rus || eng


VOLKSWAGEN AZƏRBAYCANDA YIĞILA BİLƏR

BAKI.26.05.2004.MEDİA-PRESS: VOLKSWAGEN Azərbaycanda tikintisi yarımçıq qalmış Gəncə avtomobil zavodunda yığıla bilər. Bu məlumatı verən Gəncə İcra başçısının iqtisadiyyat üzrə müavini İlham Əliyev aztonnajlı yük avtomobillərinin yığılmasına dair sazişin artıq bu il bağlana biləcəyini deyib:
"Hələ 80-ci illərin sonunda alman texnologiyası əsasında ucaldılan və işlərinin 90 faizi görülsə də, SSRİ-nin parçalanması səbəbəindən tikintisi yarımçıq qalan bu zavodda avtomobil istesalı artıq payızda başlaya bilər.
Ancaq Volkswagen nümayəndəsinin sözlərinə görə, şirkət rəhbərliyi indi yalnız Azərbaycandakı dilerlərdən birinin yığma istehsalına başlamaq təklifini nəzərdən keçirir və bu, hələ avtolmobil istehsalı üzrə zavod demək deyil. Sitat:" Biz avtomobil yığılması üçün hissələrin göndərilməsinin gərəkliyini və bunu necə etmək tərzini öyrənirik.Məsələ həmişə şəraitə dirənir… Biz məsələnin öyrənilməsi 2004-cü ilin sonunadək hansısa bəhrə verəcyini gözləmirik".
Azərbaycan zavodunda Volkswagen yük avtomobillərinin istesalı üçün texnologiyanı təzələmək və maşının yığılması üçün gərək olan hissələrin yarısını xaricdən almaq lazım gələcək. Reuters agentliyi xəbər verir ki, azərbaycanlı mütəxəssislər bu müəssisəyə $10-15 milyon sərmayə gərək olacağını hesablayıblar.


AZƏRBAYCAN İQTİSADİYYATINA 3,656 TRİLYON MANAT KREDİT QOYULUB

BAKI.26.05.2004.MEDİA-PRESS: Azərbaycan Milli Bankının (MB) məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş kredit vəsaitlərinin həcmi 2004-cü il mayın 1-ə - 3,656 trilyon manat təşkil edib (4912 man.=1$).
MB-da Media-Pressə bildiriblər ki, kreditlərin - 2,543 trilyon manatı - qısamüddətli, 1,113 trilyon manatı isə-uzunmüddətlidir.
Kredit qoyuluşlarının -1,686 trilyon manatı -dövlət banklarının, 1,578 trilyon manatı- özəl bankların, 391,9 milyard manatı isə - qeyri-bank kredit təşkilatlarının payına düşüb. Kreditlərin yalnız üçdə biri -milli, qalanı isə- xarici valyuta ilə verilib.
Bütün kreditlərin- 20,45 faizi- ticarətə və xidmət sahəsinə, 13,85 faizi- nəqliyat və rabitənin inkişafına, 7,71 faizi- energetikaya və təbii ehtiyatların işlənməsinə, 5,14 faizi- aqrar bölməyə, 7,26 faizi - ağır və yüngül sənayeyə, 6,06 faizi- tikintiyə, 27,81 faizi -fiziki şəxslərə kreditlərə və 5,6 faizi -dövlət idarəçiliyinə ayrılıb .
Verilmiş kreditlərin 75,37 faizi iqtisadiyyatın özəl sektoruna yönəldilib.


AZƏRBAYCANDA BANKLARIN NİZAMNAMƏ KAPİTALI 732,5 MİLYARD MANATDIR

BAKI.26.05.2004.MEDİA-PRESS: 2004-cü il mayın 1-ə Azərbaycanda bankların nizamnamə kapitalı (NK) 732,5 milyard manat (4912 manat= 1$) olub. Azərbaycan Milli Bankının (AMB) məlumatına görə, bu məbləğin - 81 milyardı - dövlət banklarının, 651,5 milyardı isə- özəl bankların payına düşür. Keçən ilin eyni dövrü ilə müqayisədə bankların NK 15,8% artıb.
Bankların nizamnamə kapitalında xarici kapitalın iştirak payı -277,3 milyard manat, yaxud ölkənin bütün banklarının nizamnamə kapitalının 38,3 faizini təşkil edib. 100% əcnəbi kapitalı ilə işləyən bankların NK 84,9 milyard manatdır, yaxud bütün bankların NK-nın 11,7 faizini təşkil edir. Hər banka orta hesabla 17 milyard manat düşür.
Azərbaycanda 2004-cü il mayın 1-ə 43 bank işləyib. 16 bankda xarici kapital iştirak edir ki, bunun 4-də əcnəbi kapitalın iştirak payı - 50-100 % arasındadır,11-də - 50 faizdən azdır, 1 bank isə qeyri-rezident bankın filialıdır.


MAYIN 1-Ə AZƏRBAYCAN BANKLARI 3,74 TRİLYON MANAT CƏLB EDİBLƏR

BAKI.26.05.2004.MEDİA-PRESS: 2004-cü il mayın 1-ə azərbaycan banklarının cəlb etdikləri vəsait və depozitlərin həcmi - 3,74 trilyon manata çatıb (4912 man.=1$). Bu göstərici yanvarla müqayisədə - 13,3% artıb.
Bu məbləğin 788,6 milyard manatı- milli, 2,951 trilyon manatı isə (78,9 %) - xarici valyuta əmanətləridir.
Fiziki şəxslərin banklardakı əmanətləri- 1,466 trilyon manat olub ki, bunun da 1,353 trilyon manatı - xarici valyuta ilədir. Hüquqi şəxslərin depozitləri isə - 2,274 trilyon manat (valyuta ilə-1,598 trilyon manat) təşkil edib.


AZƏRBAYCANDA DÖVRİYYƏDƏ OLAN PUL KÜTLƏSİNİN HƏCMİ 2,661 TRİLYON MANATDIR

BAKI.26.05.2004.MEDİA-PRESS: Bu il mayın 1-ə Azərbaycanda dövriyyədə olmuş pul kütləsinin həcmi -2,661 trilyon manat təşkil edib (4912 man.=1$).
Bü həcmin 1,872 trilyon manatı -nağd, 788,6 milyard manatı isə - nağdsız vəsaitlərdir. Məlumatı Media-Pressə Milli Bankın mətbuat xidməti verib.


ATƏT-İN DAĞLIQ QARABAĞ ÜZRƏ MÜZAKİRƏSİ İYUNDA OLACAQ

BAKI.26.05.2004.MEDİA-PRESS: Avropa Şurası Parlament Assambleyasının ( AŞ PA) ermənistan-azərbaycan münaqişəsi üzrə böyük britaniyalı məruzəçisi Terri Devis mayın 25-də Parisdə AŞ PA Siyasi Komitəsinin (SK) iclasında çıxış edib. Lakin gözlənildiyinin əksinə olaraq, o geniş məruzə ilə Assambleyanın iyun sessiyası ərəfəsində SK-nin iclasında çıxış edəcəyini bildirib.
Terri Devidin sözlərinə görə, Azərbaycana və Dağlıq Qarabağa səfərin
dən sonra məruzə hazır idi. Lakin son vaxtlar xeyli hadisə baş verdiyindən, məruzəyə yenidən baxmaq zərurəti yaranıb və o, indi münaqişənin həlli barədə daha nikbindir.
Diplomatik dairələrdən alınan məlumata görə, azərbaycan nümayəndə heyəti T.Devisin məlumatından razı qalmayıb, Ona görə ki, onun məruzəsinin ilkin variantında Ermənistanın azərbaycan torpaqlarını zəbt etməsi faktı əksini tapmayıb.
AŞ PA-dakı azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov artıq bəyan edib ki, T.Devisin məruzəsinin ilkin variantı AŞ PA-nın iyun sessiyasında münaqişə tərəflərinin manevri üçün geniş meydan açır.


BU GÜN ABŞ KONQRESİNİN SİLAHLI QÜVVƏLƏR ÜZRƏ KOMİTƏSİNİN SƏDRİ KURT UELDON BİR GÜNLÜYƏ BAKIYA GƏLİR

BAKI.26.05.2004.MEDİA-PRESS: Bu gün ABŞ Konqresinin Silahlı qüvvələr üzrə komitəsinin sədri Kur Ueldonun Bakıya birgünlük səfəri başlayır.
Qonağın gəlişinin məqsədi Azərbaycan və ABŞ qanunvericiləri arasındakı əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Kurt Ueldon Milli Məclisin rəhbəriyi ilə də görüşəcək.


ÖTƏN İLİN OKTYABRINDAN AZƏRBAYCANDA 30 MİN İŞ YERİ YARADILIB

BAKI.26.05.2004.MEDİA-PRESS: Keçən ilin oktyabrından Azərbaycanda 30 min yeni iş yeri yaradılıb. Bu məlumatı junnalistlərlə bölüşən İqtisadi İnkişaf naziri Fərhad Əliyev bir qədər əvvəl qeyd etmişdi ki, ilin sonunadək respublikada 85 min yeni iş yerinin açılacağı planlaşdırlır. Rəqəm özəl müəssisə rəhbərləri arasındakı sorğuya əsaslanırdı. Onlar ilin sonunadək 45 min iş yeri üçün kifəyət edən müəssisə işə salacaqlarını bildiriblər. Qalan 40 min iş yeri isə dövlətin himayəçiliyi ilə açılacaq.
Məsələn , kənd və rayonlarda aqrar-servis müəssisələrinin işə düşməsi, infrastrukturun inkişafı, elektrik stansiyaları və yollar tikilməsi hesabına yeni iş yerləri yaranacaq.
F, Əliyev qeyd edib ki, 2008-ci ilədək regionların sosial-iqtisadi inkişfına
dair dövlət proqamının əsas qayələrindən biri sərmayələrin 60 faizinin mərkəzdən yerlərə göndərilməsinə nail olmaqdır. Bu, proqnozdur. Reallıq başqa da ola bilər. Odur ki, prosesi daim diqqət mərkəzində saxlayacağıq.


BAKI KONFRANSI "AZƏRBAYCANDA YOXSULLUĞUN AZALDILMASI VƏ İQTİSADİ İNKİŞAF" DÖVLƏT PROQRAMININ REALİZƏSİNƏ HƏSR EDİLİB

BAKI.26.05.2004.MEDİA-PRESS: Bu gün Bakıda "Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadiyyatın inkişafı" dövlət proqramının realizəsinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə hökumətin, Azərbaycanda qərarlaşmış diplomatik missiyaların, BMT və Ümümdünya Bankının (ÜB) nümayəndələri iştirak ediblər.
İqtisadi İnkişaf naziri Fərhad Əliyev öz çıxışında qeyd edib ki, MDB məkanı da daxil olmaqla dünyanın 70 ölkəsində yoxsulluq problemi var. İndi 2,8 milyard adamın gündəlik gəliri -2$, 1,2 milyardın gəliri isə hətta 1 dollardan azdır. Doğulan hər 100 uşaqdan 6-sı 1 yaşına,8-i isə- 5 yaşına çatmamış ölür.
Nazirin sözlərinə görə, Azərbaycanda yoxsulluğun öz xüsusiyyəti var. İllərlə yaranmış təsərrüfat-iqtisadi əlaqələrin SSRİ-nin çökməsindən sonra qırılması, Dağlıq-Qarabağ problemi- bütün bunlar ÜDM-in kəskin düşməsinə, iri müəssisələrin işinin dayanmasına gətirdi. Azərbaycanda iqtisadi inkişaf yalnız 1994-cü ildən sonra başlayıb. Eyni zamanda yoxsulluq problemi də özünü göstərməyə başlayıb. 2003-cü ilin fevralında qəbul edilmiş dövlət proqramı bu məsələləri kompleks halda həll etmək məqsədi güdür.
F.Əliyev deyib ki, Proqram 6 strateji məqsədi -makroiqtisadi sabitliyin möhkəmləndirilməsini,əhalinin gəlirlərinin artması üçün imkanlar yaradılması, kommunal islahatlar, təhsilin və tibbi xidmətin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi, qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədlərini özündə cəmləşdirir.
Bunların gerçəkləşməsi üçün iqtisadiyyatı daha da inkişaf etdtrmək gərəkdir. Keçən il ÜDM-in illik artımı 11,2% olub. Bu,1966-cı ildən bəri ən yüksək göstəricidir. İnflyasiya 2,2% həddində olub. 10 ildə iqtisadiyyatak $17,5 miyard sərmayə yönəldilib ki, bunun da $12,5 milyardı xarici sərmayədir. Orta əməkhaqqı 383,1 manata çatıb.
Regionlarda sadalanan problemlərin daha kəskin durduğunu nəzərə alaraq, bu ilin fevralında "2004-08-ci illərdə Azərbaycan regionlarının iqtisadi inkişafı"na dair daha bir dövlət proqramı qəbul edilib. Bu proqamın gerçəkləşməsi ölkədə 600 min yeni iş yeri açmağa imkan verəcək. 2003-05-ci illərdə dövlət sahibkarlığı kömək məqsədilə büdcədən 250 milyard manat ayıracaq və bu vəsait əsasən rayonlara yönəldiləcək.
Yoxsulluğun azaldılmasında ən mühüm vəzifələrdən biri infrastrukturu yaxşılaşdırmaqdır. Odur ki, beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq davam etdirilir, yollar , suvarma kanalları çəkilir , su təchizata yaxşılaşdırılır.
Nazir qeyd edib ki, əgər ÜB-nın məlumatına görə 1996-cı ildə Azərbaycanda əhalinin 61 faizi yoxsulluq həddində yaşayırdısa, artıq 2001-ci ildə - fəqət 49 faizi. 2003-cü ildə isə bu rəqəm 44,7 faizə enib.


AZƏRBAYCANIN ƏSAS AVTOMOBİL YOLLARININ YENİDƏNQURULMASINA VƏ TİKİNTİSİNƏ $800 MİLYON LAZIMDIR

BAKI.26.05.2004.MEDİA-PRESS: Azərbaycanın əsas avtomobil yollarının tikintisinə və yenidənqurulmasına $800 milyon lazımdır. Bu məbləğ ölkədə yolların texniki vəziyyətinin tədqiqindən sonra məlum olub.
Bu məlumatı verən respublika Nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, "Böyük ipək yolu" layihəsi çərçivəsində avtomobil yolları hissələrə bölünüb. Bakı-Ələt sahəsi respublikanın öz vəsaitləri ilə tikilir.Ələt-Qazı Məhəmməd yolu artıq istifvdəyə verilib. Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) Qazı Məmməd-Kürdəmir yoluna kredit ayıracaq. Magistralın Yevlax-Ucar hissəsinin tikintisi üçün İran İslam bankı il müqavilə bağlanıb -$22 milyon. Yolun Yevlax-Gəncə və Gəncə-Qazax hissələri də tikiləcək.
Ziya Məmmədovun fikrincə,layihələrə maliyyə vəsaitləri vaxtında ayrılsa, Azəbaycanın əsas avtomobil yolları 2007-ci ilə kimi beynəlxalq standartlara cavab verəcək.Döılət büdcəsindən Bakı-Sumqayıt yolunun yenidən qrulmasına 30 milyard manat ayrılıb.


İRAN BAKI-ASTARA YOLUNUN TİKİNTİSİ LAYİHƏSİNİN TİƏ-NİN HAZIRLANMASINA $2 MİLYON AYIRIB

BAKI.26.05.2004.MEDİA-PRESS: İran Bakı-Astara avtomobil yolu tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına $2 milyon ayırıb.
Respublika Nəqliyyat naziri Ziya Məmmədov bu barədə jurnalistlərə deyib ki, pullar İranın Bakıdakı səfirliyinin hesabına köçürülüb, TİƏ-ni işləyəcək şirkətlərin siyahısı hazırlanıb. Azərbaycan tərəfi də müvafiq tender edan etməyə hazırlaşır. Lakin əsas vəsaiti İran ayırdığı üçün tenderdə iran şirukətləri iştirak edəcək.
Bütövlükdə İran Bakı-Astara yolunun tikintisinə $40 milyon ayıracaq. Yeni avtomobil yolu iki ölkə arasında nəqliyyat və yük axınını, əmtəə dövriyyəsini artırmağa imkan verəcək.
Hal-hazırda Astara keçid məntəqəsindən il ərzində 1 milyon tondan artıq yük daşınır.


TEHRAN İRAN-AZƏRBAYCAN DƏMİRYOLU LAYİHƏSİNDƏ RUSİYANIN İŞTİRAKINDA MARAQLIDIR

BAKI.26.05.2004.MEDİA-PRESS: Tehran İran və Azərbaycan arasında dəmiryolu tikintisi layihəsinin Rusiyanın iştirakı ilə tezliklə reallaşmasında maraqlıdır. İran Yollar və Nəqliyyat nazirinin müavini Məhəmməd Səidnecat İTAR-TASS-a müsahibəsində belə deyib.
Məlumdur ki, keçən həftə Moskvada Rusiya, Azərbaycan və İranın nəqliyyat nazirləri bu üç ölkəni birləşdirərərək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm həlqəsinə çevriləcək Qəzvin (İran) -Astara ( Azərbaycan) dəmiryolu şaxəsinin tikintisi üzrə konsorsium yaratmağı qərara alıblar.
Bu planın gerçəkləşməsi Səidnicata görə, " İranla Rusiya və Avropanın sair ölkələri arasında əvvəllər movcud olmuş səmərəli rabitənin bərpasına gətirərdi. 90-cı illərədək, yəni iki ölkə arasında dəmiryolu ilə yükdaşımaların illik həcmi 3 milyon tona çatdığı dövrdə, bu xətt fəal istismar olunurdu. İran mütəxəssislərinin hesablamaları təsdiq edir ki, bu istiqamətdə regionlararası daşımalar konsorsiumun bütün iştirakçılarına xeyli qazanc gətirə bilər".
Regionun beynəlxalq nəqliyyat dəhlizi yaradılmasında marağı olan ayrı ölkələrinin də bu layihəyə qoşulmaq imkanını istisna etməyən İran nazirinin müavininə görə, "yükdaşımalarının başqa dəniz və quru variantları ilə müqayisədə bu marşrut daha sərfəli və təhlükəsizliyinin təmini baxımından daha etibarlıdır".
Konsorsiumun mənzil-qərargahının harada yerləşməsi məsələsi yayda Bakıda keçiriləcək müşavirədə həllini tapacaq. Deyilənə görə, Şimal-Cənb nəqliyyat dəhlizi çərçivəsində İran-Azərbaycan dəmiryolunun yeni şaxəsinin tikintisinə 2005-ci ildə başlana bilər. Bu yolun çəkilişinə dair razılaşma "Rusiya Dəmir yolları" rəhbərliyinin apreldə İrana səfəri gedişində əldə edilib. Rusiya yolun layihələşdirilməsi və inşaasında öz sərmayəsi ilə iştirak etmək istəyir ki, bu da ona əlavə tranzit yükləri cəlb etməyə imkan verəcək. 177 milyon dollar dəyəri olan layihə Azərbaycandan Qəzvin nəqliyyat qovşağına uzanan dəmiryolu xəttinin yenidən qurulmasını da nəzərdə tutur.


N.NAZARBAYEV : VAŞİNQTONLA TEHRAN ARASINDAKI MÜNASİBƏTLƏR QAZAXISTAN NEFTİNİN İRANADAN İXRACINI MÜMKÜNSÜZ EDİR

BAKI.26.05.2004.MEDİA-PRESS: Qazaxıstan öz neftini iran marşrutu ilə Fars körfəzinə göndərmək istəyir və bunu öz təbii ehtiyatlarının ixracı üçün əsas yol sayır.
Bu fikrini İngiltərənin The Financial Times qəzetinə müsahibəsində açıqlayan Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, ölkə neftinin ixracı baxımından iran marşrutu həm Qazaxıstanın özü, həm də burada çalışan amerikan şirkətləri üçün daha "cəlbedicidir".
Qazaxıstan neftinin ixrac edilə biləcəyi səmtləri, o cümlədən Bakı-Ceyhan, Çin və Rusiya kəmərlərini sadalayan prezident qeyd edib ki, "iran marşrutunu bunlardan ən yaxşısı saymaq olar. Ancaq İran və ABŞ arasındakı münasibətlər bu layihənin gerçəkləşməsini əslində mümkünsüz edir. Ümidvaram ki, bu iki ölkənin münasibətləri düzələcək". Xəbəri İran news yayıb


TÜRKİYƏ-İRAN QAZ SAZİŞİNİN ŞƏRTLƏRİNƏ BEYNƏLXALQ MƏHKƏMƏ BAXACAQ

BAKI.26.05.2004.MEDİA-PRESS: NİGEC (İran Milli qaz-ixrac şirkəti) və BOTAŞ ( Türkiyə dövlət boruçəkmə şirkəti) Türkiyənin İrandan idxal etdiyi qazın qiymətinin azaldılması məsələsini həll etmək üçün beynəlxalq məhkəməyə üz tutacaqlar. Türkiyənin İBS təhlil şirkətinin saytında gedən bu xəbərə görə,NİGEC müqavilə şərtlərini dəyişmək və iran qazının qiymətinə vaxtaşırı yenidən baxmaq barədə BOTAŞ-ın xahişinə məhəl qoymur. BOTAŞ sazişin ən ümdə bəndinə -"al yaxud ödə" bəndinə yenidən baxılmasını dı tələb edir. Ankara bu barədə artıq Tehranı xəbərdar edib və bir ay ərzində tərəflər özləri üçün beynəlxalq hakimləri seçməlidrlər.
"PETROENERGY" xəbər verir ki, İranın neft naziri Bijan Namdar Zənqane İranın Türkiyəyə ötürdüyü qazın qiymətinə dair danışıqların pozulacağı təqdirdə Türkiyəni beynəlxalq məhkəmə ilə hədələyib. Tehran y\hesab edir ki, Ankara qaz siyasətində Rusiya və İran arasında hərəkətlərin əlaqələndirilməməsindən bəhrlənməyə çalışır.
Bir qədər öncə İran neft nazirinin müavini Məhəmməd Fələki demişdi ki, İrandan Türkiyəyə verilən qazın sabit qiyməti var və 2004-cü ilin sonunadək ona təzədən baxılmayacaq. İranın Milli qaz ixracı şirkətinin icraçı direktoru Ruhəddin Cavadi bildirib ki, Teran qazıq qiyməti salmaq barədə Türkiyənin tələblərini rədd edib. Çünki bu tələb 2 il öncə bağlanmış müqavilənin şərtlərinin pozlması deməkdir.
2003-cü ildə İran Türkiyəyə 3,5 milyard kubmetr qaz verib bu il isə həin həcmi 8,3 milyarda çatdırmaq niyyətindədir.


BOTAŞ RƏHBƏRİNİN KEÇMİŞ MÜAVİNİ GÖKXAN YARDIM HƏBS OLUNUB

BAKI.26.05.2004.MEDİA-PRESS: BOTAŞ -ın sabiq prezidentinin müavini Gökxan Yardım dünən həbs edilib. Turkish Daily News-in Media-Pressə bu məlumatında deyilir ki, Gökxan Yardım qalmaqallı tarixçəyə malik rusiya-türkiyə "Mavi axın" layihəsi çərçivəsində rüşvət almaqda təqsirləndirilir. Media-Pressin dəfələrlə xəbər verdiyi kimi, son 3 ildə Türkiyənin hüquq-mühafizə orqanları xüsusi "Ağ enerji" əməliyyatı keçirərək, Türkiyənin yanacaq -energetika kompleksində çalışan 20 məmuru həbs edib. Bu siyahıda Gökxanın da adı dəfələrlə hallanıb. Bankın əməkdaşllarından Dərya Ertoğrul ( Gökxan pullarını orada saxlayır) istintaq orqanları ilə əməkdaşlığa razılıq verdikdən sonra, polislər onu dünən həbs ediblər.
Gökxan Yardım və BOTAŞ-ın daha 4 əməkdaşı kəmərin Samsun-Ankara hissəsini birləşdirən və "Mavi axın" çərçivəsində qaz ixracı üçün zəruri olan işlərin icrası zamanı qiymətləri artırmaqda təqsirləndirilirlər.


2030-CU İLƏ ENERJİYƏ DÜNYA TƏLƏBATININ TƏQRİBƏN 30 FAİZİ TƏBİİ QAZLA ÖDƏNİLƏCƏK

BAKI.26.05.2004.MEDİA-PRESS: 2030-cu ildə enerjiyə dünya tələbatının təqribən 30 faizi təbii qaz hesabına ödəniləcək.
Amsterdamda Beynəlxalq Energetika forumunda bu fikrini açıqlayan Norveç Neft və Energetika naziri Eynar Steensnes deyib :"2030-cu ilə dünyada qaz istehlakı təqribən 2 dəfə arta bilər və bu halda enerjiyə dünya tələbatının 30 faizi bu təbii yanacaq hesabına ödəniləcək. Ən yaxın illərdə qaz hər yerdə öz əhəmiyyətinə görə, 2-ci enerji mənbəinə çevriləcək. Çin və Latın Amerikasında qaz istehlakının daha sürətlə artacağı gözlənilir. Lakin Şimali Amerika, Rusiya və Avropa 30 ildən sonra da ən iri qaz bazarı kimi qalacaqlar. Bu artımın səbəbi göz qabağındadır: qaza rəqabət qiymətləri təsir edir və bu yanacaq həm sənaye , həm məişət , həm də elektrik enerjisi istehsalı üçün son dərəcə əlverişlidir".
Norveçli nazir daha sonra əlavə edib ki, dünyadakı qaz ehtiyatı gələcək tələbatı ödəməyə kifayət edir. Qaz sahəsinə vaxtlı-vaxtında sərmayə qoyuluşlarının zəruriliyini vurğulayan Steensnes məlumat verib ki, Beynəlxalq Energetika agentliyinin hesablamalarına görə, 2030-cu ilədək olan dövrdə qaz sənayesinə illik sərmayə qoyuluşu $105 milyard təşkil edəcək.

<<< <<<