rus || eng
QAZAXISTAN-ÇİN NEFT KƏMƏRİNİN QƏRB HİSSƏSİNİN TİKİNTİSİNƏ BU İL BAŞLANACAQ
BAKI.19.05.2004.MEDİA-PRESS:
Gözlənildiyinə görə, qazaxıstan-çin neft kəmərinin qərb hissəsinin (Atasu-Alatau sərhəd keçidi) tikintisinə artıq 2004-cü ildə başlana bilər. Pekində rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu məlumatı çərşənbə axşamı açıqlayaraq, min kilometr uzunluğu olacaq xəttin çəkilişinin 2005-ci ildə tamamlanacağını deyib.
Təqribən 3 min km. uzunluğu olan Qazaxıstan-Çin neft kəmərinin tikintisinə dair saziş 1997-ci ildə imzalanıb. Hələlik kəmərin 448 kilometri istismara verilib. Çinin rəsmi mənbələri Çin hökumətinin layihəyə yüz milyonlarla dollar xərclməyə hazır olduğunu xəbər verir.
Layihə neftin dünya qiymətlərinin artdığı bir şəraitdə Qazaxıstana öz ixrac artırmağa imkan verəcək. Çin isəxəzər nefti sayəsində təbii ki, öz tələbatını qismən ödəyəcək. Neft bazarını müəyyənləşdirən amillərdən birinin məhz Çinin neftə tələbatının artması sayılır.
BBC qeyd edir ki, "Pekinin Rusiyaya bağladığı ümidlər ən azı bu gün özünü doğrultmayıb". Söhbət Sibir neftini Dansin şəhərindən Çinin şimal-şərqinə daşıyacaq kəmərdən gedir. Lakin son vaxtlar rus məmurlar Dansini yada salmırlar.Ön plana Yaponiyaya tuşlanan Naxodka çıxıb. Naxodkanın seçilməsinə səbəb, yəqin ki "YUKOS" neft şirkətinin çin variantını dəstəkləməsi olub . Axı bu şirkətin keçmiş başçısı Mixail Xodorkovskiy indi barmaqlıqlar arxasında öz məhkəməsini gözləyir. Birdə ki, moskva şərhçiləri Rusiyanın Yaponiyadan çox çəzbedici təklif aldığını yazırlar.
Hər halda, Çin özünə yeni neft tərəfdaşı axtarmalı olub. Xəzər nefti əzəldən qonşu Rusiyaya, sonralar isə Qara dənizlə Qərbə ixrac edilib. Şərqlə əməkdaşlığını genişləndirmək üçün Qazaxıstana yeni neft kəməri gərəkdir. İlk hesablamalara görə, belə kəmər təqribən $3 milyarda başa gələcək. Layihə 2 mərhələlidir.2010-cu ilə kimi kəmərin Atasu-Alaşankou hissəsini, sonra isə 2035-ci ilədək Kenkiyak-Kumkol-Atasu marşrutunu tamamlamaq nəzərdə tutulur. Kəmər ildə 50 milyon ton neft daşıya biləcək.
OPEK BU HƏFTƏ NEFTİN İSTİXRAC-İXRAC KVOTALARINI ARTIRMAQ QƏRARI QƏBUL EDƏ BİLƏR
BAKI.19.05.2004.MEDİA-PRESS:
OPEK artıq bu həftənin sonunda Amsterdamda 8-ci Beynəlxalq Energetika forumunda neftin istixrac və ixrac kvotalarını artırmaq qərarını verə bilər.
Təşkilatın Vyanadakı Baş Katibliyinin səlahiyyətlisi bu artımın 6% ola biləcəyini də istisna etməyib.
OPEK-in 130-cü Vyana konfransının qərarına əsasən dunya neft kartelinə üzv olan ölkələrin neft istixracı və ixracına dair ümumi kvotalırı gündəlik 23,4 milyon barrel təşkil edir. Mənbə deyib ki, gündəlik ixrac səviyyəsinin1,5 milyon barrel artacağı gözlənilir.
Lakin OPEK rəhbərliyinə yaxın olan ekspertlərə görə, indilikdə gündəlik hasilat və ixrac ən azı 25 milyon barrel təşkil edir.Deməli, Amsterdam forumu mövcud kvotaları yalnız "qanuniləşdirəcək".
A.ÇUBAYS RUSİYA ELEKTRİK ENERJİSİNİN İXRACI MƏSƏLƏSİNİ BAKIDA MÜZAKİRƏ EDƏCƏK
BAKI.19.05.2004.MEDİA-PRESS:
Anatoli Çubays başda olmaqla "YEES Rossii" Səhmdar cəmiyyətinin (SC) nümayəndə heyəti mayın sonunda Bakıya gəlir. "Azərenerji" SC ilə əməkdaşlıq, Azərbaycanın və Rusiyanın cənubunun enerji ilə etibarlı təmini, eləcə də rusiya elekrik enerjisinin respublikamız vasitəsi ilə üçüncü ölkəyə ixracı layihələri səfər zamanı müzakirə olunacaq.Görüş və danışıqların yekunu kimi, qarşılıqlı anlaşma Memorandumu imzlana bilər.
AZƏRBAYCAN PREZİDENTİ Aİ-Nİ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ QOŞULMAĞA ÇAĞIRIB
BAKI.19.05.2004.MEDİA-PRESS:
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqını (Aİ) qarabağ münaqişəsinin həllinə qoşulmağa çağırıb.
"ATƏT-in Minsk qrupu problemin həllinə mühüm töhfə verir, Lakin hesab edirik ki, Aİ-nin, Avropa Şurasının (AŞ), bütün avropa ictimai fikrinin nizamlanmaya cəlb edilməsi əməli nəticələr qazanmaq baxımından faydalı olardı". İlham Əliyev Avropa Komissiyasının (AK) rəhbəri Romano Prodi ilə danışıqlarının yekununa dair Brüsseldə keçirilmiş brifinqdə belə deyib.
Aİ Baş İcraiyyə orqanının sədri öz növbəsində qarabağ nizamlanmasına qoşulmağa hazır olduğunu bildirərək, vurğulayıb ki, "Aİ bu regionda sülhün olmamasından bərk narahatdır, Biz nizamlama prosesinə yardımçı olmağa və əməli təkliflər verməyə hazırıq". Prodi eyni zamanda məlumat verib ki, Aİ bu yaxınlarda Azərbaycanın da cəlb edildiyi genişləndirilmiş Avropa İttifaqının "dostları və qonşuları dairəsi" strategiyası çərçivəsində Azərbaycanla iqtisadi əməkdaşlığını dərinləşdirməyə hazırdır.
Sualları cavablandıran İ.Əliyev azərbaycan və ermənistan XİN başçılarının bu yaxınlardakı görüşünü " sülh dialoqunun davamı üçün əhəmiyyətli adlandırıb. Sitat: "Lakin biz danışıq xatirinə aparılın danışıqların , bayağı danışıqların əleyhinəyik. Biz münaqişənin beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü əsasında həlli yolunda əməli nəticələr verə bilən yeni mövzular və problemlərin erməni tərəfi ilə əməli müzakirəsinə tərəfdarıq."
ERMƏNİSTAN VƏ AZƏRBAYCAN XİN RƏHBRLƏRİ İYUNUN 20-DƏ PRAQADA YENİDƏN GÖRÜŞƏCƏKLƏR
BAKI.19.05.2004.MEDİA-PRESS:
Ermənistan və Azərbaycan XİN başçıları Vardan Oskanyan və Elmar Məmmədyarovun sayca 3-cü görüşü, ehtimal ki, iyunun 20-də Praqada keçiriləcək. Mətbuat konfransında bu məlumatı açıqlayan V. Oskanyan azərbaycanlı həmkarı ilə əvvəlki təmasının nəticələrini müsbət qiymətləndirib, onun iki ölkə prezidentlərinin görüşündən və əməli tapşırıqlarından sonra baş tutduğunu və bu səbəbdən mükalimənin konstruktiv səciyyə dahıdığını vurğulayıb.
Ermənistanın xarici işlər naziri indiki məqam üçün müzakirələr və məşvərətlərin daha məqbul olduğunu, bu səbəbdən danışıqların gündəliksiz keçirildiyini desə də, erməni qüvvələrinin işğal etdikləri azərbaycan torpaqlarının kommunikasiyaların bərpası müqabilində boşaldılması məsələlərinə danışıqlarda toxunulub-toxunulmamasını nə təkzib , nə də təsdiq edib.
Bununla bağlı qeyd edək ki, rəsmi Yerevanın daha bir səlahiyyətlisi- prezidetin Təhlükəsizlik Şurasının katibi, Müdafiə naziri Serj Sarkisyan "Ayots aşxar" qəzetinə deyib ki, " Azərbaycanın erməni tərəfinin nəzarətində olan 7 rayonun azad olunması müqabilində dəmir yolunu açmaq təklifi ciddi deyil". O bu təklifi okeanı yağış damlasına bərabər tutmaq cəhdi kimi qiymətləndirib. "Azərbaycanın nəqliyyat yollarını açmaq təklifi hər şeydən əvvəl ona görə ciddi deyil ki, bu yolları istədiyi vaxt bağlaya bilər¸ Elə bu dəlil kifayətdir. Əlbəttə, nəqliyyat kommunikasiyalarının çoxluğu iqtisadiyyata həmişə müsbət təsir göstərir.Ancaq Dağlıq Qarabağ belə müsbət təsirin bahası olmamalıdır və ola da bilməz". Serj Sarkisyan belə deyib.
Vardan Oskanyan da öz növbəsində müzakirə mövzusu olan bütün məsələləri açıqlamaqdan çəkinməyə üstünlük verir .Sitat:" Nə qədər ki, əməli qərarlar qəbul olunmayıb, müzakirələr gedişində səslənən işgüzar mahiyyətli ilkin təklifləri açıqlamaq məqsədə uyğun deyil. Danışıqlar üçün mövzular yalnız müsbət irəliləyişlərdən, tərəflərin təsdiqindən və həmsədrlər tərəfindən bəyənildikdən sonra ictimaiyyətə təqdim oluna bilər".
V. Oskanyan jurnalistlərin : Bakı qarabağ nizamlanması üzrə danışıqları hansı nöqtədən davam etdirəcəyini özü üçün müəyyənləşdiribmi? sualına cavab olaraq qeyd edib ki , "keçirilən görüşlərin nəticələrinə görə demək olmaz ki, Azərbaycan nəyisə rədd edir. Danışılası bir şey yoxdur demək də əsassız olardı. Görüşlər məhsuldar keçir və onları davam etdirmək, o cümlədən prezidentlər səviyyəsində davam etdirmək lazımdır. Danışıqlar bütün istiqamətlərdə aparılır və ümid etmək olar ki,biz ən yaxın vaxtlarda məsələyə aydınlıq gətirə biləcəyik".
GUÖAM ÖLKƏLƏRİ PARLAMENTLƏRARASI ASSAMBLEYA YARADACAQ
BAKI.19.05.2004.MEDİA-PRESS:
Kiyevdə sentyabrın ikinci yarısında GUÖAM (Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan , Moldova ) Parlamentlərarası Assambleyasını ( PAA) yaratmaq üçün təsis yığıncağının ( Məclisi-müəssisan) keçiriləcəyi gözlənilir. Çərşənbə axşamı Ukrayna Ali Radası sədrinin birinci müavini Adam Martınyuk iştirakçı dövlətlərin parlament rəhbərləri ilə işgüzar görüşündən sonra Strasburqda jurnalistlərə bu haqda məlumat verib.
O deyib ki, görüşdə GUÖAM çərçivəsində PAA yaradılmasına dair ilkin razılığın realizəsi müzakirə edilib. Martınyuk xüsusi vurğulayıb ki, GUÖAM PAA-sı olmayan yeganə beynəlxalq təşkilatdır.
Martınyuk qeyd edib ki,işçi görüşünün iştirakçıları PAA yaradılmasının zəruriliyini yekdilliklə müdafiə edib və razılaşıblar ki, Ukrayna PAA -nın yaradılması üzrə təsis yığıncağının təşkilatçısı olsun. Eyni zamanda o qeyd edib ki, Özbəkistan parlament nümayəndə heyəti nə bu görüşdə, nə Avropa Parlamentləri və Avropa Parlamentlərarası Assambleyaları rəhbərlərinin konfransında iştirak edib.
GUÖAM dövlət başçılarının növbəti sammiti iyunun 16-da Acarıstanda Batum yaxınlığındakı Çakvi qəsəbəsində keçiriləcək. Bu məlumatı açıqlayan Gürcüstanın baş naziri Zurab Jvaniya mayın 19-da Batumda gürcüstan hökumətinin sammitin təşkilati məsələlərinə həsr olunmuş xüsusi iclasının keçiriləcəyini də deyib.
Jvaniya ümidvar olduğunu bildirib ki, sammitə nəinki GUÖAM üzvü olan bir sıra dövlətlərin başçıları, həm də çoxsaylı qonaqlar iştirak edəcəklər.
AZƏRBAYCANDA AÇILMIŞ XƏZƏR TEXNİKİ MƏRKƏZİ DÜNYA SƏVİYYƏLİ MÜTƏXƏSSİSLƏR HAZIRLAYACAQ
BAKI.19.05.2004.MEDİA-PRESS:
Bakı yaxınlığında yerləşən Səgəçal neft terminalında mütəxəssislərin Xəzər texniki hazırlıq mərkəzi açılıb. Dəyəri $12 milyon olan bu dünya səviyyəli mərkəzin tikintisi və təchizatını reallaşdıran "Azəri-Çıraq-Günəşli" ("AÇG"), ""Şah-Dəniz" yataqlarının, Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərlərinin iştirakçı şirkətləridir. Mərkəz BP-Azərbaycannın və adı çəkilən şirkətlərin həmin layihələrdə işə cəlb olunmiuş milli kadrların texniki və peşəkarlıq səviyyəsini artırmaq planları çərçivəsində tikilib.
Mərkəzin əsas bazasında ildə 400 operator və qazma stası hazırlanacaq. Bazanın personala Xəzərdə yeni platformalarda quraşdırılmış müasir qazma avadanlığını səmərəlmi və təhlükəsiz işlətmək metodlarını aşılamaq üçün nəzərdə tutulan dispeçer-qazma məntəqəsinin təlim modeli var.
Bu nadir qurğu personala əməliyyatlar aparmaq metodlarını öyrədir. Böyük Britaniyada hazırlanmış qurğuda çalışanlar avadanlığı işə salmaq və istismar etmək vərdişinə yiyələnəcəklər.
Mərkəzdə neft-qaz sənayesində geniş istifadə olunan xüsusi avadanlıq sexi, habelə istixrac və qazma üzrə mütəxəssislər hazırlığı üçün model-qurğularla yanaşı 24 tədris otağı və ofis də tikilib.
BP-Azerbaijanın prezidenti Devid Vudvordun mərkəzin açılış mərasimində dediyi kimi, bu obyektin inşaası bir daha təsdiqləyir ki, BP öz planlarını regionda yüksək ixtisaslı milli kadrların gücü ilə gerçəkləşdirməyə səy göstərir. "Biz əminik ki, Azərbaycanda və bütün Xəzər regionunda neft-qaz sənayesinə qoyulan böyük sərmayələr dənizdə və qurudakı obyektlərimizdə təhlükəsiz və səmərəli işi təmin edə bilən , yaxşı biliyə yiyələnmiş və məqsədinə çatmağa can atan personalın yüksək səviyyəsinə uyğun olmalıdır. Əminik ki, yerli personalın ixtisası və onların mərkəzin müasir avadanlığını qavraması bizə yüksək səviyyəli işçilər bəxş edəcək . Bu mütəxəssislər qarşıdakı illərdə Azərbaycan və bütövlükdə region üçün çoh əhəmiyyətli tapıntı olağaqdır". Sitatın sonu.
"ŞAH-DƏNİZ"İN İŞLƏNMƏSİNİN 2-Cİ MƏRHƏLƏSİ QAZ İXRACINA DAİR UZUNMÜDDƏTLİ SAZİŞLƏ BAĞLANDIQDAN SONRA BAŞLAYACAQ
BAKI.19.05.2004.MEDİA-PRESS:
"Şah-Dəniz" qaz yatağının 2-ci mərhələsinin istismarına yalnız azərbaycan qazının ixracına dair uzunmüddətli sazişlər bağlandıqdan sonra icazə veriləcəkdir.
Bu məlumatı açıqlayan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyevin sözlərinə görə, indi bu məsələ üzrə Yunanıstanla fəal danışıqlar aparılır, balkan ölkələri və İtaliya ilə danışıqlar isə hələ irəlidədir. Azərbaycan qazı Yunanıstana "Şah-Dəniz"in işlənməsinin artıq 1-ci Mərhələsində, yəni 2007-ci ildə verilə bilər. N.Əliyev bir qədər əvvəl demişdi ki, əgər türkiyə bazarı azərbaycan qazının əvvəlcədən razılaşdırılmış bütün həcmini ala bilməsə, Azərbaycanın öz qazını Yunanıstana satmağa haqqı var.
Xatırladaq ki, azərbaycan qazı üçün bazar maketinqi ilə Azerbaijan Gas Supply Company məşğul olur. Onun operatoru norveç STATOİl-nin vitse-prezidenti Piter Melbinin sözlərinə görə, azərbaycan qazı Cənubi Avropa bazarlarındakı rəqabətə, gələcəkdə isə Mərkəzi Avropada rəqabətə tab gətirəcək. Ancaq indilikdə qaz istixracı üzrə layihələri reallaşdırmağın başlıca məqsədi azərbaycan qazının türkiyə bazarına ixracına vaxtında başlamaqdır. Sitat:" Ən başlıcası qazı göstərilən vaxtda Türkiyəyə çatdırmaqdır.Orada isə azərbaycan qazına qiymətdə çətin ki, rəqib tapılsın".
Melbi"Şah-dəniz" qazının istixracını bazarın tələbitnə görə artırmağı məqsədəuyğun sayır. Bizim avropa bazarındakı təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, yatağın hasilatının tədriclə artırılması iqtisadi baxımdan dahə sərfəlidir, nəinki sıçrayışlı istixrac. Hər halda bütün variantları yüz ölçüb bir biçmək gərəkdir".
Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı borunun çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzrum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb.
Qeyd edək ki, "1-ci mərhələ" çərçivəsində karbohidrogen xammalı ehtiyatları 178 mlrd. kub metr (6,3 trilyon kub futt) qaz və 34 mln. ton (250 mln. barrel) qaz kondensatı həcmində hesablanıb. Ehtimal olunur ki, hasilatın maksimuma çatdığı dövrdə qazın orta debiti bir ildə 8,4 mlrd. kub metrə (900 mln.kub fut / sutkada ) və kondensat isə ildə 2 mln. tona (14-16 mln. barrel ) çatacaq. Sonrakı mərhələlərdə buradan ildə 16 milyard kubmetr qaz çıxarılması planlaşdırılır.
Şah-Dəniz"in iştirakçıları və pay bölgüsü belədir : BP-25,5%, Statoil-25,5%, ARDNŞ-10%,LUKAgip-10%,, OİEC-10%, TotalFinaElf-10% və TPAO-9%.
"ZƏFƏR- MƏŞƏL" OFF-ŞOR STRUKTURUNDA İLK KƏŞFİYYAT QUYUSUNUN DƏRİNLİYİ 4 MİN METRİ KEÇİB
BAKI.19.05.2004.MEDİA-PRESS:
Azərbaycanın "Zəfər-Məşəl" off-şor strukturunda ilk kəşfiyyat quyusunun 4300 metri qazılıb. Bu məlumatı jurnalistlərə çatdıran Dövlət Neft Şirkətinin (ARDN) vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, yaxın vaxtlarda qazmaçılar sütunları quyuya salmağa başlayacaq və qazma davam etditriləcək.
Layihənin operatoru ExxonMobil kfşfiyyat quyusunun qazılacağı nöqtəni bir neçə dəfə dəyişməli olub, çünki hər dəfə qazmaçılar güclü yeraltı su axınının qarşısını almaqda acizlik çəkiblər. LİDER yarımdalma qurğusunun göyərtəsindən qazmanı Maersk Contractors danimark şirkəti aparır.
Quyunun layihə dərinliyi 6800 metrdir. Burada dənizin dərinliyi-618 metrə çatır. Əsas məqsəd "Fasilə layı"nı və "Balaxanı layı"nın 8-ci üfüqünü açmaqdır. ARDNŞ və transmilli Schlumberger tərəfindən təsis edilmiş Caspian Geophysical birgə müəssisəsi qüyunun təməlinin qoyulacağı nöqtəni seçməzdən qabaq 850 kv. km. ərazidə üçmiqyaslı seysmik kəşfiyyat aparıb. Layihənin operatoru- ExxonMobil amerika şirkəti, qazma podratçısı- Maersk Contractors danimark şirkətidir. Qazma işləri "Lider" yarımdalma qurğusundan aparılır.
"Zəfər-Məşəl" bloku Xəzərdə, Bakıdan 130 km. cənub-şərqdə yerləşir, sahəsi-643 kv. kilometr, dərinliyi isə- 450-950 metr arasındadır.
"Zəfər-Məşəl" strukturu 1961 -ci ildə seysmik tədqiqatlar nəticəsində aşkara çıxarılıb. Amma orada ilk geofiziki işlər 1985-87-ci illlərdə görülüb. Blokda kəşfiyyat qazması aparılmayıb. Müqaviləyə görə, podratçı kəşfiyyat dövrü ərzində burada 3-miqyaslı seysmik kəşfiyyat aparmalı və 2 kəşfiyyat quyusu qazmalıdır.
"Zəfər-Məşəl" müqaviləsi 1999-cu il aprelin 27-də ABŞ-da imzalanıb. İştirak payları belədir: Azərbaycan Dövlət Neft şirkəti-50%, amerika şirkətləri: ExxonMobil -30% və Conoco- 20%. Layihənin dəyəri təqribən $2 milyarddır. Neftin proqnoz eştiyatları- 140 mln. tondur( 100 mln.-Zəfər, 40 mln.-Məşəl).
ARDNŞ PREZİDENTİ : AZƏRBAYCANDA YALNIZ AÇIQ RƏNGLİ NEFT MƏHSULLARININ QİYMƏTLƏRİ DƏYİŞDİRİLMƏLİDİR
BAKI.19.05.2004.MEDİA-PRESS:
Azərbaycanda neft məhsulları qiymətlərinin korelyasiyası (dəyişməsi) sistemi hazırlanır. ARDNŞ prezidenti Natiq Əliyev deyib: Söhbət ondan gedir ki, neftin dünya qiymətləri gəskin dəyişərsə, bu dəyişiklik Azərbaycanda da baş verməlidir. Ancaq bu hal ölkəmizdə yalnız açıq rəngli neft məhsullarına aid edilməlidir. Əgər dünya qiymətlərindən asılı olaraq ayrı neft məhsullarının da, məsələn, mazutun, maye qazın, neft-kimya sənayesi üçün birbaşa qovulan benzinin də qiymətləri dəyişərsə, bu, Azərbaycan iqtisadiyyatına və əhalinin rifahına mənfi təsir göstərərdi. Bu halda ilk növbədəsənay məhsulunun maya dəyəri artacaq.
Enerji daşayıcıları qiymətlərinin korelyasiyası BVF-nin başlıca tələblərindəndir. Ancaq azərbaycan hökuməti bu daxili qiymətlərin artmayacağını bildirir. Maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə, BVF nümayəndələri ilə bu məsələnin iki variantına baxılıb.
Birincisi, qiymətlərin artırılması, sonra dünyadakı qiymətlədən asılı olaraq, hər rüb onlara yenidən baxılması. İkincisi, enerjidaşıyıcıları qiymətlərinin tədricən qaldırılması.
İqtisadi İnkişaf naziri Fərhad Əliyev hələ fevralda demişdi ki, Azərbaycanda enerji daşıyıcılarının daxili qiymətləri ( nəqliyyat xərcləri nəzərə alınmadan) dünyadakından o qədər də fərqlənmir. Nazir bu sözləri BVF-nin Azərbaycanda enerji daşıyıcılarının daxili qiymətlərini dünya qiymətləri səviyyəsinə qaldırmaq tələbinə cavab olaraq demişdi. F. Əliyevvurğulamışdı ki, artımın əhaliyə mənfi təsirini azaltmaq üçün hökümət əlindən gələni əsirgəməyəcək.
Xatırladaq ki, BVF öz tələblərinin yerinə yetirilməsi müddətini uzadıb. Azərbaycan əvvəlki tələbə görə. Enerji daşıyıcılarının qiymətini 2004-cü ilin başlanğıcınadək tənzimləməli idi.
UKRAYNA "ODESSA-BRODI" LAYİHƏSİNİN İQTİSADİ SƏRFƏLİYİNƏ ƏMİNDİR?
BAKI.19.05.2004.MEDİA-PRESS:
"Prays Voterxaus Kupers" britaniya şirkətinin və Xəzərdə neft çıxaran konsernlərin tədqiqatı iddia etməyə əsas verir ki, "Odessa-Brodı"-nın ziyanla işləyəcəyi artıq gündəlikdə durmur. Azərbaycanın urkayna kəmərinə neft vermək fikrinin olmaması barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyevin sözlərini İTAR-TASS-a şərh edən Ukraynanın Avrasiya neft-nəqliyyat dəhlizinin inkişafı üzrə müvəkkilinin müşaviri Mixail Qonçar belə deyib. "Odessa-Brodı" sisteminin istismarı məsələsinin iqtisadi tərkibin ziyanına siyasiləşdirilməsi barədə Natiq Əliyevin fikrini incələyən mütəxəssis "bu qəbil layihəhələrin həmişə siyasi tərkibinin olduğunu", " heç kimin bir başqasını qulaqlayıb harasa sürükləmək məqsədi güdmədiyini" qeyd edərək deyib :"Biz Bakı-Tbilisi-Ceyhanın tikintisinə üstünlük verən ARDNŞ-in məhdud investisiya imkanlarını gözəl dərk edirik".
"Odessa-Brodı"ya neft verilməsi barədə Ukraynanın Qazaxıstan və Azərbaycanla, eləcə də yüngül neft ixrac edən özəl və beynəlxalq operatorlarla danışıqlar apardığını, azərbaycan neftinin Ukraynadan ixracının şərtlərinə dair sazişi N. Əliyevin dəstəkləmədiyini vurğulayan mütəxəssis, bu məsələnin hökumət səviyyəsində həll olunduğunu və artıq sənədin imzalanma üçün hazırlandığını deyib.
Qonçar xatırladıb ki, "Odessa-Brodı"nı işə salmaq üçün , yüngül neftin sınaq partiyasını "Drujba" sistemi ilə ( Odessa-Brodı çexiyanın Kralupı neft zavodunadək bu sistemlə birləşib) axıtmaq lazımdır. Lakin ukrayna layihəsinin beynəlxalq səviyyədəki rəqibləri bu prosesi əngəlləyir".
ODESSA-BRODI: AXIR Kİ, REVERS
BAKI.19.05.2004.MEDİA-PRESS:
Prezident Leonid Kuçma Ukraynanın Avrasiya neft dəhlizi məsələləri üzrə xüsusi müvəkkil ştatını ləğv edib. 2001-ci ildən bu vəzifəni tutan Aleksandr Todiyçuk əsasən Odessa-Brodı neft kəmərini qərb istiqamətində reallaşdırmağa çalışırdı. Rusiyanın TNK şirkətinin kəmərdən əks (revers) istiqamətdə (Ukraynanın qərbindən Odessa istiqamətində) müvəqqəti istifadə etmək təklifinin əleyhinə çıxan da əsasən onun özü idi.
"Nezavisimaya qazeta" yazır ki, Leonid Kuçmanın Todiyçukun istefası və ona tabe qurumun ləğvinə dair fərmanı, eləcə də prezidentin bu barədəki son bəyanatlarından ekspertlər bu qənaətə gəlirlər ki, Kiyev neft nəqliyyatında Qərblə əməkdaşlıqdan imtina etməyə və Odessa-Brodı layihəsi üzrə rusiya təklifini qəbul etməyə hazırdır. G.rünür, əvəzində Ukrayna Rusiyanın enerjidaşıyıcılarının ixrac rejimini bir qədər yumşaldacağına ümid bəsləyir. Hər halda Kuçma Todiyçukun vəzifəsini ləğv etmək fərmanını belə əsaslandırıb:" Ukrayna Nazirlər Kabinetinin və Yanacaq-Energetika nazirliyinin çoxsaylı qərarlarına rəğmən, Odessa-Brodı magistral neft kmərinin kommersiya istismarı 2002-ci ildən bu günədək reallaşmayıb. Ölkənin qalan kəmərlərinin gücünün yalnız 52 faizindən istifadə olunub. "Yujnı"(Odessa) terminalından yalnız 2,1 milyon ton neft vurulub, halbuki , illik gücü 9 milyon tondur. Bunun nəticəsidir ki, Ukraynanın dövlət büdcəsi ildə yüz milyonlarla dollar almır".
Bundan bir neçə gün öncə Kuçma Ukraynanın Odessa-Brodı kəməri ilə neftin nəqli barədə və alıcılarla , nə də satıcılarla müqavilə imzalaya bilməməsini başlıca səbəb kimi qeyd edib . Mətbuat konfransında jurnalistin Azərbaycan və Qazaxıstandan neft ixracına dair müqavilələr imzalanması imkanının hələ də qalması barədə sözlərindən hiddətlənən Kuçma:"Mən təyyarə verirəm, uçun Bakıya və Astanaya, müqavilələr gətirin" deyib və əlavə edib ki, Nursultan Nazarbayev Odessa_Brodının doldurulması üçün yalnız texnoloji neft verməyə hazırdır, kommersiya sazişləri barədə danışıqlar aparılmır da. Məlumdur ki, Azərbaycan da bu məsələnin həllini yubadır. Polşa (kəmərin tikintisinin başa çatdırılması və istismarı üzrə Ukraynanın əsas tərəfdaşı) və Avropa İttifaqı da layihənin tam istismarına başlamaq üçün real addımlar atmırlar. Polşa Rusiyanın asılılığındın qurtarmaq üçün Qdanskda terminal tikib və Plotskadək boru çəkib. Ancaq 199-cu ildən bu kəmər əks istiqamətdə işləyir və bu gün Polşaya verilən neftin 92 faizi Rusiyanındır. Çünki bu, ən ucuz neftdir."
Neft sahəsində rusiya-ukraynə əməkdaşlığına toxunan Kuçma deyib ki, siyasi yox, iqtisadi amilləri rəhbər tutur.Sitat:"Biz d təkəbbür göstərsək, bizdən yan keçəcəklər ( Ukraynaya əməkdaşlıq təklif edən Rusiyanv nəzərdə tutur ). Milli mənafemiz ylo verməz ki, bu layihəyə çəkdiyimiz $500 milyonu torpağa gömək və ağzımızı göyə tutub gözləyək".
"Novaya qazeta yazır: Budan belə Odessa-Brodının doldurulması məsələsi ilə birbaşa Ukrayna Nazirlər Kabineti məşğul olacaq. Keçən həftə Moskvada baş nazir Viktor Yanukoviçin çox üğurğu danışıqları fonunda ekspertlər şübhə etmirlər ki, Odessa_Brodı kəmərinin gələcəyinin Rusiya ilə bağlı olcağı şübhə doğurmur".
<<< <<<