rus || eng


AZƏRBAYCAN LAYİHƏLƏRİNDƏ BM LUKAGİP-İ KİM ƏVƏZLƏYƏCƏK?

BAKI.17.05.2004.MEDİA-PRESS: Birgə müəssisə ( BM) LUKAgip-in ( Rusiya "Lukoyl"u və italyan AGİP-i) müqəddəratı Mayın sonunadək bəlli olacaq. "LUKoyl"un başçısı Vahid Ələkbərov belə deyib.
Onun sözlərinə görə, BM-i yaratmış iki şirkət LUKAgip-in satışı məsələsində razılığa gələcək. BM-in satışı üzrə tender keçirilsə də ,"razılaşdırılası bir neçə məsələ qalmaqdadır".
Fransanın Total SA, Almaniyanın BASF AG və Trkiyənin TURKEY PETROLEUM CORP. Şirkətləri BM-lə maraqlanırlar. Lakin "LUKOYL"-un özü italyanların payını satın ala bilər.
ARDNŞ-də bu məsələyə biganə qala bilməz. Çünki LUKAgip Azərbaycanda ik layihədə - "Şah-dəniz" off-şor qaz-kondensat yatağının işlənməsində və Zıx- Hövsan onşor yataqlarının bərpasında iştirak edir.
ARDNŞ prezidenti Natiq Əliyev deyib ki,"Zıx-Hovsan" layihəsində 50 % paya malik olan şirkətimiz burada "LUKoyl"un payının artmasını istəmir.Çünki bu halda müqavilənin qalan şərtləri də dəyişdirilməlidir. Tərəflər 2003-cü ildə Xəzər şelfiin "D-221" müqavilə sahəsi (Yalama) üzrə belə razılığa gəliblər. O vaxt ARDNŞ layihədəki 40-faizlik payının 20 faizini "LUKoyl"a güzəştə gedib.
ARDNŞ və "LUKOYL" "Zıx_Hövsanı" layihəsi üzrə sazişi 2001-ci ilin 9 yanvarında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri gedişində imzalamışdılar. Tərəflər sazişdə 50 % iştirak payına malikdirlər.
Zıx-Hövsanı yatağı keçən əsrin 30-40-cı illərində istismara verilib. İndi yataqda işləyən 15 qyunun gündəlik hasilatı təqribən 250 tondur. Eksprtlər bu yataqda hələ 26 milyon ton neft qaldığını iddia edirlər.
Bu layihədə tərəflər ümumi dil tapa bilsələr də, bunu "Şah-dəniz" məsələsində etmək müşkül olacaq. Həmin yataqda LUKAgip-in tam 10-faizlik iştirak payı var, deməli, qaz və kondensat hasilatından payı daha çox olacaq. Bu halda "LUKoyl"un necə hərəkət edəcəyi və "Şah-Dəniz"-in başqa iştirakçılarının ona necə reaksiya verəcəkləri də hələ məlum deyil.


NEFTİN BAHALAŞMA REKORDLARI QIRILIR

BAKI.17.05.2004.MEDİA-PRESS: Nyu-York əmtəə hərracı sistemində elektron hərracları gedişində neftin qiyməti bütün tarixi ərzində rekord səviyyəyə -bir barreli 41,63 dollara yüksəlib.
Bloomberq qeyd edir ki, Aralıq dənizi bazarına neft ixracının ən mühüm dəhlizi olan Türkiyədəki partlayışlardan sonra neft bahalaşmaqda davam edib. RİA"Novosti" sorğusunun iştirakçı ekspertlərinə görə, neftin bazarda getdikcə qıtlaşması ehtimalı nefti bahalaşdıracaq. İndi bazarlarda tələb təklifi üstələyir.
Ekspertlər, o cümlədən OPEK hesab edirlər ki, neft hələ uzun müddən ucuzlaşmayacaq, Dünya iqtisadiyyatı tənəzzülə uğramasa, deməli , neft ucuzlaşmayacaq.
OPEK -in mətbuat katibi Əl-Kereyci deyib :" Bahalaşmasa səbəb Yaxın Şərqdəki siyasi vəziyyət, ABŞ-da yanacağın yüksək qiyməti və Çinin artan tələbatıdır".
"Lukoyl" nümayəndəsi G. Krasovski deyib:" Amerikanlar İraqda istixracı tez bir zamanda bərpa edəcəklərinə ümid bəsləyirldilər. Ancaq belə olmadı.İndi İraq ABŞ ordusunun müdaxiləsindən öncəyə nistəb iki dəfə az neft istehsal edir. Enerjiyə tələb artır,Bir halda ki, neftin dünyadakı kommersiya ehtiyatı minimaldır: istixrac artır, ancaq zəngin yataqlar isə çoxdandır kəşf olunmur".
Çinin neftə böyük tələbatı bazar üçün təhlükəli amilə çevrilə bilər. Çin neft baza rında ən həlledici və aqibəti bəlli olmayan bir oyunçuya çevrilib. Çin keçən il Yaponiyanı keçərək , neft istehlakı üzrə ABŞ-dan sonra düyada 2-ci yerə çıxıb.


AZƏRBAYCAN İQTİDARI ABŞ HÖKUMƏTİNDƏN ÖLKƏNİ "MİNİLLİYİN TƏLƏBLƏRİ" FONDU PROQRAMINA QOŞMAĞI XAHİŞ EDİR

BAKI.17.05.2004.MEDİA-PRESS: Azərbaycan hökuməti ABŞ hökumətindən xahiş edib ki, onu "Minilliyin tələbi" Fondu"na (Millenium Challenge Account) qoşsun. Sitat:" Biz ABŞ hökuməti qarşısında məsələ qaldırmışıq ki, Azərbaycanı Millenium Challenge Account proqramına qoşsun. Zənnimcə, amerika tərəfi bu təklifi nəzərə alacaq və Azərbaycanı bu Proqramın şamil olunduğu ölkələr qrupuna daxil edəcəklər". Bu sözlərin müəllifi , Maliyyə naziri Əvəz Ələkbərov $ 5 milyard dəyərindəki bu Proqramın 16 ölkə üçün(Ermənistan və Gürcüstan da daxil) nəzərdə tutulduğunu xatırladaraq, bu Proqramın respublikamıza nə formada şamil edilə biləcəyinin hələ müəyyənləşmədiyini deyib.
Nazirin əqidəsincə, Azərbaycan Proqram iştirakçıları üçün amerika tərəfinin irəli sürdüyü bütün tələblərə cavab verir. O deyib : ABŞ inkişafda olan ölkələrdən eləsinə maliyyə yardımı göstrəcək ki, onlar qanunun aliliyin gözləsin, hökumətləri korrupsiyaya uğramasın və siyasi azadlıqlara riayət etsin.
"İnterfaks-Azərbaycan" xəbər verir ki, Proqram həmçinin tələb qoyur ki, ölkə iqtidarı təhsil və səhiyyəni, açıq bazar, şəffaf vergi və valyuta siyasəti kimi iqtisadi azadlıqları dəstəkləmək üçün səylər göstərsin.


MOSKVADA DAĞLIQ QARABAĞ PROBLEMİ ÜZRƏ " DƏYİRMİ MASA" KEÇİRİLƏCƏK

BAKI.17.05.2004.MEDİA-PRESS: Mayın 25-26-da Moskvada Rusiyanın 3 təşkilatı- Xarici Siyasət Assosiasiyası (XSA), Rusiya Diplomatları Assosiasiyası (RDA) və Ümümdünya Sülhyaratma Təşkilatı (ÜST) rus, azərbaycan və erməni ictimaiyyəti nümayəndələrinin "Qarabağ: durğunluqdan tərəqqiyə, atəşkəsdən sülhə" mövzusunda "dəyirmi masa"sı keçiriləcək. Forum Qarabağda atəşkəsin 10-illiyinə, Azərbaycan və Ermənistanın milli bayramlarına ( 28 may) və Ümümdünya sülhyaratma gününə (29 may) həsr olunub.
REGNUM agentliyi yazır ki, bu təşkilatların ilk belə "dəyirmi masa"sa keçən ilin aprelində təşkil edilib.O vaxt tədbirdə ictimai xadimlər, politoloqlar, keçmiş diplomatlar, kilsə nümayəndələri, Rusiyadakı erməni və azərbaycanlı diasporun numayəndələri (rəsmi şəxslər, səfirliklər və mətbuat nümayəndələri tədbirə dəvət edilməmişdilər ki, natiqləri çıxış və təkliflərinə təsir göstərməsinlər) iştirak edirdilər.
Bu dəfəki tədbirin şərtlərinə görə, iştirakçılar müzakirələrdə münaqmşənin tarixçəsinə, tərəhlərin artıq bəlli olan mövqelərinə toxunmayacaq, münaqişənin həlli naminə diqqətlərini yalnız vəziyyətin inkişafı yollarına və əməli təkliflərə yönəldəcəklər.
Tədbir yenə də SSRİ-nin keçmiş xarici işlər naziri və keçmiş XİN başçıları Ümümdünya şurasının sədri A.A.Bessmertnıxın rəhbəri olduğu XSA-nın binasında keçiriləcək. Mövcud məlumata görə, Bakı və Yerevandan tanınmış politoloqların, təhlilçilərin, təcrübəli diplomatların , eləcə də bəzi beynəlxalq təşkilatların nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. "Dəyirmi masa"da iştirak edə bilməyənlərin qiyabi iştirakı da nəzərdə tutulub.
Barışığın 10-illiyi münasibəti ilə Əli Abbasov və Arutyun Xaçaturyanın Moskvanın "Beynəlxalq münasibətlər" nəşriyyatında keçmiş rusiyalı həmsədr V. Kazimirovun ön sözü və şərhi ilə nəşr olunmuş "Qarabağ münaqişəsi.Həll variantları:ideyvalar və reallıq" monoqrafiyasının ikinci nəşrinin müzakirələröncəsi təqdimatı da keçiriləcək.


GÜRCÜSTAN İQTİDARI BATUMDA GUÖAM SAMMİTİNİ HAZIRLAYIR

BAKI.17.05.2004.MEDİA-PRESS: Gürcüstan iqtidarı GUÖAM-ın (Gürcüstan, Ukrayna,Özbəkistan, Azərbaycan və Moldova) Batumda iyun sammitinə hazırlıq görür.
Prezident aparatının rəhbəri İ.Çubinişvili deyib ki, tədbirə hər ölkədən 100 nümayəndə qatılacaq. Biz tədbir əsaslı hazırlaşırıq. Sammit Batum üçün iqtisadi inkişaf amilinə çevriləcək, şəhər müəyyən gəlir götürəcəkdir.
Glkənin hüqüq-mühafizə orqanları iştirakçıların təhlükəsizliyi üçün xüsusi tədbirlər görürlər. Sammitə Gürcüstan, Ukrayna, Azərbaycan prezidentlərinin gələcəyi gözlənilir. Prezitdent Saakaşvili deyib ki, "Özbəkistan heyətinin də tədbirdə iştirakı barədə danışıqlar aparılır".


AZƏRBAYCAN PREZİDENTİ BRÜSSELDƏ Aİ RƏHBƏRLİYİİLƏ DANIŞIQLAR APARACAQ

BAKI.17.05.2004.MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsini Avropa İttifaqı (Aİ) rəhbərliyi ilə müzakirə etmək üçün bu gün( mayın 17-də) Brüsselə yola düşüb.
"İnterfaks-Azərbaycan" respublika XİN-nə istinadən məlumat verir ki, Azərbaycanın "Genişləndirilmiş Avropa" təşəbbüsünə qatılması imkanları, eləcə də dağlıq qarabağ münaqişəsinin həllində Aİ-nin rolu müzakirə ediləcək.
İlham Əliyev Brüsseldə Avropa Komissiyasının başçısı Romano Prodi, Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Aİ komissarı Havyer Solano və Avropa İttifaqının ayrı ali-məqam nümayəndələri ilə də görüşəcəkdir.


"GÜNƏŞLİ"-NİN DAYAZ YERİNDƏ DƏNİZ PLATFORMASININ TİKİNTİSİ BAŞA ÇATIB

BAKI.17.05.2004.MEDİA-PRESS: ARDNŞ "Günəşli" yatağının dayaz yerində 13 saylı daimi ( stasionar) dəniz platformasının (DDP) tikintisini tamamlayıb.Tikintiyə Azərbaycan prezidenti İlham Əliyevin baş çəkəcəyi gözlənilir.
"Azneft" İB baş geoloqu Akif Nərimanov jurnalistlərə bildirib ki, DDP -13-də qazma işinə bu həftə başlanacaq. Platformadan 8 qaz və 12 neft quyusu qazılacaq. Buradan gündə 2,3 milyon kubmetr qaz çıxarılacağı gözlənilir. Neft hasilatının həcmi isə müəyyənləşdirilməkdədir.
2001-ci ildə Həştərxandan Azərbaycana qaytarılmış DDP üçün modullar yeni platformanın əsasını tışkil edib. RF-lə Azərbaycan arasında əmlak mübahisəsi 10 il davam etmiş və modullar da bu müddətdə Həştərxanda qalmışdı. Modullarf DDP_13-ə qoşmazdan öncə, zəruri bərpa izləri aparılmalı idi. Metal konstruksiyaların vəziyyəti qənaətbəxş olsa da, texnoloji avadanlıq qaydasında deyildi.Moduldar bun güc kabelləri, idarəetmə pultları və sair nəzarət-ölçü cihazları sökülüb çıxarıldı. Platformanın tikintisi üzrə podratçı "Xəzərdənizneftqaztikinti" oldu.
Bundan öncə ARDNŞ "Günəşli"nin dayaz hissəsində 14-saylı istixrac platformasını genişləndirib. Bu platfomadan 12 quyu qazılmalıdır. Bu yataqda gündəlik neft hasilatını 16 min tondan 18 min tona çatdırmaq mümkün olacaq.
"Günəşli"-nin dayaz məntəqəsində azərbaycanın bütün neftinin 65 faizi, dəniz neftinin isə 83 faizi çıxarılır. Bu yataqda hələ 94-130 milyon ton neftin və 75 milyard kubmetr qazın qaldığı ehtimal edilir.


ARDNŞ 2004-08 -Cİ İLLƏRDƏ NEFT İSTİXRACINI SABİTLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR.

BAKI.17.05.2004.MEDİA-PRESS: Dövlət Neft Şirkətinin (ARDNŞ) 2004-08-ci illər çün tərtib etdiyi inkişaf proqramı istixracın indiki illik 8,8 milyon ton həcmində sabitləşdirilməsini nəzərdə tutur. Şirkətin prezidenti Natiq Əliyev jurnalistlərə müsahibəsində qeyd edib ki, 5-illik proqram geofiziki tədqiqatları, istixracı, qazma və geoloji kəşfiyyat işlərini nəzərdə tutur.
ARDNŞ rəhbəri izah edib ki, uzun müddətdən bəri işlənən yataqlarda hasilatın azalması müşahidə olunur. Bizim vəzifəmiz yataqların öz daxili ehtiyatları hesabına da olsa, bu azalmanı mümkün qədər zəiflətmək və hasilat səviyyəsini qorumuqqdır. İstixrac həcmini artırmaq isə yalnız yeni yataqların mənimsənilməsi hesabına mümkündür.


BAKIDA KERN ANBARI YARADILIB

BAKI.17.05.2004.MEDİA-PRESS: "AZLAB" qapalı səhmdar cəmiyyətinin tikdiyi kern anbarının Bakıda rəsmi açılışı olub. Mütəxəssislərin fikrincə obyektin çox böyük əhəmiyyəti var, çünki quyu qazmaları prosesində götürülən kern, əvvəlki illərdən fərqli olaraq itib- batmayacaq, əksinə geoloqlara, qazmaçılara, neftçilərə və qaz çıxaranlara gərək olacaq.
İş burasındadır ki, əvvəllər quyulardan çıxarılan kern müvafiq tədqiqatlardan sonra əslində it-bat olur və ya respublikadan kənara aparılırdı. ARDNŞ yataqlarında, eləcə də ABƏŞ-in işlədiyi "AÇG" off-şor yataqlarında qazama zamanı qyudan çıxarılan kern yeni anbara gətirilmiş ilk nümunələrdir. AÇG-nın işlənməsinə başçılıq edən BP-Azərbaijanla bu barədə 20-illik müqavilə imzalanıb. Kern nümunələri Azərbaycanda neft ehtiyatı olan strukturları öyrənməyə, yataqlar və perspektiv strukturlarda geoloji kəşfiyyat, işlənmə və hasilat səviyyəsinin müəyyənləşdirilməsinə yönəldilən vəsaitlərə qənaət etməyə imkan verəcək.
"AZLAB" kern anbarının inşaasına $500 min xərcləyib və orada 15 min metr kern, eləcə də neft və qaz nümunələri saxlamaq olar. Burada kerni təhlil edən laboratoriya da tikilib.
"Azneft" İB baş geoloqu Akif Nərimanovun sözlərinə görə, ARDNŞ fəaliyyəti illərində 14 300 quyu qazılıb və onlardan 1,03 milyon metr kern çıxarılıb. Ancaq fakt budur ki,bunun yalnız 1,974 min metri, yaxud Azərbaycanın dənizdəki və qurudakı yataqlarında çıxarılan kern həcminin fəqət 0,15 faizi qorunub saxlanıb. Səbəb da kernin saxlanması üçün normal şəraitin olmamasıdır. Düzgün saxlanmaması üzündən yararsızlaşan kern isə tullanılırdı.
A.Nərimanov deyib ki, kern anbarı dünya standartlarına uyğundur, Onun tikintisində hərarət rejimindən tutmuş rütubətə, kernin konservləşdirilməsi və öyrənilməsi şəraitinə kimi hər şey nəzərə alınıb. Ən yaxın vaxtlarda nümunələri həcmi 4 min metrədər artırılacaq.
O ki, qaldı neft kitabxanasının yaradılmasına, bu vaxtadək 3000ə yaxın neft nümunəsi toplanıb və bu iş davam etməkdədir. Bütün neftlərin təhlili aparılacaq, onlar kağız və rəqəm variantlərında pasportlaşdırılacaq. Bu məlumatın hamısı gələcəkdə ARDNŞ-in məlumat bankının özülünü təşkil edəcək.
AZLAB QSC kimi 1997-ci ildə yaradılıb və orada iştirak payı belə bölüşdürülüb: dənizdə neft-qaz istixracı üzrə ARDNŞ istehsalat birliyi - 50%, Schlumberger servis şirkəti -25% və türkiyə neft şirkəti TPAO-25%.


"ŞAH-DƏNİZ"-DƏ 3-CÜ QABAQLAYICI QUYUNUN 5 MİN METRİNDƏN ÇOXU QAZILIB

BAKI.17.05.2004.MEDİA-PRESS: "Şah-Dəniz" qaz-kondensat yatağının 3-cü qabaqlayıcı quyusunun 5300 metri arxada qalıb. ARDNŞ-də Media-Pressə bildiriblər ki, karotaj işləri zamanı alət ilişib quyuda qaldığı üçün,onun çıxarılmasına müəyyən vaxt sərf edilməli oldu. Bu səbəbdən qazma işləri də dayanmışdı. Ancaq sabahdan qazma davam etdiriləcək.
Dənizin dibində t ava daşından qazılan quyunun şaquli xətdən mailliyi -2,3 kilometrdir. İndiyədək qazılanların ən çətini olan qu qabaqlayıcı quyunun tava daşı 101 metr dərinlikdə quraşdırılıb. Layihə dərinliyi-6500 metr olcaq quyunun qazılması və müvəqqəti konservləşdirilməsi işllərinə təqribən 165 gün gərək olacaq. Bu quyu ilə "Şah-Dəniz" layihəsinin "1-ci Mərhələsi"ndə qabaqlayıcı qazma proqramı başa çatmış olacaq .
Bir qədər əvvəl ikinci qabaqlayıcı SDA-02 quyusunda qazma işləri uğurla başa çatdırılıb(6540 metr). Qazma burada sentyabrın 25-də başlamış və yatağın şimal-şərq cinahınadək davam etdtrilmişdi. SDA-02 yataqda uğurla başa çatdırılmış 2-ci maili quyudur və onun mailliyi 1,8 km.olub. Quyunun məhsuldar qatından xeyli həcmdə torpaq götürülüb və miqyaslı məlumat toplanıb. Tətbiq edilər xüsusi avadanlıq 174 metr uzunluğu olan kern sütununu uğurla çıxartmağa və layın keyfiyyəti və məhsuldarlığı barədə əlavə məlmat almağa imkan verib.
Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı borunun çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzrum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb.
Qeyd edək ki, "1-ci mərhələ" çərçivəsində karbohidrogen xammalı ehtiyatları 178 mlrd. kub metr (6,3 trilyon kub futt) qaz və 34 mln. ton (250 mln. barrel) qaz kondensatı həcmində hesablanıb. Ehtimal olunur ki, hasilatın maksimuma çatdığı dövrdə qazın orta debiti bir ildə 8,4 mlrd. kub metrə (900 mln.kub fut / sutkada ) və kondensat isə ildə 2 mln. tona (14-16 mln. barrel ) çatacaq. Sonrakı mərhələlərdə buradan ildə 16 milyard kubmetr qaz çıxarılması planlaşdırılır.
"Şah-Dəniz" yatağının $3,2 milyard dəyəri olan "Mərhələ-1"- layihəsi dərinliyin 105 metrə çatdığı nöqtədə 15 quyu qazmağa imkan verən platformanın quraşdırılmasını, platformadan Səngəçal terminalına hər birinin uzunluğu 100 km.olan iki sualtı kəmərin çəkilişini, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikilməsini nəzərdə tutur.
"Mərhələ-1"-də 178 mlrd kubmetr qaz və 34 milyon ton kondensat alınacağı hesablanıb. Hasilatın ən gur dövründə illik istitxrac həcmi -8,4 mlrd. qaz və 2 milyon ton kondensat olacaq. Sonrakı mərhələlərdə ildə 16 mlrd. kubmetr qaz hasil ediləcək.
"Şah-Dəniz"in iştirakçıları və pay bölgüsü belədir : BP-25,5%, Statoil-25,5%, ARDNŞ-10%,LUKAgip-10%,, OİEC-10%, TotalFinaElf-10% və TPAO-9%.


"ŞAH-DƏNİZ"-DƏ 4-CÜ KƏŞFİYYAT QUYUSU QAZILACAQ

BAKI.17.05.2004.MEDİA-PRESS: "Şah-Dəniz" yatağında 4-cü kəşfiyyat quyusu qazılacaq. Ancaq bu iş yəqin ki, "İnam" dəniz strukturunda kəşfiyyat quyusundan sonra gerçəkləşəcək.
Dövlət Neft Şirkətində (ARDNŞ) Media-Pressə bildiriblər ki, qazma yatağın cənub-qərb cinahında aparılacaq. Yeni quyu "Şah-dəniz"in ehtiyatlarını bir dəfə yarım artıracaq.
Xatırlatma: ARDNŞ-də həmişə hesab ediblər ki, yalnız "Şah-dəniz"in cənub-qərb cinahında kəşfiyyat qazmasından sonra yatağın ehtiyatlarını yenidən qiymətləndirmək olar, İndilkdə isə işlər yatağın yalnız şimal-şərq cinahında aparılır.
Xatırladaq ki, "Şah-Dəniz"də üç kəşfiyyat qazması aparılıb və eksprtlər Azərbaycanın ən möhtəşəm qaz-kondensat yatağında təqribən 700 milyon kubmetr qaz və 200 milyon ton qazkondensatı ehtiyatı olduğunu hesablayıblar. Yataqda istixraca 2006-cı ilin ortalarında başlanılacağı nəzərdə tutulur.
"1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən optimal istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metrə, qaz kondensatı isə- 2 mln. Tona çatacaq. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq.
"BP (25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKAgip (10%), OIEC (10%), TotalFinaElf (10%) və TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır.


AZƏRBAYCAN QAZI YUNANISTANA 2007-Cİ İLDƏ VERİLƏ BİLƏR

BAKI.17.05.2004.MEDİA-PRESS: "Şah-dəniz" yatağının işlənməsi layihəsi çərçivəsində Yunanıstana azərbaycan qazı artıq 2007-ci ildə ixrac edilə bilər.
ARDNŞ prezidenti Natiq Əliyev bu barədə məlumatında deyib:" Şah-dəniz"in işlənməsinin 1-ci mərhələsində bizim Türkiyəyə qaz ixracına dair müqaviləmiz var. Razılaşdırılmış həcmi türkiyə bazarı qəbul edə bilməsə, bizim bu həcmi Yunanıstana vermək hüququmuz var. Türkiyə -Yunanıstan sazişinə görə, bu iki ölkə arasında 300-km.-liu qaz kəmərinin çəkilişi 2007-ci ilə kimi başa çatmalıdır.
N.Əliyev əlavə edib ki, biz Yunanıstana qazı yəqin ki, yatağın mənimsənilməsinin 2-ci mərhələsində verəcəyik. İlk məqamda ora ildə 1 milyard kubmetr qaz veriləcək.
"Şah-dəniz" yatağının işlənməsi müqaviləsi 1996-cı ildə imzalanıb. BP (25,5%),ARDNŞ (10%), STATOİL 925,5%), LUKAgip (10%),OİEC(10%),TotalFinaElf (10%), və TPAO (9%) onun iştirakçılarıdır. İlk qazın 2006-cı ilin ortalarında çıxarılacağı gözlənilir.


BP-AZERBAİJAN PREZİDENTİ: BTC QAZAXISTAN NEFTİ OLMASA DA RENTABELLİ OLACAQ

BAKI.17.05.2004.MEDİA-PRESS: Xəzəri qazaxıstan sektorundakı "Kaşaqan" yatağının işlənməsi layihəsinin səhmdarları ilə neftin Bakı-Tbilisi-Seyhan (BTC) kəməri ilə axıdılmasına dair dəqiq razılaşma hələ yoxdur.BP-Azərbaidan prezidenti Devid Vudvorrd belə deyib.
O qeyd edib ki, Kaşaqan 2007-08-ci illərdə istismara veriləndən sonra bu yataqdan neftin nəqlinə başlanacaq. İndi Azərbaycan və Qazaxıstan hökumətlərarası müqaviləni razılaşdırmaq üçün danışıqlar aparırlar. Bu müqavilə kaşaqan neftinin BTC ilə axıdılmasına kömək edəcək. Ancaq BTC qazaxıstan nefti olmadan da rentabelli olcaq.
Xatırladaq ki, hazırda Qazaxıstanda işləyən və artıq BTC Co. Kəmər şirkətinə qoşulmuş 4 xarici şirkət : ENİ (İtaliya), Total S.A (Fransa), Conoco Filips (ABŞ) və İnpex (Yaponiya) "Tarnsxəzər" şirkətinə daxil olacaq. Bu şirkətlərin BTC Co.-dakı iştirak payı 15 faizdir. Bu isə sutkada 150 min barrel neft deməkdir.
D .Vudvord "AÇG" yataqları blokundan neftin , "Şah-dəniz" yatağından kondensatın , hətta ARDNŞ yataqları neftinin də BTC ilə nəqlinə dair razılaşma olduğunu deyib.
BTC tikintisinə toxunan prezident bildirib ki, işllər cədvələ uyğun gedir. İndi Azərbaycanda və Gürcüstanda bütün boruların üçdə ikisi, Türkiyədə- yarısından bir qədər çoxu qaynaq edilib. Tikintini sürətləndirmək üçün Türkiyənin Gürcüstana yaxın ərazisində əlavə iş meydançaları açılıb.
BTC neft kəmərinin ümumu uzunlucu 1767 km.dir. Bunun 443 km-i Azərbaycanın, 248 km.-i Gürcüstanın, 1076 km.-i Türkiyənin payına düşür. Kəmər ildə 50 mln. ton neft daşıya bilər. Tikinti işləri 2004-cü ilin son rübündə başa çatacaq. Azərbaycan neftinin Türkiyənin Aralıq dənizindəki Ceyhan limanından ixracı isə 2005-ci ilin əvvəllərinə planlaşdırılıb.
Layihənin səhmdarları bunlardır: BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillirs (2,5%), Inrex (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%).
Tikintinin ümumi dəyəri $ 2,95 milyarddır.


ARDNŞ-DƏ HESAB EDİRLƏR Kİ, "İNAM" STRUKTURUNDA KƏŞFİYYAT QAZMASI "İSTİQLAL"-DAN DAVAM ETDİRİLƏCƏK

BAKI.17.05.2004.MEDİA-PRESS: "İnam" perspektiv strukturunda kəşfiyyat qazması yəqin ki, "İstiqlal" yarıldalma qazma qurğusundan davam etdiriləcək.
Bu barədə Media-Pressə məlumat verən Dövlət Neft Şirkəti (ARDNŞ) nümayəndəsinə görə, qazma "Lider" yarımdalma qurğusundan aparılsa, çox baha başa gələr. Bir də ki, BP "İstiqala"ın modernləşdirilməsinə xeyli xərc çəkib."İstiqlal"ın texniki göstəriciləri də "Lider"inkində geri qalmır, "Lider"də prosesin avtomatlaşrılmasına baxmayaraq, "İstiqala"da işi daha tez görür.
Bununla belə, BP prezidenti jurnalistlərə məlumat verib ki, layihənin səhdarları hansı qazma qurğusunu seçmək qərarını verməyiblər.
: Qeyd edək ki, 2005-ci ilin əvvəlindən Xəzərin azərbaycan bölməsində yerləşən "İnam" perspektiv strukturunda yenidən kəşfiyyat qazmasına başlanacaq. BP-Azerbaijan-ın prezidenti Devid Vudvord bu faktı mətbuat konfransında açıqlayaraq, indiyədək sahənin yeni seysmik xəritəsinin hazırlandığını, kəşfiyyat quyusunun qazılacağı nöqtənin seçildiyini, bunun şirkətin tərəfdaşları- SHELL və ARDNŞ-lə razılaşdırıldığını və bütün il boyu hazırlıq işlərinin davam etdiriləcəyini deyib.
Onun sözlərinə görə, indi qazmanın hansı qazma qurğusundan aparılması məsələsinə baxılır. Bu, ya"İstiqlal" , ya da "Lider" yarımdalma qurğusu ola bilər.
Media-Press əvvəllər xəbər verib ki, "İnam"da İNX-1 saylı ilk kəşfiyyat quyusunun qazılması 2001-ci ilin baharında lay təzyiqi yüksək olduğu üçün 4550 metr dərinlikdə (layihə dərinliyi 5025) dayandırılıb. Bununla əlaqədar qərara alınmışdı ki, ən münasib variant tapılana qədər qazma işləri bərpa edilməsin. 2 yoldan biri seçilməli idi: ya xüsusi avadanlıqdan istifadə etməklə qazma davam etdirilməli, ya da yeni quyu qazılmalı idi. O vaxt Cənab Vudvord qeyd etmişdi ki, ilk kəşfiyyat quyusu hələlik konservləşdirilmiş şəkildə qalacaq. Əgər ikinci kəşfiyyat quyusu müsbət nəticə verərsə, birincidə də qazma işlərinin bərpası imkanına baxıla bilər.
"İnam" strukturunun kəşfiyyatı və işlənməsi üzrə PSA (məhsulun bölüşdürülməsi) tipli saziş 1998-ci il iyulun 21-də imzalanıb, həmin il dekabrın 1-də ölkə parlamentində təsdiq edilib. İştirakçılar: ARDNŞ-50%, BP-25% və Shelldir-25%. Strukturda dənizin dərinliyi 30-150 metr arasındadır. Məhsuldar layların ümumi uzunluğu-18, eni-4,5 kilometr, hündürlüyü-700 metrdir. Məhsuldar qatların dərinliyi 4500 metrə yaxındır.
ARDNŞ mütəxəssislərinin hesbalamalarına görə, "İnam" da 100 mln. ton neft və 100 mlrd. kub metr qaz vardır. Müqavilənin şərtlərinə görə, yataqda neftin sənaye ehtiyatları tapılarsa, 25 il istismar ediləcək. Layihəyə 1,7-2 mlrd. dollar sərmayə qoyulacaq.

<<< <<<