkan verir. Təbiidir ki, tək-tük mənfi faktlar da var.
Bu fikrini Media-Pressə açıqlayan Nazirlər Kabineti Maliyyə-kredit və İqtisadi siyasət şöbəsinin müdiri Oktay Haqverdiyevin sözlərinə görə, sərmayə qoyulşunun risqi satış bazarlarnın tapılması ilə bağlıdır. Məsələn, Azərbaycanda kimya, maşınqayırma və ya metallurgiya sənayesinə maya qoymazdan öncə ehtimali satış bazarları araşdırılmalı, yalnız bundan sonra investisiya qərarı qəbul edilməlidir.Satış bazarı tapılıbsa, deməli, qoyulan sərmayənin geri qayıtmaması risqi də minimum olacaq.
2002-2003-CÜ İLLƏRDƏ AZƏRBAYCANDA SAHİBKARLIĞIN İNKİŞAFINA 70 MİLYARD MANAT AYRILIB
BAKI.07.05.2004.MEDİA-PRESS:
2002-2003-cü illərdə dövlətimiz Azərbaycanda sahibkarlığın inkişafına 70 milyard manat ayırıb. Bu dövrdə respublikanın 50 şəhər və rayonunda 350 investisiya layihəsi maliyyələşdirilib və bu zaman 6,5 min yeni iş yeri açılıb.
İqtisadi İnkişaf nazirliyində Media-Pressə bildiriblər ki, " Sahibkarlığa yardım milli fondunun vəsaitlərindən istifadə mexanizminin təkmilləşdirilməsinə dair" 2004-cü il 4 may tarixli prezident fərmanı özəl sektorun daha da inkişaf etməsi üçün yeni imkanlar açıb.
Fərmana görə, kreditlərin (əsasən regionlarda) yerləşdirilməsi üçün layihələrin maliyyələşdirilməsinə agent-banklarla yanaşı qeyri-bank kredit təşkilatları da cəlb olunacaq. Hər belə təşkilata 200 milyon manat həcmində kredit xətti açılacaq.
Regionlarda aqrar -xidmət obyektlərinin, emal müəssisələrinin yaradılması kimi iri layihlərin maliyyələşdirilməsinə bundan belə $200 min həcmində vəsait ayrıla bilər. Bu zaman Sahibkarlığa yardım fondu kreditlərinin faiz dərəcəsi agent-banklar üçün 1%-i aşmamalıdır. Onların da öz növbəsində sahibkarlara verəcəyi kreditin dərəcəsi 6 faizdən çox olmamalıdır.
Bu il dövlət büdcəsindən sahibkarlığa yardım olaraq 100 milyard manat ayrılacaq. 2005-ci ildə bu məbləğ 250 milyard manata çatacaq. Əvvəlki 5 ildə büdcədən bu sahəyə 65 milyard manat (ildə-13 milyard) ayrılsa da, həmin müddətdə onun yalnız 6 milyard manatı xərclənib.
ASİYA İNKİŞAF BANKI MİKROKREDİTLƏŞDİRMƏ MƏQSƏDİ İLƏ AZƏRBAYCANA $20 MİLYON AYIRACAQ
BAKI.07.05.2004.MEDİA-PRESS:
Asiya İnkişaf Bankı (AİB) mikrokreditləşdirmə layihələrini gerçəkləşdirmək üçün Azərbaycana $20 milyon vəsait ayırmağa razı olub.
Bu haqda jurnalistləri məlumatlandıran İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sözlərinə görə, kredit sazişi artıq hazırdır və əgər yaxın zamanda imzalanarsa, layihənin reallaşdırılmasına 2005-ci ildən başlamaq olar.
Bundan əvvəl AİB Azərbaycana $22 milyon məbləğində ilk kreditini daşqından müdafiə qurğularının tikintisi üçün ayırıb. 32 ilə verilmiş bu kreditin illik faiz dərəcəsi ilk 8 ildə - 1%, qalan vaxtda isə-1,5% -dir. Borca götürülmüş bu pul Azərbaycanın 12 rayonunda çaylarda sahilbərkitmə işlərinə, qoruyucu bəndlərn tikilməsinə, eləcə də respublikada Daşqınları proqnozlaşdırma sisteminin yaradılmasına xərclənəcək.
<<< <<<