rus || eng


TÜRKİYƏ BOSFOR ALTINDAN TUNEL ÇƏKİLİŞİNƏ BAŞLAYIB

BAKI.10.05.2004.MEDİA-PRESS: Dünən Türkiyədə əzəmətli "Mərmərə" nəqliyyat layihəsinin realizəsinə başlanıb. Layihə Bosfor boğazı altından tunel çəkilişini , Asiya və Avropanın dəmiryolu ilə"birləşdirilməsi"ni nəzərdə tutur.
Türkiyə baş naziri Recep Taip Erdoğan hadisəyə həsr olunmuş mərasimdə $2,5 milyard dəyəri olan tikintinin təməlinə rəmzi daş qoyub. Layihə 2008-ci liə kimi tamamlanmalıdır. Yaponiya hökumətinin maliyyələşdirdiyi bu layihəni gerçəkləşdirmək üçün 4 türk və yapon şirkətindən ibarət "Avrasiya" konsorsiumu yaradılıb. Yapon Beynəlxalq kooperasiya Bankı çox əlverişli şərtlərlə kredit verib. Bu bank artıq İstanbulda metro şaxəsinin tikintisini də maliyyələşdirib.
Bosfor tunelinin 1,3-kilometrlik sualtı hissəsi İstanbulun iki ən ucqar nöqtəsini: Avropadakı -Halkali və Asiyadakı Qebze rayonlarını bir-biri ilə bağlayacaq 70-kilometrlik dəmiryolunun və yerüstü metronun tərkib hissəsinə çevriləcək.
"Mərmərə" layihəsinə uyğun tikiləcək tunneldə hər iki istiqamətdə 6 dəmiryolu xətti işləyəcək..Bu, bir saat ərzində 150 min sərnişin daşınmasına imkan verəcək.
Layihənin reallaşmasının tək Türkiyə üçün yox, Avropa və Asiya üçün də böyük əhəmiyyəti olacaq. Çünki adamların və yüklərin fasiləsiz nəqlini təmin edəcək.. Tunelin 11 milyon əhalisi olan İstanbul üçün əhəmiyyəti isə ölçüyəgəlməzdir. Axı, bu şəhərin ən böyük problemlərindən biri məhz nəqliyyat "tıxacları"dır.


AYİB "ŞAH-DƏNİZ" QAZ YATAĞINDA ARDNŞ-İN PAYININ MALİYYƏLƏŞDİRİLMƏSİNƏ KREDİT AYIRMAĞA HAZIRDIR

BAKI.10.05.2004.MEDİA-PRESS: Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xəzərdə əzəmətli "Şah-Dəniz" qaz yatağının işlənməsində Dövlət Neft Şirkətinin (ARDNŞ) payının maliyyələşdirilməsinə kredit ayırmağa hazırdır.
Məlumatı jurnalistlərə açıqlayan ARDNŞ prezidenti Natiq Əliyev kredit layihəsinin artıq hazırlandığını və tezliklə imzalanacağını dedi. Kreditin məbləği -$170 milyondur.
AYİB Rəhbərliyinin nümayəndəsi xanım Şarlotta Filips ötən ilin payızında demişdi ki, Bank "Şah-Dəniz" layihəsində ARDNŞ-in 10%-lik payının maliyyələşdirilməsinə təqribən $200 milyon kredit ayırmağı planlaşdırır. Şirkətin "Şah-Dəniz" layihəsi üzrə AYİB-ə təqdim etdiyi dolğun ekoloji məlumat paketi üzrə ictimai dinləmələr keçiriləcək, kreditin özü isə 2004-cü ildə təsdiqlənəgəkdir.
Xatırlatma: $3,2 milyard dəyəri olan qaz-kondensat yatağı "Şah-Dəniz"in işlənməsinin indi 1-ci Mərhələsi gerçəkləşdirilir.
"Şah-Dəniz" yatağının $3,2 milyard dəyəri olan "Mərhələ-1"- layihəsi dərinliyin 105 metrə çatdığı nöqtədə 15 quyu qazmağa imkan verən platformanın quraşdırılmasını, platformadan Səngəçal terminalına hər birinin uzunluğu 100 km.olan iki sualtı kəmərin çəkilişini, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikilməsini nəzərdə tutur.
"Mərhələ-1"-də 178 mlrd kubmetr qaz və 34 milyon ton kondensat alınacağı hesablanıb. Bu mərhələdə hasilatın ən gur dövründə illik istitxrac həcmi -8,4 mlrd. qaz və 2 milyon ton kondensat olacaq. Sonrakı mərhələlərdə ildə 16 mlrd. kubmetr qaz hasil ediləcək.
"Şah-Dəniz"in iştirakçıları və pay bölgüsü belədir : BP-25,5%, Statoil-25,5%, ARDNŞ-10%,LUKAgip-10%,, OİEC-10%, TotalFinaElf-10% və TPAO-9%.


AZƏRBAYCAN 2004-CÜ İLİN 4 AYINDA 1,728 MİLYARD KUBMETR QAZ İDXAL EDİB

BAKI.10.05.2004.MEDİA-PRESS: 2004-cü ilin 4 ayında Azərbaycan 1, 728 milyard kubmetr ( apreldə - 407 milyon k.m.) qaz idxal edib. Apreldən bəri orta gündəlik idxal həcmi 16 milyon kubmetrdən 12-13 milyon kubmetrə düşüb.
Azərbaycanın qaz yanacağına illik tələbatı 10 milyard kubmetrdir. Respubliki keçən il Rusiyanın "İtera" şirkətindən 4 milyard kubmetr yanacaq alıb. Bu il onu əvəzləyən Rusiya "Qazprom"u bu il Azərbaycana 2,75 milyard kubmetr qaz verməyi planlaşdırır. Bundan əlavə ARDNŞ-lə "KazRosQaz" şirkəti arasındakı səzişə əsasən respublika cari ilin yanvarından etibarən ilin sonunadək daha 4,5 milyard kubmetr qaz alacaq. Qazaxıstan öz qazının hər min kubmetrini bizə 52 dollara satır. İdxal qazına Azərbaycanın illik tələbatı -6 milyard kubmetrdir.


BİJAN ZƏNQANE : "QAZ OPEKİ"-NİN YARADILMASINA HEÇ BİR HAZIRLIQ GÖRÜLMÜR

BAKI.10.05.2004.MEDİA-PRESS: Qaz istixracçılarının iştirakı ilə "Qaz OPEK-i" yaradılmasına heç bir hazırlıq görülmür. İLNA agentliyinə bu xəbəri açıqlayan İranın neft naziri Bijan Zənqane deyib ki, qaz hasil edən ölkələr arasındakı müşavirələrin məqsədi ixrac qazının qiymətinin müəyyənləşdirməkdir. Odur ki, müştərək mövqelərin işlənməsi, qazın istixracı və ixracı kvotalarının müəyyənləşdirilməsi ilə məşğul ola bilən OPEKsayağı təşkilati qurumların yaradılmasına indilikdə heç bir hazırlıq görülmür.


YAPONİYA KONSORSİUMU JAOC ARDNŞ-Ə ƏVƏZ ÖDƏYİB

BAKI.10.05.2004.MEDİA-PRESS: JAOC (Japan Azerbaijan Operating Company) "Atəşgah-Yanan Tava-Muğan-dəniz" strukturunun işlənməsi layihəsinin realizəsindən imtina etdiyinə görə, Dövlət Neft Şirkətinə (ARDNŞ) ziyana görə $4 milyon əvəz ödəyib. Bu məlumatı jurnalistlərə şirkətin prezidenti Natiq Əliyev verib.¸
Media-Pressin əvvəllər xəbər verdiyi kimi, 4 yapon şirkətindən ibarət bu konsorsium "Yanan tava" sahəsində elə ilk kəşfiyyat quyusunu qazarkən uğursuzluğa düçar olub - lay təzyiqi yüksək oldüğüna görə, qazma layihə dərinliyinə çatmadan dayandırılıb. 2-ci kəşfiyyat quyusunun qazılmasından sonra JAOC aşkarlanmış neft ehtiyatlarının kommersiya marağı doğurmadığını elan etdi və bundan sonra gündoğar ölkənin elçiləri layihə üzrə işlərini əslində dayandırdılar və özlərinin Bakıdakı ofisini bağladılar.
ARDNŞ JAOC-un layihədən çıxmaq qərarı ilə ümumən razılaşsa da, hesab edir ki, yaponlar məhsulun pay bölgüsü üzrə öhdəliklərini heç də axıra kimi yerinə yetirməyiblər. Müqavilə üzrə keçmiş tərəfdaşların fikir ayrılığı başa çatmayan ilk kəşfiyyat quyusunda qazmanın nəticələrinə yanaşma tərzinin müxtəlifliyi ilə izah olunur. ARDNŞ-də belə hesab edirlər ki, əgər quyu layihə dərinliyinə çatdırılmayıbsa, deməli, müqavilənin şərtlərindən birinə əməl olunmayıb. ARDNŞ prezidenti Natiq Əliyevin əvvəlki bəyanatına görə, məhsulun pay bölgüsü sazişi nəzərdə tutur ki, qazılan hər neft quyusu öz geoloji təyinatını yerinə yetirməlidir. Bu isə məhz layihə dərinliyi, yaxud layihə üfüqü ( horizontu) açıldıqda baş verir.
ARDNŞ artıq belə vəziyyətlə -əcnəbi şirkətin perspektiv yataqda kəşfiyyatı davam etdirmək istəməməsi faktı ilə bir dəfə üzləşib. Beləki, fransız TotalFinaElfi "Lənkəran-Talış-Dəniz" blokunda 2-ci kəşfiyyat quyusunu qazmaqdan imtina etdiyinə görə, dövlət şirkətinə təqribən $20 mln. məbləğində pul ödəməli olub.
Bu strukturun kəşfiyyatı və işlənməsi layihəsi 1998-ci ilin dekabrında ARDNŞ-lə (50%), yaponiya şirkətləri- İTOCHU Oil (22,5%), TELKOKU (7,5%) və İNPEX (12,5%) arasında bağlanıb.JAOC əməliyyat şirkəti isə 1999-cu ilin mayında yaradılıb.
Müqavilə sahəsi Xəzərin azərbaycan hissəsinin cənub-qərbində sahilyanı sonada yerləşir. Ümumi sahəsinin 500 kv. kilometrə çatdığı blokda dənizin dərinliyi 50-100 metr arasındadır. Karbohidrogen ehtiyatlarının 80 mln. ton təxmin edildiyi bu layihəyə $ 2,3 mlrd. həcmində sərmayə qoyulmalı idi.


ASTANA QAZAXISTANIN BTC ƏİK-Ə QOŞULMASI SAZİŞİNİN PARLAMENTDƏ TƏSDİQLƏNMƏSİNİ İSTƏMİR

BAKI.10.05.2004.MEDİA-PRESS: Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri (BTC ƏİK) tikintisi layihəsinə qoşulmasına dair danışıqların hövbəti raundu mayın sonunda olacaq.
Bu məlumatı jurnalistlərə açıqlayan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev hökumtlərarası sazişin artıq hazır olduğunu və ən yaxın müddətdə imzalana bilməsi ehtimalını vurğulasa da, hələ də müəyyən problemlərin, ilk növbədə sazişin qazaxıstan parlamentində təsdiqinin açıq qaldığını deyib. Astana bu addımı atmaq istəmir, çünki ölkədə işləyən ayrı neft şirkətlərinin də gələcəkdə eyni qaydanı tələb edə biləcəkləindən çəkinir. Odur ki, ARDNŞ prezidenti ən müşkül məsələlərin yalnız ən yüksək səviyyədə həll oluna biləcəyini istisna etmir.
Əvvəl danışıqları 2003-cü ilin sonunadək başa vurmaq nəzərdə tutulurdu. Saziş layihəsi hazırlanıb hər iki hökumətin müzakirəsinə verilməli idi. Bu saziş Aktau-Bakı nəqliyyat sisteminin investorları , habelə Azərbaycan və Qazaxıstan hökumətləri arasında imzalandıqdan sonra əlavə tranzit sazişləri də bağlanmalıdır.
Aktau-Bakı sisteminin yaradılması Kurıkda (Aktaudan 76 km. cənub-şərqdə) neftin saxlanması və yola salınması üçün yeni terminalın, habelə birləşdirici boru xətlərinin tikintisini nəzərdə tutur. Beləki, Kurık sistemilə ildə 20 mln. ton neft göndərmək( ilk mərhələdə-7,5 mln. ton) mümkün olacaq. İnvestisiyaların həcmi hökumətlərarası saziş imzalandıqdan sonra müəyyənləşəcək. Yeni sistem 2006-cı ilin axırları üçün ( "Kaşaqan"dan ilk neft alınanda ) tikiləcək. Aktau-Bakı sisteminin idarə olunması üçün ayrıca şirkət yaradılacaq. "Kaşaqan"yatağının işlənməsi layihəsində iştirak edən və BTC Co-da 15 % iştirak payı olan 4 məlum şirkət - ENİ (İtaliya),TotalFinaElf(Fransa), ConocoPhilips (ABŞ) və İnpex (Yaponiya)bu yeni şirkəti maliyyələşdirəcək.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır.


İRAN XƏZƏRDƏ TANKERLƏR VƏ NEFT PLATFORMALARI TİKİNTİSİNƏ BAŞLAYIB

BAKI.10.05.2004.MEDİA-PRESS: SƏDRƏ şirkəti İran tarixində ilk dəfə Xəzərdə su tutumu 4800 ton olan neft tankerləri tikintisinə başlayıb. Bu məlumatı MEHR agentliyinə açıqlayan şirkətin direktoru Cəlil Həbarənin sözlərinə görə, indiyədək İran satın aldığı tankerləri Rusiyadan müvafiq icazə aldıqdan sonra Volqa-Don kanalı ilə Xəzərə gətirməli olurdu. Bu zaman bir çox problemlər yaranırdı.Həm il ərzində bir neçə ay bu kanal buz bağlayır, həm də yeganə yol olduğu üçün, əlavə xərc tələb olunurdu. Üstəlik Xəzərə gəirilən gəmilərin tonnajı baxımından da bir sıra məhdudiyyətlər mövcuddur.
Cəlil Həbarə bildirib ki, İran prezidenti Nekaya gələndə orada hər birinin su tutumu 63 min ton olan 3 tankerin tikitisi üçün nəzərdə tutulan ilk quru tərsanənin tikintisinə başlanıb. Bu tankerlər Xəzərdə işləyəcək. Deməli, Xəzəryanı dövlətlərin xammalı İran vasitəsilə daha tez və daha az məsrəflə daşınacaq.
Cəlil Həbarə SƏDRƏ şirkətinin Xəzərdə daha bir mühüm layihəsi kimi dəniz neft platformaları tikintisini vurğulayıb: bu işin böyük iqtisadi-siyasi əhəmiyyəti var. "ƏLBORZ" platformasının inşaası başa çatandan sonra, 2-ci platforma da hazırlanacaq. Bu platforma dəniz dərinliyinin bir kilometrə çatdığı yerdə 6 min metrədək dərinlikdə quyu qazmağa imkan verəcək.


YAXIN ŞƏRQDƏKİ QEYRİ-SABİTLİK NEFTİN SON BAHALAŞMASINA SƏBƏB OLUB

BAKI.10.05.2004.MEDİA-PRESS: Neftin son vaxtlar gözlənilmədən bahalaşması Yaxın Şərqdəki qeyri-sabitlik amili ilə bağlıdır. Regionun neft məsələləri üzrə mütəxəssisləi belə hesab edirlər.
Küveytin KUNA informasiya agentliyi ekspertlərə istinadən məlumat verir ki, neft bazarları psixoloji amilə, yəni istehsalçı və istehlakçıların qorxu və ehtiyatlanmalarına qarşı çox həssasdır . Belə halda bazarlar öz qiymətlərinin enib-qalxmasına dərhal reaksiya göstərir . Məsələn, bu günlərdə amerika neftinin bir barreli 40 dollara yüksələndə olduğu kimi.
Bu yaxınlarda Yanboda , Səudiyyə Ərəbistanının ən böyük neft emalı mərkəzində baş vermiş terror əməlləri, İraqın Bəsrə şəhərində neft obyektlərini partlatmaq cəhdi- bütün bunlar, ekspertlərə görə, neftin qiymətlərinin bahalaşmasına bilavasitə təsir göstərib. Ona görə ki, hər iki ölkə neftin istehsalı və ya ehtiyatı baxımından bütün dünyada əhəmiyyətli rol oynayır.
Yaxın Şərq dünyanın bütün neft ehtiyatının 60 faizinə malikdir.Burada əlbəttə ki, lider Səudiyyə Ərəbistanıdır _263 milyard barrel. İraq ikincidir-115 milyard barrel. İraqda yeni kəşfiyyat işlərindən sonra bu rəqəmlərin artacağı gözlənilir.
Təhlilçilərdən birinin ifadəsi ilə desək, " indiki qorxu və əsəbilik hər barrelin qiymətini 6-8 dollar artırır". Əgər indiki yüksək qiymətdən "qorxu əlavəsi"ni çıxsaq və məzənnəsi dəyişən dolları "sakitləşdirsək", o zaman bir barrelin qiyməti mövcud tələbə uyğun surətdə orta-adi həddə enəcəkdir. Ekspert belə hesab edir.
Başqa nöqteyi-nəzər də var. Energetika sahəsinin eksperti, isveçrəli senator Rudolf Rekştayner iddia edir ki, neftin bahalaşmasına dair proqnozlar çox azaldılıb. Əslində yaxın zamanda "qara qızıl"ın bir barreli azı 60-70 dollar olacaq.
Bu qəbil bəyanatlar Nyu-York əmtəə-xammal hərracında (birjasında) neftin barrelinin rekord səviyyəyə ($39,97 ) yüksəldiyi, bir məqamda isə hətta 40 dolları aşdığı vaxt səslənməkdədir. Bu qiymət Səddam Hüseynin Küıeytə müdaxiləsindən və Fars körfəzindəki müharibəyə hazırlıqların başlanmasından sonrakı qiymətlərdən də yüksəkdir.
R.Rekştayner "TAGblatt" qəzetinə müsahibəsində deyib:"Təhlilçilərin əksəriyyəti problemin dəyərləndirilməsində yanlış metodikadan bəhrələnir. Onlar mövcud neft yataqlarının gücünü həddən-ziyadə qiymətləndirir , tükənəndə isə, hədsiz təəccüblənir.Neft hasilatının ixtisarı, eləcə də Çin və Hindistanda neftin qiymətinin sürətlə qalxması qiymətlərin qalxmasına gətirəcək".
İsveçrəli ekspertə görə, Rusiya neft hasilatının demək olar ki, maksimum səviyyəsinə çatıb. Şimal dənizi neftinin, lap elə Meksika neftinin ixracı iki dəfə azalacaq. İxracı artıra bilən cəmi bir neçə region qalacaq. Qərbi Afrika və Mərkəzi Asiya. Səudiyyə Ərəbistanı sual altındadır". Rekşnayder belə hesab edir.
Ekspert yazır:" İxracçı ölkələrin sayı durmadan azalır. İndoneziya neft ixracını gələn ildən dayandırır - çıxarılan neftin hamısı ölkənin daxili tələbatına yönəldiləcək. Böyük Britaniya keçən il ilk dəfə neft-qaz idxalına əl atıb. Hələ on il öncə neftini ixrac edən Çin indi idxala görə dünya ikincisidir. Bütün sadaladığımızın məntiqi nəticəsi kimi -neftin qiyməti daha da qalxacaq".
Rekştaynerə görə,OPEK bazarı inandıra bilib ki, yüksək qiyməti saxdaya bilər. Beləliklə, hələ ki, bazar neftin qiymətinin baha qalacağına hesablanır. Ancaq heç kim bu bahalaşmanın nə səviyyədə olacağını bilmir. Mən qiymətlərin daha yüksək -$60-70 səviyyəsində olacağını düşünürəm". Sitatın sonu.


BAHALI NEFT RUSİYANIN İQTİSADİ ARTIMINI ƏNGƏLLƏDİ

BAKI.10.05.2004.MEDİA-PRESS: Bahalı neft Rusiyada iqtisadi artımı əngəlləyib. Ekspertlərin qeyd etdikləri kimi, Rusiya neft ixracını artırmaqda davam edir ( bu ili 4 ayında 2003-cü ilin eyni dövrünə nisbət artım -23,8% olub)və ilk baxışda "qızıl yağışı əsri"nin astanasındadır. Lakin makroiqtisadi vəziyyət Kremli daha çox narahat etməkdədir. Hələ aprelin 19-da hökumətin iclasında İqtisadi İnkişaf və Ticarət naziri German Qref marda ölkədə sənaye artımının olmadığı prezidentə bəyan etdi və bildirdi ki, fevralla müqayisədə martda artım 0%, ümumi daxili məhsulun (ÜDM ) artımı isə yalnız 0,1% olub.
"Kommersant" qəzeti yazır ki, özü də bu tənəzzül indiyədək ÜDM-i ikiqat artırma vəzifəsini səliqə ilə yerinə yetirən neft qiymətlərinin zirvəyə qalxdığı bir məqamda baş verib. Ekspertlər deyir ki, bahalı neft ölkəyə neft dollarları gətirir və rublu möhkəmləndirir. Son 4 ildə Rusiyada artım rublun məzənnəsinin möhkəmlənməsi fonunda baş verib. Lakin rubl heç də əbədi mühərrik deyil. Rublun möhkəmlənməsi daxili və xarici qiymətlərin yaxınlaşmasına (dollar hesabı ilə) gətirir, bu isə ddaxili artımı labüd olaraq dayandırır. Bəzi hesablamalara görə, ən təhlükəli mərhələ 2004-cü ilin yanvarında keçilib. Dollara nisbət avronun məzənnəsinin qalxması rusiya iqtisadi artımına işlədi - valyutalar səbətinə nisbətdə rubl dollarla müqayisədə elə də inamla möhkəmlənə bilmirdi. Qəzet yazır: Rublun hətta ucuzlaşması yox ( ucuzlaşma bir qədər sonra oldu), fevral-martda təqribən bir ay dollara nisbətdə 28,5 rubl həddində qalması kifayət idi ki, artım dayansın.


AİB-Ə GÖRƏ, 2004-CÜ İLDƏ QAZAXISTAN. AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTAN ASİYADA İQTİSADİ ARTIM SÜRƏTİ BAXIMINDAN LİDER OLACAQLAR

BAKI.10.05.2004.MEDİA-PRESS: AYİB və BVF kimi beynəlxalq maliyyə qurumlarının ardınca AİB ( Asiya İnkişaf Bankı) də , 2004-2005-ci illərdə Asiya ölklərinin inkişaf perspektivləri üzrə illik analitik hesabat təqdim edib.
AİB təhlilçilərinə görə, yaxın 2 ildə Qazaxıstanda ÜDM-in (ümumi daxili məhsul) illik artımı 9,5% olacaq və bu, " ölçülüb-biçilmiş makroiqtisadi siyasətdən irəli gəlir".
Azərbaycan və Türkmənistanda da yüksək artım sürətinin qalacağı proqnozlaşdırılır. AİB-in Qazaxıstandakı daimi nümayəndəsi Kazuxiko Xiquçinin qeyd etdiyi kimi, neft-qaz sektoru bu dövlətlərdə ÜDM-in artımının başlıca hərəkətverici amili olaraq qalacaq. Belə nikbin proqnoz neft və qazın yüksək dünya qiymətlərinə əsaslanır. Gələn il artımın bir az düşəcəyi gözlənilsə də, bu mənfi amil " neft və qaz istixracı həcminin artması ilə aradan qaldırıla bilər".
AİB-in məlumatına görə, məhz Qazaxıstan, Azərbaycan və Türkmənistan regionda iqtisadi artım sürətinə görə liderə çevriləcəklər. 2004-cü ildə ÜDM Azərbaycanda -9%, 2005-də isə -12,5%, Türkmənistanda- 10% artacaq. AİB-in proqnozu belədir.
Milli iqtisadiyyatlarının inkişafında xammalın o qədər də böyük rol oynamadığı Özbəkistan, Tacikistan və Qırğızıstanda isə ÜDM -in artımı nisbətən aşağı- 2004-cü ildə 4,1-8%, 2005-də 4-5 % həcmində olacaq.
Ancaq AİB ekespertləri neft-qaz amilini qabartmaqla yanaşı, hökumətlərin iqtisadiyyatın diversifikasiyası ( çoxşaxəliyi) , fiskal siyasətin təkmilləşdirilməsi və yeni iş yerlərinin yaradılması sahəsindəki səylərini də nəzərdən qaçırmırlar.

<<< <<<