rus || eng
AZƏRBAYCAN VƏ İRAN PREZİDENTLƏRİ BAKI-ASTARA AVTOMOBİL YOLU TİKİNTİSİNİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
BAKI.12.05.2004.MEDİA-PRESS:
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov Tehranda keçirdiyi mətbuat konfransında ikitərəfli münasibətlərdən danışarkən qeyd edib ki,Azərbaycan prezidenti İlham Əliyev öz atası Heydər Əliyevin İranla hərtərəfli əlaqələrin inkiy proizoşel v minuvşee voskresenğe mejdu qruppoy jiteley qruzinskoy i armənskoy naüionalğnosti. Ssora, kotoraə pererosla v draku, vllaşmasına 40 milyon dollar ayırdığını, artıq hazırlıq işlərinin tamamlandığını və 2-3 aydan sonra iki dövlət başçısının tikintinin açılış mərasimində iştirak edəcəyini vurğulayıb.
Səfir deyib ki, yaxın vaxtlarda İran, Azərbaycan və Rusiyanın enenrji sistemləri birləşdiriləcək. Hazırda İmişli-Parsabad elektrik verilişi xəttinin çəkilişi də məhz bu layihə çərçivəsində aparılır.
ÖZBƏKİSTAN GUÖAM ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIĞINI BƏRPA EDİR?
BAKI.12.05.2004.MEDİA-PRESS:
GUÖAM-da (Gürcüstan, Ukrayna, Özbəkistan,Azərbaycan, Moldova) iştirakını 2002-ci ildə dayandırmış Özbəkistan , görünür, bu qurum çərçivəsindəki fəaliyyətini bərpa edəcək. Ukrayna XİN başçısı Konstantin Qrişşenkonun bu ölkəyə səfər etmiş özbəkistanlı həmkarı Sadık Safayevlə danışıqlarının yekunu da buna dəlalət edir.
Mətbuat konfransında Safayev GUÖAM-ın gələcək inkişafında ölkəsinin maraqlı olduğunu, bu çərçivədə əməkdaşlığın gözəl gələcəyini qeyd etməklə yanaşı, GUÖAM-ın bəzi ölkələrindəki problemlərlə bağlı iş səmərəsinin kifayət etmədiyini vurğulayıb:"Ümidvaram, GUÖAM ölkələrində vəziyyət sabitləşdikcə, ümumregional layihələrə üstünlük veriləcək və bu ümdə sənədlərdəki ideyalar gerçəkləşəcəkdir".Sitatın sonu.
Qrişşenko da öz növbəsində ümidvar olduğunu bildirib ki, GUÖAM-ın mayın sonlarında Yaltada deyil, ilk dəfə Tbilisidə keçiriləcək sammiti , eləcə də Gürcüstandakı vəziyyətin sabitləşməsi bu təşkilatın müştərək layihələrinə təkan verəcək.
Özbəkistan 2002-ci ilin iyununda GUÖAM-da iştirakını dayandırmışdı. Ölkənin o zamankı XİN rəhbəri Əbdüləziz Kamilovun sözlərinə görə," 4 ildə təşkilat ona daxil olan ölkələrin səmərəli intqrasiyasına yardımçı ola bilmədi".
ERMƏNİSTAN PREZİDENTİ NATO-NUN İSTANBUL SAMMİTİNDƏ İŞTİRVAK ETMƏYƏCƏK. SƏBƏB TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NİZAMLANMAMASIDIR
BAKI.12.05.2004.MEDİA-PRESS:
Ermənistan prezidenti Robert Köçəryan İstanbulda NATO-nun iyun smmitində iştirak etməyəcək. Jurnalistlərə məlumatı açıqlayan prezidentin mətbuat katibi Aşot Köçəryan bunu "ermənistan-0türkiyə münasibətlərinin indiki vəziyyəti ilə" bağlayaraq deyib:" Ermənistan və Türkiyə XİN başçılarının keçənilki görüşündə bu sahədə elə bir irəliləyişin olmamasına rəğmən, Ermənistan ilkin şərt qoymadan, Türkiyə ilə münasibətlərini normallaşdırmağa hazır olduğunu təsdiq edir".
Sammitdə Ermənistanı XİN başçısı Vardan Oskanyanın təmsil edəcəyini deyən Aşot Köçəryana görə, Ermənistanın NATO ilə münasibətləri "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində yüksələn xətlə inkişaf edir. O xatırladıb ki, dövlət başçısı 2003-cü ildə Brüsseldə olarkən NATO-nun rəhbərliyi ilə görüşüb, Şimaliatlantik alyansın Vaşinqton və Praqa sammitlərində iştirak edibdir.
GÜRCÜSTANIN SALKA RAYONUNUN SAKİNLƏRİ ONLARI YERLİ ERMƏNİLƏRİN BASQINLARINDAN QORUMAĞI TƏLƏB EDİRLƏR
BAKI.12.05.2004.MEDİA-PRESS:
Şərqi Gürcüstanın Salsk rayonunun gürcü kəndlərinin sakinləri mayın 11-də Gürgüstan Dövlət Dəftərxanasının binası önündə etiraz nümiayişi keçirərək, respublika Daxili İşlər Nazirliyi daxili qoşun bölüklərinin dərhal rayona yeridilməsini tələb ediblər.
RİA "Novosti-Qruziya"-nın "Rustavi-2" teleşirkətinə istinadən yaydığı xəbərə görə,mitinqçilər bildiriblər ki, Salkada yaşayan və rayon əhalisinin 80 faizini təşkil edən ermənilər buradakı milli azlıqların hüquqlarını tapdalayır, daim onları mənəvi və fiziki təhqirlərə məruz qoyurlar.
Gürcüstan prezidentinin Kvemo Kartli regionu üzrə müvəkkili İosif Mazmişvili rayonda yaranmış vəziyyəti şərh edərək deyib:" Yəqin biz qərara gəlib Daxili İşlər nazirinə müraciət edəcəyik ki, Salsk rayonu əhalisindən silahların müsadirə olunması və son illərdə bu rayonda formalaşmış cəzasızlığın kökünün kəsilməsi üçün əməli tədbirlər görsün".
Ötən bazar rayonun bir qrup gürcü və erməni sakinləri arasında baş vermiş toqquşma vəziyyəti gərginləşdirib. İki kənd cavanlarının futbol matçından sonrakı mübahisənin dava-dalaşa keçməsi nəticəsində ona yaxın adam müxtəlih ağırlıqda bədən xəsarəti alıb. Prokurorluq faktla bağlı cinayət işi açıb və təhqiqat aparır.
RİA "Novosti"nin məlumatına görə, Gürcüstan DİN daxili qoşunlarının hərbi qulluqçuları və yerli polis ermənilərlə gürcülər arasında baş verə biləcək toqquşmaların qarşısını almaq üçüın saat 12-dən etibarən Salsk rayonu kəndlərində birgə keşik çəkməyə başlayıblar.
KVEMO_Kartli regionunda Gürcüstan prezidentinin müvəkkili İosif Mazmişvili Salsk rayonunda daxili qoşunların 150 döyüşçüsünün və xüsusi təyinatlıların 30-nəfərlik dəstəsinin yerləşdirildiyini deyib. Rayonun gürcü və erməni kəndlərində müvəqqəti postlar yaradılıb.
Prezident səlahiyyətlisi deyib:"Adamlar rayonda birgə yaşayışın daha heç bir problem doğurmadığını deməyincə, daxili qoşunlar oada qalacaqlar".
"Rustavi-2" teleşirkətinin məlumatına görə, daxili qoşunların rayona yeridilməsini tələb edən gürcü kəndlərinin sakinləri deyirlər ki, daha ermənilərin hücumlarından qorxmurlar və rahat yata bilərlər. Ancaq yerli ermənilər daxili qoşun hissələrini Salkaya üeritmək barədə Gürcüstan rəhbərliyinin qərarı ilə razılaşmır və iddia edirlər ki, rayonda real münaqişə yoxdur , adamlar mədəni və normal yaşayırlar.
Daxili qoşunların vəzifələrindən biri də yerli əhalini tərksilah etməkdir. "Rustavi-2" şirkətinin məlumatına görə, Salsk rayonunun bir neçə erməni kəndinə yaxınlıqda yerləşən hərbi bazadan silahlar ötürülüb.
AZƏRBAYCAN 2004-CÜ İLDƏ DƏNİZƏ 20 MİLYON NƏRƏKİMİLƏR KÖRPƏSİ BURAXACAQ
BAKI.12.05.2004.MEDİA-PRESS:
Azərbaycan 2004-cü ildə Xəzər dənizinə 20 milyon nərəkimilər körpəsi buraxmaq niyyətindədir. Bu məlumatı Azərbaycan Ekologiya və Təbii Ehtiüatlar Nazirliyinin (AzETEN) Təkrar isthsal və Su hövzələrində bioehtiyatların qorunması departamentinin rəhbəri Rauf Hacıyev verib.
"İnterfaks-Azərbaycan"ın məlumatına görə, iki balıqartırma zavodu 2003-cü ildə dənizə 12 milyon körpə balıq buraxmışdısa, bu il 20 milyon balıq körpəsi yetişdiriləcək. Bu işdə artıq 2 yox, 4 ixtisaslaşdırılmış müəssisə iştirak edəcək. Neftçala və Kür balıqartırma zavodları ildə hərəyə -6 milyon, Əli-Bayramlı və Kür təcrübə zavodları - hərəyə 4 milyon balıq körpəsi yetişdirib dənizə buraxacaqlar.
BAKIDA "İNTERFOOD AZERBAİJAN" 10-CU BEYNƏLXALQ SƏRGİSİ AÇILIB
BAKI.12.05.2004.MEDİA-PRESS:
Bu gün Bakıda "Qida məhsulları, məşrubat, qablaşdırma və istehsal texnologiyası" ("İNTERFOOD AZERBAİDAN-2004) 10-cu Azərbaycan Beynəlxalq sərgisi açılıb.
Sərginin qida məhsulları, ədviyyat və inqredientlər, alkollu və alkolsuz içkilər, çay, qəhvə, emal sənayesi avadanlığı, dolab və restoran avadanlığı və bu k. Əsas bölmələri olacaq. Öz məhsullarını hər yerli, həm də əcnəbi şirkətlər, o sıradan Rusiya, Türkiyə, iran.Gürcüstan, Avstriya, Danimarka, İtaliya və Polşa şirkətləri nümayiş etdirilər.
Keçən il Bakı sərgisində Almaniya, İtaliya, Avstriya, İsrail, Türkiyə, İran, Gürcüstan, Litva, Hollandiya və s. Ölkələrin 60-a yaxın şirkəti iştirak edib.
Sərgini Azərbaycan Kənd Təsərrüfatı və Ticarət-Sənaye Palatasının dəstəyi ilə britaniya ticarət-sərgi şirkəti İTE GROUP PLC və onun Azərbaycandakı tərəfdaşı İTECA Caspian Ltd təşkil ediblər.
AZƏRBAYCAN PREZİDENTİNİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
BAKI.12.05.2004.MEDİA-PRESS:
Bu gün Azərbaycan prezidenti İlham Əliyevevin Naxçıvan Muxtar Respublikasına (NMR) 3-günlük səfəri başlayıb. O, 80-illiyini bu il qeyd etmiş Muxtar Respublikanın sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaq.
Naxçıvana çatan kimi İlham Əliyev Dağlıq Qarabağ ətrafında davam edən ermənistan-azərbaycan münaqişəsi üzündən 1990-cı ildən bu yana mühasirədə qalmış NMR-in kommunikasiya imkanlarını xeyli geişləndirəcək beynəlxalq təyyarə limanının açılışında iştirak edib.
Prezidentin iştirakı ilə burada daha bir neçə sosial obyektin, o sıradan, yeni orta məktəbin, üzgüçülük hovuzunun açılışı olacaq.
Mayın 13-də azərbaycan dövlətinin başçısı Muxtar qurumunu rəhbərliyi ilə işgüzar müşavirə keçirəcək.
AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN BAŞÇILARI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ MƏSƏLƏLƏRİNİ STRASBUQDA ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİNİN İŞTİRAKI ŞƏRİTİNDƏ MÜZAKİRƏ EDİRLƏR
BAKI.12.05.2004.MEDİA-PRESS:
Bu gün Azərbaycan və Ermənistanın XİN başçıları -Elmar Məmmədyarov və Vardan Oskanyan dağlıq qarabağ münaqişəsinin həlli məsələlərini Strasburqda müzakirə edirlər.
Onların Avropa Şurası ölkələri XİN başçılarının iclası çərçivəsində cərəyan edən bu görüşündə ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri də iştirak edirlər.
Rusiyalı həmsədr Yuri Merzlyakovun bu günlərdə dediyi kimi, Məmmədyarov və Oskanyanın görüşü " açıq gündəliklə keçiriləcək, yəni münaqişə tərəfləri və həmsədrlər istədikləri təkliflərlə çıxış edə bilərlər.Həmsədrlər münaqişənin həllinin paket və mərhələli variantları arasında ortaq məxrəc tapmağa çalışacaqlar". Merzlyakov belə deyib.
Ermənistan XİN-nin mətbuat katibi Hamlet Qasparyan öz növbəsində qeyd edib ki, " hələki danışıqların aydın və dəqiq gündəliyi yoxdur". O izah edib ki, Strasburqda ermənistan və azərbaycan prezidentlərinin dağlıq qarabağ üzrə şəxsi nümayəndələrinin görüşü planlaşdırılmır. Azərbaycan XİN-i mətbuat xidmətinin rəhbəri Mətin Mirzə də deyib ki, Ermənistan və Azərbaycan prezidentlərinin qarabağ münaqişəsinin həlli məsələləri üzrə şəxsi nümayəndələri - XİN müavinləri :Tatul Marqaryan və Araz Əzimovun Strasburqda məsləhətləşmələr aparacaqları barədə məlumatsızdır.
BTC ƏİK-İN TÜRKİYƏ VƏ GÜRCÜSTAN SAHƏLƏRİNDƏ 2 ƏLAVƏ TİKİNTİ MEYDANÇASI AÇILIB
BAKI.12.05.2004.MEDİA-PRESS:
İnşaası davam edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərində (BTC ƏİK) geriləməni aradan qaldırmaq üçün , türkiyə və gürcüstan sahələrində 2 əlavə tikinti meydançası açılıb. Təbii ki, əlavə texnika və işçi qüvvəsi cəlb edilib. Məlumatı Media-Pressə BP-Azerbaijan şirkətində veriblər.
Media-Press hər iki sahədəki geriləmənin qışda Türkiyənin cənub-şərqində və Gürcüstanla sərhəd yaxınlığında güclü qar yağmasının nəticəsi olduğunu xəbər vermişdi. Türkiyə ərazisində 4 nasos stansiyasının tikintisində də oxşar vəziyyət yaranıb. Bununla bağlı qərara alınmışdı ki, tikinti meydançalarından kənarda stansiyaların blokları hazırlansın. Havalar qaydasına düşən kimi, hazır blokların bilavasitə tikinti meydançasında quraşdırılmasına başlandı.
BP-Azerbaijanın prezidenti Devid Vudvord o vaxt demişdi ki, əlavə tikinti meydançaları layihəni bahalaşdırmayacaq, çünki ilkin mərhələdə bu məqsədlər üçün xüsusi fond nəzərdə tutulub.
Hal-hazırda ƏİK-in türkiyə sahəsində qaynaq işlərinin 30 faizi, Gürcüstanda isə bütün işlərin 60 faizi görülüb.
BTC Co-nun icraçı direktoru Maykl Taundsen fevralda Türkiyəyə səfəri zamanı orada yaranmış vəziyyətlə tanış olmuş, tikintinin türkiyə sahəsinin baş podratçısı BOTAŞ şirkətinin rəhbərliyi və hökumət üzvləri ilə görüşmüşdü. Azərbaycan hökuməti baş nazirinin müavini Abid Şərifovun rəhbərlik edəcəyi komissiya da kəmərin türkiyəyə aid hissəsində tikintinin gedişini planaüyğun yoxlamaq məqsədi ilə iyunda bu ölkəyə səfər edəcək.
Türkiyə tərəfi ilə razılığa əsasən azərbaycan və BOTAŞ mütəxəssisləri növbə ilə hər ay kəmərin türkiyyə hissəsində bu qəbil yoxlamalar aparırlar.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır.
Kəmərin azərbaycan sahəsinin tikintisi üzrə podratçı- üunanıstan şirkəti- Consolidated Contractors International Company, gürcüstan üzrə - fransız-amerikan alyansı- Spie Capag/ Petrofag, türkiyə tərəfininki isə artıq qeyd etdiyimiz Botaşdır.
ÇİN ŞİRKƏTLƏRİ AZƏRBAYCANLA NEFT-QAZ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRMƏK İSTƏYİRLƏR
BAKI.12.05.2004.MEDİA-PRESS:
Çin neftçiləri Azərbaycanla əməkdaşlığı davam etdirmək ,yeni , daha iri layihələrdə iştirak etmək, hətta dəniz yataqlarını işləmək və bu sahəyə böyük məbləğdə sərmayə qoymaq istəyirlər.
Bu haqda Media-Pressə açıqlama verən Çinin ölkəmizdəki səfiri Çjan Siyun qeyd edib ki, azərbaycan neft-qaz yataqlarının işlənməsində çin şirkətlərinin iştirakı barədə Dövlət Neft şirkəti (ARDNŞ) ilə daim danışıqlar aparılır.
Məlumdur ki,Çinin neft şirkətləri hələlik Azərbaycanın "Kürsəngi" və "Qarabağlı", Cənub-Qərbi Qobustan və "Pirsaat" onşor ( qurudakı) yataqlarının işlənməsndə iştirak edirlər.
Bundan əlavə çin şirkətləri "Muradxanlı" onşor yatağının işlənməsinə dair müqavilə də bağlamaq istəyirdilər. Lakin yataq haqqında daha dürüst məlumat alandan sonra, bu plandan vaz keçdilər. Çin geoloqlarına görə, " Muradxanlı" neft ehtiyatının o qədər də çox olmadığı mürəkkəb geoloji bir strukturdur.
NORVEÇ STATOİL-İ QAZAXISTAN SEKTORUNU MƏNİMSƏMƏK ƏZMİNDƏDİR
BAKI.12.05.2004.MEDİA-PRESS:
Azərbaycanda çoxdan "lövbərini salmış" norveç "STAOİL"-i indi də Xəzərin qazaxıstan sektorunu mənimsəməyə hazırlaşır. Qazaxıstanın "Xabar" agentliyinin məlumatına görə, neft istixracı sahəsində dünya liderlərindən sayılan bu şirkət qazaxstan şelfinin ( sahilin dayaz yerlərinin) işlənməsində iştirak etmək üçün danışıqlar aparır. STATOİL rəhbərliyi hesab edir ki, Qazaxıstanın xəzər şelfi bu şirkətin işlədiyi regionlar siyahısına ən yaxın vaxtlarda daxil ola bilər. Buradakı yataqların işlənməsinə rəsmi tenderlər elan olunmasa da, artıq danışıqlar aparılır.
Şirkətin vitse-prezidenti Otto Rekdalın dediyinə görə, indi norveçlilər Qazaxvstanın milli neft-qaz şirkəti "KazMunayQaz"la fəal əməkdaşlıq edirlər."Biz qarşımızda açılan imkanlara baxır və bu işi çox maraqlı sayırıq. Biz daha çox maraq doğuran rayonları artıq müəyyənləşdirmişik".STATOİL-in rəhbəri belə deyib.
Şimal dənizində quraşdırılmış "Slyaypner" norveç neft platformasının baş meneceri Helqe Smamo "Xabar" agentliyinə deyib:"Mən Xəzərin şəraiti ilə çox da tanış deyiləm. Ancaq onu bilirəm ki, Statoil öz qazax həmkarlarına həmişə yardımçı ola bilər.Çünki biz dəniz şəraitində istixrac işində kifyayət qədər təcrübəyə malikik.".
STATOİL-i Xəzərin yalnız qazaxıstan və azərbaycan hissələri maraqlandırmır, Şirkət şelfin rusiyaya aid sektorunda da işləməyə hazırlaşır. Statoil üçün Xəzərin cazibədarlığı həm də bu şirkətin Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinin operatoru olmasındadır. "Bizim qarşımızda çox maraqlı imkanlar açılır. Əlbəttə, zəruri şəraiti yaratmaq, xarici investorları maraqlandırmaq üçün, bəzi maliyyə məsələlərini həll etmək lazımdır".Ottar Rekdal belə deyib.
ENPRİMA FİN ŞİRKƏTİNİN SUMQAYITDA BUXAR-QAZ QURĞUSU TİKMƏK TƏKLİFİ MÜZAKİRƏ OUNUB
BAKI.12.05.2004.MEDİA-PRESS:
"Azərenerji" SC -nin texniki şurasında ENPRİMA fin şirkətinin Sumqayıtda 400-500 mVT gücündə buxar-qaz qurğusu (BQQ) tikmək təklifi müzakirə olunub . Müzakirədə Azərbaycan İqtisadi İnkişaf nailiyi və Dövlət Neft Şirkətinin nümayəndələri də iştirak ediblər.
SC mətbuat xidmətinin məlumatına görə, ENPRİMA mütəxəssisləri "Azərenerji"nin Texniki şurası üzvlərini gördükləri işlə, gələcək BQQ-nın texniki parametrləri , əsas avadanlığın alternativ variantlarının mənfi-müsbət cəhətləri ilə tanış ediblər. Plana görə, iyunda müvafiq tender elan olunmalı, avqustda isə BQQ tikintisinin baş podratçısı müəyyən edilməlidir.
SC fin şirkəti ilə BQQ tikintisi layihəsi üzrə konsaltinq xidmətləri göstərilməsinə dair sazişi tenderdən sonra bağlayıb. Tenderdə İsveçrənin Colenco və Finlyandiyanın Elektrowatt-Eceno şirkətləri də iştirak ediblər.
Xatırlatma: hələ 2002-ci ildə Sumqayıtın iki istilik-elektrik stansiyası avadanlığının istehlakı və böyük miqdarda yanacaq işlətməsi səbəbindən zərərlə işləyən müəssisə kimi qapadılmış və onların yerində ümumi gücü 400-450 mVT olan buxar-qaz bloku ftikmək qərara alınmışdı.
AMB ÖLKƏDƏ VALYUTA REJİMİNİN LİBERALLAŞDIRILMASI ÜÇÜN NÖVBƏTİ ADDIM ATIB
BAKI.12.05.2004.MEDİA-PRESS:
Azərbaycan Milli Bankı (AMB) ölkədə valyuta rejiminin liberallaşdırılması üçün növbəti addım atıb. AMB İdarə Heyəti idxal əməliyyatları çərçivəsində ölkə hüdudlarından kənara köçürülən pişəkiyə (avans) limiti ləğv edib.
AMB-də Media-Pressə bildiriblər ki, qabaqlar idxal əməliyyatının məbləği $25 mindən çox olanda fiziki və hüquqi şəxslər sövdələşmənin sağlam (pak) mahiyyəti barədə müvafiq sənəd təqdim etməli və onun əsasında pulu xaricə köçürmək üçün AMB-dən icazə almalı idilər.
Lakin son zamanlar AMB-də tətbiq olunan avtomatlaşdırılmış statistik hesabat sistemi indi "çirkli pulların" yuyulmasının qarşısını almaq məqsədi ilə maliyyə əməliyyatlarının monitorinqini keçirməyə imkan verir. Beləliklə, xüsusi icazəyə ehtiyac qalmır. AMB-də qeyd ediblər ki, yeni qərar Azərbaycanda sahibkarlığın daha da inkişaf etməsinə gətirəcək.
AZƏRBAYCANIN HESABLAMA PALATASI VERGİLƏR NAZİRLİİYİNİ YOXLAYACAQ
BAKI.12.05.2004.MEDİA-PRESS:
Azərbaycanın Hesablama Palatası respublika Vergilər Nairliyində audit planını təsdiq edib.
Hesablama Palatası mətbuat xidmətinin məlumatına görə, bu nəzarət tədbirinin məqsədi nazirlik aparatının saxlanmasına dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin necə xərclənməsini yoxlamaqdır.
Hesablama Palatası Gəncə şəhərində təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal təsərrüfatı sahələrində dövlət büdcəsinin yerli gəlirlərinin proqnozlaşdırılması və icrasının və büdcə vəsaitlərinin xərclənməsinin uyğunluğunun müəyyənləşdirilməsi üzrə planlı nəzarət-kompleks tədbirlərinin keçirilməsi proqramını da təsdiqləyib.
Yoxlamalar mayın ikinci yarısında başlayacaq.
YUNANISTAN PREZİDENTİ BAKIYA İYUNDA GƏLƏCƏK
BAKI.12.05.2004.MEDİA-PRESS:
Yunanıstan prezidenti Konstantinos Stefanopulosun Azərbaycana rəsmi səfəri iyunun 20-ə nəzərdə tutulub. Media-Press məlumatı ölkənin Bakıdakı səfirliyindən alıb.
Səfərin yekununa görə , iki ölkə arasında əməkdaşlığa dair 10 saziş imzalanmalıdır. Buna ticarətin inkişafı, ikili vergiqoymadan yayınma, investisiyalarını qarşılıqlı müdafiəsi və təşviqi, hava nəqliyyatı, elm, mədəniyyət və turizm sahələri üzrə sazişlər misal ola bilər. Səfər çərçivəsində iqtisadi əməkdaşlığa dair azərbaycan-yunanıstan hökumətlərarası komissiyanın itclası da keçiriləcək.
Tərəflərin fikrincə, Azərbaycan və Yunanıstan əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün real imkanlara malik olsalar da , imkanlarından dolğun istifadə etmirlər. Yunanıstan şirkətləri Azərbaycanda dövlət obyektlərinin özəlləşdirilməsində fəal iştirak edə, bank, sığorta, tikinti və nəqliyyat sahələrində fəaliyyət göstərə bilərdilər.
Konstantinos Stefanopulosun səfəri ilk növbədə Bakı ilə Afina arasında ticari-iqtisadi ilişgiləri genişləndirməyə imkan verəcək.Bu baxımdan iki ölkənin qaz sahəsində əməkdaşlq imkanları xüsusi maraq kəsb edir.Məlumdur ki, Bakı və Afina Azərbaycanın "Şah-Dəniz" yatağı qazının Türkiyədən Yunanıstana, daha sonra Cənubi Avropa ölkələrinə ixrac etməyi planlaşdırırlar.Dövlət Neft Şirkəti ilə üunanıstanın DEPA şirkəti arasında artıq bir neçə dəfə danışıqlar aparılıb.
Yunanıstanın Azərbaycandakı səfiri Merkurios Karafotiasın bir müddət öncə Media-Pressə bildirdiyinə görə,Türkiyə və Yunanıstanın qaz sistemlərini birləşdirəndən sonra Avropaya uzanacaq kəmərlə ildə 30 milyard kubmetrədək qaz ixrac etmək olar.Yunan ekspertlər bu layihə ilə Azərbaycan və Türkiyəyə müraciət etməzdən öncə, avropa bazarının tələbatını öyrənərək, bu həcmdə qazı satın alıb işlətməyə hazır olan ölkələri də müəyyənləşdiriblər. Karafotiasın dediyinə görə, boru iki səmtə: Fransa- İtaliya səmtinə, habelə Sloveniya-Bosniya və Hersoqovina -Xorvatiya səmtinə. Səfir hesab edir ki, Şah-Dəniz layihəsi reallaşarsa, azərbaycan qazının Avropaya ixracında böyük problemlər olmayacaq.
<<< <<<