rus || eng


"ŞİMAL" DRES-DƏ 2-Cİ BUXAR-QAZ QURĞUSUNUN TİKİNTİSİNƏ HAZIRLIQ GÖRÜLÜR

BAKI.14.05.2004.MEDİA-PRESS: "Şimal" DRES-də 2-ci buxar-qaz qurğusunu (BQQ) tikintisinə hazırlıq görülür. "Azərenerji" SC mətbuat xidmətinin məlumatına görə, qurğunun yerləşəcəyi meydança artıq tikintinin başlanması üçün hazırbdır, kommunikasiya xətlərinin sxemi də razılaşdırılıb. Eyni zamanda BQQ-də işləyəcək mütəxəssislərin seçilməsinə və ixtisaslarının artırılmasına başlanıb.
Media-Press xəbər vermişdi ki, "Şimal" DRES-də 400 Mvt gücündə 2-ci enerji blokunun tikintisinə 2005-ci ildə başlanacaq. Layihə $200 milyondan çox vəsait tələb edcək. Ötən ilin sonunda "Azərenerji" və "Şimal" DRES-in mütəxəssisləri obyektin layihə-smeta sənədlərini hazırlamağa başlayıblar
Xatırladaq ki, JBİC (Yaponiya beynəlxalq əməkdaşlıq bankı) 2-ci blokun inşasına güzəştli kredit ayıracaq. Bu bank "Şimal" DRES-də 400 meqavat gücündə ilk buxar-qaz qurğusunun inşasını da maliyyələşdirib-krediti 40 ilə və 0,75% -lə verib. Qurğunu yaponiya şirkəti Mitsui tikib. JBİC DRES-ə qaz daşıyacaq Qaradağ-Digah-"Şimal" DRES kəmərinin inşasına da kredit ayırıb. Bankın bu kreditlərinin ümumi məbləği $340 milyondur. Yeni enerji bloku Abşeron yarımadasınınenerji təminatını xeyli yaxşılaşdırmağa və ildə ən azı 200 min ton şərti yanacağa qənaət etməyə imkan verib.
Burası da var ki, 2-ci enerji bloku üçün əlavə qaz borusu çəkmək lazım gəlməyəcək. Ona görə ki, yeni Qaradağ-Digah -"Şimal" DRES borusunun gücü nəinki iki , hətta 4 belə BQQ -ni yanacaqla təmin etməyə imkan verir.
Mütəxəssislərin fikrincə, hər iki stansiyanın məziyyəti istehlakçıya yaxın olmasındadır. Bu, həm də elektrik verilişi zamanı itkiləri azaltmağa imkan verəcək. Abşeron yarımadası enerjini Mingəçevirdən çəkilmiş yüksək gərginlik xətti vasitəsi ilə alır.


BBDT LİMANINDA YÜKLƏMƏ-BOŞALTMA İŞLƏRİNİN QİYMƏTLƏRİ AŞAĞI SALINIB

BAKI.14.05.2004.MEDİA-PRESS: Tarif Şurası Bakı Beynəlxalq Dəniz Ticarət (BBDT) limanında yükləmə-boşaltma işlərinin qiymətlərini azaltmağı qərara alıb.
İqtisadi İnkişaf Nazirliyində Media-Pressə bildiriblər ki, bərə körpüsündə vaqonların və avtotexnikanın boşaldılmasının hər poqon metrinin tarifi 10 min manatdan 7500 manata endirilib( ƏDV nəzərə alınmadan). Yeni tarif iyunun 1-dən qüvvəyə minəcək. Bu tədbir TRACECA (Avrasiya nəqliyyat dəhlizi) məsirində mühüm yükləmə-yüuboşaltma qovşağı sayılan Bakı limanından yükdaşımalarının rəqabət qabiliyyətini artırmağa kömək edəcəkdir.


ALTONAYER ALMAN ŞİRKƏTİ AZƏRBAYCANDA NƏRƏKİMİLƏRİ ARTIRMA ZAVODUNN TİKİNTİSİNƏ $10 MİLYON MAYA QOYA BİLƏR

BAKI.14.05.2004.MEDİA-PRESS: ALTONAYER KAVİAR İMPORT alman şirkəti Azərbaycanda nərəkimilər fəsiləsindən balıq körpələrini artırma və qara kürü istehsalı zavodu tikmək niyyətindədir.
"Xəzər-balıq" şirkətinin direktor müavini Zakir Vəliyev jurnalistlərə deyib ki, Altonayer Kaviar import və Xəzər-balıq bu məqsədlə birgə müəssisə (BM) yaradılması haqqında saziş imzalayıblar.Almanlar ilk 4 ildə zavodun yaradılmasına $8-10 milyon maya qoymaq niyyətindədirlər. Zavod Lənkəran rayonunda tikiləcək.
"İnterfaks-Azərbaycan" -ın məlumatına görə, 5 ildən sonra zavod tam layihə gücü ilə işləyəcək və ildə 1 min ton balıq yetişdirəcək.


ÜB VƏ AZƏRBAYCAN HÖKMƏTİ RESPUBLİKADA YOXSULLUĞUN AZALDILMASI VƏ İQTİSADİ İNKİŞAF ÜZRƏ DÖVLƏT PROQRAMINI MÜZAKİRƏ EDƏCƏKLƏR

BAKI.14.05.2004.MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişar üzrə dövlət proqramının gerçəkləşməsinə $60 milyon ayırmaq niyyətindədir. Vəsaitin $20 milyonu bu il ayrılmalıdır. Həm də bu pul birbaşa dövlət büdcəsinə köçürülür.Vəsait Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) xətti ilə ayrılacaq. Bu qurum kreditlərini adətən güzəştli şərtlərlə 35 il müddətinə və illik 0,75 faizlə verir.
ÜB-nın Bakı ofisində Medita-Pressə bildriblər ki, yoxsulluğun azaldılması proqramı 3 istiqamətdə: qeyri-neft sektorunun inkişafı və burada iş yerlərinin açılması, sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədən ( təhsil, sosial müdafiə, səhiyyə) bəhrələnməkdə hamı üçün eyni şərait yaradılması və Dövlət Neft Fondu vəsaitlərindən səmərəli istifadə istiqamətində tətbiq ediləcək.¸
2002-2005-ci illərə hesablanmış və dəyəri $100 mln. olan proqramın 1-ci mərhələsi üçün Beynəlxalq Valyuta Fondu (BVF) artıq 2001 -2002-ci illərdə hər il $10 mln. və 2003-cü ilin mayında isə daha - $16 mln. tranş ayırıb. İllik cəmi 0,5% faizlə 10 ilə verilmiş bu kreditin ilk beş il yarımı güzəştli müddətdir. Bu mərhələdə hökumətin öz üzərinə götürdüyü əsas öhdəliklər: makroiqtisadi sabitltyi qoruyub saxlamaq, inflyasiyanın illik səviyyəsini 2-2,5% həddində saxlamaq, 3-4 aylıq idxal həcminə bərabər valyuta ehtiyatının mövcudluğunu təmin etmək, ünvanlı sosial yardımı təkmilləşdirmək,, fərdi sosial sığorta tətbiq etmək, məşğulluq strategiyasını işləyib hazırlamaq və biznesin inkişafına əlverişli şərait yaratmaqdır.
2002-2005-ci illərdə dövlət proqramının realizəsinə $ 3 mlrd. tələb olunur. Bunun $ 1,7 milyardı proqramın xarici investisiyalar hesabına reallaşdırılmasına yönəldiləcək. $1,3 milyardı isə daxili vəsaitlər təşkil edəcək.
2004-cü ilin əvvəllərində hökumətin tərtib edəcəyi hərəkət planı 2015-ci ilədək olan dövrdə ölkədə yoxsulluğun azaldılmasına yönələcək. İndi bu plan üzərində 15 işçi qrupu çalışır.


UNİCEF 2005-09-CU İLLƏRDƏ AZƏRBAYCANA $ 9,5 MİLYON AYIRMAQ NİYYƏTİNDƏDİR

BAKI.14.05.2004.MEDİA-PRESS: BMT-nin Uşaq Fondu (UNİCEF) Azərbaycanla əməkdaşlıq çərçivəsində 2005-09-cu illərdə respublikaya $9,46 milyon həcmində texniki yardım göstərməyi planlaşdırır.
"İnterfaks-Azərbaycan" xəbər verir ki, bu məlumat 2005-09-cu illərdə azərbaycan hökuməti və UNİCEF-in əməkdaşlığı proqramının təqdimatında səslənib.
Azərbaycan üçün UNİCEF layihələrini 3 işçi qrupu hazırlayacaq. Layihələrdə yoxsulluq səviyyəsinin azaldılmasına, insan hüquqlarının müdaviəsinə, əhalinin tibb və təhsil xidmətlərindən bəhrlənməsi imkanının genişləndirilməsinə daha çox üstünlük veriləcək.


AZƏRBAYCAN PREZİDENTİ: QARABAĞ MÜNAQİŞƏSİ ZONASINDA ATƏŞKƏS REJİMİNİN SAXLANILMASI ÜÇÜN YENİ SƏNƏDLƏRİN İMZALANMASINA EHTİYAC YOXDUR

BAKI.14.05.2004.MEDİA-PRESS: Azrbaycan prezidenti İlham Əliyev hesab edir ki, " qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin saxlanılması üçün yeni sənədlərin imzalanmasına heç bir ehtiyac yoxdur". Naxçıvan Muxtar Respublikasında (NMR) olan İ.Əliyev jurnalistlərə deyib ki, "münaqişə zonasında 1994-cü il mayın 12-də bərqərar olmuş sülh rejimi indi də davam edir və tərəflər atəşkəsi dəstəkləyir".
NMR Ali Məclisindəki müşavirədə çıxış edən azərbaycan prezidenti tərəflərin "ədalət və beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanan sülh sazişinə nail olacaqlarına ümid bəslədiyini bildirib və vurğulayıb ki, Azərbaycan qarabağ münaqişəsinin həllində " bir neçə prinsipə riayət edir və öz mövqeindən heç zaman geri çəkilməyəcəkdir. Sitat:"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz yurdlarına qayıtmalıdırlar. Biz danışıqları bu prisiplərlə apara bilərik, ancaq bunlarsız heç bir sülh sazişi ola bilməz".


ABŞ RUSİYA İLƏ DAĞLIQ QARABAĞ VƏ QAFQAZ ÜZRƏ MÜKALİMƏNİ DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR.-KONDOLİZA RAYS

BAKI.14.05.2004.MEDİA-PRESS: ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Kondoliza Rays Moskvada sair regional məsələlərlə yanaşı Dağlıq Qarabağ ətrafında münaqişənin həlli imkanını da müzakirə etmək niyyətindədir. Xanım Rays bu məlumatı Rusiyaya səfəri ərəfəsindəki brifinqdə açıqlayıb.
O deyib :"Biz bütöv bir sıra münaqişəli vəziyyəti Rusiya ilə birgə nizamlamağa çalışırıq. Düşünürəm ki, Dağlıq Qarabağda hələ bunu edə bilməməyimizdən hamımız bir qədər məyusuq. Biz istərdik ki, Azərbaycan və Ermənistan hökumətləri Dağlıq Qarabağ probleminə yenidən ciddi yanaşsınlar. Onsuz da həddən-ziyadə uzanmış bu münaqişə Ermənistanın da, Azərbaycanın da iqtisadi inkişafı baxımından onlara mənfi təsir göstərir". Kondoliza Rays belə deyib.


ERMƏNİSTAN PARLAMENTİNİN EKS-SPİKERİ: İQTİDARIN QARABAĞ MÜNAQİŞƏSİNİ HƏLL ETMƏK ÜÇÜN SİYASİ İRADƏSİ YOXDUR

BAKI.14.05.2004.MEDİA-PRESS: Ermənistan parlamentinin keçmiş sədri Babken Ararksyan dağlıq qarabağ münaqişəsinin həlli üçün respublika iqtidarının zəruri siyasi iradəsinin olmadığını deyib.
Mediamaks agentliyinin məlumatına görə, Milli mətbuat klubunda çıxış edən Babken Ararksyan deyib ki," Qarabağ münaqişə zonasında atəşkəsdən keçən 10 il qarşıduran tərəflərin böyük nailiyyətidir. Ancaq ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu daim təkrarlayan Azərbaycan hazırda vəziyyətə hakimdir".
Eks-spiker deyib:"Ermənistanın indiki iqtidarının siyasəti onunla nəticələnib ki, qarabağ münaqişəsi artıq Ermənistanla Azərbaycanın ərazi mübahisəsi kimi qavranılmaqdadır, hərçənd problemin kökündə dağlıq qarabağ xalqının öz müqəddəratını təyin etməsi məsələəsi durur".
Ararksyan həmçinin bu gün Ermənistanın danışıqlar prosesindəki mövqeyinin o qədər də güclü olmadığını deyib, "çünki ölkə rəhbərliyinin legitimliyi böyük suallar doğurur".


2004-CÜ İLİN 4 AYINDA "ÇIRAQ" YATAĞINDA 2 MİLYON TONDAN ARTIQ NEFT ÇIXARILIB

BAKI.14.05.2004.MEDİA-PRESS: Xəzər dənizindəki "Çıraq" off-şor yatağında ("Azəri-Çıraq_-Günəşli" müqavilə sahəsi) ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) yanvar-aprel aylarında 2,095 milyon ton neft çıxarıb.
BP-Azerbaijan-ın mətbuat xidmətində Media-Pressə bildiriblir ki,apreldə "Çıraq"da hasilat 513 min toq olub.Bu ilin 4 ayında Bakı- Supsa kəməri ilə 2,37 milyon ton neft, apreldə-518 min ton neft axıdılıb.ABƏŞ 2004-cü ildə "Çıraq"da 6,7 milyon ton neft çıxarmağı planlaşdırır.
Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) 1997-ci ilin noyabrından bəri "İlkin neft" layihəsi çərçivəsində "Çıraq" yatağından 240 milyon barreldən artıq (33 milyon tona yaxın) neft çıxarıb
Xəzərdə quraşdırılmış "Çıraq-1" platforması istismara başlanandan indiyədək , demək olar ki, fasiləsiz işləyib. Platformadakı və Səngəçal neft terminalındakı tikili və avadanlığın modernləşdirilməsi sayəsində "Çıraq-1"-də gündəlik hasilat 146 min barrelə çatdırılıb. Hazırda platformada 14 neft və 4 suvurma quyusu işləyir.
2003-cü ildə "Çıraq-1" dəniz platformasından gündəlik orta hasilat 131 min barrel idi. Ancaq bu göstərici cari ildə 125 min barrelə enəcək. Geriləmə onunla izah olunur ki, ilin 3-cü rübündə platforma qismən modernləşdiriləcək və "Çıraq-1" "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində çəkilən sualtı neft kəmərinə birləşdiriləcək. Bundan əlavə , 3 istixrac quyusundan suvurma quyusu kimi istifadə olunacaq ki, bu da hasilatın həcminə öz mənfi təsirini göstərməyə bilməz. Ancaq 2005-ci ildən həmin quyular yenidən istismar qisminə keçiriləcək.1-ci rübün yekununa görə, platformada gündəlik orta həsilat -129 min barrel olub.
Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları aşağıdakılarır: VR (34,1367% - operator), Amerikanın Unocal (10,2814%), ExxonMobil (8,0006%), Devon Energy (5,6262%) i Amerada Hess (1,0413%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın Inrex Corr. (10%) və ITOCHU Oil (3,9205%), Norveçin Statoil (8,5633%), Türkiyənin TPAO (6,75%) və Səudiyyə Ərəbistanın Delta Oil (1,68%) şirkətləri.


AZƏRBAYCANIN ONŞOR YATAQLARINDA 4 AYDA 301,8 MİN TON NEFT ÇIXARILIB

BAKI.14.05.2004.MEDİA-PRESS: Azərbaycanın onşor yataqlarını işləyən birgə müəssisələr (BM) və əməliyyat şirkətləri (ƏŞ) 2004-cü ilin 4 ayında 301,8 min ton neft çıxarıblar. Bu, proqnozdan 22% artıqdır.
Göstərilən müddətdə BM və ƏŞ-lər dövlətə 277,5 min ton neft təhvil veriblər ki. bu da plandan 13,4% və 2003-cü ilin eyni göstəricisindən 3% ( 269,5 min ton). çoxdur.
Onşor yataqlarda qaz istixracı ilin ilk 4 ayında 45,9 milyon kubmetr, yaxud planlaşdırılandan -54,5% , keçən ilin eyni göstəricisindən-13,9% çox olubdur. Dövlətə 27,3 milyon kubmetr, yaxud nəzərdə tutulandan 18,2 %artıq qaz təhvil verilib.
Azərbaycanın quruda yerləşən ( onşor) yataqlarında iki ƏŞ - Karasu operating company ("Mişovdağ_Kəlamətdin") və Salyan Oil ("Kürsəngi_Qarabağlı" bloku) və 3 BM - azərbaycan-alman AzGerneft -i ( "Ramana" yatağı ), azərbaycan-britaniya ShirvanOil-i( Kürovdağ yatağı) və azərbaycan-türkiyə Anshad Petrol-u ("Neftçala-Xıllı- Durovdab" bloku) daxildir.


AZƏRBAYCAN ODESSA-BRODI NEFT KƏMƏRİ LAYİHƏSİNDƏ İŞTİRAK ETMƏYƏ HAZIRLAŞMIR

BAKI.14.05.2004.MEDİA-PRESS: Azərbaycan Odessa-Brodı neft kəməri layihəsində iştirak etmir və iştirak etməyə də hazırlaşmır. Jurnalistlər qarşısında belə bəyanat verən Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev bildirib ki, Ukrayna Azərbaycana Odessa-Brodı neft kəməri layihəsini maliyyələşdirməyi təklif edib. Sitat :"Biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişinə böüük vəsait xərcləyirik. Bizim etibarlı boru xəttimiz olacaq. Və belə olduğu halda başqa kəmərçəkmə layihələrində iştirakımız düzgün olmazdı".
Azərbaycanın Odessa-Brodı layihəsinə qoşulması məsələsinin respublika prezidentinin iyunun əvvəlində Kiyevə rəsmi səfəri gedişində müzakirəsinin də, bu boruya neft verilməsi üçün nəqliyyat dəhlizi yaradılması məsələsinin də gündəliyə gələ biləcəyini istisna etməyən Natiq Əliyev deyib:" Əgər Qazaxıstan, Türkmənistan və ya öz mənafeyini güdən hansısa başqa bir ölkə, neftini Odessa-Brodı ilə nəql etmək istəsə, biz ona hər cür şərait yaradarıq".
"Mən Bakı Odessa-Brodı kəmərinə qarşı çıxmıram . Ancaq hər şey kommersiya məsələsinə bağlıdır. Bu qəbil layihələrdə iştirak siyasi mülahizələrə deyil, iqtisadi səmərəyə söykənməlidir". Sitatın sonu.
Azərbaycan neftinin Odessa-Brodı kəməri ilə nəqlinə təminatlı kvotalara dair saziş imzalanmasının tərəfdarı olmadığını vurğulayan ARDNŞ prezidenti deyib:" Biz üzərimizə hansısa öhdəliklər götürməyi lazım bilmirik".


"LUKOYL" "ZIX-HÖVSANI" LAYİHƏSİ ÜZRƏ DANIŞIQLARI İYUNDA BƏRPA EDƏCƏK

BAKI.14.05.2004.MEDİA-PRESS: Rusiya neft şirkəti "LUKOYL" "Zıx-Hövsanı" yataqlarının işlənməsi layihəsi üzrə Azərbaycanla əməkdaşlığını dayandırmaq niyyətində deyil. Rusitya konsernində İTAR-TASS-a bildiriblr ki, bu məsələ üzrə növbəti danışıqlar iyunda keçiriləcək.
"LUKOYL "-da qeyd ediblər ki, İtaliya konserni "Acip"-in Azərbaycanda "Zıx-Hövsanı" layihəsində işləyən "LUKAcip" birgə müəssisəsindəki payını satın almaq qərarı mayın sonlarınadək qəbul ediləcək.
"Zıx-Hövsanı" müqaviləsində səhmlərin 50 faizinin sahibi Dövlət Neft Şirkətidir (ARDNŞ). Şirkətin prezidenti Natiq Əliyev jurnalistlərlə söhbətində bu sazişdə "LUKOYL"-un payının artırılmasını istəmədiyini, bu halın sahədə neftin pay bölgüsünə dair müqavilənin digər şərtlərinin də dəyişməsinə gətirib çıxaracağını dedi. N. Əliyevin sözlərinə görə, tərəflər Xəzər şelfində "D-222" müqavilə sahəsində (Yalama) 2003-cü ildə belə razılaşma imzalayıblar. Həmin sənədə əsasən ARDNŞ o vaxt layihədəki payının 40 faizini "LUKOYL"-la satıb.
ARDNŞ və "LUKOYL" "Zıx_-Hövsanı" layihəsi üzrə sazişi 2001-ci ilin yanvarında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri gedişində imzalayıblar. Tərəflər sazişdə 50 % iştirak payına malikdirlər.
Zıx-Hövsanı yatağı keçən əsrin 30-40-cı illərində istismara verilib. İndi yataqda işləyən 15 qyunun gündəlik hasilatı təqribən 250 tondur. Eksprtlər bu yataqda hələ 26 milyon ton neft qaldığını iddia edirlər.


OPEK NEFTİN QİYMƏTLƏRİNƏ TƏSİR GÖSTƏRƏ BİLMİR?

BAKI.14.05.2004.MEDİA-PRESS: Beynəlxalq neft bazarlarındakı şaşqınlıq davam etməkdədir. Amerikada qiymətlər fyuçers müqavilələri bazarının 20 ildən çox sürən tarixində ən yüksək həddə çatıb. Son bir neçə gündə 2-ci dəfədir ki, bir barrel neftin qiyməti psixoloji həddi - 40 dolları- aşıb və $40,77 həddində sabitləşib. fBu hədd mütləq rekorddur. Bu halda OPEK-in müstəqil ekspertləri və nümayəndələri yekdil fikirdədirlər: kartel artıq vəziyyətə nəzarət edə bilmir, çünki, bazara onun nəzarət edə bilmədiyi amillər təsir göstərir. Odur ki, yaxın bir neçə gündə qiymətlərin tarixi sayılan son həddi aşacağını da istisna etmək olmaz.
ARGUS neft agentliyinin təhlilçəsi Natalya Borsova yazır :" OPEK-in hasilatı artırmaq imkanları hələ tükənməyib, Ancaq çətin ki, bu, qiymətləərin xeyli düşməsinə gətirsin. Bazara OPEK-in nəzarət edə bilmədiyi amillər təsir göstərməkdədir: ABŞ-ın benzin bazarındakı vəziyyət, eləcə də Yaxın Şərqin qeyri-sabit şəraiti öz əksini neftin qiymətlərində tapır".
Ekspertlər əmindirlər ki, əgər yaxın 2 həftədə qiymət həddi 40 dollardan yüksək olarsa, həmin səviyyə ilin sonunadək qalacaqdır.
Reuters agentliyi Barclays Capital bankının eksperti Pol Horsnellin¸ sözlərini misal çəkir:" Bazar psixologiyası nəzərəçarpacaq dərəcədə dəyişə bilər, Normal hədd qavranışı kəskin şəkildə yüksəlməyə meyllənə bilər. Heç şübhə yoxdur ki, $40 səviyəsi qalarsa, onda qiymət həddinin 50 dollara yüksəlməsi təhlükəsi də yarana bilər".


2004-CÜ İLDƏ DÜNYADA NEFTƏ GÜNDƏLİK TƏLƏBAT 80,6 MİLYON BARREL TƏŞKİL EDƏCƏK

BAKI.14.05.2004.MEDİA-PRESS: Neft ixracı üzrə 26 sənaye ölkəsinin mənafeini təmsil edən İEA (Beynəlxalq Energetika Agentliyi ) mayın 12-də dünya neft bazarındakı vəziyyət barədə növbəti məruzəsini çap etdirib və orada 2004-cü ildə dünyada neftə tələbat üzrə gündəlik proqnozunu 330 min barrel artırıb , yəni apreldə proqnozlaşdırdığı - gündəlik 80,3 milyon barreli 80,6 milyon barrelə yüksəldib.
2003-cü illə müqayisədə bu il neftə tələbatın gündəlik artımı -1,95 milyon barrel təşkil edəcək. Məruzədə qeyd olunduğu kimi, "bu artım dünya iqtisadi artımına uyğundur" və mütləq rəqəmlərlə götürdükdə 1988-ci ildən sonra ən böyükdür".
İEA-nın hesablamalarına görə, OPEK-in kvotalar haqqında sazişdə iştirak edən 10 ölkəsində neft hasilatının gündəlik həcmi apreldə 380 min barrel azalaraq, 25,43 milyon barrel təşkil edib. Bununla belə, bu, OPEK-in ümumi kvotasından ( aprelin 1-ə gündəlik -23,5 milyon barrel) gündəlik -1,93 milyon barrel çoxdur.
Apreldə İraq da daxil, OPEK ölkələrində ümumi gündəlik hasilat 27,77 milyon barrel (martda -28,21 milyon) təşkil edib. İraqda neft istehsalının gündəlik həcmi apreldə -2,34 milyon barrel ( martda-2,40 milyon) azalıb.

<<< <<<