rus ||
eng
AZƏRBAYCAN PREZİDENTİ NAXÇIVAN MR-DƏ BİR SIRA SOSİAL-İQTİSADİ OBYEKTLRİN AÇILIŞINDA İŞTİRAK EDƏCƏK
BAKI.1.09.2004.MEDIA-PRESS: Naxçıvan Muxtar Respublikası (MR) respublika prezidentini qarşılamağa hazırlaşır. İlham Əliyev orada bir sıra sosial-iqtisadi obyektlərin, o cümlədən Heydər Əliyevin adını daşıyacaq ölkəmizin ən böyük ümum-təhsil məktəblərindən birinin açılışlarında iştirak edəcək. Prezidentin MR-də olacağı günlərdə orada kərpic zavodunun ,Naxçıvanın dağ rayonlarından birində qorüğün və milli parkın açılışında da iştirak edəcək.
İlham Əliyev MR ictimaiyyəti görüşlərində əsas diqqəti yeni iş yerlərinin yaradılmasına yönəldəcək, Məlumdur ki, bu, öz idarəçiliyinin 5 ili ərzində işsizliyə son qoymağı vəd etmiş Azərbaycan prezidentinin fəaliyyət proqramının balıca bəndlərindən biridir
AZƏRBAYCAN PREZİDENTİNİN SENTYABRDAKI SƏFƏRLƏRİNİN CƏDVƏLİ SIX OLACAQ
BAKI.01.09.2004.MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyevi sentyabrda çoxsaylı səfərlər gözləyir.
Bu məlumatı jurnalistlərə açıqlayan rezident aparatı Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyb:" Sentyabrda İlham Əliyevin Fransaya səfəri və MDB dövlətləri başçılarının sammitində, ayın sonlarında isə BMT Baş Assambleyasının iclasında iştirak gözlənilir. O həmçinin qeyd edib ki, prezident İ.Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlət başçılarının sammitində də iştirakı gözlənilir.
AZƏRBAYCAN XİN BAŞÇISI ÖZ ERMƏNİ HƏMKARI İLƏ PARİS DANIŞIQLARININ YEKUNUNDAN MƏMNUNDUR
BAKI.01.09.2004.MEDİA-PRESS: Azərbaycan XİN başçısı Elmar Məmmədyarov öz erməni şəmkarı Vardan Oskanyanla Dağlıq Qarabağ problemi üzrə daışıqlarının yekununu müsbət qiymətləndirib. Görüş avqustun 30-da Praqada olub.
E.Məmmədyarov deyib: " Düşünürəm ki, Praqa görüşü qarabağ münaqihəsinin tənzimlənməsi məsələsində irəliyə addımdır. Bu, 4-cü görüşümüzdür. İrəlidə bizi hələ çox şey gözləyir. Zənnimcə, danışıqlar posesi davam etdirilməlidir. Danışıqlar çox maraqlı və hərtərəfli, görüşün özü isə faydalı olub. Hər şey qaydasında olarsa, məncə, bu görüşləri davam etdirmək olar.
Nazirin sözlərinə görə, " heç bir dövlətin tanımadığı Dağlıq Qarabağ respublikası (DQR) ərazisində bələdiyyə seçkilərinin keçirilməsi məsələi və erməni zabitlərinin NATO-nun Bakı tədbirlərində iştirakı da müzakirə edilib". O deyib:" Biz DQR-də qanunsuz bələdiyyə seçkilərinin keçirilməsinə etirazımızı bildirdik.Biz sülh danışıqları prosesini ənglləyən belə məsələlərə ciddi yanaşırıq".
"Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Astanada planlaşdırılmış görüşünün keçiriləcəyi təqdirdə bis istərdik ki, bu görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutsun. Biz bunu planlaşdırırıq və öz görüşlərimizlə büun üçün müəyyən zəmin də yaratmışıq".Azərbaycan XİN başçısı belə deyib.
AZƏRBAYCAN XİN BAŞÇISI ERMƏNİSTAN VƏ TÜRKİYƏ XİN RƏHBƏRLƏRİNİN İŞTİRAKI İLƏ 3-TƏRƏFLİ GÖRÜŞÜN ÇƏRÇİVƏSİNİ TÜRKİYƏ SƏFİRİ İLƏ MÜZAKİRƏ EDƏCƏK
BAKI.01.09.2004.MEDİA-PRESS: Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşündə Azərbaycan,Ermənistan və Türkiyə XİN başçılarının iştirakı ilə dağlıq qarabağ tənzimlənməsinə dair 3-tərəfli görüşün çərçivəsini müzakirə edib.
O, jurnalistlərə bu haqda deyib:" Mən artıq Türkiyənin Azərbaycandakı səfiri ilə danışıq aparmışam və 3-tərəfli görüşün təfərrüatını dəqiqləşdirmək və razılaşdırmaq üçün bir daha jörüşmək barədə razılığa gəlmişik.Biz Nyu-Yorkda keçiriləcək bu 3-tərəfli görüşün tarixini müəyyənləşdirəcəyik".
Azərbaycan XİN başçısı deyib:" Çox şey Astanada keçirilməli olan Azərbaycan və ermənistan prezidentlərinin 2-tərəfli görüşündən asılı olacaqdır".
RUSİYA AZƏRBAYCANA QAZ İDXALINI BƏRPA EDİB
BAKI.01.09.2004.MEDİA-PRESS: Rusiya avqustun 31-i axşamı Azərbaycana qaz ixracını tam həcmdə bərpa edib.
"Azəriqaz" qapalı səhmdar cəmiyyətində (QSC) "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə bildiriblər ki, qaz ixracının bərpasından sonrakı ilk saatlarda həcm az olub (gündəlik 6 milyon kubmetr) ,lakin indi Rusiya gündəlik ixracın həcmini 15 milyon kubmetrə çatdırıb.
Xəbər verdiyimiz kimi, avqustun 25-də axşam Çeçenistan ərazisində Mozdok-Qazı-Məhəmməd magistral kəmərində qəza baş verməsi səbəbindən Azərbaycana rusiya qazının ixracı dayandırılmışdı. Kəmərdəki partlayışdan sonra rusiya qazının Çeçenistana verilməsi və Azərbaycana tranziti dayandırılmışdı.
Azərbaycan Dövlət Neft şirkəti (ARDNŞ) ilə məhdud məsuliyyətli cəmiyyət (MMC) "Qazeksport" araındakı sazişə əsasən respublikamız Rusiyadan qaz idxal edir. Müqaviləyə görə MMC 2004-cü ildə Azərbaycana 5,5 milyard kubmetr ( hər min kubmetri $52) qaz ixrac edəcək.
Azərbaycan Şirvanovka-Mozdok-Qazı-Məhəmməd kəməri ilə rusiya qazını 2000-ci ilin sonundan etibarən alır. 2001-2003-cü illərdə qaz "İtera"dan, 2004-cü ildən isə -"Qazeksport"dan alınır və yanacağın çoxu elektrik enerjisi hasili iüçün istilik=elektrik stansiyalarına verilir. Kənardan alınan qaz Azərbaycana imkan verir ki, öz hasilatını (ildə tqribən 5 milyard kubmetr) əhalinin ehtiyaclarına sərf etsin.
Hesablanıb ki, Azərbaycanın illik tələbatının ödənilməsinə 12-14 milyard kubmetr qaz gərəkdir.
İRAN QAZININ NAXÇIVAN MR-Ə İXRACINI TƏMİN EDƏCƏK TƏDBİRLƏR PLANI HAZIRLANIB
BAKI.01.09.2004.MEDİA-PRESS: "Azəriqaz" SC-nin Naxçıan Muxtar respublikası (MR) rəhbərliyi ilə birlikdə hazırladığı tədbirlər proqramı bu diyara İran qazı idxalını təmin etmək üçün, kompleks işlərin görülməsini nəzərdə tutur.
İran milli qaz şirkəti ilə SC arasındakı müqaviləyə əsasən, MR-ə qaz əslində mübadilə əsasında veriləcək: Azərbaycan bir ay qabaqcadan Astaradan İrana qaz verəcək , növbəti ayda isə İran MR-ə həmin həcmdə "mavi yanacaq" ixrac edəcəkdir.MR-in tələbatına uyğun olaraq, İrandan bu diyara ildə əvvəlcə 350, bir müddət sonra isə 500 milyon kubmetr qaz veriləcək. "Azəriqaz"da müxbirimiz bildiriblər ki, 2006-cı ildə Naxçıvan istilik-elektrik stansiyasının iki, 2007-ci ildə isə daha 2 turbin aqreqatını dizel yanacağındaq qaza keçirmək planlaşdırılır. Bu səbəbdən də Naxçıvan MR-də qaza tələbatın 1007-ci ildə 40-50 milyon, 2008-ci ildə isə-100-120 milyon kubmetr artacağı proqnozlaşdırılır.
Azərbaycan tərəfi qazı İrana azı 50 atmosfer təzyiqlə qaytarmalıdır. Bu şərtin reallaşması üçün iki ölkənin müştərək sərhədində qaz-kompressor stansiyasının, Astara yaxınlığında qazın həcmlərinə beynəlxalq standartlara uyğun nəzarət üçün dövlətlərarası qaz-ölçmə şəbəkəsinin, həmçinin qazınkeyfiyyətinə nəzarət üçün laboratoriyanın tikintisi nəzərdə tutulur.
Naxçıvan MR rəhbərliyinin təklifinə uyğun olaraq, mənzillərə qaz borularının çəkilməsi və abunəçilərin qaz cihazları ilə təmini də nəzərdə tutulur.
Bu planı azərbaycan hökuməti təsdiq edib. İşlərin əsas həcmi 2005-ci il oktyabrın 1-dək görülməlidir.
AZƏRBAYCAN NEZ-DƏKİ MƏHSULLARIN 27 MİLYON DOLLARLIQI HƏLƏ DƏ SATILMAYIB
BAKI.01.09.2004.MEDİA-PRESS: Azərbaycanın neft emalı zavodlarında (NEZ) ilin əvvəlindən bəri satılmayaraq yığılıb qalmış məhsulların ümumi dəyəri 132,8 milyard manata ($27 milyon) çatıb. Bu, bütün ölkə üzrə realizə edilməmiş məhsulun 21 faizi deməkdir. İyulda bu göstərici 12,3 faizə düşüb.
Satılmayan məhsulun çoxu ( 59,5 min tonu) dizel yanacağıdır. 9 min ton mazut, 18,6 min ton avtomobil benzini, 31 min ton ağ neft, bir min ton neft bitumu, 34,5 min tonsürtgü yağı və bir min ton nafta(birbaşa qovulan benzin) da satılmayıb.
Azərbaycanda iki NEZ var -"Azərneftyağ" və Heydər Əliyev adına Bakı NEZ-i. İllik gücü 14 milyon ton olan "Azərneftyağ" sürtgü yağları və sair neft məhsulları buraxır. BNEZ isə daha yüngül neft məhsulları istehsal edir. Onun illik gücü- 8 milyon tondur.
PUTİN: RUSİYA ŞİRKƏTLƏRİ NEFTİN İSTİXRACINI VƏ DÜNYA BAZARLARINA İXRACINI BUNDAN SONRA DA ARTIRACAQLAR
BAKI.01.09.2004.MEDİA-PRESS: RF prezidenti Vladimir Putin deyib ki, ölkənin şirkətləri neftin istixracını və dünya bazarlarına ixracını artırmaqda davam edəcəklər. Sitat:" Mən bu barədə fransız və alman həmkarlarımı (Şirak və Şrederi) məlumatlandırmışam". V.Putin Almaniya kansleri və Fransa prezidenti ilə danışıqlardan sonra belə deyib.
O, vurğulayıb ki, "istisnasız olaraq bütün rusiya şirkətləri hasilatı artıracaq və bu işi gələcəkdə də edəcəklər". Prezident öz sözlərini təsdiqləyən rəqəmlər də gətirib: 2002-ci ildə Rusiyada -380 milyon ton, 2003-cü ildə-421 milyon neft istixrac edilmişdisə də, 2004-cü ildə hasilat həcmini 450 milyon tona çatdırmaq nəzərdə tutulur.
V.Putin Rusiyanın 2003-cü ildə 228 milyon ton neft ixrac etdiyini, cari ildə bu həcmi 255 milyon tona çatdıracağını deyib.
Öz növbəsində Almaniya kansleri Gerhard Şreder vurğulayıb ki, Rusiyanın istixrac və ixracı artırmaq qərarı "olduqca əhəmiyyətlidir. Gələcək üçün bizdə müəyyən təşvişlər baş qaldırmışdı ki,neft hasilatı artmaya və dünya iqtisadiyyatı bundan zərər çəkə bilər".
RUSİYA NEFT ŞİRKƏTLƏRİNƏ TƏKLİF OLUNUB Kİ, NEFTİN NƏQLİ ÜÇÜN QARADƏNİZ BOĞAZLARINDAN İSTİFADƏDƏN İMTİNA ETSİNLƏR
BAKI.01.09.2004.MEDİA-PRESS: "Qaradənizin Bosfor və Dardanel boğazlarından keçən Rusiya tankerlərinin sayı gəmiçiliyin təhlükəsizliyi və ətraf mühitə təsir baxımından mümkün olan bütün limitləri aşıb". Türkiyənin baş naziri Recep Taip Erdoğan belə deyib.
Bununla bağlı aydın olur ki, qaradəniz boğazları bir neçə ildən sonra və gələcəkdə neftin nəqli üçün etibarlı yol olmayacaq. Türkiyə bu müşkülü çözmək üçün neft şirkətləri ilə dil tapmağa çalışır.
Erdoğanın "Kommersant" qəzetinə müsahibəsində qeyd olunduğu kimi, Türkiyə ümid edir ki, rusiya neft şirkətləri sosial məsuliyyət nümayiş etdirərək,neft nəqliyyatı üçün qaradəniz boğazlarından istifadədən o biri ölkələrin neft şirkətləri kimi könüllü imtina edəcək və dolayı kəmərlərdən istifadəni nəzərdə tutan təşəbbüsə qoşulacaqlar.Türkiyə rusiya şirkətlərinin bu məsələyə müsbət yanaşacağına ümid edir. Sitat:"Ümidvarıq ki, RF hökuməti bu təşəbbüsü dəstəkləyəcək və hər iki tərəf üçün ümumi olan bu məsələnin həllində bizimlə əməkdaşlıq edəcək".
"ODESSA-BRODI ÜÇÜN NEFT "UKRTRANSNAFTA"-YA $7 MİLYON BAHA BAŞA GƏLƏCƏK
BAKI.01.09.2004.MEDİA-PRESS: Neftin bahalaşması "Odessa-Brodı" neft kəmərinin revers buraxılışına hazırlaşan Ukraynanın boruçəkmə inhisarçısı "Ukrtransnafta"ya əlavə başağrısı gətirib. Borunu neftlə doldurmağa boyun olmuş TNK-BP öz xammalını 19 % bahalaşdırıb.
"Ukrtransnafta" mətbuat xidmətinin nümayəndəsi TNK-BP-nin təklif etdiyi qiymətlərin "tam ədalətli" olduğunu etiraf edərək, bildirib ki, ukraynanın neft emalı zavodları bu gün neftin bir tonunu 330 dollara alır. Bu, məqbul qiymətdir və biz bu qiymətə neft krediti götürməyə hazırıq. Bircə müşkülümüz odur ki, TNK-BP kreditin məbləğini artırmağa hazır deyil. Ona görə nefti də az verəcək. Ancaq bu hal da layihə üçün təhlükə yaratmır.
Rusiyanın "Vedomosti" qəzeti müsahibinin sözlərinə görə, "Ukrtransnafta" daxili imkanlarından yararlanır: şirkətin çənlərdə əslində istifadəsiz qalmış nefti kifayət qədərdir.
Parlamentin sənaye siyasəti komitəsi sədrinin müavini Vladimir Demexin hesab edir ki, boruya vurulan neftin yeni qiyməti qalmağal doğurmayacaq. İndi xammalın getdikcə bahalaşdığına Ukraynada hamı anlaşıqlı yanaşır.
Mainstream Consulting şirkətinin eksperti Vladimir Kudas əmindir ki, Ukrayna Odessa-Brodının revers istifadəsindən heç bir halda imtina etməyəcək. Axı, TNK-BP "Ukrtransnafta"nın yeganə tərəfdaşıdır. TNK-BP nefti nəinki bazar qiymətindən aşağı satır, həm də xammalın ödənilməsi üzrə krediti də güzəştli şərtlərlə verib.Kudas bu kreditin dərəcəsinin illik 7% olduğunu yada salaraq, ukrayna kommersiya banklarının oxşar əmtəə kreditlərini 12-14 faizə təklif etdiklərini deyir.
YAPONİYANIN NEFT İDXALININ 17 FAİZİ İRANIN PAYINA DÜŞÜR
BAKI.01.09.2004.MEDİA-PRESS: Yaponiyanın neft idxalının təqribən 17 faizi İranın payına düşür.
İranın Yaponiyadakı səfiri Əli Məcidi bu məlumatına əlavə edib ki, İran Yaponiyaya enerji ehtiyatlarının üçüncü ən öyük ixracçısıdır.
Diplomat İRNA agentliyinə müsahibəsində qeyd edib ki,2000-ci ildən bəri Yaponiya İranın ən iri ticarət tərəfdaşıdır. 2003-cü ildə bu iki ölkə arasında ticarət dövriyyəsinin həcmi görünməmiş səviyyəyə-$8,570 milyarda çatıb.
Məcidinin sözlərinə görə, hər iki ölkənin ümumi iqtisadi maraqlarının mövcudluğu sayəsində Yaponiya və yaponlar yalnız neft-qaz və neft-kimya sahələri ilə məhdudlaşmır, həm də İranın avtomobilqayırma, istixrac, poladtökmə sənayeləri və elektrik stansiyaları tikintisi layihələrində də iştirak edirlər. Sitat:" Son 4 ildə Yaponiyanın bu və ya digər şəkildə maliyyələşdirdiyi layihələrin ümumi dəyəri $ 10 milyonu keçib". Məlumatı İran.ru yayıb.
ÖZ NEFT EHTİYATLARINA GÖRƏ MEKSİKA SƏUDİYYƏ ƏRƏBİSTANI, İRAQ VƏ KÜVEYTLƏ BİR SIRADA DURA BİLƏR
BAKI.01.09.2004. MEDİA-PRESS: Meksika körfəzində ehtiyatları 54 milyard barrel həcmində qiymətləndirilən neft yatağı aşkarlanıb. "PEMEKS" dövlət neft korporasiyası Kəşfiyyat və istehsalat departamentinin direktoru Luis Ramires Korsonun dediyi kimi, yeni yataq Meksikaya gündəlik hasilatı 4 milyondan 7 milyon barrelə qaldırmağa imkan verəcək. Yatağ Meksikanın kəşf olunmuş ehtiyatlarını 102 milyard barrelədək artırır ki, bu da ölkəni İraq, Səudiyyə Ərəbistanı və Küveyt kimi neft dövlətlələri ilə bir sıraya qoyur". Ramires Korso belə deyib.
Yeni yataq sahildən xeyli aralıda və böyük dərinlikdə yerləşdiyi üçün ,xüsusi texologiyaların və xeyli investisiyaların cəlb olunmasını tələb edəcək.
Məlumatı RusEnergy yayıb.
AZƏRBAYCAN İQTİSADİYYATINA 3,851 TRİLYON MANAT ( $785,11 MİLYON) KREDİT QOYULUB
BAKI.01.09.2004.MEDİA-PRESS: Azərbaycan Milli Bankının (MB) məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş kredit vəsaitlərinin həcmi 2004-cü il avqustun 1-ə - 3, 851 trilyon manat təşkil edib (4905 man.=1$).
MB-ın mətbuat xidməti Media-Pressə bildirib ki, kreditlərin - 2,758 trilyon manatı - qısamüddətli, 1,039 trilyon manatı isə-uzunmüddətlidir.
Kredit qoyuluşlarının -1,65 trilyon manatı -dövlət banklarının, 1,790 trilyon manatı- özəl bankların, 411,3 milyard manatı isə - qeyri-bank kredit təşkilatlarının payına düşüb. Kreditlərin yalnız üçdə biri -milli, qalanı isə- xarici valyuta ilə verilib.
Bütün kreditlərin- 22,86 faizi- ticarətə və xidmət sahəsinə, 15,18 faizi- nəqliyat və rabitənin inkişafına, 5,87 faizi- energetikaya və təbii ehtiyatların işlənməsinə, 4,72 faizi- aqrar bölməyə, 8,36 faizi - ağır və yüngül sənayeyə, 6,59 faizi- tikintiyə, 31,8 faizi -fiziki şəxslərə kreditlərə və 0,33 faizi isə -dövlət idarəçiliyinə ayrılıb .
Verilmiş bütün kreditlərin 78,44 faizi iqtisadiyyatın özəl sektoruna yönəldilib.
AZƏRBAYCAN BANKLARININ NİZAMNAMƏ KAPİTALI 835,2 MLRD. MANAT ($ 170,2 MLN.) TƏŞKİL EDİB
BAKI.01.09. 2004. MEDİA-PRESS: 2004-cü il avqustun 1-ə azərbaycan banklarının Nizamnamə kapitalı (NK ) 835,2 mlrd. manat ( 4905 manat =1$) olub. Azərbaycan Milli bankında (AMB ) verilən məlumata görə, NK-nın ümumi məbləğinin 134,3 mlrd. manatı - dövlət banklarının,700,9 mlrd. manatı isə -özəl bankların payına düşür.
Bankların xarici kapitalın iştirakı ilə yaradılmış NK hazırda 298 mlrd. manat, yaxud ölkənin bütün banklarının NK-nın 35,7 faizini təşkil edib. 100 faizli əcnəbi kapitalına malik banklar 100,6 milyard manat NK-na malikdir ki, bu da bütün bankların NK-nın 12 faizini təşkil edir. Hər banka orta hesabla 19,4 mlrd. manat vəsait düşür.
2004-cü il iyulun 1-nə Azərbaycanda 43 bank olub. 15 bankın əməliyyatlarında xarici kapital da iştirak edir .4 bankın kapitalının 50 faizindən 100 faizinə qədərini, 10 bankın isə 50 faizindən azını əcnəbi kapital təşkil edir. Bir filial qeyri-rezident banka məxsusdur.
AVQUSTUN 1-Ə AZƏRBAYCAN BANKLARI 4,03 TRİLYON MANAT CƏLB EDİBLƏR
BAKI. 01.09. 2004.MEDİA-PRESS: 2004-cü il avqustun 1-ə azərbaycan banklarının cəlb etdikləri vəsait və depozitlərin həcmi - 4,03 trilyon manata çatıb (4905 man.=1$). Bu göstərici cari ilin yanvarı ilə müqayisədə - 19,41% artıb.
Bu məbləğin 857,4 milyard manatı- milli, 3,172 trilyon manatı isə ( 78,7 %) - xarici valyuta ilə qoyulmuş əmanətlərdir.
Fiziki şəxslərin banklardakı əmanətləri- 1,672 trilyon manat olub ki, bunun da 1, 542 trilyonu- xarici valyuta ilədir. Hüquqi şəxslərin depozitləri isə - 2,358 trilyon manat (xarici valyuta ilə-1,63 trilyon) təşkil edib.
ƏLAVƏ
PUTİN TÜRKİYƏDƏ "MAVİ AXIN"INAQİBƏTİNİ DƏ RAZILAŞDIRMALI OLACAQ
BAKI.01.09.2004.MEDİA-PRESS: "Rusiya və Türkiyə arasında münaqişə mənbələri , demək olar ki, yoxdur". Bu ölkəyə səfəri ərəfəsində belə bəyanat verən Rusiya prezidenti Vladimir Putin deyib:" Bu gün ölkələrimiz arasında münaqişə mənbələri yox dərəcəsindədir, Rəqabət aparacağımız bir şey də yoxdur". Türkiyə teleşirkətinə müsahibəsinin sonunda bu ölkənin aparıcı mətbuat orqanları nümayəndələrinin suallarını cavablandıran Putin belə deyib.
Rusiya dövlətinin başçısı Türkiyənin baş naziri Recep Taip Erdoğandan xoşu gəldiyini dilə gətirib:" Onda xoşladığım cəhət sözünün ağası olmasıdır. Dedikləri nə qədər mürəkkəb olursa-olsun, indiyədək haısına əməl edib. O , vədlər verməyib. Lakin biz müəyyən razılığa gələndə, o,hansısa mövqeyini bildirirdisə, sonradan onu əməli ilə gerçəklədiridi. Hətta ən mürəkkəb məsələdən danışırdısa, ölkə daxilindəki gərginliklərə baxmayaraq, onu hökmən gerçəkləşdirirdi. Bu, həyatda da, münasibətlərdə də kömək edir". Sitatın sonu.
Putinin Erdoğanla razılaşdırmalı olacağı problemlərdən biri də Türkiyəyə rusiya qazını daşıyan , lakin hələ də layihə gücünü yığmayan "Mavi axın" qaz kəməridir.
Moskvada nəşr olunan "Qazeta"nın xatırlatdığı kimi, 4 milyard kubmetr gücə malik borunun imkanlarının yalnız dörddə birindən istifadə olunur. "Qazprom"un rəhbəri Aleksey Miller ixracın artırılmasına dair saziş bağlamağı bacarmadı. Onun yükünün altına indi Putin girməli olacaq.
Rusiya qazının Türkiyəyə ixracına 1987-ci ildə başlanılıb. 2003-cüilədək bu istiqamətdə yeganə ixrac marşrutu Rumıniya və Bolqarıstandan keçən quru ilə çəkilmiş Transbalkan qəz kəməri idi. Yeni milleniumda türklərə qaz azlıq etməyə başladı (ildə 10-11 milyard kubmetr). Türk ekspertlərinin hesablamalarına görə, 2010-cu ilədək ölkə sənayesi qaz istehlakını bir neçə dəfə artıra bilər. Bu kəsiri qismən İran , Əlcəzair və Nigeriya şirkətləri ödəməli idilər. Lakin ixrac öhdəliklərinin çoxunu Rusiya öz boynuna çəkdi.
"Qazprom" yanacaq ixracənə genişləndirmək üçün Qara dənizin dibi ilə "Mavi axın" qaz kəmərini tikdi. Rusiya və Tyrkiyə hökumətləri arasında imzalnmış sazişə görə, yeni boru ilə Türkiyəyə 25 ildə 365 milyard kubmetr qaz verilməli idi.
Müqaviləyə görə, Türkiyə "Mavi axın"la 2004-cü ildə- 4 mlrd.kub metr, 2005- də-6, 2006-da-8, 2007-də -10, 2008-də-12, 2009-da-14 və 2010-cu ildə-16 mlrd. kub metr qaz almalıdır.
Dəyəri $3 milyardı keçmiş "Mavi axın" xətti 2003-cü ilin yanvarında istismara verildi və bu zaman podratçı şirkətlər "Qazprom"un şərtlərini bir il gec yerinə yetirmiş oldular. Lakin 2003-cü ilin yayında məlum oldu ki, "Mavi axın" yanacaqla doldurulur və Türkiyə qaz istehlakını artıracağını deməkdə bir az tələskənliyə yol vermiş oldu. Ölkə iqtisadiyyatını bürümüş böhran idxalın artırılmasına dair təkəbbürlü planları azaltmağa ( 67 milyarddan 10,7 milyard kubmetrədək) vadar etdi. Bu həcmi isə, məlumdur ki, Transbalkan kəməri , Yaxın Şərq və Afrikalı ixrac
Çılar təmin edirdilər. Bununla bağlı, Ankara "Mavi axın" qazını 2 ölkə arasındakı sazişlə müəyənləşdirilmiş qiymətlərlə almaqdaq boyun qaçırdı. "Qazeta"nın yazdığına görə, qazın hər kub metri Tyrkiyəyə 115-120 dollara başa gəlirdi və hesabla 25-illik qaz ixracı "Qazprom"a $42 milyard qazanc gətirməli idi.Türkiyə illik idxal cəcmlərinin ixtisarını də tələb edirdi.
Danışıqlar bir neçə ay çəkdi və Türkiyənin xeyrinə nəticələndi. Ölkə diskont da qazandı, idxal cəcmini azaltmağı da bacardı. "Qazeta"nın yazdığına görə, qazın hər min kubunun qiyməti -100-105 dollardır. "Qazprom" həm də 2003-cü ilə plallaşdırılmış 2 milyard kubmetrin əvəzinə 1 milyard kubmetr ixracına da razılıq verib.
Bu kəmərin müqəddəratı "Qazprom" menecerləri və Türkiyə məmurlarının görüşlərində həll olunmalıdır. Rusların nümayəndə heyəti sonuncu dəfə iyulun axırında Ankarada olublar. Aleksey Miller Türkiyənin Energetika və Təbii ehtiyatlar naziri Hilmi Gülerlə görüşüb və ,rəsmi məlumata görə, bu ölkənin qaz sənayesinə rusiyanın investisiyalar qoyması məsələsini müzakrə edib, qeyri-rəsmi olaraq, "Mavi axın"ın taleini nazirlə həll edib. Məlumata görə, tərəflər görüşün nəticələrindən razı qalıblar. Lakin bu barədə təfərrüatın olmaması, hər halda kəmərin müqəddəratı barədə real razılaşmanın olmadığından xəbər verir.
Budur, rusiya qazının idxalçısı Türkiyəni öz öhdəliklərinə əməl etməyə Putin çağırmalı olacaq. O Ankaraya yola düşmək ərəfəsindədir. Qaz əməkdaşlığına dair yeni sazişin imzalanması RF prezidentinin səfər protokolunun bəndlərindən biridir.
<<< <<<