rus || eng


ÜB MİSSİYASI AZƏRBAYCANDA İKİ İRRİQASİYA LAYİHƏSİNİN TƏTBİQİ İLƏ TANIŞ OLACAQ

BAKI.21.05.2004.MEDİA-PRESS: Azərbaycanda irriqasiya layihələrinin tətbiqi ilə tanış olmaq üçün Ümumdünya Bankının (ÜB) missiyası mayın 24-də Azərbaycana gəlir.
ÜB Bakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, bank ekspertləri hər iki layihənin işçi qruplarında görüşlər keçirəcək və onların tətbiqi ilə yerində tanış olacaqlar.
Azərbaycanda ÜB ilə iki layihə - "İrriqasiya sisteminin və drenaj sistemləri infrastrukturunun bərpası" və " Azərbaycanda sü bölgüsünün idarə sisteminin modernləşdirilməsi" layihələri tətbiq olunur.
Birinci layihə : Bakı şəhərinin su ilə təmininin daha da pisləşməsinin qarşısının alınmasını,Samur-Abşeron kanalının drenaj sisteminin yaxşılaşdırılmasını və nasos təsərrüfatının bərpasını nəzərdə tutur. 2003-cü ilin noyabrında tətbiqinə başlanan və 2006-cı ilin sonunuda başa çatan layihənin $46,86 milyon həcmində ümumi dəyərinin $42 milyonunu ÜB krediti təşkil edir.
2-ci layihəni ÜB və respublika Dövlət Meliorasiya və su təsərrüfatı komitəsinin birgə işçi qrupu tərtib edib.
Ekspertlər layihənin tətbiqi zamanı onun ətraf mühitə potensial təsirini dərindən öyrənib, respublikadakı bəndlərin etibarlılıq və təhlükəsizlik dərəcələrini araşdırıblar. 11 rayonda realizə olunan layihə 56 min hektar ərazidə normal suvarmanı təşkil etməyə imkan verəcək.
Dəyəri $39 milyon olan bu layihənin $35 milyonu ÜB kreditidir. $4 milyonu isə azərbaycan hökuməti ayırmalıdır. ÜB-nın illik 0,75 faizlə 35 ilə nəzərdə tutduğu bu kreditin ilk 10 ili güzəştlidir.


ABŞ VƏ NATO QAFQAZ RESPUBLİKALARINA HƏRBİ YARDI PROQRAMINI GENİŞLƏNDİRİRLƏR

BAKI.21.05.2004.MEDİA-PRESS: ABŞ və NATO keçmiş Zaqafqaziya respublikalarına hərbi sahədə misilsiz yardım proqramıını genişləndirirlər. İTAR-TASS məlumat verir ki, bunu ABŞ Silahlı qüvvələrinin Almaniyada yerləşən Avropa komandanlığındakı mənbələr də təsdiqləyir. Həmin mənbələrin məlumatına görə, Şimali Atlantik Alyansına ( İttifaqına) yenicə daxil olmuş Baltiksahili dövlətlər bu işdə daha fəal səy göstərməyə hazırdır.
Amerikanlar Qafqazda "yumşaq qüvvənin ehtiyatlı tətbiqini" davam etdirmək əzmindədir. "Gürcüstanın 64 milyon dollar dəyərində təlim və təchizat proqrammı" belə strategiyaya nümunədir. "Boston Qlob" yazır ki, 2002-ci ilin mayından bəri ABŞ bu proqram çərçivəsində 4 gürcü piyadə batalyonu və bir tank takımınıı hazırlayıb.
ABŞ-ın yeni təşəbbüsü "Xəzərin keşikçisi" artıq Qafqaz hüdudlarını aşır. Bu təşəbbüs Xəzər regionunda dənizdə, quruda və havada Azərbaycan və Qazaxıstanın təhlükəsizliyini möhkəmlətməyə kömək etməlidir.
O ki, qaldı Latviya, Litva və Estoniyaya, silahlı qüvvələrin NATO Standartlarına cavab verməsi üçün, bu qüvvələrin formalaşdırılması sahəsində təcrübələriniGürcüstan, Ermənistan və Azərbaycanla bölüşməyə hazırdırlar. Üç Baltikyanı respublika sərhədçilərin təliiminə də kömək göstərmək istəyirlər.
NATO baş müdafiə idarələri nümayəndələrinin Almaniyanın Qarmiş-Partenkirhen şəhərində bu ay keçirilmiş və Cənubi Qafqaz ölkələrinə gömək göstərilməsi səylərinin əlaqələndirilməsinə həsr olunmuş 2-günlük konfransını Corc Marşall adına Təhlükəsizlik üzrə Avropa Tədqiqatlar Mərkəzi təşkil etmişdi. "Boston Qlob" bu forumda Gürcüstan və Ermənistan nümayəndələrinin iştirak etdiyini yazır.
Xatırladaq Ki, ABŞ cari ildə Cənubi Qafqaz respublikalarında hərbi qüvvələrin inkişafına büdcə təxsisatı üçün ayrıca maddə nəzərdə tutub. Bu rəqəm Azərbaycan üçün -12 milyon, Gürcüstan üçün- 8 milyon, Ermənistan üçünsə - 2 milyon dollardır.


ERMƏNİ LOBBİSİ ATƏT-DƏ KİMƏ "HAQQ" VERİR

BAKI.21.05.2004.MEDİA-PRESS: Azərbaygan millət vəkili, respublikanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Rəfael Hüseynov REGNUM agentliyinə müsahibəsində dağlıq qarabağ problemi və bəzi AŞ PA nümayəndlərinin bu məsələdəki mövqeyi barədə fikirlrini bölüşür. İndi diqqətitnizi onun müsahibəsinə cəlb edirik.
SUAL: Sizin Avropa Parlamentinin deputatı Per Hartonun Yerevanda dediyi :"Mən Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmürəm" sözləri barədə fikrinizi bilmək istərdik.
CAVAB: Bu, ermənistan mətbuatının növbəti xülyası ola bilər. Lakin əgər cənab Harton doğrudan da belə bir bəyanat veribsə, bu, onun yalnız səriştəfsizliyinə dəlalət edir. Bu deputat Avropa PArlamentinin Cənubi Kavkaz üzrə məruzəçisidir. Əgər o bu ruhda bəyanat verirsə, bir məruzəçi kimi onun qərəzsizliyinə inanmaq olarmı? Peşəkar diplomat və siyasətçi heç vaxt belə sözlər işlətməz. Oxşayır ki, "erməni lobbisi" ona kalan pul verib.
Açığını deyim ki, Avropa Şurasında işlədiyim bir çox illər ərzində mən Harton kimilərini çox görmüşəm. Məhz bu tip adamlar bizə Azərbaycanın ədalətli tələblərini "dəstəklədiklərini" deyir, ancaq sonra mövqelərini kəskin dəyişirdilər. Bir dəfə mən belə deputatlardan birindən soruşanda ki, siz niyə mövqeyinizi belə tez-tez dəyişirsiniz, o mənə açıq dedi: "erməni dostlarımız elə təklif irəli sürüblər ki, imtina etmək, sadəcə, mümkün deyil. Ona görə də, Hartonun bəyanatının "erməni lobbisi"- nin yeni fitnə-fəsadı olması fikrindəyəm. Hər bir sağlam düşüncəli siyasətçi separatizmə düşmən kəsilməlidir. Lakirn, zənnimcə, belə istilah Hartona yaddır. Çünki o, Azərbaycanın ərazi bütövlüyü prinsipini pozaraq, ermənistan-qarabağ separatizmini dəstəklədi. Hesab edirəm ki, azərbaycan iqtidarı Avropa İttifaqı və Avropa Parlamenti rəhbərliyinə öz fikrini bildirməlidir. Axı, Aİ də, AP də Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağla və işğal olunmuş 7 rayonla birlikdə tanıyıblar.
SUAL: Bəs siz Hartonun başqa bir bəyanatı: "Azərbaycan və Türkiyə heç bir şərt qoymadan Ermənistanla əvvəlki kommunikasiyaları bərpa etməlidirlər" sözləri barədə ne deyə bilərdiniz?
-Bu, Hartonun daha bir sayıqlamasıdır!. Bu məsələdə Azərbaycanın mövqeyi bütün dünya birliyinə bəllidir: Ermənistan işğal etdiyi əraziləri boşaltmayınca və Azərbaycanın ərazi bütövlüyünü tanımayınca, kommunikasiyaların və iqtisadi ilişkilərin bərpasından söhbət belə gedə bilməz. Mənə elə gəlir ki, Harton bu bəyanatını verəndə, heç özündə olmayıb. Bunun nə ilə - ermənistan konyakının tündlüyü , yoxsa onun Azərbaycana qərəzli münasibəti ilə bağlı olduğunu bilmirəm.
SUAL: Beynəlxalq təşkilatlar Per Hartonun bəyanatını əsas kimi götürə bilərmi?
-Əsla! Bu, yalnız bir deputatın fikridir. Keçən 10 ildə biz bu qəbil bəyanatları dəfələrlə eşitmişik. Nəhayət, bu, Aİ-nin də fikri deyil. Ermənistan bu məsələdə bundan sonra da inadkarlıq göstərərsə, Azərbaycan problemi istədiyi tərzdə həll etmək hüququnu özündə saxlayır.
SUAL: ATƏT-dəki azərbaycan nümayəndə heyətinin üzvləri qarabağ probleminin həlli ilə bağlı nə kimi əməli iş aparırlar?
-Azərbaycan heyətinin ATƏT-də işlədiyi illərdə deputalarımız böyük həcmdə iş görüblər. Əvvəla, biz Azərbaycanın informasiya blokadasını yarmışıq. İkincisi, ATƏT-in qətnamələrində Ermənistanın təcavüzkar kimi tanınmasına nail olmuşuq. Artıq ATƏT deputatlarının çoxu münaqişə barədə, Azərbaycanın işğal olunmuş əraziləri və milyon qaçqını barədə həqiqətləri bilir. Bu, bizim nümayəndə heyətinin böyük qələbəsidir, Ancaq hələ çox şey görülməlidir, çünki "erməni lobbisi"nin ATƏT-dəki mövqeyi hələ çox güclüdür.
SUAL: ATƏT-də qarabağ probleminin müzakirələri nə vaxta təyin olunub və lord Terri Devisin bu problemə dair məruzəsi artıq hazırdırmı?
-Bilirsiniz ki, bu problem üzrə məruzəçi ingilis parlamentari Terri Devisdir. O Avropa Şurasının Baş Katibi vəzifəsinə namizədlərdən biridir, Əgər o, iyunda keçirilən bu seçkilərdə qalib gələrsə, məruzənin müzakirələri uzana bilər. Ancaq lord Devisin seçilməyəcəyi təqdirdə məruzə ATƏT-də hökmən müzakirə olunacaq. Açığını deyim ki, məruzənin Azərbaycanın xeyrinə olacağına ümid bəsləməyə dəyməz. Bu, sadəcə, tərəflərdən heç birini razı salmayan bir diplomatik sənəd olacaq. Ancaq Hartondan fərqli olaraq, lord Devis prinsipial siyasətçidir, münaqişə barədə kifayət qədər məlumatıa və Erməistanın Azərbaycana qarşı təcavüzü barədə geniş təsəvvürə malikdir. Tezliklə biz dağlıq qarabağ münaqişəsinə Hartonun və lord Devisin baxışlarındakı fərqi görəcək və biləcəyik. Düzünü deyim ki, mən Devisin vicdanına inanıram, Bu adam Azərbaycana aid məsələlərin ATƏT-dəki müzakirələri zamanı prinsipiallığını dəfələrlə nümayiş etdirib.
SUAL: Sizin ATƏT-dəki erməni həmkarlarınızla əlaqələriniz olurmu?
-Şəxsən , xeyr. Ancaq erməni deputatlar hansısa əməli təklifləri mənimlə müzakirə etmək istəsələr, həmişə hazıram. Ermənilərin faciəsi ondadır ki, səhvlərini boyunlarına almaq istəmirlər. Həqiqət Azərbaycanın tərəfindədir və düşünürəm ki, tez-geç, ermənilər də bunu etiraf edəcəklər. Ancaq hələliksə, onlar Qafqazda sabitliyi istəməyən qüvvələrin təsiri altındadırlar.


AZƏRBAYCAN PREZİDENTİ DAĞLIQ QARABAĞA MUXTARİYYƏT VERMƏYƏ HAZIR OLDUĞUNU DEYİR

BAKI.21.05.2004.MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev EURONEWS telekanalına müsahibəsində Dağlıq Qarabağa muxtariyyət statusu verməyə hazır olduğunu təsdiqləyib. Dünən ATV azərbaycan telekanalı bu müsahibədən iqtibaslar verib.
Azərbaycan prezidenti deyib :" Biz dünya ictimaiyyəti qarşısında açıq bildirmişik ki, Dağlıq Qarabağ ermənilərinə yüksək muxtariyyət statusu verməə hazırıq". İ. Əliyev eyni zamanda qeyd edib ki, "ermənilərin öz müqəddəratlarını təyin etmək səyi barədə dedikləri tam cəfəngiyyatdır, çünki onlar öz müstəqilliklərini artıq çoxdan müəyyənləşdiriblər . Onların Ermənistan adında ölkəsi var".
Onun sözlərinə görə, "bu cün San-Fransiskoda, Marseldə, Gürcüstanda, Rusiyada çoxlu sayda erməni yaşayır. Soruşuram: bu yerlərin hamısında onlar öz separat dövlətini yaratmalıdırlar?"
Azərbaycan prezidenti eyni vəziyyətin respublikamızda da yarandığını deyib:"Onlar azlıqdadır və azlıqlar üçün nəzərdə tutulan bütün hüquqlardan bəhrələnə bilərlər".Sitatın sonu.


XAVYER SOLANA: "Aİ QARABAĞ MÜNAQİŞƏSİNİN MƏRHƏLƏLİ HƏLLİNƏ TƏRƏFDARDIR"

BAKI.21.05.2004.MEDİA-PRESS: Avropa İttifaqı (Aİ) qarabağ münaqişəsinin həlli yollarının axtarışında iştirak imkanını nəzərdən keçirəcək. Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Aİ Şurasının baş katibi Xavyer Solana Azərbaycan prezidenti İlham Əliyevlə Brüssel danışıqlarından sonra belə deyib.
BBC-nin məlumatına görə, Solana qeyd edib ki, Aİ münaqişənin mərhələli həlli yolunu dəstəkləmək meylindədir və hesab edir ki, prosesdə Azərbaycan və Ermənistanla yanaşı Türkiyə də iştirak edə bilərdi.
Münaqişənin həlli məsələsində müsbət dəyişikliklərin müşahidə olunmadığını nəzərə çatdıran Solana deyib:" Ümid edirik ki, Azərbaycan və Ermənistanın prezidentləri, eləcə də xin başçıları arasındakı görüşlər prosesə təkan verəcək".
BBC qeyd edir ki, Azərbaycan prezidenti Aİ-nin yanaşmasının onu tam qane etdiyini gizlətməyib. Aİ diplomatlarından birinin sözlərinə görə, Brüssel Azərbaycan, Türkiyə və Ermənistan arasında üçtərəfli müzakirələrin təşkili imkanını nəzərdən keçirir. Diplomata görə, ABŞ son vaxtlar Türkiyəyə təzyiq göstərir ki, Ermənistanla sərhədlərini açsın.


ABŞ ÜTT-YA ÜZV OLMAQDA AZƏRBAYCANA YARDIMÇI OLACAQ

BAKI.21.05.2004.MEDİA-PRESS: ABŞ Ümumdunya Ticarət Təşkilatına (ÜTT) daxil olmaqda Azərbaycana kömək edəcək. ABŞ hökumətinin Avropa və Avrasiya ölkələri üzrə əlaqələndiricisi Karlos Paskual Bakıda mətbuat konfransında belə deyib.
Köməyin ilk növbədə texniki səciyyə daşıyacağını və ÜTT tələblərinə cavab verən müvafiq qanunvericilik bazasının Azərbaycanda yaradılması üçün ekspertlər səviyyəsində həyata keçiriləcəyini deyən amerikalı diplomat respublikamızın bu təşkilata daxil olmasının dəqiq tarixini göstərə bilməyib və qeyd edib ki, bu ölkənizin bütün zəruri şərt və qaydalara nə vaxt tam əməl edəcəyindən asılı olacaq.
İqtisadi əməkdaşlıq üzrə ikitərəfli işçi qrupun Bakıda növbəti iclasında ABŞ heyətinə başçılıq etmiş Paskual bildirib ki, Azərbaycanda rəqabətə dözən bank sisteminin yaradılması, neft gəlirlərindən səmərəli istifadə, yeni iş yerlərinin açılması, kiçik və orta biznesin inkişafı əsas müzakirə mövzuları olub.
Paskual qeyd edib ki, indi ictimai investisiya proqramının işlənməsi üçün yeni işçi qrupunun yaradılması imkanı nəzərdən keçirilir . Qrup iqtisadiyyatın müxtəlif sahələrindəki layihələrin investisiyalaşdırılması üçün Azərbaycana donorlar cəl etməyə çalışacaq.
Paskualın dediyinə görə, 2004-cü ildə ABŞ Azərbaycana $70 milyondan artıq həcmdə yardım göstrəcək. Bu vəsaitin $20 milyonu humanitar yardıma, $ 9 milyonu- demokratiyanın və demokratik institutların inkişafına",$+ 11 milyonu - hüquq-mühafiz orqanlara köməyə, $13,5 milyonu- iqtisadi köməyə, $4,8 milyonu isə tələbə mübadiləsi proqramına sərf ediləcək.
2003-cü maliyyə ilində ABŞ Azərbaycana $ 68 milyon ayırıb.


RUSİYA, AZƏRBAYCAN VƏ İRAN "ŞİMAL-CƏNUB" BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZİ ÇƏRÇİVƏSİNDƏ KONSORSİUM YARADIRLAR

BAKI.21.05.2004.MEDİA-PRESS: Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" bynəlxalq nəqliyyat dəhlizi (BND) çərçivəsində dəmiryolu şaxəsinin tikintisi üzrə beynəlxalq konsorsium yaradırlar. Razılaşma Moskvada bu 3 ölkənin dəmiryolu rəhbərlərinin mayın 20-dəki görüşündə əldə edilib.
"Rusiya Dəmir yolları" (RDY) SC prezidenti Gennadi Fadeyev birgə mətbuat konfransında deyib ki, layihə Qəzvin-Rəşt (İran)-Astara(Azərbaycan) dəmiryolu şaxəsinin çəkilişini nəzərdə tutur. Şaxə İranın dəmiryolu şəbəkəsini Azərbaycan vasitəsi ilə Rusiyaya birləşdirməlidir. Beynəlxalq konsorsium yaradılması məsələsi prinsipial həll olunub . Qurumun dəqiq tərkibi və işə başlaması bir qədər sonra Bakıda 3-tərəfli görüşdə dəqiqləşdiriləcək.
Fadeyevin sözlərinə görə, artıq 2005-ci ilin əvvəlindən yeni dəmiryolu şaxəsinin tikintisinə başlana bilər, Bu zaman RDY rəhbəri konsorsiumun gələcəkdə genişlənməsi ehtimalını istisna etməyərək, Hindistanın (BND-nin iştirakçı ölkəsi), sonradan isə Pakistanın (Kerman- Zahedan dəmiryolu istifadəyə verildikdən sonra) və Fars körfəzi ölkələrinin da ona qoşula biləcəyini deyib.
Qəzvin-Rəşt-Astara dəmiryolu xətti "Şimal-Cənub" BND -nin qərb marşrutunun bir hissəsidir. Dəyəri $177 milyon olan bu layihə çərçivəsində Azərbaycandan İranın Qəzvin nəqliyyat qovşağınadək uzanacaq 350 km.-lik şaxənin tikintisi də nəzərdə tutulur.
Fadeyev qeyd edib ki, hətta orta illik daşıma həcmi 4 milyon ton olarsa, layihə 4-5 ilə özünü doğruldacaq. Hərçənd daşımaların həcmi daha yüksək ola bilər, Hər halda bu layihə yüksək səmərə ilə işləyə bilər və bu səbəbdən müəyyən risqə də getmək olar.
Öz növbəsində İran Yollar və Nəqliyyat nazirinin müavini Səidnicat Məhəmməd " yeni marşrutun Rusiya ilə İran arasında illik yük daşımalarını 8 milyon tona çatdırmağa imkan verəcəyini deyib və xatırladıb ki, Tehranla Moskva arasındakı yük daşımaları Qarabağ münaqişəsi ilə əlaqədar 1990-cı ildə dayandırılıb. O vaxta kimi iki ölkə arasında dəmi yolu ilə hər il 3 milyon tonadək yük daşınırdı.
Görüş ərəfəsində respublikanın nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, "Şimal-Cənub" layihəsi çərçivəsində çəkiləcək Astara (Azərbaycan)-Astara (İran) dəmir yolunun ümumi dəyəri $12 milyondur. Layihə dəmir yolu ilə yanaşı bir neçə körpünün, eləcədə Azərbaycan və İranda dəmir yollarının beynəlxalq standartlara uyğun gəlməməsi üzündən vaqonlar üçün xüsusi keçid yolunun tikintisini nəzərdə tutur. Bir sıra ölkələr, eləcə də Rusiya, bu layihəni maliyyələşdirməyə hazır olduqlarını bildirib.
Qəzvin-Rəşt-Astara dəmiryolu şaxəsinin istismara verilməsi "Şimal-Cənub" BND-nin tam formalaşması demək olacaq. Ekspertllər hesablayıblar ki, mövcud Transxəzər dəniz nəqliyyatı ilə müqayisədə Qəzvin-_Astara dəmir yolu ilə yüklər mənzil başına 5-14 gün tez çatdırılacaq.


ERMƏNİ EKSPERTLƏRİN BƏDBİN PROQNOZLARI DOĞRULUR: SAAKAŞVİLİ ERMƏNİSTANI DALANA DİRƏMƏYİ QƏTİ QƏRARLAŞDIRIB

BAKI.21.05.2004.MEDİA-PRESS: "Biz razılığa gəlmişik ki, Acarıstan ərazisindən keçən gürcüstan dəmir yolunu türkiyə dəmir yolları sisteminə qoşaq". Bu məlumatı Türkiyə prezidenti Əhməd Necdet Sezərlə görüşündən sonra Ankaradakı brifinqdə açıqlayan Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyəyə rəsmi səfəri zamanı İki ölkə arasında dəmir yolu rabitəsinin nizama salınması barədə razılaşma əldə olunduğunu deyib. Sitat: " Qarşıda böyük iş durur. Əvvəlcə dəmir yolunun gürcüstan sərhədinədək olan türkiyə hissəsi tikilməlidir. Biz hər iki ölkənin dəmir yolunun birləşdirilməsi layihəsini birlikdə həyata keçirəcəyimizə, layihəyə vəsait qoya bilənləri- donor ölkələri, bankları və ya ayrı maliyyə qurumlarını tapacağımıza ümidliyik. Türkiyədən keçən dəmir yolu Gürcüstana Avropanın dəmir yolları sisteminə qoşulmağa imkan verəcək, Türkiyə isə Gürcüstandan keçməklə öz mallarını dəmir yolu ilə Rusiyaya və Orta Asiya ölkələrinə daşıya biləcək.
Beləliklə, erməni ekspertlərin bədbin proqnozları döğrulur. Onlar iddia edirdilər ki,Turkiyəni Ermənistanla, daha sonra Gürcüstan və Rusiya ilə birləşdirən dəmir yolu xəttinin istifadəsiz qaldığı bir şəraitdə türkiyə tərəfi alternativ axtaracaq.
REGNUM agentliyi bununla bağlı Ermənistanın ən iri nəqliyyat-ekspeditor şirkəti "Alaven"in icraçı direktoru Qaqik Ağacanyanın sözlərinə istinad edir .Sitat:" Coğrafi baxımdan iri yol qovuşuğu sayılan Ermənistan, təəssüf ki, siyasi problemlər üzündən, indiki halda Türkiyəyə görə, bu imtiyazından bəhrələnə bilmir".
Turkiyə-Ermənistan-Gürcüstan dəmir yolunun türkiyə tərəhindən blokadaya alınmasına toxunan Ağacanyan deyib:" yaranmış şərait Ermənistan üçün təhlükəlidir: elə adamlar tapıla bilər ki, onlar Qars (Türkiyə) -Axalkalaki ( Gürcüstan) dəmir yolu xəttinin çəkilişini maliyyələşdirə bilər. Bu isə o deməkdir ki, bizi dalana dirəyəcəklər. Bu gün Türkiyə gözəl anlayır ki, Azərbaycana çıxış üçün Ermənistandan yan keçməlidir. Qars-Axalkalaki xətti Türkiyəyə imkan yaradacaq ki, Gürcüstandan tranzitlə keçməkl dəmir yolu vasitəsilə Azərbaycanla rabitə saxlasın.
Gürcüstan liderinin bəyanatından da göründüyü kimi, Gürcüstanadək dəmir yolu xətti çəkməklə, Türkiyə, Ermənistandan yan keçməklə, nəinki Azərbaycanla, həm də Rusiya ilə rabitə yaradacaq. Erməni ekspertin proqnozu ilə müqayisədə Saakaşvilinin bir qədər fərqli marşrut cızması məsələnin mahiyyətini heç də dəyişmir. Fakt faktlığında qalır : Gürcüstanı Türkiyəyə bağlayan dəmir yolu xəttinin çəkiləcəyi təqdirdə, artıq mövcud olan, lakin indiki məqamda istifadəsitz qalan Tyrkiyə-Ermənistan dəmir yolunun açılış ehtimalı minimuma enəcək.
Bu zaman bəzi ekspertlər Gürcüstanla Türkiyə arasında birbaşa dəmiryolu xəttinin tikintisi layihəsinin reallaşmasının regionun yüksək dağlıq şəraiti üzündən son dərəcə mürəkkəb odacağını bildirirlər. Ekspertlərə görə, vaxtı ilə Turkiyə -Ermənistan marşrutu heç də təsadüfən seçilməyib. Bununla belə, Ankara və Tbilisinin sponsorlar tapa bilmək şansları böyükdür. Heç olmasa ona görə ki, ABŞ Vaşinqtonun bu iki müttəfiqi arasında birbaşa rabitənin olmasını çox istərdi. Çünki bu halda amerika öz yüklərini, o cümlədən hərbi yüklərini üçüncü ölkənin, indiki halda Rusiyanın müttəfiqi sayılan Ermənistanın ərazisini görmədən daşımaq imkanı qazanardı.


AÇG LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MƏNFƏƏT NEFTİNİN NÖVBƏTİ PARTİYASI $39 MİLYONA SATILIB

BAKI.21.05.2004.MEDİA-PRESS: Dövlət Neft Şirkəti bu ilin aprelində 1 milyon barrel mənfəət neftinin satışından $39 milyon qazanıb. Bu vəsait yaxın günlərdə Azərbaycan Dövlət Neft Fonduna (ADNF) köçürüləcək. Bu məlumatı jurnalistlərə Fondun icraçı direktoru Samir Şərifov verib.
"Çıraq" yatağının istismarına başlanandan bəri bu, azərbaycan mənfəət neftinin 33-cü və cari ildə -3-cü partiyasıdır. 2004-cü ildə mənfəət neftinin ilk partiyasını APİ Oil italyan şirkəti, ikinci partiyasını -OMV avstriya şirkəti alıblar. Azərbaycan mənfəət nefti satılmaq üçün iki ayda bir dəfə tenderə çıxarılır.
Mənfəət neftini Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) "AÇG" müqaviləsi çərçivəsində "Çıraq" yatağından çıxarır və Bakı-Supsa kəməri ilə nəql edir. Hasil olunan neft layihə səhmdarlarının iştirak payına uyğun onlar arasında bölüşdürülür.
ABƏŞ "Çıraq"dan "İlkin neft" layihəsi çərçivəsinlə 1997-si ilin noyabrından bəri 240 milyon barreldən çox ( 33 milyon tona yaxın) neft çıxarıb. Bu müddətdə xaricə 218 tanker (28 milyon ton ), həmçinin azərbaycan mənfəət nefti ilə yüklənmiş 32 tanker (4,2 milyon tondan yüxarı) yola salınıb.


TPAO GUYA ONUN AÇG LAYİHƏSİNDƏN ÇIXMASI HAQQINDA GƏZƏN ŞAYİƏNİ TƏKZİB EDİB

BAKI.21.05.2004.MEDİA-PRESS: "TPAO "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsindən çıxmağa hazırlaşmır. Kipr məsələsində Azərbaycanın tutduğu mövqeyə etiraz əlaməti olaraq, bizim guya bu layihədən çıxmağımız bərədə "Vətəndaş həmrəyliyi" qəzetinin yaydığı xəbər uydurmadır və əsassızdır. Bu türkiyə şirkətinin Bakı nümayəndəliyində Media-Pressə belə deyiblər.
Xatırlatma: Bu günlərdə "Vətəndaş həmrəyliyi" qəzeti belə bir sensasiyalı xəbər yayıb ki, guya Türkiyənin TPAO şirkəti Azərbaycanı tərk edir və AÇG layihəsindəki payını satır". Lakin bu üzdəniraq "faktın" müəllifləri TPAO-nun Azərbaycanda bir yox, bir neçə neft-qaz layihəsinin iştirakçısı olmasından xəbərsizmişlər! Elə isə yadlarına salaq: TPAO "AÇG" layihəsi səhmlərinin -6,75 faizinə sahib olmaqla yanaşı, "Şah-Dəniz" qaz layihəsində-9%, "Kürdaşı" müqavilə sahəsinin kəşfiyyatı və işlənməsi sazişində - 5%, "Araz-Alov-Şərq" strukturları layihəsində- 10% paya malikdir. Bundan əlavə BTC ixrac kəməri tikintisinin maliyyələşdirilməsi üçün yaradılmış Hamilər qrupunda da 5,08 faiz paya malikdir. Qəzetin məntiqinə söykənsək, TPAO Azərbaycandan gedəsi olsa, gərək bütün layihələrdəki payını sata… Ancaq saglam bizneslə məşğul olan bir şirkət buna gedərmi?
Əlbəttə ki, yox! Həm də ona görə ki, Azərbaycanda işlədiyi illərdə ( 1994-cü ildən) TPAO respublikanın enenrgetika layihələrinə 1,2 milyard dollar sərmayə qoyub. Şirkət bu göstəriciyə görə, yalnız BP, ExxonMobil və STAToil-dən geri qalır. TPAO bu il respubliamızdakı layihələrə daha 500 milyon dollar sərf edəcək. Qarşıdakı 5 ildə bu rəqəm daha 2 milyard dollar artacaq.


2004-CÜ İLİN 4 AYINDA AZƏRBAYCAN İQTİSADİYYATINA 7,163 TRİLYON MANAT İNVESTİSİYA QOYULUB

BAKI.21.05.2004.MEDİA-PRESS: 2004-cü ilin ilk 4 ayında azərbaycan iqtisadiyyatına 7,163 trilyon manat sərmayə qoyulub ( aprelin 21-ə manatın rəsmi məzənnəsi : 4914 manat =1$). Bu, ötən ildəkindən -63,4 % çoxdur.
Xarici sərmayə -6,21 trilyon manat , yaxud - 86,8%, daxili- 945, 5 milyard manat, yaxud 13,2% təşkil edib.
Müəssisə və təşkilatların ( xarici qurumların da) öz vəsaitlərindən iqtisadiyyata-6,46 trilyon manat (90,3%) sərmayə qoyulub. Bu məqsədlə banklardan -28 milyard manat (0,4%), büdcədən -7,87 milyard manat (1,1%), büdcədənkənar fondlardan -7,1 milyard manat (0,1%), əhalinin öz vəsaitlərindən-39,3 milyard manat (5,5%) kredit ayrılıb.
Bu il azərbaycan iqtisadiyyatına 18 trilyon 405,4 milyard manat ( $3,755 milyarda yaxın), o cümlədən -14 trilyon 855,4 milyard manat xarici və 3 trilyon 550 milyard manat daxili investisiya qoyulacağı gözlənilir.
Keçən il ölkə iqtisadiyyatına -$3 milyard, 1996-cı ildən bəri -təqribən $16 milyard sərmayə qoyulub. Bu gün Azərbaycan adambaşına investisiyaya görə, MDB və Şərqi Avropa ölkələri arasında ön yerlərdən birini tutur.


4 AYDA AZƏRBAYCANDA 36 MİLYON TON YÜK DAŞINIB

BAKI.21.05.2004.MEDİA-PRESS: Azərbaycanda 2004-gü ilin 4 ayında keçən ilin eyni dövrüy ilə müqayisədə 7,8% çox, yəni 36 milyon ton yük daşınıb.
Statistikaya görə, bu yüklərin 52,9 faizi- avtomobil, 18,2 faizi- dəmiryolu, 16,8 faizi- magistral borular və 12,1 faizi- dəniz nəqliyyatı ilə daşınıb və bu zaman avtomobillərlə keçən ilə nisbətən - 0,5%, dəmiryolu ilə- 0,1% , gəmi və tankerlərlə- 0,3% çox, borularla -0,9% az yük daşınıb.
Proqnozlara görə, 2004-cü ildə yük dövriyyəsinin həcmi 111,5 milyon tona çatacaq və ötən illə müqayisədə 6,4% çox olacaq. Beləki, avtomobil nəqliyyatı ilə -61 milyon ton (artım- 7%), dəmiryolu ilə - 19,3 milyon ton ( 3,7%), borularla -17,2 milyon ton ( 2,3%) və dəniz nəqliyyatı ilə - 14 milyon ton ( 12,9%) yük daşınacaq.

<<< <<<