rus || eng
RUSİYA VƏ TÜRKİYƏ BOSFOR VƏ DARDANELDƏN YAN KEÇƏN NEFT KƏMƏRİNİN ÇƏKİLİŞİNƏ DAİR DANIŞIQLAR APARIRLAR
BAKI.24.05.2004.MEDİA-PRESS:
Rusiya deyəsən bununla barışıb ki, yaxən illərdə Bosfor və Dardanel artan neft ixrajını gələjəkdə "həzm etmək" güjündə olmayajaq. Ona görə də Moskva bu müşkülü həll etmək üçün tədbirlər görməyə başlayır. Özü də sözün hərfi mənasında- ixraj neftini qaradəniz boğazlarına yönəltməmək yolu ilə.
RUS ENERGU internet-saytının məlumatına görə, "Transneft" nümayəndələrinin başçılıq etdiiyi nümayəndə heyəti Bosfor və Dardaneldən yan keçən neft kəmərinin tikintisi barədə türkiyə hökuməti ilə danışıqlar aparır .
Xatırladaq ki, "Transneft" prezidenti Semyon Vaynştok ilk dəfə bu ideyanı fevralda Londonda "Neft həftəsi!"ndə səsləndirib və deyib ki, ŞİRKƏT Tükiyədə boğazlara paralel istiqamətdə 193 km. uzunluğunda kəmər çəkməyə hazırdır.
Kilometracın belə dəqiqliklə qeyd olunması aşkar göstərir ki, boru tikintisi "göydəndüşmə" məsələ deyil, artıq hardasa- qoy olsun "Transneft"in daxilində- süzgəjdən keçib.
"Eksport nefti" curnalının məlumatına görə, söhbət Türkiyə ərazisindəki Kıyikey-İbrixaba məntəqələrini birləşdirən kəmərdən gedib. Qaradəniz sahilindəki Kıyikey 150 000 -tonluq tankerləri qəbul edəcək, Egey sahilindəki İribaxa isə artıq tutumu 300 000 tonadək supertankerləri qəbul edib yola sala biləjəkdir. Liman terminallarının xərjləri ilə birlikdə layihənin dəyəri 913 milyon dollar jivarında hesablanıb.
Elə o zaman başqa bir mənbə Rusiyanın "Vedomosti" qəzetinə müsahibəsində S.Vaynştokun məhz bu layihəni nəzərdə tutduğunu demişdi .Lakin "Transneft"də bu bəyanata münasibət bildirmədilər.
Şirkətəyaxın başqa bir mənbə elə o vaxt qeyd etmişdi ki, "Transneft" kredit götürüb layihəni özü maliyyələşdirə bilər. "Vedomosti"nin müsahibinə görə, boru yarım ilə çəkilə bilər, il yarımdan sonra isə xərjini tam çıxarar.
Rusiya Federal Energetika Komissiyasının nümayəndəsi "Vedomosti"yə deyib:" Kredit nəqliyyat tarifini artırıjaq. , Bu artım bir neçə qat olmasa da , hər halda tarifi əhəmiyyətli şəkildə artırajaq, çünki kreditin qaytarılması faizləri də onun üstünə gələjək".
"Sovkomflot" gəmiçilik şirkətinin başçısı Dmitri Skarqanın fikrinjə, layihə reallaşarsa, gəmi sahibləri də, neftçilər də udajaqlar. Sitat:" Boğazlarda güjlü tıxajlar yarananda tankerlr 20 gün dayanır, yük sahibləri neftin hər tonuna görə 12 dollar ziyana düşürlər. Bir halda ki, boru çəkilsə məjburi dayanmalar olmayajaq, Odur ki, limanlarda yüklərin iki dəfə doldurulub-boşaldılmasının xərjini ödəmək zərurəti nəzərə alınsa belə, neftçilər yenə də uduşda qalajaqlar Gəmi sahibləri isə iki hissəyə bölünərək - Qaradənizdə 150 000, Aralıq dənizində isə -300 000 tonluq tankerləri işlətməklə donanmadan daha səmərəli istifadə etmiş olajaqlar".
O vaxt Türkiyənin Energetika nazirliyi "Transneft"in layihəsinə şərh vermədi. Lakin mayın əvvəllərində nazir Hilmi Güler dedi ki, " Türkiyə Bosfor və Dardanelin yükünü azaltmaq üçün iki neft kəməri çəkəjək. Birinji xətt Qaradəniz sahilindəki İqnead qəsəbəsini Egey sahilindəki Saros qəsəbəsi ilə birləşdirəjək. İkinji kəmər isə qaradaniz sahilindəki Samsunu Aralıq sahilindəki Jeyhanla birləşdirəjək".
Göründüyü kimi , kəmərlərin rus və türk variantları fərqlənir. Bununla belə tərəflər, deyəsən, ilkin razılığa gəliblər. S.Vaynştok bir neçə gün önjə mətbuat konfransında məlumat verib ki, TNK-BP və "Tatneft" türkiyə tərəfinə təminat veriblər ki, Türkiyə ərazisində Bosfordan yan keçən Kıyikey-_İbrixaba kəmərini neftlə təmin edəcəklər. Lakin o, boruya vurulajaq həjmi dəqiqləşdirməyib. 900 milyon dollar həjmində dəyərləndirilən layihəni Türkiyənin Anadolu şirkətlər qrupu reallaşdırajaq. S. Vaynştok "Transneft"in də layihədə iştiraka dəvət aldığını deyib.
Uzunluğu 193 km. Olan kəmərlə ildə 50-60 milyon ton neft nəql ediləjək . Rusiya 2003-ju ildə Bosfordan 62 milyon ton neft keçirib.
S.Vaynştokun sözlərinə görə, "Transneft" hesab edir ki, boru xərjini ödəyənədək marşrutdə hər ton neftin boşaldılması və yüklənməsi -7, 47 dollar, ödənəndən sonra isə-3,04 dollar təşkil edə bilər.
Eyni zamanda yeni marşrutda neftin əvvəljə Kıyikeydə, sonra isə İbrixabada yüklənəjəyi nəzərə alınarsa,nəqliyyat xərjləri indi Bosforda mövjud olan qiymətlərdən ən azı 1 dollar üuxarı olajaq.
ARDNŞ "MURADXANLI"DA QAZMANI BAŞA ÇATDIRIB
BAKI.24.05.2004.MEDİA-PRESS:
ARDNŞ "Muradxanlı-Jəfərli-Zərdab" onşor (quru) yatağında 101-ji quyunu qazıb. Quyu neft verib.
Dövlət şirkətində bildiriblər ki,yataqda daha bir quyu qazmaq qərara alınıb. Vaxtilə yataq üzrə müqaviləsindən imtina etmiş britaniyanın Ramjo şirkətinin yarımçıq saxladığı quyuda qazmanın davam etdirilə bilməsi üçün quyuda qalmış pakeri xarij etmək lazımdır. Anjaq onu çıxarda biln aləti sifariş etmək lazımdır.
Əvvəllər bu yataqdə Muradkhanli Operating Company (MOC) işləyib. Bu əməliyyat şirkətinin operatoru isa Ramjo idi. Sazişə görə, 2 kəşfiyyat quyusu qazmalı olan Ramjo işinin öhdəsindən gələ bilmədi.
"Muradxanlı-Jəərli-Zərdab" üzrə saziş 1998-ji il 21 iyulda imzalanıb və həmin il noyabrın 27-də qüvvəyə minib. ARDNŞ ekspertləri yataqda 60 milyon ton neft ehtiyatının oluğunu hsablayıblar. Yatağın mənimsənilməsinə 1,2 milyard dollar tələb olunub.
RAMJO-dan sonra yatağı Çin neft şirkətləri maraq göstrərsələr də, sonradan fikirlrindən daşındılar və bu yatağın mürəkkəb geoloci strukturu ilə izah etdilər.
DAĞISTANDAN AZƏRBAYCANA QAZ VERİLMƏSİ ÇƏRŞƏNBƏ AXŞAMI BƏRPA OLUNAJAQ
BAKI.24.05.2004.MEDİA-PRESS:
"Kaspiyqazprom" mütəxəssisləri Maxaçqala yaxınlığında Mozdok-Qazı Məhəmməd kəmərinin 10-metrlik kəsiyinin qəzaya uğraması nətijəsində sıradan çıxmış hissəsinin bərpasına başlayıblar. Kəmər partlayarkən alovlanma baş verməsə də, kondensat tullantısı baş verib. Bu, Mahaçqala yaxınlığındakı Novıy Xuşet qəsəbəsinin ekologiyası üçün təlükəlidir. Vəziyyəti yalnız təbiəti mühafizə mütəxəssisləri düzgün qiymətləndirə bilərlər.
Qəza bazar ertəsinə keçən gejə moskva vaxtilə 22 radələrində, 1200 millimetrlik tranzit qaz kəmərinin 600-jü kilometrində Uytaş qəsəbəsi yaxınlığında lərə üzərindən keçən yerdə baş verib.
İTAR-TASS-a verilən məlumata görə, qəzadan ölən və yaralanan yoxdur,Anjaq qazın Azərbayjana, Dağıstanın bəzi qəsəbə və kəndlərinə, Maxaçqalanın isə çox hissəsinə qaz verilməsi müvəqqəti dayandırılıb.
Respublikamızın şimal rayonlarına qaz verilməsi çərşənbə axşamı bərpa olunajaq. "Kaspiyqazprom"un baş mühəndisi Murad Abakarov deyib ki, borunun zədələnmiş hissəsinə zahiri baxış qəzanın xariji təsir nətijəsində baş verdiyinə dəlalət edir. Hüquq-mühafizə orqanları isə qəzanın səbəblərini şərh etməkdən çəkinirlər.
OPEK ÖLKƏLƏRİ HASİLATI XEYLİ ARTIRA BİLƏRLƏR
BAKI.24.05.2004.MEDİA-PRESS:
OPEK dövlətləri neft istixrajını xeyli artıra bilərlər. Bu təşkilatın prezidenti və baş katibi Purnomo Yusgiantoro Amsterdamda mətbuat konfransında belə deyib.
Burada Beynəlxalq energetika forumunda iştirak edən Yusgiantoronun sözlərinə görə, "hazırda OPEK ölkləri öz hasilat imkanlarının yalnız 88 faizini işə salıblar. Odur ki,istixraj həjmini artırmaq qərarı çıxarsaq, manevr üçün məkanımız olajaqdır".
Ötən jümə Səudiyyə neft naziri Əli ben İbrahim əl-Nəimi təklif edib ki, OPEK neft hasilatının gündəlik kvotasını 6% ( 1,5 milyon barrel) artırsın. Sonra əl-Nəimi kvotaları 8-11% ( 2-2,5 milyon barrel) artırmağı təklif edib.
Bu barədə qəti qərar iyunun 3-də Beyrutda OPEK konfransında konsensusla qəbul ediləjək. Anjaq təşkilat üzvlərinin heç də hamısı təklifi dəstəkləmək niyyətində deyil.
Bununla bağlı ABŞ Energetika naziri Spenser Abraham amsterdam forumu çərçivəsində bazar günü keçirilmiş mətbuat konfransında deyib ki, OPEK ölkələri Beyrutda "həllediji addım atmalıdır". O deyib :"Əl-Nəimi mənimlə görüşəndə dedi ki, Səudiyyə Ərəbistanı qısa müddətdə gündəlik hasilatını 10,% milyon barrelə çatdırmağa hazırdır."
Əl-_Nəimi önjə dmişdi ki, ölkəsi gündəlik hasilatı 9 milyon barrelə qaldırmaq niyyətindədir. Bu halda OPEK -in kvotası 18% artırılmış olardı.
Apreldə İrak da daxil OPEK-in 11 üzvünün gündəlik həsilatı 28,1 milyon barrel olub ki , bu da marta nisbətən 264 min barrel 928,3 milyon barrel) azdır.
Ancaq dünya neft bazarında vəziyyət tək OPEK-dən asılı deyil. Bu kartelə daxil olmayan iri neft istehsalçıları da, ilk növbədə Rusiya, əhəmiyyətli rol oynayırlar
Nyu-Yorkda ümdə sənaye ölkələri maliyyə nazirlərinin görüşündə iştirak edən Rusiyanın Maliyyə naziri Aleksey Kudrin deyib ki, Rusiya bazara daha çox neft çıxarılmasına dair "8-lər"in (G8) fikrinə şərikdir."Biz G8-in bu fikrinə şərikik ki, bazara əlavə neft həjmi çıxarılmalıdır. Mən həmçinin dedim ki, qiymətlərin azaldılması iqtisadiyyatın yüksəlişini sürətləndirə bilər və bu, hamımızın xeyrinədir. Rusiya neftin qiymətindən asvlı olmayaraq, onun hasilatını artırmaq strategiyasına sadiq qalacaq. Rusiya nail olduğu sürəti-illik hasilatın artımını 5-10% səviyyəsində saxlamaq niyyətindədir."
G8-lik üzvləri Nyu-York görüşünün sonunda neft hasilatçılarını istehsalı artırmağa çağırıblar ki, bununla da dünya iqtisadiyyatı üçün risqlərin azaldılmasına kömək etsinlər. Mayın 17-də bir barrel neft 41,85 dollara satılıb ki, bu da 1988-ci ildən bəri ən yüksək qiymətdir.
RAO "YEES ROSSİİ" VƏ SC "AZƏRENERCİ" BAKIDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALAYIBLAR
BAKI.24.05.2004.MEDİA-PRESS:
Rusiya Səhmdar jəmiyyəti (RAO) "Yees Rossii"nin Anatoli Çubaysın başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya gəlib, "Azərenerci" SC-nin rəhbərliyi , baş nazir Artur Rasizadə ilə danışıqlar aparıb və ölkə przidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüşlərdə elektroenergetika sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
2003-jü ilin dekabrında Moskvada iki ölkənin enerci sistemlərinin paralel işinin texniki təminatına dair saziş imzalanıb.2004-jü ilin aprelində Bakıda RF və Azərbayjan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 8-ji ijlası keçirilib və qeyd olunub ki, RAO "YEES ROSSİİ" azərbaycan-rusiya dövlətlərarası elektrik enercisi tranziti hissəsində yüksəkgərginlikli Vladikavkaz-2-Qroznı-Çiryurt xəttini 2003-jü ilin sonunda istismara verib. Bu xətt dövlətlərarası tranzit işinin sabitliyini və Azərbayjana enerci ixrajını artırmağa imkan verib. Azərbayjan ölkədə edektroenergetikanın 2010-ju ilədək inkişafı planını təqdim edib və rusiya tərəfi də planı maraqla qarşılayıb.
Son 2 ildə RAO Azərbayjana ildə 1,5 milyard kvt/saat enerci ( Dərbənd_Yaşma xəttilə) verir və ixraj həjmini artırmaq üçün yeni layihə də tərtib edib. Layihənin gerçəkləşməsi Rusiyaya imkan verəjək ki, Türkiyə, İran və Azərbayjana daha çox elektrik enercisi versin.
AZƏRBAYCANIN XARİCİ BORCUNUN HƏCMİ ONUN DÖVLƏT EHTİYATLARINA BƏRABƏRDİR
BAKI.24.05.2004.MEDİA-PRESS:
Azərbayjanın gələn ilki büdjəsinin təməlini 2004-jü ildə görüləsi işlər, yəni, vergiqoyma sisteminin təkmilləşdirilməsi, gömrük rüsumlarının tutulması, büdjə vəsaitlərinin səmərəli xərjlənməsi məsələləri təşkil edəjək. REGNUM agentliyinə bu məlumatı açıqlayan maliyyə naziri Əvəz Ələkbərov deyib:
"Xərjlər səhəsindəki siyasətimizin əsasını dövlət büdjəsi kəsirini daha da azaldılması, nəzərdə tutulan xərjlərin vaxtında maliyyələşdirilməsinin təmini, xərjlərin dövlət xəzinədarlığından maliyyələşdirilməsi təşkil edəjək. Ola bilsin ki, 2005-ji ilin
büdjəsini kəsirsiz planlaşdıraq. Bu yönümdə müəyyən tədqiqatlar aparırıq. Hökumətin siyasəti imkan verib ki, büdjə kəsirini bu gün ÜDM-in 0,8- 1% səviyyəsində saxlayaq.Bir halda ki,1993-94-jü illərdə bu göstəriji 10-15% təşkil edirdi. İnflyasiyanın (təvərrümün) səviyyəsini dövlət tənzimləyir və onun həjmi ildə 2-3 faizdən yuxarı olmur.
Azərbayjanın 2005-ji il büdjəsi hökmən investisiya yönümlü olajaq. Ölkə prezidenti İlham Əliyevin fərmanları var və onlardan ən jiddisi regionların inkişafına aid olanıdır.Bununla bağlı regionlarda iş yerlərinin yaradılması üçün büdjədə vəsaitlər nəzərdə tutulajaq.
Nazirin sözlərinə görə, 2004-jü ilin ilk rübündə dövlət büdjəsinin ijrası üzrə ilkin hesablamalar göstərir ki, gəlirlərin ijrası 107,2% olub, ÜDM artımı isə 10-11% səviyyəsində olajaq. Büdjə gəlirinə aidiyyəti olan qurumların hamısı, o jümlədən Vergilər , İqtisadi İnkişaf nazirlikləri və gömrük komitəsi öhdəliklərini yerinə yetiriblər. 2003-jü ilin birinji rübü ilə müqayisədə gəlirlər təqribən 24 % artıb.
Azərbayjanın xariji borjundan danışan Ə.Ələkbərov onun həjminin təşviş doğurmadığını deyib: "Biz ilk növbədə istəyirik ki, xariji borjların ödənilməsi məsələsində gələjək nəsillərimizin çətinlikləri yaranmasın. Azərbayjanın adambaşına xariji borju 190-194 dollardır, halbuki, qonşlarımızda bu göstəriji 3-4 dəfə yüksəkdir. Bir çox dövlətlərdn fərqli olaraq, Azərbayjanın öz borjlarını tam ödəmək imkanı var. Ölkənin xariji borjunun həjmi, demək olar ki, dövlət ehtiyatları ilə üst-üstə düşür. İndi xariji borjumuz 1,6 milyard dollara yaxındır.Buna baxmayaraq, illik 0,75% dərəjə ilə çox əlverişli, ujuz kreditlər almaqda maraqlıyıq.
BP VƏ AZƏRBAYCAN HÖKUMƏTİ "YOXSULLUĞUN AZALDILMASI VƏ AZƏRBAYJANIN İQTİSADİ İNKİŞAFI" DÖVLƏT PROQRAMINI MÜZAKİRƏ EDƏJƏKLƏR
BAKI.24.05.2004.MEDİA-PRESS:
İyunun əvvəllərində ÜB və Azərbayjan hökumətinin nümayəndələri respublikada yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramının realizəsi yollarını araşdırajaqlar. ÜB ofisində Media-Pressə bildiriblər ki, Cənubi Qafqaz üzrə aparıjı iqtisadçı Kristian Petersenin başçılıq etdiyi ekspertlər qrupu bu məqsədlə Bakıya gələjəklər.
ÜB dövlət proqramının gerçəkləşməsinə 60 milyon dollar, o jümlədən bu il üçün 20 milyon dollar ayırajaq. Vəsaitlə birbaşa dövlət büdjəsinə köçürüləjək. Vəsaitləri Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) xəttilə ayrılajaq. BİA kreditlərini imtiyazlı şərtlərlə, 35 ilə verir və 0,75% illik alır.
ÜB-nın Bakı ofisində Medita-Pressə bildriblər ki, yoxsulluğun azaldılması proqramı 3 istiqamətdə: qeyri-neft sektorunun inkişafı və burada iş yerlərinin açılması, sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədən ( təhsil, sosial müdafiə, səhiyyə) bəhrələnməkdə hamı üçün eyni şərait yaradılması və Dövlət Neft Fondu vəsaitlərindən səmərəli istifadə istiqamətində tətbiq ediləcək.¸
2002-2005-ci illərə hesablanmış və dəyəri $100 mln. olan proqramın 1-ci mərhələsi üçün Beynəlxalq Valyuta Fondu (BVF) artıq 2001 -2002-ci illərdə hər il $10 mln. və 2003-cü ilin mayında isə daha - $16 mln. tranş ayırıb. İllik cəmi 0,5% faizlə 10 ilə verilmiş bu kreditin ilk beş il yarımı güzəştli müddətdir. Bu mərhələdə hökumətin öz üzərinə götürdüyü əsas öhdəliklər: makroiqtisadi sabitltyi qoruyub saxlamaq, inflyasiyanın illik səviyyəsini 2-2,5% həddində saxlamaq, 3-4 aylıq idxal həcminə bərabər valyuta ehtiyatının mövcudluğunu təmin etmək, ünvanlı sosial yardımı təkmilləşdirmək,, fərdi sosial sığorta tətbiq etmək, məşğulluq strategiyasını işləyib hazırlamaq və biznesin inkişafına əlverişli şərait yaratmaqdır.
2002-2005-ci illərdə dövlət proqramının realizəsinə $ 3 mlrd. tələb olunur. Bunun $ 1,7 milyardı proqramın xarici investisiyalar hesabına reallaşdırılmasına yönəldiləcək. $1,3 milyardı isə daxili vəsaitlər təşkil edəcək.
2004-cü ilin əvvəllərində hökumətin tərtib edəcəyi hərəkət planı 2015-ci ilədək olan dövrdə ölkədə yoxsulluğun azaldılmasına yönələcək. İndi bu plan üzərində 15 işçi qrupu çalışır.
AZƏRBAYCANDA 4 AYDA ORTA ƏMƏKHAQQI 440,81 MİN MANAT (90 DOLLARA YAXIN) OLUB
BAKI.24.05.2004.MEDİA-PRESS:
Bu ilin 4 ayında Azərbaycanda orta əməkhaqqı 440,81 min manat (90 dollara yaxın) olub və son bir ildə artın 19,2%-ə çatıb.
Statistikaya görə, ən yüksək əməkhəqqı yenə də istixrac və tikinti sənayelərində, kommersiya və maliyyə sahələrindədir. ƏN aşağı əməkhaqqı isə balıqçılıq, kənd təsərrüfatı, səhiyyə və sosial sahələrində qeydə alınıb.
Azərbaycan prezidentinin 4 avqust 2003 -cü il tarixli fərmanı ilə ölkədə minimal əməkhaqqı sentyabrın 1-dən 45 min manata( o vaxtadək- 27,5 min manat), 2004-cüil yanvarın 1-dən -60 min manata qaldırılıb. İşsizliyə görə müavinət -122,4 min manatdır ki, bu da orta aylıq əməkhaqqının 27,4 faizi deməkdir.
Respublikada əməkqabiliyyətli əhalinin sayı bu gün -3,805 milyon nəfər, yaxud bütün əhalinin-46,6 faizi qədərdir. Onların yalnız 55,1 min nəfəri rəsmi işsiz statusuna malikdir.
AZƏRBAYCANDA 2003-CÜ İLDƏ ZƏHƏRLİ TULLANTILARIN HƏCMİ 26 MİN TONU KEÇİB
BAKI.24.05.2004.MEDİA-PRESS:
Azərbaycanda 2003-jü ildə zəhərli tullantıların həjmi 26,861 min ton olub ki,bu da bir il əvvəlkindən 2,75 dəfə çoxdur.
Ekologiya nazirliyinin məlumatına görə, havanı daha çox emal sənayesi (25,08 min ton), istixrac sənayesi(970,8 ton), elektrik enercisi, qaz və su istehsalı və paylaşdırması müəssisələri (810,2 ton) zəhərləyir. Özü də bütün zəhərli tullantılar Bakı (23,8 %) və Sumqayıtın (74,7%) payına düşür.
Zəhərli tullantıların artması əsasən Sumqayıt metallurgya istehsalında şlakların yaranması ilə bağlıdır. Əgər 2003-cü ildə burada 17, 43 min ton şlak yaranıbdısa, 2002-ci ildə belə şlak ümumiyyətlə olmayıb. Bakıdı isə əksinə,zəhərli tullantıların həcmi 2002-ci ildəki 7,159 min tondan 2003-cü ildə-6,392 min tona düşüb.
Ümmiyyətlə 2004-cü ilin əvvəlində ölkə müəssisələrində 2,97 milyon ton tululntı yığılıb qalıb ki, bunun da 2,89 milyon tonu emal sənayesinin payına düşür.
QARABAĞ ERMƏNİLƏRİ XANKƏNDİNDƏKİ MİTİNQDƏ AZƏRBAYCAN BAYRAĞINI QALDIRIBLAR
BAKI.24.05.2004.MEDİA-PRESS:
Azərbaycan hüqüq-mühafizə orqanlarının məlumatına görə, tanınmayan Dağlıq Qarabağ respublikasının paytaxtı Xankəndindəgərginlik qalmaqdadır. Buna səbəb aprelin ortalarından orada müxalifətin mitinqlərə başlamasıdır.
Bakıda çıxan "Exo" qəzeti yazır ki, erməni-azərbayjanlı münaqişəsinin dayandırılmasını və sosial şəraitlərinin yaxşılşdırılmasını tələb edən nümayişçilər Azərbayjanın tərkibində yaşamaq istəyinin əlaməti kimi, öz "respublikalarının bayrağı ilə yanaşı azərbayjan bayrağını da qaldırıblar.
Ağır hərbi şəraitdə yaşamaq zorunda olan Dağlıq Qarabağ ermənilərinin narazılığı Azərbayjanda sabitliyin və adamların rifahının artması ilə daha da güjlənir. Qarabağ erməniləri hərbi əməliyyatların yenidən başlaya bilməsi ehtimalından və bütün məvajiblərini narkotiklərə xərjləyən hərbi qulluqçular arasında narkomanlığın geniş yayılmasından da bərk narahatdırlar.
Narahatlığın başqa bir səbəbi kimi kökün erməniləri zorla Qarabağda yerləşdirən və saxlayan Ermənistanın siyasəti, elədə də digər ölkələrə gedəndə Gürjüstandan keçməli olan hərbi və mülki ermənilərin həbsi və geri verilməsi barədə Ermənistanla Gürjüstan arasında mövjud olan qeyri-rəsmi saziş yada salınır.
<<< <<<