rus ||  eng


AZƏRBAYCANIN ONŞOR YATAQLARINDA İLİN ƏVVƏLİNDƏN BƏRİ 614,1 MİN TON NEFT ÇIXARILIB


BAKI.06.09.2004.MEDIA-PRESS:
Azərbaycanın onşor yataqlarını işləyən müştərək müəssisələr (MM) və əməliyyat şirkətləri (ƏŞ) 2004-cü ilin 8 ayında 614,1 min ton neft çıxarıblar. Bu, proqnozdan 23 % artıqdır.
Göstərilən müddətdə MM və ƏŞ-ləri dövlətə 493,5 m in ton neft təhvil veriblər ki, bu da plandan 17 % və 2003-cü ilin eyni göstəricisindən 6,1 % çoxdur.
Onşor yataqlarda qaz istixracı ilin ilk 8 ayında 83,6 milyon kubmetr, yaxud planlaşdırılandan -39,3% və 2003-cü ilin yanvar-avqust göstəricisindən 14,8% çox olubdur. Dövlətə 41,1 milyon kubmetr, yaxud nəzərdə tutulandan 27,7 % az qaz təhvil verilib.
Azərbaycanın quruda yerləşən ( onşor) yataqlarında iki ƏŞ - Karasu operating company ("Mişovdağ_Kəlamətdin") və Salyan Oil ("Kürsəngi_Qarabağlı" bloku) , həmçinin 3 MM - azərbaycan-alman AzGerneft -i ( "Ramana" yatağı ), azərbaycan-britaniya ShirvanOil-i( Kürovdağ yatağı) və azərbaycan-türkiyə Anshad Petrol-u ("Neftçala-Xıllı- Durovdab" bloku) işləyir.


ARDNŞ ÖZ NEFTİNİN İLK OKTYABR PARTİYASININ SATIŞI ÜZRƏ TENDER EDAN EDİB

BAKI. 06.09. 2004. MEDİA-PRESS: ARDNŞ Novorossiysk limanından tankerlə yola salınacaq azərbaycan neftinin ilk oktyabr partiyasının satışı üzrəi tender elan edib. 135 min ton həcmində olacaq bu yanacağın oktyabrın 15-16-da yola salınması planlaşdırılır.
Bu il ARDNŞ Bakı-Novorossiysk marşrutu ilə 2,5 mln. ton , yəni keçənilki həcmdə, neft axıtmağı planlaşdırır.


2004-CÜ İLİN AVQUSTUNDA AZƏRBAYCANDA DÖVLƏTƏ 358,9 MİLYON KUBMETR QAZ TƏHVİL VERİLİB

BAKI.06.09.2004. MEDİA-PRESS: Azərbaycanda bü ilin avqust ayında dövlətə 3158,9 milyon kubmetr qaz qaz təhvil verilib.
Bu həcmin 284,4 milyon kubmetri ARDNŞ-in bölmələrinin , 73,3 milyon kubmetri - ABƏŞ -in ( "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə Azərbaycan Bynəlxalq Əməliyyat şirkəti) , 2,6 milyon kub metri isə - müştərək müəssisələrin (MM) payına düşüb.
Ümumi həcmin 354,6 milyon kubmetri (planlaşdırılandan 5,2% çox) "Azəriqaz" sisteminə, qalan 4,3 milyon kubmetri Azərbaycan Qaz emalı zavoduna (AzQEZ) (34,8 % az) verilib. Ümumiyyətlə isə ilin əvvəlindən "Azəriqaz" -1,995 milyard, AzQEZ isə-809,3 milyon kubmetr qaz alıblar.
Azərbaycanın tələbatının ödənilməsi üçün ildə 10-12 mlrd. kubmetr qaz lazımdır. Ötən il respublikamız "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mld. kub metr qaz almışdı. Bu il onu əvəzləyən "Qazprom" Azərbaycana 2,75 mlrd. kubmetr yanacaq verməyi planlaşdırır. Bundan əlavə ARDNŞ və "KazRosQaz" QSC arasındakı saziş çərçivəsində bu ilin yanvarından dekabrın sonunadək Azərbaycana daha 4,5 milyard kubmetr qaz veriləcək. ARDNŞ Kazaxıstanın bu şirkətindən qazın min kubmetrini 52 dollara alır.Azərbaycan bazarının idxal qazına tələbatı ildə 6 mlrd. kubmetrə yaxındır.
Səngəçal neft terminalının genişləndirilməsi çərçivəsində qazqurutma qurğusu istifadəyə verildikdən sonra, respublika əlavə həcmdə qaz əldə edəcək.Hazırda terminala daxil olan neftin hamısı sudan və qazdan ayrılır .Bu yolla ələ gələn səmt qazı hələ də məşəl kimi yandırılmaqdadır. Lakin təzə qazqurutma qurğusu bu bədxərcliyin qarşısını alacaq. ARDNŞ həmin əlavə qazı öz istehlakçılarına verə biləcəkdir. Şirkət bu ideyanın gerçəkləşməsi üçün qaz qəbulu üzrə xüsusi qurğu və Səngəçal qazpaylaşdırma məntəqəsinədək boru çəkməyi də planlaşdırır.


QAZAXISTANIN AKTAU LİMANINDAKI NEFTDOLDURMA KÖRPÜLƏRİNƏ YENİDƏNQURMADAN SONRA İRİ TONNAJLI İLK TANKERLƏR YAN ALIB

BAKI.06.09.2004.MEDİA-PRESS: Yenidənqurma işləri başa çatdıqdan sonra Qazaxıstanın Aktau limanının körpülərinə iri tonnajlı ilk tankerlər yan alıb. İndi bu körpülər dedveyti (su tutumu) 12 min ton olan və 7-metrədək suya oturan gəmiləri qəbul edə bilər.
Qazaxıstan Energetika və Təbii Ehtiyatlar naziri Vladimir Şkolnikin sözlərinə görə, beynəlxalq standartlara üyğun 2 terminalın istifadəyə verilməsi Qazaxıstanda neft hasilatının artmasına imkan verən infrastrukturun inkişafının mühüm ünsürünə çevrilib.
Sitat :"2015 -ci ilədək Qazaxıstan ildə 150 milyon tondan artıq neft hasil edəcək. Odur ki, bu həcmdə yanacağın dənizlə beynəlxalq bazarlara çıxarılması olduqca vacibdir.Yeni terminallar Aktau limanının illik gücünü 12 milyon tona çatdırmağa imkan verəcək.
Sentyabrın 3-də Aktauda ilk olaraq rusiya tankeri "Mexanik Çepuridze" yükləndi.Tezliklə burada biz respublikanın öz gəmilərini də görəcəyik. Qazaxıstanın 12 min tutuma malik ilk tankeri Vıborq gəmiqayırma zavodu tərsanəsindən avqustun 5-də suya salınacaq və Aktauya oktyabrda gələcək. 2-ci belə tanker 2005-ci ilin mayına hazır olacaq. V.Şkolnikin sözlərinə görə, planlaşdırıldığı kimi, yaxın illərdə qazaxıstan donanması Maxaçqalaya, Bakıya ( Bakı-Tbilisi-Ceyhan kəməri üçün) və iran limanlarına ildə 20 milyon tona qədər neft daşıya biləcək.


UKRAYNADA QAZ YATAĞI AŞKARLANIB

BAKI.06.09.2004.MEDİA-PRESS: Ukraynada aşkarlanmış qaz yatağının alt üfüqləri ölkənin qaz ehtiyatını 100 milyard kub metrə çatdıracaq. Ukroil. Com-un məlumatına görə, xəbəri açıqlayan "Naftoqaz Ukrainı" milli SC idarə heyətinin sədri Yuri Boykonun fikrincə, yataq ildə 4 milyard kubmetr qaz verə bilər. Yeni qaz yatağı Xarkov vilayətində yerləşir.


OPEK PREZİDENTİNƏ GÖRƏ, BAZARDA GÜNDƏLİK NORMADAN 1,5 MİLYON BARREL ARTIQ NEFT VAR

BAKI.06.09.2004.MEDİA-PRESS: Hal-hazırda dünya bazarında gündəlik normadan 1,5 milyon barrel artıq neft var , neft fyuçersləri qiymətlərinin düşməsi isə sübut edir ki, bazara neftin fasilələrlə çıxarılması təşvişləri azalıb. OPEK prezidenti Purnomo Yusgiantoro belə hesab edir.
Bloomberg ageniliyinin məlumatına görə, prezident diqqəti buna yönəldib ki, bazar indi İraqda vəziyyətin sabitləşəcəyinə, həiçinin Rusiyanın ən böyük neft ixracçısı "YUKOS" şirkəti ilə RF hökuməti arasındakı münaqişənin həllin yönəlik qərarlar intizarındadır.
Yusgiantoqo dünya neftinin üçdə birini hasil edən OPEK-in neft hasilatı kvotalarını artırmaq niyətində olub-olmamasını deməkdən imtina edərək, bildirib ki, hər hansı qərara gəlməzdən öncə, təşkilatın üzvləri bazardakı vəziyəti dəyərləndirəcəklər.
OPEK üzvlərinin keçən həftə bəyan etdikləri kimi, Kartel qış dövründə ABŞ və Avropada neftin kafi ehtiyatını təmin etmək üçün 15 sentyabr konfransında hasilat kvotalarını artıra bilər. Bloombergin məlumatına görə, avqustda gundəlik hasilat kvotasının 26 milyon barrel olmasına rəğmən, OPEK 29,92 milyon barrel neft çıxarıb.
Agentliyin məlumatına görə, NYMEX-də (Nyu-York əmtəə birjasında) oktyabr fyuçers müqaviləlrinin qiyməti cümə günü bir barrelə görə $43,99 həddində bağlanıb ki, bu da avqustun 20-ə nisbətən ( həmin gün bir barrelin qiyməti tarixi maksimuma -$49,40 həddinə çatmışdı) 11% düşüb.


AZƏPBAYCAN VERGİLƏR NAZİRLİYİ MƏNFƏT VERGİSİ DƏRƏCƏLƏRİNİN AZALDILMASINA QARŞIDIR

BAKI.06.09.204. MEDİA-PRESS: Respublika Vergilər nazirliyi mənffət vergisi dərəcələrinin azaldılması əleyhinədir.
Nazirlər kabinetində "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki, indildikdə mənfət gəlirinin dərəcəsi 24 faizdir. " Hökumətin bir sıra üzvləri, məsələn, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri, mənfəət gəliri dərəcəsini 22=23 faizə endirməyi təklif edirlər. Vergilər Nazirliyi isə azalmanın ümumiyyətlə əleyhinədir. Fiskal orqanlar vergi dərəcələrinin azaldılması ehtimalı və kəsiriörtmə mənbələri ilə bağlı itkiləri hesablayır.
Hökumət 2005-ci ilədək mənfəət gəlirini 24 faizdən 22 -yə endirməyi planlaşdırır və indi bu məsələ barədə nazirliklər və baş idarələrlə məsləhətləşmələr aparır. 2005-ci ilədək faiz dərəcəsinin 22-yə endirilməsi realdır və hökumət də vergi yükünün azaldılmasını dəstəkləyir".
2004-cü il üçün mənfəət vergisi toplanması üzrə plan tapşırıqları Vergilər Nazirliyi üçün 1 trilyon 072 milyard manat səviyəsində və yaxud büdcənin bütün mədaxilinin 14,2 faizi həcmində müəyyənləşdirilib ( manatın rəsmi məzənnəsi: 4905 manat =1$)


AZƏRBAYCANIN GÖMRÜK ORQANLARI RÜSUM TOPLANMASINI 8 AYDA 28% ARTIRIBLAR

BAKI.06.09.2004. MEDİA-PRESS: Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və onun yerli qurumları 2004-cü ilin yanvar-avqusunda vergi və rüsumların yığılması planını 2003=cü ilin eyni dövrü ilə müqayisədə 27,7% artıraraq , 810,49 milyard manata çatdırıblar.
DGK Mətbuat xidmətinin məlumatına görə, gömrükçülər 8 ayda vergilər və rüsum yığılması üzrə proqnoz göstəricisini 9,3% və yaxud 68,81 mlrd. manat (4903 manat =1$) artırıblar.


AZƏRBAYCAN DƏMİRYOLU İLƏ NEFT VƏ NEFT MƏHSULLARININ TRANZİT HƏCMİNİ 2003-CÜ İL SƏVİYYƏSİNDƏ SAXLAYACAQ

BAKI.06.09.2004.MEDİA-PRESS: Azərbaycan Dəmiryolu (AzDY) idarəsi 2004-cü ildə neftin və neft məhsullarının tranzit həcmini keçən ilin səviyyəsində saxlayacaq. Respublika Nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə bu məlumatına əlavə edib ki, keçən il bu qəbildən 14 milyon ton yük daşınıb.
M. Pənahov qeyd edib ki, cari ilin əvvəlindən respublikada bu məhsulların dəmiryolu ilə tranzit daşımalarının ortaaylıq həcmi keçənilki göstəricilərdən təxminən 400-500 min ton geri qalır. Lakin AzDY 2004-cü ilin payız və qışında bu yüklərin tranzit daşımaları həcminin artacağını gözləyir.
Cari ildə AzDY ilə neft tranzitinin azalmasının başlısa səbəbi Acarıstanda siyasi vəziyyətin gərginləşməsi olub və nəticədə Batum limanındakı neftdoldurma terminalı iki dəfə bağlanıb.
AzDY Qazaxıstan və Türkmənistandan neftin tranzit daşımalarını həyata keçirir.


AZƏRBAYCAN 4 " A-319" TƏYYARƏSİNİN SATIN ALINMASINA KREDİT CƏLB EDİLMƏSİNƏ DAİR DANIŞIQLAR APARIR

BAKI.06.09.2004. MEDİA-PRESS: Azərbaycanın Nəqliyyat nazirliyi 4 ədəd "Airbus A-319" təyyarəsinin satın alınmasına kredit cəlb olunması üçün avropa maliyyə insitutları ilə danışıqlara başlayıb. Nazirlikdə "İnterfaks_-Azərbaycan" agentliyinə bu barədə bildiriblər k,danışıqlar Almaniya və Fransa bankları ilə aparılır. Azərbaycan 130-140 milyon avro kredit cəlb edəcəyinə ümid bəsləyir.
Qeyd etmişdik ki, Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü il avqustun 24-26-da Almaniyaya səfəri zamanı 4 ədəd təyyarənin alınması barədə "Airbus" konserni ilə ilkin razılıq əldə olunub. Yeni təyyarəni "Azərbaycan Hava Yolları" dövlət konserni istismar edəcək.


DB EKSPERTLƏRİ "AZƏRBAYCANIN MAGİSTRAL AVTOMOBİL YOLLARI" LAYİHƏSİNİN REALİZƏSİ İLƏ TANIŞ OLACAQLAR

BAKI.06.09.2004.MEDİA-PRESS: Dünya Bankı (DB) ekspertlərinin respublikamıza gəlişinin məqsədi "Azərbaycanan magistral avtomobil yolları" layihəsinin necə həyata keçirildiyini yoxlamaqdır. D B -nın bu məqsədlə respublikamıza ayırdığı $40 milyon məbləğində kredit Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) xətti ilə verilir.
Media-Press xəbər verib ki, layihə Bakıdan Gürcüstan sərhədinədək uzanan magistralın bir hissəsi olan 93-km.-lik müasir Gəncə-Qazax avtomobil yolunun çəkilişini nəzərdə tutur. Bu işlərin gedişində yol genişləndiriləcək, drenaj sistemi yaxşılaşdırılacaq, siqnal və informasiya işarələri quraşdırılacaq. Azərbaycanın bütün yollarının sahibi "Azəravtoyol" dövlət knserninin strukturu da bu layihə çərçvəsində təkmilləşdirilməli, texniki təchizatı yaxşılaşdırılmalı, işçiləri müvafiq hazırlıq keçməli və yol təhlükəsizliyi planı tərtib olunmalıdır.
Layihə 2 mərhələdən ibarətdir. İlk mərhələdə Gəncə-Şəmkir yolunun 3-km.-lik hissəsi yenidən qurulur , Burada işi görə türkiyə şirkəti Turan & Hazinadaroglu-dur. 2-ci mərhələ 73 km.-lik Şəmkir-Qazax avtomobil olunun bərpasını nəzərdə tutur. Gəncə-Qazax yolu həm də Böyük İpək yolunun tərkib hissəsidir.
Layihənin dəyəri $48 milyondur. Bunun $40 milyonu BİA-nın krediti, $6,5 milyonu -Azərbaycanın vəsaiti, $1,5 milyonu isə Avropa İttifaqıqı TACİS proqramınn ayırdığı vəsaitdir. Azərbaycan hökumətinin DB ilə 2001-ci ilin iyununda bağladığı bu 4-illik sazişin krediti illik 0,75 faizlə 35 ilə verilib.


LƏNKƏRANDA YERLİ VƏ XARİCİ İŞ ADAMLARININ İŞTİRAKI İLƏ BİZNES-FORUM KEÇİRİLƏCƏK

BAKI.06.09.2004.MEDİA-PRESS: Sabah Azərbaycanın cənub rayonu Lənkəranda yerli və xarici iş adamlarının, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə biznes-forum keçiriləcək. Tədbirdə iş adamlarını maliyyələşdirmək üçün Sahibkarlığa yardım Mili fondunun vəsaitlərindən istifadə hüququna malik olan bankların nümayəndələri də iştirak edəcək. Forumun vəzifəsi bölgəyə sərmayə cəlb etmək, sahibkarlığı inkişaf etdirmək və respublikanın cənub rayonlarının iqtisadi imkanlarından daha səmərəli istifadə etməkdir.
İqtisadi İnkişaf Nazirliyində Media-Pressə bildiriblər ki, görüş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində keçirilir.
2004-08-ci illəri əhatə edən proqram bu müddətdə 600 min yeni iş yeri yaradılmasını nəzərdə tutur. Bu proqramın gerçəkləşməsi məqsədi ilə Azərbaycanın bütün ərazisi 10 iqtisadi zonaya bölünüb.
Respublika bölgələrinin inkişaf etdirilməsinin zəruriliyi ölkənin əsas iqtisadi gücünün Bakıda təmərküzləşməsindən irəli gəlir. Məsələn, dövlət büdcəsindən bölgələrə yalnız 15% vəsait ayrılıb, rayonlara birbaşa investisiyaların payı isə- 20 faizdir. Bölgələrin inkişafına dair dövlət proqramının gerçəkləşməsi işləməyən müəssisələrin bərpası, yeni iş yerlərinin yaradılması, sosial və kommunal sahələrin təkmlləşdirilməsi, sahibkarlığın inkişafı üçün şərait yaradlması və xarici sərmayələrin cəlb olunması kimi problemlərin həllinə kömək edərdi.
Dövlət proqramına uyğun olaraq, 2008-ci ilin sonunadək ÜDM -in ( ümumi daxili məhsulun) həcmi 76,3 trilyon manat təşkil edəcək və ya 2003-cü illə müqayisədə 2,3 dəfə artacaq. Adambaşına ÜDM istehsalı 1578 dollara, ÜDM-də şəxsi sektorun payı isə -85 faizə yüksələcək.
Azərbaycanda sahibkarlığın və bölgələrin inkişafında Sahibkarlığa yardım milli Fondu da az rol oynamır. Belə ki, ötən il Fond iş adamlarına 50 milyard manat kredit ayırıb. Bu vəsaitlər respublikanın 49 şəhər və rayonunda 273 biznes-layihənin maliyyələşdirilməsinə sərf edilib və bu zaman bütün məbləğin 80 faizi paytaxtdan kənardakı obyektlərə ayrılıb. İlk növbədə istehsalla və ya emalla məşğul olan müəssisələr maliyyələşdirilib.
2004-cü ildə dövlət büdcəsindən Fonda 100 milyard manat ayrılmalıdır. 2005-ci ildə isə bu rəqəm 250 milyarda çatacaq. Ötən 5 ildə dövlət büdcəsindən Fonda ildə 13 milyard (ümumən- 65 milyard) manat ayrılmasına rəğmən, bu pulun vur-tut 6 mlyard manatı xərclənib.


DB MİSSİYASI AZRBAYCANDA TƏHSİL SİSTEMİNİN İSLAHATI ÜZRƏ 10-İLLİK PLANIN REALİZƏSİ İLƏ TANIŞ OLUR

BAKI.06.09.2004. MEDİA-PRESS: Dünya Bankının (DB) Bakıya gəlmiş missiyası Respublikada təhsil sisteminin islahatı üzrə yeni 10-illik proqramının tətbiqi ilə tanış olur. Bu barədə DB- nın Bakı nümayəndəliyində Media-Pressə məlumat verilib.
2003-2013-cü illəri əhatə edən proqram bu sahədə işlərin keyfiyyətinin yaxşılaşdırılmasını, yuxarı siniflərin tədris proqramlarının təzələniəsini,müəllimlərin hazırlanmasını və ixtisaslarının artırılmasını, sahənin maddi-texniki bazasının tərəqqisini nəzərdə tutur. $60 milyon dəyəri olan bu proqram 3 mərhələyə - 2003-2007; 2007-2010 və 2010-2013-cü illərə bölünüb. DB kreditinin $18 milyon məbləğində ilk tranşı keçən ilin sentyabrında ayrılıbg.
DB-nın 2003-cü ilin fevralında Bakıda olmuş təhsil üzrə missiyası layihənin hər ünsürünün büdcəsini müəyyənləşdirmək üçün işçi qrupla işləyib və layihənin idarə mexanizmini hazırlayıb.
Bu, DB-nın Azərbaycanda təhsil sisteminin islahatı üzrə 2-ci layihəsidir
1999-cu ildə imzalanmış ilk sazişin tətbiqi 2002-ci ilin sonunda başa çatıb. Layihə tədris proqramlarının və təlim metodikasının təkmilləşdirilməsini, müəllimlərin ixtisasının artırılmasını nəzərdə tuturdu. $5,5 milyon dəyərində olmuş bu layihənin $500 mini respublika hökumətinin payına düşüb.


PAYTAXTIMIZDA "BAKU BUILD - 2004" 10-CU BEYNƏLXALQ TİKİNTİ SƏRGİSİ KEÇİRİLƏCƏK

BAKI.06.09.2004.MEDİA-PRESS: Sentyabrın 22-də paytaxtımızda "Baku Build - 2004" 10-cu beynəlxalq tikintisi sərgisi açılacaq. Tədbiri ITE Group PLC britaniya beynəlxalq sərgi şirkəti və onun respublikamızdakı tərəfdaşı İteca Caspian Ltd təşkil edir.
Sərgidə iştirak edəcək çoxsaylı xarici şirkətlər öz son nailiyyətlərini, yeni inşaat və bəzək avadanlığını, interyer ünsürlərini, elektrik-məişət və sanitar- texniki cihazlarını, istilik və havanı təmizləmə sistemlərini nümayiş etdirəcəklər.
Sərgi çərçivəsində " Zəlzələyədavamlı tikintidə müasir texnologiyaların tətbiqi" mövzüsünda dəyirmi masa, seminarlar və şirkətlərin təqdimatları da keçiriləcək.
2003-cü ildə keçirilmiş oxşar sərgidə 22 ölkənin 120 şirkəti iştirak edibdisə, bu il 30 ölkənin 200-dək şirkəti iştirak edəcək. Bu, əcnəbi şirkətlərin regiona və respublikamızla ticari-iqtisadi əlaqələri genişləndirməyə marağının artmasına sübutdur. Təşkilatçılar Azərbaycan, Gürcüstan, iran ,Rusiya, Türkiyə və Qazaxıstandan 20 mindən yuxarı peşəkarın bu sərgi ilə maraqlanacaqlarını düşünürlər.
Sərgi Dövlət Memarlıq və Tikinti komitəsinin, Azərbaycan İqtisadi İnkişaf nazirliyinin və Ticarət-Sənaye Palatasının dəstəyi ilə keçirilir.


AZƏRBAYCAN XİN RƏHBƏRİ BMT BAŞ ASSAMBLEYASININ İLLİK SESİYASINDA İŞTİRAK EDƏCƏK

BAKI.06.09.2004.MEDİA-PRESS: Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasınının illik sessiyasında iştirak edcək. O deyib:"İndi biz sessiya günlərində bir sıra ölkələrin XİN başçıları ilə görüşlər keçirməyə və Azərbaycanın dağlıq qarabağ münaqişəsi üzrə mövqeyini açıqlamağa hazırlaşırıq. Qarabağ məsələsi Nyu-Yorkda Azərbaycan, Türkiyə və Ermənistan XİN başçılarının BMT Baş Assambleyası çərçivəsində 3-tərəfli görüşündə də müzakirə ediləcək".
E. Məmmədyarov vurğulayıb ki, dağlıq qarabağ münaqişəsi həllini tapmayınca ermənistan-türkiyə sərhədinin açılışı məsələsinin həlli mümkünsüzdür. Sitat:" İşğal olunmuş azərbaycan torpaqları azad olunmayınca, sərhədlərin açılması qeyri-mümkündür".


AZƏRBAYCAN XİN-İ NATO-NUN BAKI TƏLİMLƏRİNDƏ ERMƏNİ HƏRBÇİLƏRİN İŞTİRAKINA DAİR BRÜSSELDƏ DANIŞIQLAR APARIR

BAKI.06.09.2004.MEDİA=PRESS: Azərbaycan XİN-i NATO-nun Bakı təlimlərində erməni zabitlərin iştirakı ilə bağlı Brüsseldə alyans nümayəndələri ilə danışıqlar aparır
"Biz Brüssellə məsləhətləşmələr aparır və mövqeyimizi NATO-ya izah edirik". Jurnalistlərə bu haqda məlumatınada nazir Elmar Məmmədyarov qeyd edib ki, tərəflər məsləhətləşmələr gedişində Ermənistanın təlimlərə göndərəcəyi hərbçilərinin sayı dəqiqləşdirilir. Nazir qeyd edib ki, Bakı "Şimali Atlantika İttifaqı qarşısında üzərinə çoxlu öhdəliklər götürüb" və erməni zabitlərinin qəbulundan imtina Azərbaycan-NATO əməkdaşlığının fərdi planının inkişafına "zərbə vura bilər".
NATO-nun çoxmillətli təlimləri "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 13-ü-26-sı arası Bakı yaxınlığında keçiriləcək. Azərbaycan ərazisinin bir hissəsini öz işğalı altında saxlayan erməni zabitlərin bu təlimlərdə iştirak etmək niyyətləri azərbaycan ictimaiyyətinin qəzəb və hiddətinə səbəb olub.

<<< <<<