rus ||
eng
YANVAR-AVQUST AYLARINDA ARDNŞ 6 MLN. TONA YAXIN NEFT ÇIXARIB
BAKI.3.09.2004.MEDIA-PRESS: Bu ilin əvvəlindən ARDNŞ ( Azərbaycan Respublikısı Dövlət Neft Şirkəti) və onun iştirakı ilə yaradılmış MM ( müştərək müəssisələr) 5,989 milyon ton neft çıxarıblar ki, bu da nəzərdə tutulduğundan 2,7% və ya 156,8 min ton artıqdır. Dövlət Şirkətində Media-Pressə bildiriblər ki, bu həcmin 5,375 milyon tonu ARDNŞ-in bölmələrinin ( artım- 0,8%) və 614,1 min tonu ( artım-23%) MM-in payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat 0,6% artıb.
Avqutda ARDNŞ 758,2 min ton ( planlaşdırılandan 16,9 min ton və ya 2,3% artıq) istixrac edib ki, bunun 677,6 min tonu neft-qazçıxarma idarələrinin, 80,6 min tonu isə -MM-in payına düşüb.
Proqnozlara görə, 2004-cü ildə respublikada 15,45 milyon ton neft çıxarılacağı ehtimal edilir. Bü həcmin 8,75 milyon tonunu - ARDNŞ, 6,7 milyon tonunu-ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) hasil edəcəklər. 9,2 mln. ton ixrac neftinin 6,7 milyon tonu -Bakı-Supsa, 2,5 milyon tonu isə -Bakı-Novorossiysk marşrutları ilə axıdılacaq.
2004-CÜ İLİN ƏVVƏLİNDƏN AZƏRBAYCANDA 3,32 MLRD. KUBMETR QAZ ÇIXARILIB
BAKI.03.09.2004. MEDİA-PRESS: Azərbaycanda bü ilin 8 ayında 3,32 mlrd.kubmetr qaz çıxarılıb ki, bu da planlaşdırılandan 3,1 % artıqdır.
Dövlət Neft şirkətində (ARDNŞ) Media-Pressə bildiriblər ki, bu həcmin 2,669 milyard kubmetrini ARDNŞ-in bölmələri, 651,8 milyon kubmetrini - ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) , 83,6 milyon kub metrini isə - müştərək müəssisələr (MM) çıxarıb.
Avqustda 424,1 milyon kubmetr qaz hasil olunub: ARDNŞ -335,5 milyon, ABƏŞ- 88,6 milyon, MM-lər -8 milyon kubmetr.
Azərbaycanın tələbatının ödənilməsi üçün ildə 10-12 mlrd. kubmetr qaz lazımdır. Ötən il respublikamız "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mld. kub metr qaz almışdı. Bu il onu əvəzləyən "Qazprom" Azərbaycana 2,75 mlrd. kubmetr yanacaq verməyi planlaşdırır. Bundan əlavə ARDNŞ və "KazRosQaz" QSC arasındakı saziş çərçivəsində yanvardan ilin sonunadək Azərbaycana daha 4,5 milyard kubmetr qaz verilməlidir. ARDNŞ Kazaxıstanın bu şirkətindən qazın hər min kubmetrini 52 dollara alır. Azərbaycan bazarının idxal qazına tələbatı ildə 6 mlrd. kubmetrə yaxındır.
Səngəçal neft terminalının genişləndirilməsi çərçivəsində qazqurutma qurğusu istifadəyə verildikdən sonra, respublika əlavə həcmdə qaz əldə edəcək.Hazırda terminala daxil olan neftin hamısı sudan və qazdan ayrılır .Bu yolla ələ gələn səmt qazı hələ də məşəl kimi yandırılmaqdadır. Lakin təzə qazqurutma qurğusu bu bədxərcliyin qarşısını alacaq. ARDNŞ həmin əlavə qazı öz istehlakçılarına verə biləcəkdir. Şirkət bu ideyanın gerçəkləşməsi üçün qaz qəbulu üzrə xüsusi qurğu və Səngəçal qazpaylaşdırma məntəqəsinədək boru çəkməyi də planlaşdırır.
İYULDA ARDNŞ-İN MİƏ İDARƏSİ 237,2 MİN TON NEFT VƏ 94,73 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB
BAKI.03.09.2004.MEDİA-PRESS: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar (MİƏ) idarəsi iyulda 94,73 min ton neft məhsulları ixrac edib.
Şirkətdə Media-Pressə bildiriblər ki, xaricilərə ən çox dizel yanacağı ( 48,056 min ton) və avtomobil benzini (32,372 min ton) göndərilib. Bununla yanaşı- 12,681 min ton- təyyarə yanacağı , 1,62 min ton- butan ixrac edilib. İyulda xaricə soba yanacağı göndərilməyib.
Ümumiyyətlə isə, MİƏ idarəsi xətti ilə ilin əvvəlindən bəri 598,098 min ton neft məhsulları ixrac edilib. Xaricdə azərbaycan dizel yanacağına daha çox tələbat var. İlin əvvəlindən xaricə 277,768 min ton dizel yanacağı yola salınıb ki, bu da ixrac olunmuş bütün neft məhsullarının təqribən yarısı deməkdir.
ARDNŞ Bakı - Novorossiysk kəməri ilə avqustda - 237,205 min ton, ilin 8 ayında isə-1,728 milyon ton neft ixrac edib.
Xatırladaq ki, həmin marşrutla cari ildə də təqribən 2003-cü il səviyyəsində-2,5 milyon ton neft axıdılacaq. "Şimal" marşrutu ilə axıdılan azərbaycan neftinin hər tonu respublikaya 15, 67 dollara ( müqayisə üçün: Bakı-Supsa kəmərində hər ton- 2,7 dollara!) başa gəlir.
Bakı-Novorossiysk xətti 25 oktyabr 1997-ci ildə istifadəyə verilib. 1999-cu ilin yanvarında Rusiya və Azərbaycan arasında imzalanmış hökumətlərarası müqaviləyə uyğun olaraq, tərəflərdən biri müqaviləni qüvvədən salmaq niyyətini müddətin qurtarmasına yarım il qalmış qarşı tərəfə bildirmirsə, onda müqavilənin müddəti avtomatik surətdə daha bir il uzadılır. Tərəflər qarşılıqlı razılıq əsasında hər 5-ildən bir sazişə düzəlişllər də edə bilərlər.
"AZƏRİQAZ" VƏ "QAZEKSPORT AZƏRBAYCANA QAZ İXRACINI 20% ARTIRMAĞI RAZILAŞDIRIBLAR
BAKI.03.09.2004.MEDİA-PRESS: "Azəriqaz" səhmdar cəmiyyəti (SC) və "Qazeksport" MMC (məhdud məsuiyyətli cəmiyyət) 2004-cü ilin sonunadək Azərbaycana verilən qazın gündəlik həcminin 20%, yəni 18 milyon kubmetrədək artırılmasını razılaşdrıblar.
SC rəhbəri Əlixan Məlikovun məlumatına görə, hazırda Azərbaycan Rusiyadan gündə 15 milyon kubmetr qaz alır. Lakin Mozdok-Qazı-Məhəmməd magistral kəmərindəki qəzalar səbəbindən qaz ixracı son vaxtlar bir neçə dəfə dayandırılmışdı. Tərəflər razılığa gəliblər ki, MMC gündəlik ixracının həcmini 18 milyon kubmetrədək artırsın və respublikamıza olan borcunu ödəsin.
Məlumdur ki, respublikamız qazı ARDNŞlə "Qazeksport" arasındabağlanmış müqaviləyə əsasən alır. Bu sənədə görə, MMC 2004-cü ildə Azərbaycana hər min kubmetri $52 qiymətinə 5,5 milyard kub metr qaz verməlidir.
Mozdok-Qazı-Məhəmməd kəməri ilə Rusiyadan qaz idxalına 2000-ci ilin axırlarından başlanıb. 2001-2003-cü illərdə qaz "İtera"dan alınırdısa, 2004-cü ildən "mavi yanacağı " bizə "Qazeksport" verir. Bu qazın böyük hissəsi elektrik enerjisinin hasili üçün istilik-elektrik stansiyalarına veilir. Azərbaycanda ildə 5 milyard kubmetr həcmində istixrac edilən qaz isə ölkə əhalisinin ehtiyaclarının ödəilməsinə sərf edilir.
Bütövlükdə Azərbaycanın qaza olan illik tələbatı 10-12 milyard kubmetrdir.
"AZƏRİQAZ" 2004-CÜ İLDƏ ANBARLARA 600 MİLYON KUBMETR QAZ VURACAQ
BAKI.03.09.2004.MEDİA-PRESS: Cari ildə "Azəriqaz " SC yeraltı anbarlara (YA) ən azı 600 milyon kubmetr təbii qaz vurmağı planlaşdırır, keçən il isə bu həcm 547 milyon kubmetr olub.
SC prezidenti Əlixan Məlikov jurnalistlərə bu barədə məlumatında qeyd edib ki, hazırda anbarlarda 310 milyon kubmetr qaz var. Hər gün bu rəqəm daha 6 milyon kubmetr həcmində artır. Bunun yarısı öz qazımızdır, qalan yarısı isəRusiyadan idxal ediləndir. Anbarlara qaz vurulması prosesi noyabradək başa çatdırılmalıdır.
A. Məlikov qeyd edib ki, Rusiyadan idxal dayananda yeraltı anbarlara qaz vurulması əməliyyatı da dayandırılır. Anbarlara qaz vurulması ənənəvi olaraq apreldə başlayıb noyabrda başa çatır.
"QAZPROM" VƏ BOTAŞ RUİYA QAZINN 3-CÜ ÖLKƏLƏRƏ İXRACINA DAİR SAZİŞ İMZALAYIBLAR
BAKI.03.09.2004.MEDİA-PRES: Rusiya "Qazprom"u və Türkiyə dövlət boruçəkmə şirkəti BOTAŞ rusiya təbii qazının 3-cü ölkələrə ixracına dair saziş bağlayıblar. Texniki ekspertlər səviyyəsindəki danışıqlar Ankarada keçirilib.
Turkiyə-rusiya işgüzar şurasının sədri Turqut Gür bildirib ki, sazişə uyğun surətdə Turkiyəyə icazə veriləcək ki, rusiya qazının artığını Suriya və İsrail kimi ölkələrə satsın. Bir sıra problemlər üzrə də sazişlər bağlanıb.
Gür qeyd edib ki, "Qazprom" və BOTAŞ Ankaradan 200 km. şərqdə yerləşən Tuz gölünün altında qaz anbarının tikintisində də birgə çalışacaqlar.
BRODIDAN KƏMƏRLƏ ODESSAYA İLK NEFT SENTYABRIN AXIRLARINA VERİLƏCƏK
BAKI.03.09.2004.MEDİA-PRESS: Sentyabrın sonunda Odessa-Brodı kəmərinə ilk kommersiya nefti vurulacaq. "Naftoqaz Ukrainı" səhmdar şirkəti İdarə heyətinin sədri Nikolay Boykonun bu barədə məlumatına görə, kəmər artıq sentyabrın 20-ə kimi texnoloji neftlə doldurulacaq, ayın sonuda isə ilk neft Odessaya gələcək. Yaxın günlərdə ilk tanker də sifariş ediləcək.
Boyko bildirib ki, "Ukrtransnafta" və Rusiya "Transnefti" rusiya neftinin nəqlinin həcmləri və şərtləri üzrə uzunmüddətli müqavilə bağlanılmasına dair danışıqlar aparırlar.
Xatırladaq ki, "Ukrtransnafta"nın 2004-cü ilin iyulunda TNK-BP ilə imzaladığı müqavilə 3 ildə 9 milyon ton neftin Odessa-_Brodı kəməri ilə revers (əks) istiqamətində nəqlini , neftin boruya vurulması xidmətləri haqqının qabaqcadan 100 % ödənilməsini və "al yaxud ödə" prinsipini nəzərdə tutur.
Odessa-Brodı xəttindən revers istifadə məsələsi artıq həll olunsa da , Polşa bu faktdan hələ də təəssüflə danışmaqdadır.Məlumdur Ki, Odessa-Brodı ilə özünün neft emalı zavodları üçün xammal alacağına güvənən Polşa, bu boruya müəyyən ümidlər bəsləyirdi. İndi isə bu ümidlərin doğrulacağını ən azı 3 il gözləmək lazım gələcək.
"Polşa "Odessa-Brodı" kəmərindən müəyyən müddətə revers istifadə barədə Ukraynanın qərarından məyus olub. Bu, razılaşmalarımıza uyğun deyil". Polşanın Ukraynadakı səfiri Marek Zyulkovski mətbuat konfransında belə deyib.
Səfir onu da qeyd edib Ki, "Odessa-Brodı" iki ölkə hökumətlərinin məsləhətləşmələrinin daimi mövzusu olaraq qalır. Məsələn, polşa tərəfi aydınlaşdırmağa çalışır Ki, neft kəmərindən düzünə istifadəyə qayıdış nə vaxt və hansı şərtlərlə mümkündür.
Bu barədə Kiyevin "Delovaya nedelya" nəşriyyəsi yazır.
İLİN SONUNADƏK "AZƏRENERJİ" NMR-DƏ ORDUBAD SES-İN TİKİNTİ LAYİHƏSİNİ HAZIRLAYACAQ
BAKI.03.09.2004.MEDİA-PRESS: "Azərenerji" mütəxəssisləri 2004-cü ilin sonunadək Naxçıvan Muxtar Respublikasında (NAR) Ordubad SES-in tikintisi layihəsini hazırlayacaqlar.
Bu obyektin inşaası NAR-da enerji qıtlığının ən tez bir zamanda ləğvinə kömək edərdi, çünki Ordubad SES-in hasil etdiyi enerji Muxtar respublikanın tələbatının 30 faizini ödəyəcək.
"Azərenerji" SC mətbuat xidmətinin məlumatına görə, indi bu layihənin reallaşdırılmasının bir neçə variantına baxılır. Ekspertlər variantların yerli şəraitə uyğunluğunu dəqiqləşdirirlər. "Bakhidrolayihə" institutunun direktoru Aydın Piriyevin sözlərinə görə, ən məqsədəuyğunu "tunel" variantıdır.Bu variantda stansiyanın gücü 45 meqavat təşkil edəcək. Bu variantın müvafiq TİƏ-si (texniki-iqtisadi əsaslandırması) artıq hazırdır.
AZƏRBAYCAN DAHA 10 ÖLKƏDƏ SƏFİRLİK AÇMAĞI PLANLAŞDIRIR
BAKI.03.09.2004.MEDİA-PRESS: Azərbaycan daha 10 ölkədə öz səfirliklərini açmağı planlaşdırır.
Bu fikrini Naxçıvanda jurnalistlərlə söhbətində açıqlayan ölkə rezidenti İlham Əliyev deyib:"Azərbaycan dünya səhnəsində daha fəal olmalı, öz mövqeyini qorumalıdır. Xaricdə bizim nümayəndəliyimiz az olduğu üçün, daha 10 ölkədə səfirliyimizi açmağı planlaşdırırıq".
Dövlətimizin başçısı Həsən Həsənov və Tamerlan Qarayevin Macarıstan və Hindistana səfir təyin olunmalarını da məqamında şərh edib:" Həsən Həsənov və Tamerlan Qarayevin təyinatlarına gəldikdə, onların hər ikisi diplomatik qulluqda olub. H.Həsənov uzun illər Azərbaycanın BMT-dəki səfiri, sonra da Xarici İşlər naziri olub. Onun zəngin diplomatik təcrübəsi var və hesab edirəm ki, bu təcrübədən yararlanmaq lazımdır, T.Qarayev uzun müddət Çində səfir işləyib və Azərbaycanı ləyaqətlə təmsil edib. Mən prezident seçkilərindən əvvəl də, sonra da demişəm ki,hər bir vətəndaş mənim üçün əzizdir. Keçmişdə çox şeylər olub, çox səhvlərə yol verilib. Azərbaycanda vətəndaş mühəribəsi baş verib. Ancaq bilirsiniz ki, mən Azərbaycanda cinayət törətmiş şəxsləri də bağışladım. Ona görə yox ki, mən onları siyasi məhbus sayıram. Mən öz fikrimdə qalıram və bu barədə Avropa Şurasının nümayəndələrinə də demişəm ki, əfv olunanların bəzisi siyasi məhbus deyil". İlham Əliyev belə deyib.
Dövlət başçısı daha sonra deyib:" Azərbaycanın qarşısında yeni vəzifələr durur.Biz ölkəmizi inkişaf etdirməli, vətəndaşlarımızı səfərbər etməliyik. Biz milli barışığa nail olmuşuq və bunu möhkəmlətmək olar. Ona görə də mənim təklifim belədir- köhnə ixtilaflar keçmişdə qaldı. Bu mənim fikrimdir, əgər qarşı tərəf eşidirsə, mən buna şad olardım. Yox, əgər eşitmirsə, onda günah özlərinindi". Sitatın sonu.
RUSİYA, AZƏRBAYCAN VƏ İRAN DƏMİRYOLU KONSORSİUMU YARADILMASI MƏSƏLƏSİNİ SENTYABRDA BAKIDA MÜZAKİRƏ EDƏCƏKLƏR
BAKI.03.09.2004.MEDİA-PRESS: İrandan Rusiyayadək dəmiryolu çəkilişi üzrə rusiya-azərbaycan-iran konsorsiumu yaradılması üzrə işçi qrupunun 3-cü iclası Bakıda sentyabrın sonunda keçiriləcək.
"İnterfaks-Azərbaycan" agentliyinə bu məlumatı respublika Nəqliyyat nazrliyi verib.
Yeni dəmiryolu xətti beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizinin əsas halqasından birinə çevriləcək.
Növbəti iclasda İran, Rusiya və Azərbaycan dəmiryolu idarələrinin rəhbərləri nəqliyyat dəhlizinin işləməsi və tərəflərdən hər birinin onda iştirakı üçün gərəkli olan bir sıra layihələrin maliyyələşdirilməsi məsələlərini müzakirə edcəklər.
Nəqliyat nazirliyində bildiriblər ki, proqramın gerçəkləşməsi üçün İran ərazisində dəmir yolunun bir neçə qolunu çəkmək lazımdır. Lakin İran tərəfi Azərbaycan və İran dəmiryolu infrastrukturlarının qovşaq sahələrini layiələşdirməyə hələ heç başlamayıb da. Nazirliyin ekspertlərinə görə, bu onunla bağlıdır ki, iran tərəfi həmin işə rusiya şirkətlərini cəlb etmək istəyir.
"Rusiya Dəmiryolları" açıq səhmdar cəmiyyətinin ( ASC) sədri Gennadi Fadeyev artıq qeyd edib ki, rusiya tərəfi yolun çəkilişi layihələrinin reallaşmasında İrana maliyyə yardımı göstərməyə hazırdır.
Bakı görüşündə 3-tərəfli konsorsiumun ərazisində qeydə alınacağı ölkənin seçilməsi məsələsinin müzakirəsi də planlaşdırılır. Azərbaycan Nəqliyat nazirliyi nümayəndəsinin qeyd etdiyi kimi, Azərbaycan da depozitar ölkə (konvensiyanın sənədlərini özündə saxlayan ölkə -Media-Press) rolunda çıxış edə bilər, hərçənd ki, bu məsələ qarşıdakı məsləhətləşmələrin yekununda öz həllini tapacaq.
Xəbər verildiyi kimi, dəmiryolu xəttinin layihələşdirilməsi, tikintisi və sonrakı istismarı üzrə konsorsium ASC formasında hüquqi şəxs tərəfindən idarə olunacaq. İşçi qrupu yaradılan konsorsiumun maliyyə modelinə dair ilkin təkliflərini hazırlayıb. Təkliflər tərəflərdən hər birinin məsuliyyətini və zəmanətini müəyyənləşdirib.Tərəflər idarəetmə orqanlarına öz nümayəndələrinin namizədliyini, habelə təsis sənədləri üzrə qeyd və təkliflərini sentyabrın 15-dək tərəfdaşlarına təqdim edəcəklər.
Yaradılacaq səhmdar cəmiyyətinin nizamnamə kapitalının ilkin məbləğinin $6 milyon olacağı güman edilir və tərəflər ona bərabər payla daxil olacaqlar.
RUSİYA SUALTI QAYIQLARININ İSTEHSALÇISI ÖZ MÜLKİ MƏHSULLARINI XƏZƏRƏ GÖNDƏRCƏK
BAKI.03.09.2004.MEDİA-PRESS: RF Severodvinsk müdafiə müəssisəsi "Sevmaş"ın nümayəndə heyəti Azərbaycanda olub. Heyətə müəssisənin baş direktoru Vladimir Pastuxov rəhbərlik edib.
İA REGNUM agentliyinin məlumatına görə, "Sevmaş" nümayəndələrinin əsas məqsədi azərbaycanlı həmkarları ilə, ələlxüsus da sualtı atom qayıqları üçün bir sıra məmulat hazırlayan Bakı "Prompribor" elmi-istehsalat birliyi (EİB) ilə əməkdaşlığı genişləndirmək olub.
İndi "Sevmaş" Azərbaycan və Xəzər bölgəsi bazarlarına yol tapmaq üçün öz məhsullarının daha geniş təqdimatını təşkil etməlidir. Tədbir sentyabrın 20-də olmalıdır. Oktyabrın əvvəlində isə oxşar tədbir Qazaxıstanın neft-qaz şirkətləri üçün keçiiləcək.
AZƏRBAYCANIN XARİCİ TİCARƏT DÖVRİYYƏSİ 7 AYDA 3,6 MİLYARD DOLLAR TƏŞKİL EDİB
BAKI.03.09.2004.MEDİA-PRESS: Azərbaycanın xarici ticarət dövriyyəsi 2004-cü ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 33,3% artaraq, 3,6 milyard dollar təşkil edib. İxracın həcmi 32,3% (1,8 milyard), idxalınki isə -34,3% ( o da təqribən -1,8 milyard) artıb.
2004-cü ilin 7 ayında bütün əmtəə dövriyyəsinin 28,2 faizi - MDB, 40,4 faizi- Avropa İttifaqı ölkələrinin payına düşüb. Ümumiyyətlə, əmtəə dövriyyəsinin 56,9 faizi- Avropa, 39,8 faizi- Asiya, 2,6 faizi- Amerika, 0,5 faizi- Afrika və 0,2 faizi- Okeaniya ölkələrinin payına düşüb.
Bü müddətdə 115 ölkə ilə ticarət əməliyyatları aparılıb. Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Rusiya, Türkiyə, Qazaxıstan,Böyük Britaniya,Fransa, İran,Almaniya, Türkmənistan, ABŞ, Ukrayna, Çin, Malayziya və Yaponiya olub.
Xatırladaq Ki, ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 5,218 milyard dollar təşkil edib. İxrac- 2,592 milyard, idxal -2,626 milyard dollara bərabər olub. Nəticədə 2003-cü ildə xarici ticarət dövriyyəsində -34 milyon dollar mənfi saldo yaranrıb. Keçən il ərzində Azərbaycan 129 ölkə ilə ticarət aparıb.
Azərbaycan hökuməti 2008-ci ilədək xarici ticarət həcminin 6,156 milyard dollara çatdırılacağını proqnozlaşdırır.
AZƏRBAYCANDA DÖVRİYYƏDƏ 2,925 TRİLYON MANAT ( 596,3 MİLYON DOLLAR) PUL KÜTLƏSİ VAR
BAKI.03.09.2004.MEDİA-PRESS: Azərbaycanda cari il avqustun 1-ə dövriyyədə olan pul kütləsinin həcmi 2, 925 trilyon manat təşkil edib Ki, bu, 2003-cü ilin oxşar göstəricisindən 1,9% çoxdur (4905 manat = 1 dollar).
Azərbaycan Milli Bankının (AMB) mətbuat xidmətində Media-Pressə verilən məlumata görə, pul kütləsinin ümumi həcminin 2,068 trilyon manatı- nağd, 857,4 milyard manatı isə - nağdsız pul vəsaitləridir. Cari il iyulun 1-i ilə müqayisədə nağd pul kütləsi- 59,4 milyard, nağdsız isə -0,5 milyard manat çoxalıb.
AZƏRBAYCANDA 31 MİNƏ YAXIN SAHİBKAR XÜSUSİ "NƏZARƏT KİTABÇALARI" İLƏ TƏMİN EDİLİB
BAKI.03.09.2004.MEDİA-PRESS: Azərbaycanda 31 min sahibkar xüsusi "nəzarət kitabçası" ilə təmin edilib. Bu məlumatı Media-Pressə İqtisadi İnkişaf Nazirliyində veriblər.
Xatırladaq Ki, ölkə prezidentinin "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafını əngəlləyən süni maneələrin ləğv edilməsi haqqında" fərmanına əsasən, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə və təşkilatlar "nəzarət kitabçaları"na malik olmalıdır. Bu sənəd vergi xidməti əməkdaşlarının apardıqları bütün yoxlamaları qeyd etməyə, bununla da , plandankənar, yaxud qanunsuz təftişləri aşkarlamağa imkan verir. Vergi xidmətlərinin əməkdaşları yoxlamanı yalnız müvafiq icazə sənədi təqdim etdikdə və yoxlama faktını hökmən "nəzarət kitabçası"na yazdıqda, icra edə bilərlər. Bundan əlavə, yoxlamada İqtisadi İnkişaf nazirliyinin nümayəndəsi də iştirak etməlidir.
Qeyd edək Ki, 2003-cü ildə sahibkarları qanunsuz yoxladıqllarına görə, Azərbaycan Vergilər Nazirliyi sisteminin 40-dan çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb, 200-dən artığı inzibati qaydada cəzalandırılıb.
YUNANISTANIN TURİZM NAZİRİ AZƏRBAYCANA GƏLƏCƏK
BAKI.03.09.2004.MEDİA-PRESS: Yunanıstanın turizm naziri Dimitris Avramopulos Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Bakıda mətbuat konfransında məlumat verən Azərbaycan Gənclər,İdman və Turizm naziri Əbülfəz Qarayev deyib:
"Yunanıstanlı nazirin Azərbaycana səfərinə dair razılığımız Afinadakı Olimriada günlərinə təsadüf etdi. Şərtləşdik Ki, o respublikamızı 2005-ci ilin aprelində ziyarət edəcək".
Üunanıstanda turizm nazirliyinin bir qədər əvvəl yaradıldığını və ona Afina eks-merinin başçılıq etdiyini vurğulayfan Ə. Qarayev deyib "Nazirliklərin Bakıda əməkdaşlıq sazişi imzalayacağı gözlənilir Ki, bu da azərbaycan turizminə sərmayə cəlb olunmasına imkan verəcək".
ƏLAVƏ
XƏZƏR BALIQÇILARINI QARA GÜNLƏR GÖZLƏYİR
BAKI.03.09.2004. MEDİA-PRESS: Birləşmiş Millətlər Təşkilatı qara kürü ixracını gələn ildən qadağan etmək niyyətindədir. Bu günlərdə müvafiq qərarı BMT Qorunan heyvan və bitki növlərinin beynəlxalq ticarəti üzrə Agentlik (CITES) imzalayıb.
Agentliyin Baş katibinin müavini Cim Armstronqun sözlərinə görə, belə sərt qərar 2001-ci il sazişinin yerinə yetirilməməsi ilə bağlıdır. Həmin sazişə görə, ixracçı ölkələr nərəkimilərin qanunsuz ovlanmasının həcmlərinə dair məlumatı CITES-ə verməyə borcludur.
Cim Armstronq deyib:"Lakin Xəzər sahilindəki əsas ixracçı ölkələr brakonyerlərin nə qədər nərə balığı ovladıqlarına dair dəqiq rəqəmlər verə bilməyiblər".
"Vremya novostey" qəzeti xatırladır Ki, nərə balıqları kürüsünün ticarətinə qoyulan məhdudiyyətlər hələ 1998-ci ildə müəyyənləşdirilib və səbəb də brakonyerliyin, balığın qanunsuz ovunun, artması olub. Məhdudiyyətlər 20 növ balığa, o cümlədən, nərə balığı, uzunburun balıq və ağbalığa aiddir.Bunu da qeyt etməliyik Ki, bu hal nərəkimiləri süni şəraitdə yetişdirən balıqçılıq təsərrüfatlarından qara kürünün ixracına və daxili bazarlarda ticarətinə şamil edilmir.
Qara kürünün əsas ixracıları xəzəryanı ölkələrdir: Azərbaycan, Rusiya, Qazaxıstan və İran. Xəzərdə nərəkimilərin ovlanmasının və kürüsünün ixracının 51 faizi sonuncunun payına düşür. Qalan 3 ölkə isə 49 faizi bölüşdürür. Statistikaya görə, bu 4 ölkə ötən il birlikdə 150 tondan artıq kürü satıb. Qərbdə ağbalıq kürüsünün bir qramı 3,5 dollara satılır.
Xəzərin bu delikatesinin - ən yüksək keyfiyyətli qara kürüsünün -bir kilosunun bazar qiyməti hətta 6 min dolları aşır! Armstronqun sözlərinə görə, bu bölgədə nərəkimilərin ovunu ən vicdanla gerçəkləşdirən İrandır. Sitat:"İranda qanunsuz balıq ovu o qədər də yayılmayıb. Lakin Rusiyada nərəkimilərin qanunsuz ticarətinin miqyası o dərəcədə genişlənə bilər ki, qanunsuz ovun həqiqi həcmlərini hesablasaq, yaxın gələcəkdə heç bir kvotanın bəs etməyəcəyini görərəik".
CIETS qara kürünün ixracına qadağa qoymaqla yanaşı, "qara bazarda" balığın dövriyyəsinə dair öz tədqiqatını da aparmaq niyyətindədir. Armstronqun vurğuladığı kimi, nəticələrin pis olacağı təqdirdə, Rusiya qara kürü ixracının qanuni kvotalarından qeyri-müəyyən müddətə ümumiyyətlə məhrum edilə bilər. O , həmçinin qeyd edib ki, Rusiya və Qazaxıstan brakonyerliklə mübarizəni ilk növbədə öz sahil sularında balıq ovlayan xarici balıqçıları tutmaq və qənimətlərini müsadirə etmək kimi başa düşürlər. Lakin , Armstronqa görə, yalnız bununla məhdudlaşmağa dəyməz. "Balıqçıların, tacirlərin, yerli hakimiyyət orqanları nümayəndələrinin təsdiqlədiklərinə görə, sovet dövründə diqqətdən kənarda qalmış brakonyerlik son 15 ilin iqtisadi sarsıntıları və korrupsiyanın vüsət aldığı bir şəraitdə yaşayışı təmin etmək vasitəsinə çevrilib". CITES nümayəndəsi belə deyib.
"Vremya novostey" bu sözlərin həqiqətdən uzaq olmadığını yazır. Axı, ixtioloq-mütəxəssislərin hesablamalarına görə , 1970-ci ildən bəri Xəzərdə nərəkimilərin sayı demək olar ki, 90% azalıb. Son araşdırmalar göstərir ki, yalnız 2001-2002-ci illərdə kürütökən balıqların sayının 40% azalması məhz brakonyerlərin fəaliyyəti nəticəsində baş verib.
Parçalanmazdan öncə SSRİ beynəlxalq bazara çıxarılan qara kürü və nərəkimilərin ətinin həcminə görə dünyada ilk yeri tuturdu. İndi bu sahədə dünya lideri sayılan İran satış həcminə görə Rusiyanı təqribən 7 dəfə qabaqlayır. Mütəxəssislərin çoxuna görə, İran bu nailiyyətlərini balıq ovu və kürü istehsalı üzərində dövlət inhisarının tətbiqi sayəsində əldə edib. Bundan əlavə Rusiyada nərəkimilərin sənaye üsulu ilə artırılması üçün süni su tutarları yox dərəcəsindədir. Hərçənd elə ölkələr var ki, kürü istixracını yalnız qapalı göllərdə həyata keçirir.
Məsələn, Fransa. Hələ ötən əsrin 70-ci illərində SSRİ-dən bir neçə yüz nərə balığını hədiyyə almış bu ölkə indi ildə 10 tondan artıq kürü hazırlayır. Bu, Rusiyanın rəsmi istehsal həcminin 20 faizi deməkdir.
<<< <<<