TACİS PROQRAMI ÇƏRÇİVƏSİNDƏ "İQTİSADİ İNKİŞAF NAZİRLİYİNƏ KÖMƏK" LAYİHƏSİNİN TƏTBİQİNƏ BAŞLANIB

BAKI.28.11.2003. MEDİA-PRESS: İMC Consulting ingilis şirkəti Azərbaycanda "İqtisadi İnkişaf nazirliyinə yardım" TACİS proqramı layihəsinin realitzəsinə başlayır. Avropa İttifaqının (Aİ) Azərbaycana texniki yardım proqramları əlaqələndirmə bürosunda Media-Pressə bildiriblər ki, layihənin direktoru Baçaraç Con Pol Leonardın başçılıq etdiyi işçi qrupu bu məqsədlə Bakıya gəlib.
1,6 milyon avro dəyərində olan layihə nazirliyin kadr potensialının inkişafına dair kompleks proqramın hazırlanmsını, nazirlikləravrası səviyyədə əlaqələndirmə və məsləhətləşmə mexanizminin hazırlanmasını, regional ofislərin yeni vəzifələrinin müəyyənləşdirilməsini, ümdə fəaliyyət sahələri üzrə qərar qəbulu mexanizminin işlənməsini, qurumların modernləşdirilməsi və məsləhət xidmətləri üzrə təkliflərin hazırlanmasını nəzərdə tutur.


ETEN HİDROMETEOROLOGİYANIN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI HAZIRLAYIB

BAKI.28.11.2003. MEDİA-PRESS: Azəbaycanın Ekologiya əv Təbii Ehtiyatlar nazirliyi (ETEN) " Azərbaycan respublikasında hidrometeorologiyanın inkişafı"na dair dövlət proqramını işləyib hökumətə verib. Nazirlikdə Media-Pressə verilən məlumata görə, proqram metereoloji müşahidə şəbəkəsinin bərpasını və modernləşdirilməsini,müasir avtomadlaşdırılmış sistemlərlə, o cümlədən radiolokasiyadan istifadə etməklə proqnozlaşdırma və ilkin xəbərdarlıq sitemi ilə təchizatı nəzərdə tutur.
ETEN ölkədə hidrometeorologiyanın inkişafı məqsədi ilə 2002-ci ildən bəri xeyli iş görüb- 10-dan çox meteostansiyanı bərpa edib və modernləşdirib, yenilərini açıb, hidrometeoroloji məlumatın işlənməsinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üçün kompüterlər və sair avadanlıq alıb. 6-illik fasilədən sonra bərpa edilib modernləşdirilmiş Məştağa aeroloji stansiyası atmosferin yuxarı qatlarında hidrometeoroloji tədqiqatlar aparmağa imkan verir.Əvvəllər Rusiya, Türkiyə və ABŞ-dan hidrometeoroloji məlumatı alaraq onu istehlak edən Azərbaycan indi bu stansiya sayəsində başqalarını belə informasiya ilə təmin edir.Beləki, Məştağa aerologiya stansiyasının aldığı məlumat Beynəlxalq Meteorologiya şəbəkəsinə ötürülür.


AZƏRBAYCAN UNİTAR DÖVLƏTDİR VƏ FEDERATİV OLMAQ FİKRİ DƏ YOXDUR

BAKI.28.11.2003.MEDİA-PRESS: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin üzdəniraq "dnestryanı model"sayağı tənzimlənməni qəbuledilməz sayır."İnterfaks-Azərbaycan" agentliyinə bu bəyanatı verən respublika prezident aparatı Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov RF Xarici İşlər nazirinin 1-ci müavini Vyaçeslav Trubnikovun Bakıya səfəri gedişində guya azərbaycan rəhbərliyinə qarabağ münaqişəsinin "dnestryanı nizamlama modelini " təklif etməsini bəzi yerli mütbuat nümayəndələrinin "reallıqdan uzaq" fərziyyəsi adlandırıb.
N. Məmmədov münaqişənin nizamlanmasının belə variantını Azərbaycan üçün qəbuledilməz sayır, çünki belədə unitar dövlət federasiyaya çevrilərdi.Prezident aparatının nümayəndəsi deyib: " Bu gün çoxları bu variantı hallandırır. Ancaq bu söz-söhbətlər həqiqətə uyğun deyil. Mövcud münaqişələrdən hər biri öz mahiyyətinə və sair səciyyələrinə görə başqalarına bənzəmədiyi üçün, onların nizamlanmasına hansısa vahid model tətbiq etmək də mümkünsüzdür".
" Bakının Qarabağ nizamlanmasına dair mövqeyi dəyişməz qalır: problem Azərbaycanın ərazi bütövlüyünə riayət olunması şərti ilə beynəlxalq hüquq normaları əsasında həll edilməlidir".-Novruz Məmmədov belə deyib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının azərbaycan ərazisinin erməni silahlı dəstələri tərəfindən işğalını və onların bu ərazilərdən çıxmasını tələb edən 4 qətnaməsi mövcuddur.


AZƏRBAYCANDAKI PREZİDENT SEÇKİLƏRİNİN YEKUNU AŞ PA-DA MÜZAKİRƏ OLUNMAYACAQ

BAKI.28.11.2003. MEDİA-PRESS: Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunu Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında əvvəllər planlaşdırılmasına rəğmən müzakirəyə çıxarılmayacaq. "İnterfaks-Azərbaycan" agentliyinə bu məlumatı verən AŞ PA-dakı respublika nümayəndə heyətinin başçısı Səməd Seyidov deyib: Assambleyanın monitorinq qrupunun üzvü Mövlud Çavuşoğlu həmkarı Andreas Qrossun azərbaycandakı seçkilər barədə qeyri-obyektiv və tənqidi ruhda köklənmiş məruzəsini Təşkilatın Daimi komitəsinin bu həftə Maastrixtdə olmuş iclasında imzalamaqdan imtina etdikdən sonra, seçkilər məsələsini AŞ PA-nın gündəliyindən çıxartmaq mümkün olub.
M. Çavuşoğlu və A.Qross prezident seçkilərindən sonra Azərbaycanda yaranmış vəziyyət barədə məruzəyə məlumat toplamaq məqsədi ilə bir qədər əvvəl respublikamızda olmuşdular.
"AŞ PA komitəsi iclasının Azərbaycandakı vəziyyətin müzakirələrinin sonunda Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin rəhbəri Daniel Qulenin daha obyektiv məruzəsini təsdiq etdiyni vurğulayan Səməd Seyidov deyib: Beləliklə, yanvarda AŞ PA-nın Strasburq qış sessiyasında Azərbaycana aid yalnız iki məsələ- iqtidarın AŞ qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi və siyasi məhbus adlandırılanların probleminin həlli məsələləri müzakirə olunacaq".


ŞEVARDNADZE HESAB EDİR Kİ, QƏRB ONA DÖNÜK ÇIXIB

BAKI.28.11.2003. MEDİA-PRESS: Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze deyib:" Qərb məni satdı, hərçənd , mən "dünyanı nüvə fəlakətindən qurtaranlardan biriyəm".
Onun Tbilisidəki evində Britaniyanın "Deyli teleqraf" qəzetinə verdiyi və cüməaxşamı dərc olunan müsahibəsində deyilir : " dünyanın xilas edilməsində ən mühüm rol oynayanlardan biri mənəm və əgər soyuq müharibəyə son qoyulmasaydı, üçüncü dünya müharibəsi başlaya bilərdi".
1980-cı illərin axırında SSRİ Xarici İşlər naziri vəzifəsini tutmuş Eduard Şevardnadze sonra deyib:" Avropada 40 min sovet tankı və yüz minlərlə odlu silah vahidi mövcud idi. Bu qüvvələr 24 saat müddətində Fransanın Atlantik sahillərinə çıxarıla bilərdi. Ancaq biz bunu etmədik. Halbuki, o vaxt bəzi hərislər Berlində qüvvə işlətmək və polşa " Solidarnost"unu məhv etmək istəyirdilər.Mən ABŞ-ın siyasətini başqalarından daha çox dəstəkləyəndən biri idim. İraqda onlara mənim dəstəyim gərək olanda, mən səxavət göstərdim." Şevardnadze etiraf edib ki," nə baş verdiyini izah edə bilmir" və ona elə gəlir ki, ABŞ onun devrilməsini təşkil edib.O, məxsusən Amerikanın Tbilisidəki səfiri Riçard Maylzın gürcüstan müxalifətini dəstəklədiyindən şübhələndiyini və ABŞ-ın bu qüvvələri maliyyələşdirdiyinə əmin olduğunu bildirib.
"Qlob ənd meyl" ("Globe & Mail ") qəzeti öz növbəsində iddia edir ki,prezident Eduard Şevardnadzenin devrilməsində amerika milliarderi Corc Sorosun səyləri və nulu aşkar görünməkdədir.Qəzetin fikrincə, "Şevardnadzeyə qarşı hərəkata Sorosun xeyli təkan verdiyinə bir neçə nümunə var: o, bu həftə " məxmər inqilab"a dəstəyin təşkilində başlıca rol oynamış populyar müxalifət telekanalını maliyyələşdirib və verilən xəbərərə görə, küçə etirazlarına başçılıq etmiş gənclər təşkilatına maliyyə yardımı göstərib".
Qəzet yazır:" Milliarder-maliyyəçi Corc Soros Gürcüstan prezidenti Eduard Şevardnadzenin devrilməsinin təməlini qoymuş işə hələ fevralda başlayıb. O zaman Tbilisi fəallarından 31 yaşlı Qiqa Bokeriya adlı birisi onun "Açıq Cəmiyyət" institutunun vəsaiti ilə Serbiyaya "Otpor" hərəkatının üzvləri ilə görüşə ezam edilmişdi ki, diktator Slobodan Miloşeviçin devrilməsi üçün onların küçə nümayişlərindən istifadə üsullarını oyrənsin. Bu ilin yayında Soros Fondu "Otpor" fəallarından bir qrupunun Gürcüstana bilet pulunu da ödəyib və o qoçaqlar da 3-günlük kurslar təşkil edərək, min nəfərdən çox tələbəyə dinc inqilab etmək üsulunu öyrədiblər".
Bokeriyanın yaradılmasında iştirak etdiyi "Azadlıq institutu" küçə nəmayişlərinin təşkilində böyük rol oynayıb. Şevardnadzeni istefa ərizəsini yazmağa da əslində bu nümayişlər vadar etdi. Kanada qəzeti yazır:" Bokeriyanın sözlərinə görə, yüksək döyüş ruhunun saxlanmasının və ictimaiyyətin təzyiqindən istifadənin əsl qiymətini o Belqradda dərk etib. Bu ay keçirilmiş uğursuz parlament seçkilərindən sonra məhz Tbilisi küçələrində tətbiq edilmiş bu taktika öz bəhrəsini verib."
Məqaldə qeyd olunur ki, Soros Şevardnadzenin əsas rəqibi- Nyu-Yorkda təhsil almış və 2004-cü il yanvarın 4-ə təyin edilmiş seçkilərdə prezident seçiləcəyi gözlənilən Mixail Saakaşvili ilə isti münasibətlər saxlayır. Keçən il Soros özünün "Açıq Cəmiyyət" fondunun mükafatını da Saakaşviliyə şəxsən təqdim etmişdi."
"Qlob ənd meyl" Tbilisidə ingiliscə çıxan "Corcian messencer" qəzetinin baş redaktoru Zaza Qaçaçiladzenin bu sözlərini sitat gətirir:" Paytaxt ictimaiyyəti hesab edir ki, Şevardnadzenin çevrilişini planlaşdırmış adam- Sorosdur".
Qəzet Q.Bokeriyanın "Azadlıq institutu"nun həm "Açıq Cəmiyyət"dən , həm də ABŞ hökumətinin dəstəklədiyi "Avrasiya institutu"ndan pul aldığını vurğulayaraq , ondan daha bir sitat gətirir:" 3 ayrı-ayrı təşkilat- Saakaşvilinin "Milli hərəkat"ı, "Rustavi-2 " telekanalı , həmçiin bu ilin aprelində prezidentə müharibə elan etmiş və rüşvətxor hökumətə qarşı plakatlar və qraffitilər vasitsi ilə hücuma keçmiş "Kmara!" ("Yetər!") gənclər təşkilatı Şevardnadzenin yıxılmasında başlıca rol oynamışdır."
Məqalədə hər üçünün Sorosla əlaqəsi olduğu vurğulanır. Məsələn, Gürcüstan mətbuatı "Kmara!"nın apreldə $500 min qrant aldığını yazır. Bu pulun bir qismi 3 həftə davam etmiş etirazlar zamanı (rayonlardan adamları avtobuslarla Tbilisiyə daşıyanda ), həmçinin parlamentin binası qarşısında səsgücləndiricilər və nəhəng teleekran quraşdırılarkən xərclənə bilərdi.
"Qlob ənd meyl" kanada qəzeti yazır: "Rustavi-"" stansiyası Sorosdan ilk dəfə hələ yayımlanmağa başladığı 1995-ci ildə, sonra isə bir il əvvəl "24 saat" adlı antişevardnadze qəzetinin nəşrinə başlayanda daha böyük məbləğdə pul alıb və müşahidəçilərin dediklərinə görə, "Rustavi-2" etirazlar dövründə əvəzsiz rol oynayıb.


RUSİYA YENƏ DƏ ÖZ ƏRAZİSİNDƏN DAŞINAN AZƏRBAYCAN NEFTİNİN HƏCMLƏRİNİ ARTIRMAĞI TƏKLİF EDİR

BAKI.28.11.2003 .MEDİA-PRESS: Rusiya öz ərazisindən daşınan azərbaycan neftinin tranziti haqqında hökumətlərarası sazişə yenidən baxmağı təklif edir.
Rusiya Baş nazirinin müavini Viktor Xristenko əməkdaşlıq üzrə ikitərəfli komissiya həmsədrlərinin bu gün Bakıda açılmış görüşündə çıxış edərkən deyib:" Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə müntəzəm axıdılmasına baxmayaraq, həcm hökumətlərarası sazişdə nəzərdə tutulduğundan hələ də aşağıdır"
1996-cı ildə saziş imzalananda təklif olunurdu ki, Bakı-Novorossiysk marşrutu ilə hər il Azərbaycandan azı 5 mln. ton neft nəql edilsin. Lakin 2002-ci ildə tranzit həcmi-2,6 mln. ton , 2003-cü ilin 9 ayında isə-2,3 mln. ton olub. Viktor Xristenko " saziş üzrə yeni ixrac həcminə çıxmaq üçün" yaranmış vəziyyəti birlikdə araşdırmağı və və xüsusi danışıqlar aparmağı təklif edib. Rusiya Baş nazirinin müavini deyib:" İndi söhbət neftin nəqliyatı sahəsində ixracın həcmlərindən deyil, əməkdaşlığın uzunmüdətli parametrlərinin müəyyənləşdirilməsindən gedir".
Aldığımız məlumata görə, rusiya tərəfinin Bakı-Novorossiysk kəməri ilə neftin nəqlinə dair Azərbaycana verdiyi sazişin yeni variantının layihəsi tranzit həcmlərinin artırılmasını nəzərdə tutur.
Bu arada İTAR-TASS-ın müxbiri ilə söhbətində Azərbaycan Dövlət Neft şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev vurğulayıb ki, ildə 2,5 mln. ton ARDNŞ-in şimal marşrutu ilə nəql edə biləcəyi ən yuxarı həcmdir. O bildirib ki, hazırda Azərbaycanda cəmi 9 mln. ton neft hasil edilir və bunun 6,5 mln. tonu daxili ehtiyaclara, o cümlədən neft emalı zavodlarının iş rejimini təmin etməyə yönəldilir.
Həmsədrlərin görüşündə Rusiyadan Azərbaycana elektrik enerjisinin ötürülməsi məsələsinə də baxılıb. Rusiya Baş nazirinin müavini deyib:" Tərəflər iki ölkənin enerji sistemini paralel iş rejiminə çıxmaq istəyirlər ki, zəruri hallarda enerjini lazımi istiqamətə yönəldə bilsinlər.Bunun üçün Rusiyanı Azərbaycanla birləşdirən xətlərin gücünün artırılması üzrə bir sıra texniki məsələlər həll edilməlidir. 9 ayda Rusiyadan Azərbaycana 1mlrd. kVt/saatdan çox elektrik enerjisi verililib".
O ki qaldı iki ölkə arasında əmtəə dövriyyəsinin həcminə, Azərbaycan Baş nazirinin 1-ci müavini Abas Abbasovun məlumatına görə, cari ilin 9 ayında bu göstərici 349,5 mln. dollara çatıb və keçən ilə nisbətən 1,4 dəfə çox olubdur. Azərbaycandan Rusiyaya əsasən neft məhsulları, neft-mədən avadanlığı və kimya sənayesi məhsulu göndərilir.
Rusiyadan isə ölkəmizə əsasən neft-mədən və texnologiya avadanlığı, avtomobillər, kimya və meşə sənayesi məhsulları, habelə ərzaq malları daxil olur.


POLİTOLOQ LAUMULİN :" XƏZƏR NEFTİNİN NƏQLİYYAT MARŞRUTLARININ İŞLƏNMƏSİ RUSİYA İLƏ QƏRB ARASINDA BAŞLICA MÜNAQİŞƏ BƏNDİ OLACAQ"

BAKI.28.11.2003. MEDİA-PRESS: Xəzər neftinin nəqliyat marşrutlarının müəyyənləşdirilməsi mərkəzi asiya regionunda Rusiya ilə Qərb arasında başlıca münaqişə nöqtəsi olacaq. Qazaxıstan prezidenti yanınıda Respublika Strateji Tədqiqatlar institutunun aparıcı elmi əməkdaşı Murat Laumulin " Rusiya və mərkəzi Asiya ölkələri arasında qarşılıqlı münasibətlər yeni strateji məqamda" mövzusunda keçirilən konfransda belə deyib.
KZ-today-ın məlumatına görə, M. Laumulinin fikrincə, Rusiya region dövlətlərinin öz neftini Xəzərdən iri tonnajlı tankerlər və sualtı borular vasitəsi ilə nəql etmək səylərinin qarşısını almağa çalışır."Qərb təhlilçilərinin fikrincə, Moskvanın məqsədi rusiya və xəzər neftini Rusiyanın nəzərəti altında olan bir qurumda birləşdirməkdir." M. Laumilin deyib ki, məncə bu, Rusiyaya "birbaşa siyasi dividendlərdən əlavə , avropalı istehlakçılara siyasi təzyiq imkanı "da verəcəkdir. Mütəxəssislər boruların köhnəlməsini və buraxıcılıq qabiliyyətinin nisbətən az olmasını indiki məqamda Moskvanın zəif yeri sayırlar.
M. Luamulin amerikalı təhlilçilərin sözlərini də iqtibas edir. Onlar əmindirlər ki, Xəzər regionunda " Moskva Qərbi qabaqlayır. Bu ondan irəli gəlir ki, Rusiya neft və qazın tranziti üzrə Qazaxıstan və Türkmənistanla uzunmüddətli sazişlərə malikdir, həmçinin Baltik dənizi istiqamətində və Karaçaqanak yatağının qaz kondensatından istifadə olunmasında cəzbedici boru xətləri layihələrinə malikdir.
Politoloq Əjdər Kurtovun ( Almatı konfransında çıxış edən bu alim Rusiya Strateji Tədqiqatlar institutunu təmsil edir ) fikrincə, regionun neft sahəsində yaranmış vəziyyət " mürəkkəbdir". O qeyd edib ki, regionda Rusiyanın əsas rəqibi olan ABŞ " mərkəzi asiya neftinin özündən daha çox onun istixrac səviyyəsi və dünya bazarına nəqli yolları üzərində nəzarətə maraq göstərir". Beləliklə, Birləşmiş Ştatlar dünya neft bazarına nəzarət üçüın daha bir dəstəyə malik olacaq. Hələlik isə Vaşiqtonun belə bir dəstəyi yoxdur".


OPEK ÜZVÜ OLMAYAN ÖLKƏLƏRİN NEFT İXRACININ 2004-CÜ İLDƏ REKORD SƏVİYYƏYƏ ÇATACAĞI BARƏDƏ POQNOZLARDAN AŞAĞI OLA BİLƏR

BAKI.28.11.2003. MEDİA-PRESS: Təhlilçilər belə hesab edir ki, Opek üzvü olmayan ölkələrin 2004-cü ildə neft ixracı proqnozlaşdırılan rekord səviyyədən aşağı ola bilər və bu da Karteli neftin qiymətini saxlamaq üçün kvotaları azaltmaq zərurəti yükündən bir qədər xilas edə bilər.
Qərb agentliklərinin məlumatına görə, OPEK-ə daxil olmayan ölkələrin gələn il neft ixracını artıracaqları barədə çoxsaylı proqnozlar Kartelin hasilatın artmasının və əlavə neft ehtiyatı yaranmasının qarşısını almaq məqsədi ilə sentyabrda qəbul etdiyi qərarla bağlıdır.
OPEK üzvlərinin növbəti görüşü dekabrın 4-ə təyin edilib. Neft səbətinin yüksək olmasına baxmayaraq, kartel üzvü ölkələrinin bəzi nazirləri amerika markalı yüngül neftin bir barrelinin qiymətini $30 səviyyəsində saxlamaq üçün kvotaların daha da azaldılmasında təkid edə bilərlər. Eyni zamanda OPEK üzvü olmayan ölkələrin ixrac həcmlərinin artımındakı yavaşıma 2003-cü ildə də (5-ci il dalbadal!) neftitn qiymətinin yüksək səviyyədə saxlanılacağına əlavə ümidlər yaradır.
Beynəlxalq Energetika Agentliyi (BEA) OPEK-ə üzv olmayan ölkələrin 2003-cü ildə gündəlik neft hasilatı proqnozunu noyabrda 49 milyon barrelə salmışdı. Bu, 2002-ci ilin gundəlik hasilatından 1 mln. barrel çox olsa da, bu ilin əvvəlində proqnozlaşdırılan gündəlik normadan 300 min barrel azdır.
BEA təhlilçisi Devid Fayf deyib :" Bu il azalma əsasən Şimal dənzində qəza vəziyyətlərinin artması və ABŞ-da qazın yüksək qiymətləri "mavi yanacağ"ın istixracını əngəlləməsi üzündən baş verib".
BEA-nın proqnozuna görə, OPEK üzvü olmayan ölkələrdə 2004-cü ildə neft ixracının gündəlik artımı rekord göstəriciyə- 1,45 milyon barrelə çatacaq. Lakin təhlilçilər real ixrac həcminin az ola biləcəyi fikrindədirlər. Çünki artımın böyük hissəsini siyasi durumu sabit olmayan Rusiya, Çad,Anqola ,Qazaxıstan və Kolumbiya kimi ölkələr təmin etməlidir.
Deutsche Bank-ın nümayəndəsi Adam Siminski deyib:" 1990-cı illərdə neft ixracının artımı sabit regionlar ( ABŞ və Şimal dənizi regionu) hesabına təmin edilirdi. Cari onillikdə isə ixrac siyasi durumun hç də sabit olmadığı məntəqələr hesabına təmin edilir".
Merrill Lunch-dan olan Stiven Pfayfer OPEK üzvü olmayanların 20004-cü ildə gündəlik ixracı yalnız 700 min barrel artıra biləcəklərini deyərək, öz öncəgörməsini bununla əsaslandırır ki, dünya neft bazarındakı struktur dəyişiklikləri müstəqil ixracçıların imkanlarının daim şişirdildiyinə dəlalət edir.


10 AYDA AZƏRBAYCAN İQTİSADİYYATINA 3, 128 TRLN. MANAT ( $ 636,9 MLN.) KREDİT QOYULUB

BAKI. 28.11 2003 .MEDİA-PRESS: Azərbaycan Milli Bankının (MB) məlumatına görə, bu ilin 10 ayında ölkə iqtisadiyyatına 3,128 trln. manat ($636,93 mln.) kredit vəsaiti qoyulub. MB Media-Pressin müxbirinə məlumat verib ki, kreditlərin 74,6 faizi (2, 32 trln. manatı = $472,4 mln.) - qısamüddətli, 25,4 faizi (9 806,3 mlrd. manatı = $6164,12 mln.) isə- uzunmüddətlidir.
Kredit qoyuluşlarının ümumi həcminin 1,291. trln. manatı ($262, 87 mln.) - dövlət banklarının, 1, 477 trln. manatı ($300,75 mln.)- özəl bankldarın və 359,1 mlrd. manatı ($73,12 mln.) isə- qeyri-bank kredit təşkilatlarının payına düşüb.
10 ayda iqtisadiyyatın müxtəlif sahələrinə kredit qoyuluşlarının həcmi belədir: ticarətə və xidmətlərə -20,46%, nəqliyyat və rabitənin inkişafına- 13,32 %, energetikaya və təbii ehtiyatların işlənməsinə- 3, 65%, aqrar bölməyə- 7,31%, ağır və yüngül sənayeyə-8,03%, tikintiyə-7,59%, fiziki şəxslərə- 27,45% və dövlət idarələrinə - 6,86%.


AZƏRBAYCANDA VERGİYIĞMA ÜZRƏ 10 - AYLIQ PROQNOZ 100,5% YERİNƏ YETİRİLİB

BAKI.28.11.2003. MEDİA-PRESS: 2003- cü ilin 10 ayında Azərbaycanda dövlət büdcəsinə 3 trln. 264 mlrd. 972,3 mln. manat ( $ 1= 4916 manat) vergi ödənilib ki, bu da proqnozun 100,5% ödənilməsi deməkdir.
"İnterfaks- Azərbaycan" agentliyinə Maliyyə Nazirliyinin bu məlumatında qeyd olunur ki, hesabat dövründə aksizlər, mənfəət və gəlir vergiləri üzrə proqnozlar doğrulub. Məsələn, aksizlərdən daxilolmalar -264 mlrd. 961,7 mln. manat ( planın- 138 faizi), mənfəət vergisindən- 722 mlrd. 259,2 mln. manat (117,2%), gəlir vergisindən isə- 588 mlrd. 300,4 mln. manat (126,8%) təşkil edib.
Bununla yanaşı əlavə dəyər vergisi (ƏDV), yeraltı sərvətlər, torpaq, əmlak vergiləri, vergiqoymanın sadələşdirilmiş sistemi üzrə proqnozlar doğrulmayıb.
Beləki, ƏDV üzrə 986 mlrd. 213,1 mln. manat (97,3%), yeraltı sərvətlər vergisi üzrə-270 mlrd. 977,6 mln. manat (52,9%), torpaq vergisi üzrə- 43 mlrd. 093,9 mln. manat (96,2%), əmlak vergisi üzrə- 99 mlrd. 810,9 mln. manat (94,5%) və, nəhayət, vergiqoymanın sadələşdirilmiş sistemi üzrə- 49 mlrd. 664,7 mln. manat (83,9%) vəsait toplanıb.
Vergilərin qalan növləri üzrə daxilolmalar -137 mlrd. 858,4 mln.manat(proqnozlaşdırılan həcmin 94, 7 faizi) təşkil edib. Büdcəyə 97 mlrd. 362,2 mln manat (105,8%) dövlət rüsumları və 4 mlrd. 470,2 mln. manat (93,12%)- birdəfəlik rüsum daxil olub.


İİN "AZƏRBAYCAN RESPUBLİKASINDA SOSİAL-İQTİSADİ İNKİŞAFIN SÜRƏTLƏNDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA" PREZİDENTİN FƏRMANINI MÜZAKİRƏ EDİB

BAKI.28.11.2003. MEDİA-PRESS: Bu gün İqtisadi İnkişaf Nazirliyində (İİN) olmuş geniş kollegiya iclası " Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" ölkə prezidenti İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli fərmanının müzəkirəsinə həsr edilib.
İİN rəhbəri Fərhad Əliyev məlumat verib ki, bu ilin 10 ayında ölkədə ümumi daxili məhsul (ÜDM ) istehsalı 28,6 trln. manat ( ötən illə müqayisədə-10,8% çox) olub və adambaşına gəlir - 3 milyon 527 min manat ( $ 718,4) təşkil edib ki, bu göstərici də ötən ilə nisbətən 10% yüksəkdir. Bu müddətdə ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına sərmayə qoyuluşları təqribən $ 3 mlrd. təşkil edib və artım il ərzində 72,1 faizə çatıb.
Nazirin qeyd etdiyi kimi, respublika prezidenti fərmanının icrası iqtisadiyatın bütün sahələrinin , məsələn, qeyri -neft sahəsinin, inkişafına təkan verəcək, regionlarda inkişafına, aqrar islahatların sürətlənməsinə, investisiyaların artmasına, sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılmasına və özəlləşdirmə prosesinin sürətləndirilməsinə kömək edəcək. Qarşıya qoyulmuş vəzifələrin icrası yaxın 5 ildə Azərbaycanda 600 min yeni iş yeri açmağa imkan verəcək. Bu münasibətlə 2004-2008-ci illərdə ölkə regionlarında sosial-iqtisadi inkişaf üzrə dövlət proqramı da hazırlanıb.


AZƏRBAYCAN BANKLARININ NİZAMNAMƏ KAPİTALI 722,1 MLRD. MANATDIR($ 147 MLN.)

BAKI.28.11.2003. MEDİA-PRESS: 2003-cü il noyabrın 1-ə azərbaycan banklarının nizamnamə kapitalı (NK) 722,1 mlrd.manat( $147 mln) təşkil edib ki, bu da yanvarın 1-ə nisbətən 12, 89 % çoxdur. Azərbaycan Milli Bankının (MB) məlumatına görə, bu məbləğin 81 mlrd. manatı ( $16,49 mln.) dövlət banklarının,641,1 mlrd. manatı ($130,54 mln.)- özəl bankların payına düşür.
Bankların xarici kapitalın iştirakı ilə NK -257,2 mlrd. manat və ya ölkənin bütün banklarının NK-nın 35,6 faizini təşkil edir.
2003-cü il noyabrın 1-ə Azərbbaycanda olmuş 46 bankın 16-da xarici kapital da iştirak edir. Bu 16 bankın 4-də xarici kapitalın payı 50-dən 100 faizə qədər olsa da, qalan 12-də bu pay 50 faizdən azdır.


NOYABRIN 1-DƏ ÖLKƏ BANKLARINDA 2,778 TRLN. MANAT ($565,66 MLN.) OLUB.

BAKI.28.11.2003. MDİA-PRESS: Azərbaycan banklarının 2003-cü il noyabrın 1-ə cəlb etdiyi vəsait və depozitlərin həcmi 2,778 trln. manat ($ 565,66 mln.) təşkil edib ki, bu da cari il yanvarın 1-ə nisbətən 18. 75% çoxdur. Bu məbləğin 482, 7 milyardı milli valyata əmanətləri,2,295 trln. manatı ( 82,6%) isə- xarici valyutadır.
Fiziki şəxslərin əmanətləri-1,133 trln.( yanvarla müqayisədə -32,3 % çox) , hüquqi şəxslərin depozitləri-1,645 trln. manat ( artım- 9,44%)olub. Noyabrın 1-ə dövriyyədə olmuş 2,354 trln. manat pul kütləsinin 1,871 trilyonu - nağd, 552. 3 mlrd. manatı isə - nağlsız hesablamaların payına düşür.


ÜB AZƏRBAYCANDA YOXSULLUĞUN AZALDILMASI VƏ İQTİSADİ İNKİŞAF PROQRAMININ REALİZƏSİNƏ KREDİT AYIRACAQ

BAKI.28.11.2003. MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramının realizəsinə kredit ayıracaq. Bankın Bakıdakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, təqribən $20 mln.həcmində olacaq krediti Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) ayıracaq. Bu qurum adətən kreditlərini illik 0,75 faizlə 35 ilə verir.
ÜB nümayəndəliyində həmçinin bildiriblər ki, dövlət proqramının təfərrüatını müzakirə məqsədi ilə indi Bakıda olan ÜB missiyası İqtisadi İnkişaf və Maliyyə nazirliklərində, həmçinin proqramı tərtib edən işçi qruplarla görüşlər keçirəcək.
2002-2005-ci illərə hesablanmış və dəyəri $100 mln. olan proqramın 1-ci mərhələsi üçün Beynəlxalq Valyuta Fondu (BVF) artıq 2001 -2002-ci illərdə iki dəfə $10 mln. və 2003-cü ilin mayında isə daha - $16 mln. tranş ayırıb. İllik cəmi 0,5% faizlə 10 ilə verilmiş bu kreditin ilk beş il yarımı güzəştli müddətdir. Bu mərhələdə hökumətin öz üzərinə götürdüyü əsas öhdəliklər: makroiqtisadi sabitltyi qoruyub saxlamaq, inflyasiyanın illik səviyyəsini 2-2,5% həddində saxlamaq, 3-4 aylıq idxal həcminə bərabər valyuta ehtiyatının mövcudluğunu təmin etmək, ünvanlı sosial yardımı təkmilləşdirmək,, fərdi sosial sığorta tətbiq etmək, məşğulluq strategiyasını işləyib hazırlamaq və biznesin inkişafına əlverişli şərait yaratmaqdır. 2002-2005-ci illərdə dövlət proqramının realizəsinə $ 3 mlrd. tələb olunur. Bunun $ 1,7 milyardı proqramın xarici investisiyalar hesabına reallaşdırılmasına yönəldiləcək.
2004-cü ilin əvvəllərində hökumətin tərtib edəcəyi hərəkət planı 2015-ci ilədək olan dövrdə ölkədə yoxsulluğun azaldılmasına yönələcək. İndi bu plan üzərində 15 işçi qrupu çalışır.
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Azərbaycan əhalisinin 49 faizi yoxsuldur. 1996-cı ildə isə bu göstərici 61 % idi.